Ana səhifə »  Müəlliflər »  Bəzi hegemon güclərin xarici siyasətində “strateji tərəfdaşlıq” məfhumu: əməkdaşlıq, yoxsa gizli təzyiq cəhdləri?
A+   Yenilə  A-
Bəzi hegemon güclərin xarici siyasətində “strateji tərəfdaşlıq” məfhumu: əməkdaşlıq, yoxsa gizli təzyiq cəhdləri?
Yazdı: Nurlan Qələndərli

ABŞ-dakı bəzi dairələr “strateji tərəfdaşlıq” pərdəsi arxasında gizlənərək əməkdaşlıq əlaqələrinin mahiyyətinə zidd hallara yol verir, bununla da öz imiclərini sarsıdırlar
Sirr deyil ki, beynəlxalq münasibətlər sisteminin bir sıra aktorları, xüsusilə də, bəzi dövlətlər müasir dövrdə formal institusional məfhumlardan xüsusi təsir və təzyiq vasitəsi kimi istifadə edirlər. Bu sırada “demokratiya”, “hüquq” kimi məfhumlar və “vətəndaş cəmiyyətinin inkişafına dəstək” tipli şüarlar xüsusi yer tutur. Vətəndaşları dağıdıcı və təxribat xarakterli məqsədlər naminə səfərbər etmək, siyasi şüurları manipulyasiya etməklə fərdi və ictimai rəyi formalaşdırmaq kimi addımlar əsas taktiki gedişlər kimi çıxış edir.
Bəzi QHT-lər təzyiq vasitəsi kimi...
Sadalananlar baxımından, Azərbaycan da istisna təşkil etmir. Belə ki, ölkəmizin dinamik inkişafından, müstəqil siyasətindən və artan beynəlxalq nüfuzundan narahatlıq keçirən, anti-Azərbaycan dairələri, həmçinin, bəzi dövlətlər ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaq, xaos mühiti yaratmaq, dövlətimizə təzyiq etmək üçün nəinki qara piar kampaniyası aparır, eyni zamanda, illeqal vasitələrə istinad edirlər. Bu sırada, qeyd etdiyimiz kimi, daha çox ölkə daxilində fəaliyyət göstərən, vətəndaş cəmiyyətinin inkişafına dəstək verdiyi iddia edilən, lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən missioner təşkilatların fəaliyyəti və “beşinci kolon”un xidmətləri xüsusi yer tutur.
“Strateji tərəfdaşlıq” məfhumu nəyi ifadə edir?
Jurnalist Eynulla Fətullayevin haqqın.az saytında yer alan “Azərbaycan inqilabı üçün daha 14 milyon dollar” sərlövhəli məqaləsində bu məsələyə toxunularaq ABŞ-ın bəzi dairələrinin ölkəmizdə “vətəndaş cəmiyyətinin inkişafına dəstək” pərdəsi arxasında dağıdıcı məqsədlərə dəstək verdiyi bildirilir. “Səfir Morninqstar bizi inandırmağa çalışır ki, ABŞ-la Azərbaycan strateji tərəfdaşdır. Tutaq ki, belədir. Amma səfirdən soruşmaq lazımdır: bu tərəfdaşlıq münasibətlərinin strateji xarakteri Azərbaycana nədə yardım edib? Vaşinqton, bəlkə, Qarabağ məsələsinin həllində bizə hansısa şəkildə kömək edib? Morninqstarın ATƏT-in Minsk qrupundakı həmkarı, Azərbaycana zaman-zaman efemer “Filippin reseptləri” sırımağa çalışan, “erməni diasporunun aydın səsi” olan professor Xaçikyana (bunu özü belə deyib) qəribə şəkildə bəy tərifi vuran səfir Uorlikin yöndəmsiz bəyanatlarını nəzərə alanda bizi məmnun edəcək nəticəyə gəlmək çox çətindir”, - deyə E.Fətullayev bildirir.
Bəli, “strateji tərəfdaşlıq” məfhumu özündə daxili və xarici platformada olmasından asılı olmayaraq bərabərhüquqlu və qarşılıqlı-faydalı əməkdaşlığı ehtiva edir. Amma görünən odur ki, ABŞ-dakı bəzi dairələr “strateji tərəfdaşlıq” pərdəsi arxasında gizlənərək əməkdaşlıq əlaqələrinin mahiyyətinə zidd hallara yol verir, bununla da öz imiclərini sarsıdırlar. Bu kontekstdə Azərbaycanda xaos və anarxiya yaratmaq məqsədilə, illeqal fəaliyyət göstərmiş Milli Demokratiya İnstitutu, Oxfam, Açıq Cəmiyyət İnstitutu, İREX, USAİD kimi təşkilatlar bəzi yerli QHT-lərin və “gənclər təşkilatları” kimi çıxış edən antimilli ünsürlərin, hətta bir sıra media qurumlarının xidmətlərindən istifadə edirlər.
strateji tərəfdaşlıq və qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinin mahiyyətinə zidd hallara yol verilir
Əlbəttə, ABŞ-dakı bəzi dairələrin bu addımları ona dəlalət edir ki, həmin dairələr ölkəmizə qarşı bu cür təzyiq vasitələrindən istifadə edir. Bu isə anlaşılan və rasional seçim deyil. Çünki Azərbaycan ABŞ və digər əməkdaş ölkələrə münasibətdə olduqca rasional mövqe sərgiləyir və qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişaf edərək yeni keyfiyyət çalarları əldə etməsi üçün öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir.
Beləliklə, görünən odur ki, bəzi güc mərkəzləri tərəfindən “vətəndaş cəmiyyətinə dəstək” adı altında xaos və anarxiya yaratmaq cəhdləri edilir və ayrı-ayrı ölkələr siyasi qarşıdurma meydanına çevrilir. Amma bütün bu cəhdlər bumeranq effekti verir və heç bir müsbət halla nəticələnmir. E.Fətullayev məlum məqaləsində qeyd edir: “Vaşinqton Krım hadisələrindən sonra da heç nəyi öyrənə bilmədi! Gürcüstan, Ukrayna və Moldovadakı oxşar eksperimentlər nə ilə nəticələndi? Dövlətçiliyin möhkəmlənməsi iləmi? Yox! Avropaya inteqrasiya iləmi? Yenə də yox! NATO-ya üzv olmaqla və təhlükəsizliyə zəmanət əldə edilməsi iləmi? Bu dəfə də yox! Bəlkə, iqtisadi yüksəlişlə, sürətli inkişafla, korrupsiya üzərindəki qələbə ilə, bir anın içindəcə İsveçə, yaxud Avstriyaya çevrilməklə? Yenə də yox!”
Azərbaycanda əsaslı ictimai-siyasi sabitliyi pozmaq cəhdləri heç bir nəticə verməyəcək
Bütün bunların fonunda bir daha qeyd etmək lazımdır ki, Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında avanqard yerlərdən birini tutur. Eyni zamanda, sadalananlar belə bir proqnoz verməyə əsas verir ki, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik uzunmüddətli olacaq və perspektiv inkişafın qarantı qismində çıxış edəcək. Ölkəmizin dinamik inkişafına mane olmaq və ictimai-siyasi sabitliyi pozmaq üçün edilən heç bir cəhd nəticə verməyəcək!

 
  • Oxunub:  23880  |  
  • Tarix:  24-04-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir

23 Fevral 22:46
Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib
23 Fevral 19:16
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Vyanada kütləvi aksiya təşkil olunub
23 Fevral 19:12
Azərbaycanda sahibkarlığın inkişafı prioritet məsələlərdəndir
23 Fevral 18:50
“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq işləri aparılır
23 Fevral 18:06
Milli Məclisin deputatları BMT-nin baş qərargahında parlament dinləmələrində iştirak ediblər
23 Fevral 17:56
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Koreya Respublikasında silsilə tədbirlər keçirilib
23 Fevral 17:45
Vergilər Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
23 Fevral 17:38
ATƏT PA-nın sessiyası çərçivəsində Azərbaycanın bu təşkilatla münasibətləri müzakirə edilib
23 Fevral 17:15
Azərbaycan İlahiyyat İnstitutunda elmi-praktik konfrans: “Dilimiz milli-mənəvi sərvətimizdir”
23 Fevral 17:09
Daxili işlər naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
23 Fevral 16:18
“Srebrenitsa anaları” Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə olub
23 Fevral 16:09
Parisdə nazirlər seminarında ölkəmizdə kənd təsərrüfatının inkişafına verilən dövlət dəstəyindən danışılıb
23 Fevral 15:53
Qida Təhlükəsizliyi Agentliyində MÜSİAD Azərbaycan şöbəsi idarə heyətinin sədri ilə görüş olub
23 Fevral 15:37
Dövlət Komitəsində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
23 Fevral 15:00
Azərbaycan Parisdə 56-cı Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur
23 Fevral 14:58
Dövlət Gömrük Komitəsinin sədri Ağsu şəhərində vətəndaşları qəbul edib
23 Fevral 14:17
Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışlı təlimləri keçirilib
23 Fevral 13:55
Elman Məmmədov: ATƏT-in Minsk qrupunun fəaliyyətindən konkret nəticələr gözləyirik
23 Fevral 13:43
Sevinc Hüseynova: Atılan addımlar dövlətimizin qayğıya ehtiyacı olan təbəqəyə göstərdiyi diqqətin nümunəsidir
23 Fevral 12:58
Vüqar Bayramov: Dövlət başçısının Fərmanı əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində atılan daha bir önəmli addımdır
23 Fevral 12:56
Elman Nəsirov: Ortada yenə də Madrid prinsipləridir
23 Fevral 12:47
Özbəkistan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
23 Fevral 12:29
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi istiqamətində işlər aparılır
23 Fevral 12:17
İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
23 Fevral 12:04
Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirlir
23 Fevral 11:58
UNEC-də karyera günü: Vergi orqanlarına işə qəbul
23 Fevral 11:52
Xocalı soyqırımının 27-ci ildönümü Bişkekdə qeyd edilib
23 Fevral 10:55
Xocalı Soyqırımının qurbanlarının xatirəsi Brüsseldə anılıb
23 Fevral 10:55
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib
23 Fevral 10:50
Kaliforniyanın televiziya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir
23 Fevral 10:48
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
23 Fevral 10:36
Gədəbəy rayonu 2018-ci ili uğurla başa vurub
23 Fevral 10:27
Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit Ofisi arasındakı anlaşma memorandumu yenilənib
23 Fevral 10:25
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
23 Fevral 10:22
Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
23 Fevral 10:21
Regionların uğurlu inkişafı bütün sahələri əhatə edir
22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA