Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Bəzi müxalifət partiyaları radikalizmi və qarşıdurmanı təbliğ edir

Bəzi müxalifət partiyaları radikalizmi və qarşıdurmanı təbliğ edir

25.04.2014 [09:17]

Nurlan Qələndərli

Ölkəmizdəki əsaslı ictimai-siyasi sabitlikdən narazı olan “Müsavat” başqanı radikal və ekstremist fikirlər səsləndirməklə insanları dağıdıcılığa sövq etməyə çalışır
Azərbaycan siyasi palitrasında heç bir funksionallığa malik olmayan autsayderlər özlərinin korporativ səciyyəli maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd olan ən müxtəlif yollara istinad edirlər. Bu sırada radikal müxalifət, xüsusilə də, AXCP və Müsavat Partiyası fərqlənir. Dağıdıcı düşərgə nümayəndələri bu gün Azərbaycan cəmiyyəti tərəfindən tanınmır, öz fəaliyyətlərini anti-Azərbaycan dairələrin direktivləri əsasında davam etdirirlər.
Ümumiyyətlə, bəzi xarici maraq qruplarından maliyyələşən və konkret güclərin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən radikal müxalifətin nümayiş etdirdiyi anti-azərbaycançı fəaliyyət bəhs olunan qüvvələrin, o cümlədən, autsayderlər toplusu olan qondarma qurumlarının nəyə qadir olduğunu və kimlərə xidmət etdiyini aşkar surətdə əks etdirir. Dolayısıyla, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət son zamanlar Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir və ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışır. Verdiyi bəyanatlarla insanları və ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan radikallar ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və onları “himayə edən” mərkəzlərin maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq edirlər.
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, son zamanlar radikal müxalifəti təmsil edən şəxslərin xarici nümayəndələrlə görüşlər keçirməsi, ölkəmizdəki dərin təməllərə söykənən ictimai-siyasi sabitliyi, həmçinin, yüksək səviyyədə təmin və müdafiə olunan insan və vətəndaş hüquq və azadlıqları kimi məsələləri müzakirə obyektinə çevirmələri də deyilənləri təsdiq edir. Belə olan halda, sual yaranır: radikal müxalifətin sözügedən subyektlərlə işbirliyi nəyə xidmət edir? Hər halda, görünən odur ki, radikal düşərgə təmsilçiləri xarici nümayəndələrlə görüşlərindən sonra özlərinin nəzarətində olan mətbuat orqanlarında anti-Azərbaycan çağırışların səsləndirilməsini, həmçinin, dövlətimizə qarşı yönəlmiş qara piar kampaniyasını davam etdirirlər.
Yeri gəlmişkən, daim radikal çağırışlarla çıxış edən “Müsavat” başqanı İsa Qəmbər dağıdıcı düşərgənin nəzarətində olan mətbuat orqanlarından birinə müsahibəsində növbəti dəfə təxribatçı fikirlər səsləndirib. Ən təəccüblüsü (!) odur ki, bu şəxs “iqtidarın ölkə daxilində həmrəylik yaranmasına imkan vermədiyini” iddia edib. Əlbəttə, ilk başdan yalnız ittiham xarakterli olan bu fikrin əsl mahiyyəti insanları siyasi manipulyasiyaya məruz qoymaqla dağıdıcılığa təhrik etməsidir. Çünki hər bir Azərbaycan vətəndaşına məlumdur ki, ölkəmizdə sarsılmaz milli həmrəylik və bütövlük hökm sürür. Bu da milli inkişafı təmin edən əsas mexanizmlərdən biri rolunu oynayır. Amma görünən odur ki, ölkəmizdəki əsaslı ictimai-siyasi sabitlikdən narazı olan “Müsavat” başqanı radikal və ekstremist fikirlər səsləndirməklə insanları dağıdıcılığa sövq etməyə çalışır. Əlbəttə, Azərbaycan ictimaiyyəti İsa Qəmbər kimi təxribatçıları ciddi qəbul etmir. Ölkə vətəndaşlarına onun antimilli əməlləri məlumdur. Bəllidir ki, bu şəxs bir müddət əvvəl özünün korporativ maraqları naminə antimilli mövqedən çıxış edərək azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktı həyata keçirmiş, torpaqlarımızın 20 faizini işğal etmiş erməniləri belə dost kimi qəbul etməkdən çəkinməyərək onlarla əməkdaşlıq müqavilələri imzalayıb. “Keşiş Qapon” rolunu ifa etməyə çalışan İsa Qəmbər anti-azərbaycançılarla sövdələşmə nəticəsində hakimiyyətə gələcəyi təqdirdə Dağlıq Qarabağı ermənilərə güzəştə getmək öhdəliyini götürüb. Bu isə sözügedən şəxsin natamam xarakterini, antimilli mövqeyini və xəyanətkar simasını göstərən növbəti acınacaqlı faktdır.
Beləliklə, İsa Qəmbər, Əli Kərimli və digər şəxslərin timsalında radikal müxalifətin gerçək kimliyi aşkar olunur. Buna görə də, qeyd etdiyimiz kimi, ictimaiyyət dağıdıcı düşərgə təmsilçilərinə heç bir halda etimad göstərmir. Axı, cəmiyyətin ictimai-siyasi maraqlarına zidd mövqe sərgiləmək və beynəlxalq təzyiq qruplarının himayəsinə sığınmaq radikal müxalifətin davamlı fiaskosunu şərtləndirən növbəti faktorlardandır. Hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəyini vəd edən, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş təcavüzkar ermənilərlə əməkdaşlıq edən, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə çalışan, ictimaiyyəti manipulyasiyaya məruz qoyan, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri radikallığa və təxribata çağıran və bunlar kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən dağıdıcı qüvvələrə Azərbaycan xalqı etimad edərmi?
Beləliklə, radikal müxalifət yenə də qarşıdurma və dağıdıcılıq təbliğ etməklə məşğuldur. Bu, onların “siyasi fəaliyyət” prinsiplərinin nədən ibarət olmasını bir daha aydınlaşdırır...

Paylaş:
Baxılıb: 1280 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30