Ana səhifə »  Müəlliflər »  Yunuslar ailəsinin xəyanətkar fəaliyyətinin qabarıq dosyesi...
A+   Yenilə  A-
Yunuslar ailəsinin xəyanətkar fəaliyyətinin qabarıq dosyesi...
Yazdı: Aqşin Şahinoğlu

Bu satqın ailə tandeminin Azərbaycan xalqına qarşı “xidmətləri” erməni diasporu tərəfindən yüksək səviyyədə dəyərləndirilib
Xalqın içərisindəki xainləri “qidalandırmaq”, onların fəaliyyətini təşviq etmək, bu insanların öz dövlətinə qarşı addımlarına dəstək vermək milli dövlətlərin suverenliyinə qarşı çıxan xarici maraq qruplarının və bəzi güc mərkəzlərinin fəaliyyətinin ənənəvi prioritetlərindəndir. Biz bu gün inkişaf edən, regionun güc mərkəzinə çevrilən, azad və demokratik cəmiyyət quruculuğu prosesində böyük uğurlar qazanan, əmin-amanlığın və vətəndaş həmrəylinin təmin olunduğu Azərbaycana münasibətdə də bəzən bunu müşahidə edirik. Ölkəmizin uğurlarına qısqanclıqla yanaşan, dövlətimizi müstəqil inkişaf yolundan sapdırmağı hədəfləyən həmin xarici qüvvələr Azərbaycan daxilindəki “beşinci kolon” nümayəndələrindən faydalanır, bunlar vasitəsilə ölkəmizdə çaxnaşma, təxribat törətməyə, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun fəaliyyəti “beşinci kolon”un əsl məqsədlərini aydınlaşdırmağa imkan verməklə yanaşı, bu cür təxribatçı insanlara qarşı hüquqi müstəvidə müvafiq tədbirlərin görülməsi zərurətini aktuallaşdırır.
Leyla Yunus Azərbaycan dilini söyüş dili olaraq görür
Məlum olduğu kimi, Leyla Yunus daima Azərbaycanı hədəf götürüb və onun əsas mübarizə obyekti Azərbaycandır. Bütün hakimiyyətlərin dövründə xarici maraq qruplarına donoslar yazıb, ölkəmizi qaralamağa, ləkələməyə çalışıb. Son dövrlər baş verən, həmçinin, L.Yunusun da yer aldığı bir sıra hadisələr yenidən bu mövzuya qayıtmağı və bu ermənipərəst qadının fəaliyyətinə nəzər salmağı zəruri edir.
Əlbəttə ki, Leyla Yunusun fəaliyyəti, bir fərd olaraq şəxsi keyfiyyətləri, ermənilərlə qohumluğu, ermənipərəst dairələrlə işbirlikləri, işğalçı ölkəyə bəslədiyi rəğbət haqqında ictimaiyyət kifayət qədər məlumatlıdır. O, hər kəlməsində Bakıda doğulduğunu, azərbaycanlı olduğunu və guya, bu Vətəni çox sevdiyini söyləsə də, həmişə Azərbaycan dövlətini, Azərbaycan xalqını və Azərbaycan dilini aşağılamağa cəhd göstərir. Azərbaycan dilini yalnız söyüş vasitəsi kimi gördüyünü, “bu dildə ancaq söyüş söydüyünü” söyləyən bu antimilli ünsür 2012-ci ildə Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsinə qarşı erməni diasporunun və onların təsiri altında fəaliyyət göstərən anti-azərbaycançı mərkəzlərin kampaniyasında da fəal rol almışdı. “Eurovision” müsabiqəsi ərəfəsində Almaniyaya səfər edən L.Yunus Azərbaycana qarşı kampaniya aparacaq KİV-lərdən və QHT-lərdən ibarət qrupun formalaşdırılmasında fəal iştirak etmişdi. Mütəmadi olaraq, Azərbaycan haqqında həqiqətdən uzaq, reallıqla səsləşməyən, ölkəmizin mənfi imicinin formalaşdırılması niyyətinə xidmət edən məlumatların beynəlxalq təşkilatlara ötürülməsi, Azərbaycan haqqında qərəzli hesabatların hazırlanmasında birbaşa iştirak etməsi də L.Yunusun gündəlik fəaliyyətinin özəyini təşkil edir.
YunusLar ailəsinin erməni mənşəyi haqqında faktlar
Leyla Yunusun erməni sevgisi əbəs deyil. Bildiyimiz kimi, L.Yunus və onun əri Arif Yunusun ermənilərlə qohumluğu haqqında mətbuatda və sosial şəbəkələrdə çoxsaylı materiallar yer alıb, faktlar açıqlanıb. Əldə etdiyimiz məlumatlara görə, Leyla Yunusun və onun əri Arif Yunusun Ermənistanda, Rusiyanın Krasnodar vilayətində çoxlu erməni qohumları var. Belə ki, L.Yunus, əri Arif Yunus və qaynı Ramiz Yunus Moskvada yaşayan milliyyətcə erməni, Rusiya dövlət strukturlarında Qafqaz problemləri ilə məşğul olan və analitik informasiya mərkəzlərində çalışan dayıları ilə əlaqə saxlayaraq onlardan təlimat alırlar. Bundan başqa, L.Yunusun qaynı Ramiz Yunus hazırda ABŞ-da yaşayır və erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətində fəal iştirak edir.
Ermənilərə xidmət etmək yunusların fəaliyyətinin özəyini təşkil edir
Əlbəttə ki, bu qohumluq əlaqələri Yunusların fəaliyyətini yönləndirən əsas meyardır. Ermənilərə xidmət etmək bu fəaliyyətdən qırmızı xətt kimi keçir. Xatırlatmaq yerinə düşər ki, hələ AXC-”Müsavat” hakimiyyəti dövründə Leyla Yunusun casusluq fəaliyyəti ilə məşğul olması haqda müxtəlif məlumatlar var idi. O, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürüb. Bunun müqabilində də külli miqdarda pul əldə edib. Daha sonra nazirliyin qida təchizatı ilə məşğul olan L.Yunus cəbhəyə göndəriləcək məhsulları bazara çıxararaq, bundan əldə etdiyi vəsaitləri Almaniyadakı bank hesabına köçürüb. Həmin vaxt Prezident Aparatının analitik şöbəsində çalışan həyat yoldaşı Arif Yunus və Nazirlər Kabinetində işləyən qaynı Ramiz Yunus da Azərbaycan haqda məxfi materialları erməni tərəfinə ötürüblər.
Fransanın erməni lobbisi tərəfindən idarə olunan QHT-lərə Azərbaycandan casus materialları...
O, Müdafiə Nazirliyindəki vəzifəsini itirdikdən sonra daha da azğınlaşıb və qohumları ilə əlaqələrini bir az da irəli aparıb. L.Yunusun erməni xüsusi kəşfiyyat orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə xüsusi münasibətləri olduğu yönündə mətbuatda məlumatlar işıq üzü görüb. Həmçinin, L.Yunus erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50000 avro məbləğində iki dəfə qrant alıb. Başqa bir məlumata görə, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən Leyla Yunus Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. Eyni zamanda, Leyla Yunusun Rusiya Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi Qalina Staravoytova ilə yaxın münasibəti də olub. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan “Artelis Servis” və “Hayqrov Konstaltinq Servis” kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın da sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb. Onun müxtəlif beynəlxalq tədbirlərdə çıxışı zamanı məhz ermənilərin maraqlarını müdafiə etməsi və hadisələrə bu prizmadan yanaşması da sirr deyil. Son olaraq, ermənilərin Almaniyanın Esslingen am Neckar şəhərində təşkil etdiyi konfransda çıxışı zamanı L.Yunus rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun Əkrəm Əylislinin müdafiəsinə qalxan ilk təşkilat olduğunu fəxrlə bəyan edib. Ermənistandakı “Region” Araşdırmalar mərkəzi və Sülh və Demokratiya İnstitutu tərəfindən “ictimai dialoqlar” (www.publicdialogues. info) saytı yaradılıb. İlk günlərdə saytda İrs partiyasının sədri Raffi Ovannisyanın müsahibəsi dərc edilib. Ovannisyan işğal edilmiş ərazilərimizi “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib. L.Yunus isə bunu bəh-bəhlə ictimailəşdirərək təbliğ edib.
L.Yunusa erməni lobbisi qarşısında xidmətlərinə görə Fransanın Fəxri Legion Kavaleri Ordeni verilib
Əlbəttə ki, onun ermənilər qarşısındakı bu xidmətləri heç vaxt qarşılıqsız qalmayıb. Xatirinizdədirsə, hələ bir müddət əvvəl, daha dəqiq desək, ötən il “Milli şura” yarananda hüquq müdafiəçisi Novella Cəfəroğlu demişdi ki, Leyla Yunusun adına xarici ölkələrdə villaları, Bakıda bir neçə evi var. “Mənim Leyla Yunus kimi Antalya və Almaniyada villalarım yoxdur. Bakıda bir neçə evim yoxdur. O, 1992-93-cü illərdə Rusiyaya işləyib, indi də Rusiyaya işləyir”. Zaman ötdükcə isə bu dəyirmanın suyunun haradan olduğu daha qabarıq ortaya çıxır. Ermənilər və onların təsiri altında fəaliyyət göstərən anti-azərbaycançı dairələr Yunusların xidməti qarşılığında əməlli-başlı xərcə düşüblərmiş. Belə ki, N.Cəfəroğlunun da vurğuladığı kimi, L.Yunus ermənilərlə işbirliyindən əldə etdiyi böyük gəlirlər hesabına Avropanın bir sıra şəhərlərində villalar, mülklər alıb. Avropa ölkələrinin, Türkiyənin bahalı klinikalarında müalicə olunan L.Yunusun müalicə pulu da məhz erməni lobbisi tərəfindən ödənilir. Bundan başqa, 2013-cü ildə L.Yunusa Fransanın Fəxri Legion Kavaleri Ordeni erməni lobbisi qarşısında xidmətlərinə görə verilib. Bu fakt həm də Fransanın Azərbaycandakı səfirliyinin L.Yunusa isti münasibətinin də səbəblərini ortaya qoyur. Yunusun ermənilərə “ayı xidməti” Fransanın Azərbaycandakı səfirliyi tərəfindən qiymətləndirilir ki, bu diplomatik korpus bütün normaları pozaraq Yunuslara iki saat ərzində Fransada beş il yaşamaq hüququ verən viza rəsmiləşdirir, hətta bu qondarma hüquq müdafiəçisi Fransa səfirliyinin avtomobilində səfirliyin katibinin müşayiəti ilə aeroporta gedir.
Leyla Yunusun rəHbərlik etdiyi təşkilatın əsl rəhbəri ABŞ agentidir
Şübhəsiz ki, Azərbaycan dövlətində fəaliyyət göstərən bu təşkilatın dövlətçiliyə qarşı fəaliyyətinin ciddi səbəbləri olmalıdır. Səbəbləri isə indi aydınlaşır. Məlum olub ki, Sülh və Demokratiya İnstitutu ABŞ vətəndaşı olan Nikolas Daniloff adlı şəxsin təlimatı ilə yaradılıb. Daniloffun isə tərcümeyi-halı heç də təmiz deyil. Onun 1986-cı ildə MKİ agenti kimi “arzuolunmaz şəxs” elan edildiyi və SSRİ-dən deportasiya olunduğu bildirilir. L.Yunusun agent Daniloffla tanışlığının tarixçəsi də kifayət qədər əvvələ gedib çıxır. Buna baxmayaraq, tərəflər bu günə qədər bunu sirr olaraq qoruya biliblər. Bunda isə Yunus-Daniloff tandeminə ikincinin həyat yoldaşı kömək edib. Azərbaycandakı fəaliyyətini pərdələmək üçün L.Yunus N.Daniloffun həyat yoldaşı Rut Daniloffla rəfiqəlik də edirmiş.
“Hüquq müdafiəçisi” qiyafəsi onA sadəcə əməllərini örtmək üçün lazımdır
Əlbəttə ki, bütün bu faktlar Leyla Yunusun Azərbaycan dövlətçiliyinə və xalqımıza qarşı xəyanətkar fəaliyyətinin səbəblərini ortaya qoyur. Adi bir fakta diqqət yetirək. Məlumdur ki, L.Yunus bir neçə dəfə guya Azərbaycanda “siyasi məhbus”larla bağlı hesabat hazırlayıb və onun Qərbin bir sıra təşkilatlarına göndərib. Həmin təşkilatlar isə “siyasi məhbus” məsələsindən Azərbaycana qarşı təzyiq kimi istifadə etməyə çalışır. Baxmayaraq ki, hələ heç beynəlxalq ictimaiyyətin və dünyada nüfuz sahibi olan təşkilatların özlərində belə “siyasi məhbus” anlayışı tam olaraq izah və qəbul olunmur, onun mahiyyətinin nədən ibarət olması müzakirə predmeti olaraq qalır. Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) bununla bağlı müxtəlif dövrlərdə təşkil olunmuş diskussiyalar da bu fikri bir daha təsdiq edir. Əgər dünyada “siyasi məhbus” anlayışının tam olaraq nədən ibarət olması sualı cavab tapa bilmirsə, onda bəzi “hüquq müdafiəçiləri”nin, o cümlədən, L.Yunusun kimisə “siyasi məhbus” elan etməsi hansı hüquqi əsasa söykənir? Digər tərəfdən, onun “siyahı”sına baxanda məqsədi aydın görünür. L.Yunus ölkəmizdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən antiterror əməliyyatları zamanı həbs olunan İslam Partiyasının üzvlərini, “sadval”çıları, Vətənə qarşı xəyanətdə ittiham olunan şəxsləri “siyasi məhbus” kimi qələmə verib, onların azad olunmasına çalışıb. Təsəvvür edin, L.Yunus Azərbaycan xalqına qarşı terror həyata keçirən insanların azadlığa çıxmasına çalışır, onların əməllərinə bəraət qazandırır. Bu da yenə də onun ermənipərəst mövqeyindən irəli gəlir. “Hüquq müdafiəçisi” qiyafəsi isə onun üçün sadəcə əməllərini örtmək üçün lazımdır.
Leyla Yunus bütün əxlaq dəyərlərini, mənəviyyatını itirib
Leyla Yunusun bu xəyanətkar mövqeyini yalnız onun milli hisslərdən, vətənpərvərlikdən uzaq olması ilə bağlamaq doğru olmazdı. Zənnimizcə, bu, məsələnin sadəcə bir hissəsidir. Ümumiyyətlə isə, L.Yunusda çox ciddi xarakter və mənəviyyat, əxlaq problemi var. Bu problem isə onun hər addımında özünü çılpaqlığı ilə göstərir. Məsələn, o, özünü “hüquq müdafiəçisi” kimi təqdim edir, amma “siyasi məhbus” məsələsini alver predmetinə çevirir, insanlardan rüşvət alaraq adlarını həmin siyahılara daxil edir. 1993-cü ildə Müdafiə Nazirliyində çalışarkən “Azadlıq” qəzetinin əməkdaşını helikopterdən yerə tullamaq haqda göstəriş verəcəyi ilə hədələyib. Özünü “hüquq müdafiəçisi” adlandıran bu qadın polisləri güllələməyə çağırır, nalayiq söyüşlər söyür. Bütün bunlar isə ən adi vətəndaşlarda belə ikrah hissi oyadır.
Beləliklə, artıq hər bir vətənpərvər azərbaycanlı bu qadının əməllərindən doyub, cana gəlib. İndi cəmiyyətin tələbi bu xəyanətkar, bütün əxlaq və etika dəyərlərini itirmiş, xalqımızı və dövlətimizi təhqir etməyi özünə peşə seçmiş bu erməni mənşəli təxribatçı “qadının” əməllərinə son qoyulması və fəaliyyətinin hüquq müstəvisində araşdırılmasının təmin olunmasıdır.

 
  • Oxunub:  25500  |  
  • Tarix:  02-05-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23