Ana səhifə »  Müəlliflər »  Fransa səfirliyinin viza müəmması
A+   Yenilə  A-
Fransa səfirliyinin viza müəmması
Yazdı: Mübariz Abdullayev

Və yaxud diplomatik missiya istintaq altında olan Leyla və Arif Yunusları ölkədən “qaçırmaq” cəhdləri ilə bağlı hələ də qənaətbəxş açıqlama verməyib
Xəbər verildiyi kimi, Azərbaycanın hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat nəticəsində Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun və onun əri, sözügedən institutda ekspert qismində çalışan Arif Yunusun konkret cinayət işi ilə bağlı istintaqdan yayınmaq cəhdlərinin qarşısı alınıb. Xatırladaq ki, ailə cütlüyünün adı Ermənistana casusluqda ittiham edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilən jurnalist Rauf Mirqədirovun cinayət işindən keçir.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Leyla və Arif Yunuslara iş üzrə dindirilmələri üçün istintaqa gəlmələri məqsədilə çağırış vərəqələri şəxsən təqdim edilib, həmçinin, dəfələrlə telefon əlaqəsi yaradılıb. Buna baxmayaraq, cütlük üzrlü səbəb olmadan qəsdən istintaqdan yayınıb. Azərbaycandan çıxmamaqla bağlı xəbərdarlıq edilsə də, Leyla və Arif Yunuslar başqa bir ölkəyə getməyə cəhd göstəriblər.
Lakin onların bu cəhdi baş tutmayıb. Cari il aprelin 28-də saat 23:00 radələrində Bakı-Doha aviareysi ilə ölkəni tərk etmək istəyən ailə cütlüyü Heydər Əliyev Beynəlxalq Hava Limanından geri qaytarılıb. Yasamal rayon Məhkəməsinin qərarı əsasında onların şəxsi yük baqajına baxış keçirilərkən oradan iş üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, o cümlədən, Leyla Yunusun xarici ölkədə adına olan mülkə dair sənədlər, informasiya daşıyıcıları və digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb. Eyni zamanda, həmin məhkəmənin qərarı əsasında onların yaşadıqları və işlədiyi ünvanlarda axtarış aparılıb. Leyla Yunus iş üzrə şahid qismində dindirilib, Arif Yunus isə səhhətinin pisləşməsi ilə əlaqədar müalicəsinin davam etdirilməsi üçün yenidən xəstəxanaya yerləşdirilib. Həyata keçirilən bütün istintaq hərəkətlərində Leyla Yunusun özünün dəvət etdiyi müdafiəçinin iştirakı təmin olunub və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Yeri gəlmişkən, baş verən olay yalnız məlum cinayət işi ilə bağlı istintaqa cəlb edilən Leyla və Arif Yunusların ifadə verməyə gəlmək əvəzinə, xarici bir ölkəyə qaçmağa cəhd göstərmələri ilə diqqəti cəlb etmir. Məsələ burasındadır ki, istintaq altında olan və bu barədə xəbərdar edilən ailə cütlüyünün ölkədən çıxarılması planı Fransanın, eləcə də, ABŞ-ın Azərbaycandakı səfirliklərində hazırlanıb və onların dəstəyi ilə də reallaşdırılmasına cəhd göstərilib. (?!) Belə ki, Fransa səfirliyində Leyla və Arif Yunuslara çox operativ surətdə-cəmi 2 saat ərzində bu ölkədə yaşamağa dair 5 illik viza rəsmiləşdirilib. Diplomatik missiyanın ailə cütlüyünə diqqəti bununla da tamamlanmayıb. Leyla və Arif Yunuslar Fransa səfirliyinin katibinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkilinin və “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gəliblər. Həmin gün Parisə birbaşa aviareys olmasına baxmayaraq, necə deyərlər, iz azdırmaq məqsədilə marşrut kimi Qətərin paytaxtı Doha seçilib.
Beləliklə, Fransa səfirliyinin konkret cinayət işi ilə bağlı dindirilmələrinə zərurət yaranan və bununla bağlı xəbərdar edilən şəxslərə uzunmüddətə əlüstü viza rəsmiləşdirməsi və sonradan iki dövlətin səfirliyinin əməkdaşlarının heç bir diplomatik status daşımayan “sərnişinləri” hava limanınadək müşayiət etmələri suallar doğurur. İki səfirliyin Leyla və Arif Yunusları bu qədər “əziz-xələf” saymaları, onların başlarına hədsiz qayğıkeşliklə çətir tutmalarının motivləri, görəsən, nə ilə bağlıdır? Diplomatik korpus təmsilçiləri istintaq altında olan şəxslərin Azərbaycandan çıxmalarına yardımçı olmaqla ölkə qanunlarını, eləcə də, “Diplomatik xidmət haqqında” 1961-ci il Vyana Konvensiyasının müddəalarını pozduqlarının fərqində deyillərmi? Fransa səfirliyinin respublikanın əlaqədar hüquq-mühafizə orqanları tərəfindən rəsmi qaydada istintaqa çağrılan Leyla və Arif Yunuslara viza rəsmiləşdirməsi qanun pozuntusu olmaqla yanaşı, həm də dövlətlərarası münasibətlərin, Azərbaycanla Fransa arasında əlaqələrin ruhuna ziddir. Azərbaycan ictimaiyyətinin tələbi budur ki, Fransa səfirliyi Leyla və Arif Yunuslara tələm-tələsik viza rəsmiləşdirməsinin səbəblərinə qaneedici aydınlıq gətirməlidir.
Yeri gəlmişkən, Azərbaycan cəmiyyətində ermənipərəst imici ilə tanınan cütlüyə havadarlıq etməsi Fransa səfirliyinin nüfuzuna da kölgə salır. Mətbuatda xəbər verildiyi kimi, Leyla Yunus jurnalistin “Sizi nə üçün Fransa səfirliyinin nümayəndəsi müşayiət edirdi?” sualına “çünki mən belə istəyirdim” cavabını verib. Elə isə, görəsən, “müştəri”nin diqtəsi ilə oturub-durmaq diplomatik missiyaya nə dərəcədə başucalığı gətirir və yaxud Fransa səfirliyi hamıyamı belə qibtəolunacaq iltifat göstərir?
Fransa səfirliyinə ünvanlanan suallar çoxdur. Ancaq nəyə görəsə Leyla və Arif Yunuslara qulluq göstərməkdə heyrət doğuracaq operativlik nümayiş etdirən səfirlik sükutu pozmağa və geniş ictimaiyyətin, mətbuatın ünvanladığı suallara qaneedici cavab verməyə tələsmir.

 
  • Oxunub:  25020  |  
  • Tarix:  02-05-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13