Ana səhifə »  Müəlliflər »  Leyla Yunusun qanunlardan “qaçış cəhdi”...
A+   Yenilə  A-
Leyla Yunusun qanunlardan “qaçış cəhdi”...
Yazdı: Pərviz Sadayoğlu

Xəyanətkar bağışlanılmamalıdır
Xəbər verildiyi kimi, aprelin 28-də Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus axşam saat 23:00 radələrində hava limanında saxlanılıblar. Qeyd edək ki, aprelin 28-də Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Baş Prokurorluğa dəvət olunub. Ona vətənə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirova qarşı açılmış cinayət işində adının keçdiyi, izahat üçün prokurorluğa dəvət olunacağı deyilib və ölkəni tərk etməməsi barədə xəbərdarlıq olunub. L.Yunus bildirib ki, tələb olunan vaxtda Baş Prokurorluğa gəlməyə və izahat verməyə hazırdır.
Lakin L.Yunus yoldaşı A.Yunusla birlikdə, xəbərdarlığa baxmayaraq, həmin gün gecə saat 23:00 radələrində, gizli şəkildə Azərbaycanı tərk etməyə cəhd göstərib. Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra onların Azərbaycandan çıxmaq cəhdlərinin qarşısı alınıb. Leyla Yunus Baş Prokurorluğun İstintaq İdarəsinə gətirilib və ondan şahid qismində izahat alınıb.
Maraqlıdır ki, hələ Rauf Mirqədirov saxlanılan dövrdən bəri özünün “həbs olunma təhlükəsi” ilə bağlı səs-küy yaratmağa çalışan, bundan siyasi şou düzəltməyə cəhd göstərən L.Yunus, sadəcə yuxarıda qeyd olunan məsələ ilə bağlı prokurorluğa dəvət edilsə də, o, fərqli yol tutub və bir sıra antimilli mərkəzlərin diktəsi ilə hər zaman anti-Azərbaycançı planlarda iştirak etməyə “həvəsli olan” L.Yunus özünün “siyasi reputasiyasını” qaldırmaq üçün gizli şəkildə ölkəni tərk etməyə çalışıb.
KİV-də yayılan məlumatlarda bildirilir ki, hüquq-mühafizə orqanlarındakı mənbələr Leyla Yunusun həbs olunması barədə məlumatı təkzib edib: “Heç kim onu həbs etməyib və ona qarşı hər hansı ittiham irəli sürülməyib. Leyla Yunus siyasi şou düzəldir”.
Leyla Yunusun siyasi şousu və ya “qabaqdangəlmişlik” sindromu
L.Yunusun Ermənistanın “Region” Araşdırmalar İnstitutunun direktoru və “hüquq müdafiəçisi dostu” Laura Baqdasaryanla şərikli layihələrə imza atdığı cəmiyyətə bəllidir. R.Mirqədirovun cinayət işində də adı hallanan L.Baqdasaryan L.Yunusa ən yaxın “şəxslərdən” sayılır. Bu baxımdan, L.Yunusun məlum iş ilə bağlı hüquq-mühafizə orqanlarına çağırışı “qaçışla” qarşılaması özü bir sıra müəmmalara yol açır.
Bundan başqa, L.Yunus aparılan araşdırma zamanı da öz “siyasi şou”larından əl çəkməyib. Belə ki, Leyla Yunus onun evinə gələn polisləri təhqir edib, onların ünvanına nalayiq ifadələr işlədib, polis zabitinin papağını başından çıxararaq yerə atıb. O, tərbiyəsinə uyğun olaraq, özünü son dərəcə nalayiq aparıb və saxlanmasından siyasi şou düzəltməyə çalışıb. Amma özünü “hüquq müdafiəçisi” adlandıran L.Yunus digər şəxslərin hüquqlarına hörmətlə yanaşmağı ağlına belə gətirməyib. Digər tərəfdən, xarici anti-azərbaycançı mərkəzlərin “maşası” rolunda bütün fəaliyyətini Azərbaycan dövlətinə qara yaxmağa sərf edən L.Yunus dövlətin qanunlarına hörmət etməyib. Bu isə ortaya cavab tələb edən bəzi suallar çıxarır: birincisi, L.Yunus hansı səbəbdən Respublika Prokurorluğunda ifadə vermək əvəzinə Azərbaycanı tərk etməyə qərar verir? O cümlədən, L.Yunus onun evində axtarış aparan polisləri təhqir edərək, nə üçün təxribat yaratmağa çalışır? Görünür ki, L.Yunusun bu təhrikedici hərəkətlərinin caiz bir açıqlaması var. Yoxsa, onun bu “qabaqdangəlmişliyi” nəyə hesablanıb? Bununla isə yəqin ki, hüquq-mühafizə orqanları da maraqlanacaq...
Niyə məhz Doha?
Vurğulamaq lazımdır ki, L.Yunusun son addımları heç də “özbaşına” atılmayıb. Məlum olub ki, R.Mirqədirovun həbsindən sonra Fransanın Azərbaycandakı səfirliyi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Leyla və Arif Yunusların Azərbaycandan çıxarılması ilə bağlı xüsusi plan hazırlayıb. Aprelin 28-də 2 saat ərzində Fransanın Azərbaycandakı səfirliyi L.Yunus və A.Yunusa 5 illik viza rəsmiləşdirib. Həmin gün saat 23:00 radələrində L.Yunus Fransanın Azərbaycandakı səfirliyinin katibi, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili və “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gəliblər. Həmin gün Parisə təyyarə reysi olmasına baxmayaraq, şübhə doğurmamaq üçün L.Yunusun Azərbaycandan Dohaya (Qətərin paytaxtı), oradan isə Parisə çıxarılması planlaşdırılıbmış. Qeyd edilməlidir ki, ABŞ və Fransa səfirliklərinin nümayəndələri L.Yunus və onun həyat yoldaşının hava limanından maneəsiz keçməsini təmin etməyi öz üzərlərinə götürüblərmiş. Bildirildiyi kimi, Azərbaycan hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra bu plan baş tutmayıb, L.Yunus Baş Prokurorluğa gətirilib və ondan izahat alınıb.
Leyla Yunus hər zaman anti-Azərbaycançı mərkəzlərin “istinad nöqtə”lərindən biri olub
Göründüyü kimi, özünü “hüquq müdafiəçisi” adlandıran L.Yunus öz adı ətrafında yenidən siyasi şou yaratmaq üçün var gücünü işə salıb. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, o, bu hərəkətləri ilə özündən “siyasətçi” fiquru düzəltməyə çalışır. Əgər, R.Mirqədirova açılmış cinayət işi ilə bağlı hansısa qaranlıq bir məqamları yoxdursa, görəsən L.Yunus hansı səbəblə tələm-tələsik Azərbaycanı tərk etmək məcburiyyəti hiss edir? İkinci bir tərəfdən, onun Fransa səfirliyi tərəfindən 2 saat içində 5 illik viza ilə “təmin olunması” da bir sıra suallar yaradır. Hər zaman Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan, hətta mədəni bir tədbir olan “Eurovision-2012” mahnı müsabiqəsi dövründə belə var gücü ilə anti-azərbaycançı mərkəzlərin xidmətçisi qismində çıxış edən L.Yunusun yəqin ki, hüquq-mühafizə orqanlarına deməyə sözü çox olacaq...

 
  • Oxunub:  23610  |  
  • Tarix:  30-04-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım

19 İyun 22:48
Yaponiya İmperatorunun taxta çıxması münasibətilə Bakıda ziyafət təşkil olunub
19 İyun 22:46
Təhsil naziri Ceyhun Bayramov: Prezidentin sərəncamları təhsilə göstərilən qayğının daha bir təzahürüdür
19 İyun 22:38
Vaşinqtonda Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələr müzakirə edilib
19 İyun 21:49
Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Azərbaycana səfərə gəlib
19 İyun 21:11
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium keçirilib
19 İyun 21:03
Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib
19 İyun 19:45
Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
19 İyun 19:42
Avropa Oyunları qitədə ən mühüm idman hadisələrindən birinə çevriləcək
19 İyun 19:35
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub
19 İyun 19:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib
19 İyun 19:27
Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
19 İyun 19:23
Ölkə əhalisinin sayı 0,3 faiz artaraq 10006149 nəfərə çatıb
19 İyun 19:21
Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
19 İyun 17:42
Ümumqoşun poliqonunda təlim keçirilib
19 İyun 17:41
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir
19 İyun 17:39
Sona Əliyeva: Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əhalinin sosial rifahı davamlı olaraq yüksəlir
19 İyun 17:18
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir
19 İyun 17:17
Madrid şəhərində keçirilən beynəlxalq xeyriyyə tədbirində ölkəmiz də təmsil olunub
19 İyun 17:05
Ümumdünya Turizm Təşkilatının sessiya iştirakçılarına ölkəmizin turizm potensialı tanıdılır
19 İyun 17:02
ADU son iki ildə qazandığı uğurlara görə fəxri diploma layiq görülüb
19 İyun 16:58
Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir
19 İyun 16:43
Elman Nəsirov: Son sərəncamlar bir daha göstərdi ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır
19 İyun 16:23
Artilleriyaçılarla komandir toplanışı keçirilib
19 İyun 16:14
Sahibə Qafarova: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 İyun 16:07
“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı diplomatik brifinqə ev sahibliyi edib
19 İyun 15:45
Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı keçirilib
19 İyun 15:36
Elçin Quliyev: Böyük sosial layihələrin reallaşdırılması Prezident İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanır
19 İyun 15:28
Ekspert: Minimum əməkhaqqının artırılması iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlılığını təsdiqləyir
19 İyun 15:22
Xanlar Fətiyev: İkinci sosial paketin müsbət nəticələri bütün ailələrdə hiss olunacaq
19 İyun 15:02
Energetika Nazirliyi Yaponiya şirkəti ilə anlaşma memorandumu imzalayıb
19 İyun 14:44
Əli Əhmədov: Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir
19 İyun 14:42
Azərbaycan səfiri etimadnaməsini Bəhreynin Kralına təqdim edib
19 İyun 14:32
Anar Əliyev: Həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur
19 İyun 14:20
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
19 İyun 14:13
Ceyhun Bayramov: Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir
19 İyun 14:10
Müdafiə naziri: Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz
19 İyun 14:06
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
19 İyun 14:04
Elsevər Ağayev: Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb
19 İyun 14:00
Dağlıq Qarabağda münaqişənin gedişində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi BMT-nin diqqət mərkəzində qalır
19 İyun 13:30
Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
19 İyun 13:27
Pensiyanın minimum məbləği 200 manata çatdırılır və artım 660 min pensiyaçını əhatə edəcək
19 İyun 13:23
Aydın Hüseynov: Son sərəncamlar əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan inqilabi addımların davamıdır
19 İyun 12:48
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlər davam edir
19 İyun 12:42
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket 2 milyondan çox insanı əhatə edəcək
19 İyun 12:35
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşı 40 faiz artırılıb
19 İyun 12:32
Hadi Rəcəbli: İmzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib
19 İyun 12:23
Prezident İlham Əliyevin əhalinin rifahının yüksəldilməsi istiqamətində inqilabi addımları davam edir
19 İyun 12:17
Yeni Sərəncam 160 minə yaxın müəllimin rifahına mühüm dəstəkdir
19 İyun 12:05
UNEC-də “Universitet-dövlət-sənaye platforması” çərçivəsində forum keçirilib
19 İyun 11:59
Tahir Süleymanov: Bu gün Azərbaycan sözün əsl mənasında rifah dövlətidir
19 İyun 11:56
İngilis dilində təqdimat müsabiqəsi keçirilib
19 İyun 11:53
Hikmət Şikarov: İmzalanan fərman və sərəncamlar insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir
19 İyun 11:20
Tahir Mirkişili: Prezident “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi
19 İyun 11:09
Azərbaycanla BƏT arasında əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub
19 İyun 11:05
Nazir müavini: Beş ayda qeyri-neft ixracı 18 faizədək artıb
19 İyun 10:56
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib
19 İyun 10:50
Sədaqət Vəliyeva: Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanır
19 İyun 10:48
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 19 dəfə pozub
19 İyun 10:47
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək
19 İyun 10:41
Türkiyənin Azərbaycandakı səfiri: Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir
19 İyun 10:40
İcma sədri: Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir, icmalar maraqlı tərəf kimi prosesi izləyir
19 İyun 09:53
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım
19 İyun 09:45
II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları Minskə yola salınıb
19 İyun 09:42
Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
19 İyun 09:35
Akademik Zərifə Əliyeva adına Lisey ölkəmizin təhsil uğurları ilə seçilən məktəblərindən biridir
19 İyun 09:33
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini təmin edir
19 İyun 09:31
YAP təkcə ölkəmizin deyil, regionun ən güclü siyasi təşkilatıdır
19 İyun 09:30
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
19 İyun 09:28
YAP Səbail rayon təşkilatı “Pedaqoqlar” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin iclası keçirilib
19 İyun 09:20
Azərbaycanda baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA