Ana səhifə »  Müəlliflər »  Fransa səfirliyinin Leyla Yunusa və onun ailəsinə “istisna hal” kimi yanaşmasının arxasında hansı məqamlar dayanır?
A+   Yenilə  A-
Fransa səfirliyinin Leyla Yunusa və onun ailəsinə “istisna hal” kimi yanaşmasının arxasında hansı məqamlar dayanır?
Yazdı: Pərviz Sadayoğlu

Ermənipərəst “hüquq müdafiəçisi”nin iddiasına görə, bu səfirlik Yunuslar ailəsinin əmrlərini yerinə yetirir
Xəbər verildiyi kimi, aprelin 28-də Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus Azərbaycanı tərk edərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və Baş Prokurorluğa gətirilərək ifadə veriblər. Xatırladaq ki, həmin gün L.Yunus həbsdə olan Rauf Mirqədirovun cinayət işi ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa dəvət olunub. L.Yunus tələb olunan vaxtda Baş Prokurorluğa gəlməyə və izahat verməyə hazır olduğunu bildirsə də, xəbərdarlığa baxmayaraq ölkəni tərk etməyə cəhd göstərib.
Vurğulamaq yerinə düşər ki, L.Yunusun bu addımı atmasında, ölkəni tərk etməyə cəhd göstərməsində ona yaxından “köməklik” edənlər də tapılıb. KİV-də yayılan məlumatlara görə, R.Mirqədirovun həbsindən sonra Fransanın Azərbaycandakı səfirliyi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Leyla və Arif Yunusların Azərbaycandan çıxarılması ilə bağlı xüsusi plan hazırlayıblar. Bu planın tərkib hissəsi olaraq isə aprelin 28-də 2 saat ərzində Fransanın Azərbaycandakı səfirliyi L.Yunus və A.Yunusa 5 illik viza rəsmiləşdirib.
Məsələ burasındadır ki, Fransa səfirliyi bütün prosedurları ayaqlar altına alaraq, qanunlara hörmətsizlitk göstərərək 2 saat ərzində “viza təşkil etməklə” yanaşı L.Yunusun və əri Arif Yunusun ölkədən çıxmasına yardımçı olmağa da “çalışıb”. Belə ki, aprelin 28-də L.Yunus məhz Fransanın Azərbaycandakı səfirliyinin katibi və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkilinin, o cümlədən, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına gəlib. Hətta həmin gün Parisə birbaşa təyyarə reysi olmasına baxmayaraq, şübhə doğurmamaq üçün L.Yunus Doha (Qətər) marşrutunu “seçib”. Vurğulanmalıdır ki, ABŞ və Fransa səfirliklərinin nümayəndələri L.Yunus və onun həyat yoldaşının hava limanından maneəsiz keçməsini təmin etməyi öz üzərlərinə götürüblərmiş.
Ümumiyyətlə, Fransa səfirliyinin Leyla Yunusa hansı “məziyyətlərinə” görə 2 saat ərzində 5 illik yaşamaq vizası verməsi özü ortaya bir sıra suallar çıxarıb. Hətta öz ölkəsinin vizavermə ilə bağlı qanunlarını pozan səfirlik görəsən, hansı “məcburiyyət” qarşısında qalıb ki, L.Yunusu aeroporta qədər müşayiət etməli olub?
Maraqlıdır ki, səfirlik sadəcə viza verdiyini təsdiqləyərək başqa izahat verməkdən boyun qaçırıb. Başqa bir dövlətin qanunlarını pozaraq həmin ölkənin daxili işlərinə müdaxilə edən Fransa səfirliyi düşünmürmü ki, etdikləri heç bir çərçivəyə sığmır. Qeyd edildiyi kimi, bu fəaliyyət Azərbaycanın daxili işlərinə kobud müdaxilədir və “Diplomatik xidmət haqqında” 1961-ci il Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır.
Bir daha qeyd etmək lazımdır ki, Fransa səfirliyinin L.Yunusu və onun ərinə “istisna hal” kimi yanaşmasının arxasında hansı məqamların gizlənməsi olduqca maraqlıdır. Səfirliyin hətta “iz azdırmaq üçün” onları birbaşa Paris reysi ilə deyil, Dohaya “göndərməsi” də sübut edir ki, baş verənlər heç də “adi viza” prosesi deyil. Fransa səfirliyinin öz “işini-gücünü” buraxaraq Leyla Yunusun “cangüdəninə” çevrilməsi bir daha sübut edir ki, ortada onların üst-üstə düşən maraqları mövcuddur. Bu maraqların isə harada “üst-üstə” düşməsi yəqin ki, tezliklə ortaya çıxacaq.
Bundan başqa, L.Yunus saxlanıldığı günün səhərisi mətbuata açıqlama verərkən maraqlı bir durum yaşanmışdı. Belə ki, jurnalistlərin “səfirlik nümayəndələri sizi niyə müşayiət edirdi?” sualına qəzəblənən, gözləri hədəqəsindən çıxan hala qədər böyüyən L.Yunusun “çünki bunu mən belə istəmişəm” deməsi də Fransa səfirliyi ilə bağlı müəmmaları artırmağa xidmət göstərib. Bütün bunlar isə ortaya bir sıra suallar çıxarıb: Fransa səfirliyi Leyla Yunusun hər istədiyini edirmi? Və ya Fransa səfirliyi hansı üstünlüklərinə görə L.Yunusun arzularının reallaşmasına müntəzir dayanıb?
Əgər belə olmasaydı, sırf “L.Yunus istəyir” deyə diplomatik korpus bütün qanunlara və konvensiyalara qarşı hörmətsizlik göstərməz, onları pozmazdı. Leyla Yunusun xüsusi əda ilə “mən belə istəyirəm deyə Fransa səfirlyi məni yola salıb” fikri bu diplomatik korpusun Azərbaycan və Fransa ictimaiyyətinə sözügedən məsələ ilə bağlı da açıqlama verməsini şərtləndirir. Axı, səfirlik bir dövlətin ərazisində fəaliyyət göstərən başqa bir dövlətin rəsmi strukturudur. Fransanın rəsmi strukturu sayılan səfirlik nə vaxtdan L.Yunusun istəyi ilə onun müşayətedicisinə çevrilib. Və bu müşayətetməni “haqq etmək” üçün də L.Yunus hansı xüsusi üstünlüklərə malikdir?...

 
  • Oxunub:  23940  |  
  • Tarix:  03-05-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA