Ana səhifə »  Müəlliflər »  Bəzi “beynəlxalq” təşkilatlarla “milli” QHT-lərin anti-Azərbaycan fəaliyyəti ifşa olunur
A+   Yenilə  A-
Bəzi “beynəlxalq” təşkilatlarla “milli” QHT-lərin anti-Azərbaycan fəaliyyəti ifşa olunur
Yazdı: Mübariz Abdullayev

Bu, bir daha həmin şəxslərin xalqımıza qarşı xəyanətkar mövqedə olduqlarını təsdiq edir
Son illərdə Azərbaycanın bütün sahələrdə davamlı inkişafa nail olması, o cümlədən, respublikada siyasi sabitliyin, vətəndaş həmrəyliyinin möhkəmlənməsi, ölkəmizin beynəlxalq imicinin artması Vətənimizin, xalqımızın dostlarını sevindirdiyi kimi, əsasən, beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan anti-azərbaycançı dairələrin Azərbaycana qarşı fəaliyyətdə aktivləşmə ilə özünü göstərir. Sözügedən dairələr Azərbaycanın dinamik iqtisadi inkişafına, möhkəm daxili sabitliyinə, beynəlxalq arenada qazandığı siyasi uğurlarına xələl gətirmək üçün dəridən qabıqdan çıxır və ən müxtəlif vasitələrə əl atırlar. Dünyanın ayrı-ayrı ölkələrində “lövbər” salan anti-azərbaycançı mərkəzlərin yararlandıqları çirkin vasitələrdən biri də onların “demokratiya”, “vətəndaş cəmiyyətinin inkişafı”, “insan haqları” kimi terminləri manipulyasiya alətinə çevirmələridir. Başqa sözlə desək, böyük məbləğdə maliyyə vəsaitləri xərcləyərək Azərbaycana demokratiya, söz, sərbəst toplaşmaq azadlıqları ixrac etmək istəyən məlum mərkəzlərin çirkin niyyətləri aydın görünür.
Əlbəttə, fundamental insan hüquq və azadlıqlarının, o cümlədən də demokratiyanın sərhədlərini mütləq şəkildə müəyyənləşdirmək mümkün deyil. Hər xalqın öz ənənələri, yaşam tərzi var. Hansısa bir toplum tərəfindən məqbul görünən dəyərlər başqaları tərəfindən inkar edilə bilər. Başqa bir mühüm cəhət ölkələrin inkişaf səviyyəsi ilə bağlı ola bilər. Belə olan halda müxtəlif “beynəlxalq” fondların, təşkilatların hansısa milli dövlətdə, o cümlədən də, Azərbaycanda demokratiyanın “qeydinə qalmaları”, bundan ötrü, necə deyərlər, kisə-kisə pul xərcləmələri çox şübhəli görünmürmü? Əgər “beynəlxalq” təşkilatlar belə “qayğıkeşdirlərsə” və yaxud Azərbaycana bu dərəcədə rəğbət bəsləyirlərsə, bəs onda nədən onların qulaqları Xocalı harayını eşitmir? Bəlkə, ermənilərin başladıqları ədalətsiz müharibə nəticəsində sadə azərbaycanlıların öz doğma yurd-yuvalarından qaçqın salınmalarının insan haqları kateqoriyası ilə bir əlaqəsi yoxdur? Məntiq haradadır ki, Azərbaycanda demokratiyanın, insan haqlarının vəziyyətindən “narahatlıq keçirən” müxtəlif “beynəlxalq” təşkilatlar və onlara dəm tutan qrantyeyən sapı özümüzdən olan baltalar bütün bu uşaq, ahıl, qadın, nəhayət, insan hüquqlarının pozulmasını görmürlər, ancaq radikal müxalifət düşərgəsinin hansısa təmsilçisinin konkret cinayətə görə saxlanılmasından və yaxud öyrədilmiş bir neçə gəncin şəhərin mərkəzi hissəsində məqsədli şəkildə törətdiyi xuliqanlıq əməlinin qarşısının alınmasından siyasi şou düzəltməyə çalışırlar?
Beləliklə, aydın görünür ki, müxtəlif “beynəlxalq” təşkilatların insan haqları, demokratiya “axtarışlarında” sağlam məntiq və obyektivlik meyarı əsla yoxdur.Yəni məlum mərkəzlərin danışan dili olan müxtəlif “milli” QHT-lərin təmsilçiləri “Azərbaycanda insan haqları pozulur”, “ölkədə siyasi məhbuslar var” deyəndə onların əsl niyyətlərinin nə olduğu aydın görünür.
Məlum antimilli dairələrdən aldıqları böyük qrantların, ianələrin müqabilində onların çaldıqları havalara məmnuniyyətlə qol götürüb oynayan radikal düşərgə təmsilçilərinin, ayrı-ayrı “milli” QHT-lərin üzvlərinin yeganə məqsədi bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da idarə olunan xaos yaratmaqdan ibarətdir.
Jurnalist Eynulla Fətullayevin bir müddət bundan əvvəl “virtualaz.orq” saytında dərc etdirdiyi “Azərbaycanı Ukraynaya çevirmək üçün 32 milyon dollar” sərlövhəli məqaləsində 2002-ci ildən 2014-cü ilədək təkcə üç xarici fondun Azərbaycanın QHT-lərinə 32 milyon dollardan çox vəsait xərclədiyi bildirilirdi. Bu günlərdə isə E.Fətullayev əvvəlki araşdırmalarının davamı kimi “haqqın.az” saytında “Azərbaycan inqilabı üçün daha 14 milyon dollar” başlıqlı məqalə ilə çıxış edib. Müəllif məqalədə bir sıra ifşaedici faktların üstünü açmağa nail olub. Məqalədə vurğulanır ki, 2003-2013-cü illərdə Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycan nümayəndəliyi 4 razılaşma əsasında 588 min dollar alıb. Araşdırmaçı jurnalist faktlarla həmin vəsaitdən radikal müxalif yönümlü şəxslərə nə qədər pay düşdüyünü ifşa edib. Məqalədə bildirilir: “Müxalifət fəalları Vidadi Mirkamal, İntiqam Əliyev və Ənnağı Hacıbəyli 91 min dollar alıb. 2) Rəşad Hacılı-90 min dollar”. Bundan başqa, E.Fətullayevin məqaləsində bildirilir ki, Əlövsət Əliyevə 10 min dollar, “Demokratiyanın tədrisi” qeyri-hökumət təşkilatına 15 min dollar verilib.
Haqqında bəhs olunan məqalədə, həmçinin, “Reveue Watch İnstitute” təşkilatının 952 min dollar vəsaiti necə pay-püş etdiyinə də aydınlıq gətirilib. Bildirilir ki, sözügedən institut tərəfindən maliyyələşdirilən 25 layihənin böyük hissəsini başda “Müsavat”çı Qubad İbadoğlu, “cəbhəçi”lər Məhəmməd Talıblı, Rövşən Ağayev və digərləri olmaqla “Milli Büdcə Qrupu” adlanan qrup alıb.
Məqalədə sadalanan bu və digər faktlardan da göründüyü kimi, assosiasiyanın ayırdığı vəsaitlərin böyük hissəsi radikal müxalifətin “cibinə” axıb. Bütün bunlardan sonra radikalların tez-tez təxribat xarakterli çağrışlarla gündəmə gəlmələrinin, pozuculuq əməllərinə rəvac vermələrinin səbəbləri aydın olur. Onları hərəkətə gətirən isə söz yox ki, Azərbaycanı da idarə olunan xaosa sürükləmək istəyən xarici dairələrin paralarıdır.

 
  • Oxunub:  24810  |  
  • Tarix:  25-04-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA