Ana səhifə »  Müəlliflər »  Erməni qazanının növbəti “çömçəsi” – Leyla Yunusova
A+   Yenilə  A-
Erməni qazanının növbəti “çömçəsi” – Leyla Yunusova
Yazdı: Pərviz Sadayoğlu

Ermənipərəst “hüquq müdafiəçisi” Leyla Yunusova öz etirafları ilə islamofob, türkofob və ermənilərin xidmətçisi olduğunu növbəti dəfə sübuta yetirir
Ermənilərlə işbirliyində günahlandırılan və istintaqı davam edən Rauf Mirqədirovun işi üzrə ifadə verməkdən yayınaraq ölkəni tərk etməyə çalışan, 2 saat ərzində 5 illik yaşamaq hüququ tanıyan viza ilə “təmin olunan” Leyla Yunusova yenidən öz ətrafında siyasi şou düzəltməyə cəhd göstərir. Maraqlıdır ki, çabaladıqca batan, danışdıqca özünü daha da çətin vəziyyətlərə salan L.Yunusova ora-bura müsahibə verməklə özünüifşasını gerçəkləşdirir. Onsuz da illərdir ki, kimliyi hər kəsə bəlli olan Yunusovlar ailəsinin əməlləri Azərbaycan cəmiyyətinə çox yaxşı tanışdır. Onların daima antimilli layihələrdə ön sıralarda yer alması, xarici anti-azərbaycançı mərkəzlərin sifarişlərini yerinə yetirməsi sirr deyil. Belə demək mümkündürsə, L.Yunusova bu dəfə, deyəsən, özü-özünü dalana sürükləyib.
L.Yunusovanın “Turan” informasiya agentliyinə və “Azadlıq” qəzetinə müsahibələrinə diqqət yetirdikdə bir məntiq açıq şəkildə ortaya çıxır. İllərdir ki, Azərbaycanın maraqlarına qarşı maşa kimi işlədilən bu şəxs(lər) görəsən danışdıqlarının fərqindədirmi? Məsələn, Leyla Yunusova deyir: “Əsas məsələ hər şeyə nəzarət etməkdir, nə ölkə daxilində, nə də başqa təşkilatlarla əlaqələrdə, üstəlik, qonşu Ermənistanla “xalq diplomatiyası”nda heç nə nəzarətdən kənarda qalmasın”.
Ölkə ictimaiyyəti bilir ki, müharibə vəziyyətində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı icmalar və xalqlararası münasibətlər ancaq müəyyənləşdirilmiş rəsmi çərçivədə aparılır və aparılmalıdır. QHT nümayəndələrinin, ayrı-ayrı şəxslərin, jurnalistlərin “xalq diplomatiyası” adı altında həyata keçirdikləri səfərlər, görüşlər isə birbaşa Ermənistan xüsusi xidmət orqanlarının aktivinə yazılıb. Həm də ictimaiyyətə bəllidir ki, belə “xalq diplomatiyası” cəhdlərinə xaricdə yaşayan, bir çox hallarda yaşadıqları ölkələrin rəsmi strukturlarında təmsil olunan və təbii ki, bu statuslarına uyğun olaraq Azərbaycanın deyil, ilk növbədə, məmuru olduqları ölkənin mənafelərini düşünən şəxslər də cəlb edilib. Rusiyada yaşayan iş adamı Söyün Sadıxovun erməni millətçisi Ara Abramyanla birgə “xalq diplomatiyası” təşəbbüsü ilə çıxış etməsi və ya Rusiya xüsusi xidmət orqanlarının təxribatçısı kimi Moldovada həbs olunmuş yazıçı, “özünü adekvat azərbaycanlı” elan edən Eduard Bağırovun ildə bir neçə dəfə ermənilərdən üzr istəməsi (niyəsi özünə də bəlli deyil) Azərbaycan ictimaiyyətində haqlı olaraq etiraz doğurub.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ münaqişəsini “xalq diplomatiyası” adına Twitter fəallığı və ABŞ-da yaşayan azərbaycanlı və erməni icmalarını görüşdürməklə “həll etmək” istəyi də Azərbaycan dövlətinin rəsmi qurumları tərəfindən qınanıb. Çünki belə “xalq diplomatiyası” Azərbaycan ictimiayyətini mövcud status-kvo ilə, işğal yolu ilə yaradılmış reallıqla barışmağa, dövlətimizi öz ictimaiyyətinin və diasporunun təzyiqi ilə ədalətsiz sülhə məcbur etməyə hesablanıb.
“Xalq diplomatiyası” məqsəd deyil, məqsədə çatmaq üçün vasitədir. Azərbaycan üçün bu məqsəd münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həlli, məcburi köçkünlərin öz doğma yurd-yuvasına qayıtması və torpaqlarımızın qeyd-şərtsiz azad edilməsidir. “Xalq diplomatiyası” bizim üçün Ermənistanda, xüsusən Dağlıq Qarabağda yaşayan erməni əhalisini bu məqsədə hazırlamaqdır. Azərbaycan bu məqsədli “xalq diplomatiyası”nı nəinki yasaq etmir, əksinə təşviq edir. Dağlıq Qarabağın azərbaycanlı icmasının erməni icması ilə qeyri-rəsmi səviyyədə görüş təşkil etmək istəkləri əksinə ermənilər tərəfindən rədd edilir. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Dağlıq Qarabağda mövcud olan QHT-lərə sülhyaratma missiyasını dəstəkləyən qrant müsabiqələrində iştiraka çağırışı da, hələ ki, müsbət nəticə vermir.
Qərb təşkilatlarının başlatdığı “xalq diplomatiyası”nın xeyirxah niyyətli olduğuna və bu yolla erməni ictimai rəyini dəyişə biləcəklərinə ilk vaxtlarda inanan şəxslər də etiraf edirlər ki, bu inanma yanılma imiş və onlar hələ ki, bu vasitə ilə nəyisə dəyişməyin perspektivinə artıq inanmırlar. Belə bir etirafı vaxtilə həmin layihələrəin fəal iştirakçısı olmuş tanınmış QHT-çi Əvəz Həsənov da edib.
Türkiyəni özünə “təhlükə” sayan Yunusova nə üçün Antalyada mülk alır?
Leyla Yunusova iddia edir ki, guya “Putinin Ukraynaya qarşı hərəkətlərini çox kəskin tənqid edən Rauf Mirqədirovu həbs etməklə Azərbaycan hakimiyyəti tərəfindən Rusiyaya tərəf müəyyən reverans edilib. “Nezavisimaya qazeta”da bizə qarşı dərc edilən yazı bunu təsdiqləyir”.
Müsahibənin başqa bir yerində isə o, iddia edir ki, Türkiyə və Rusiya Ərdoğan və Putinin siyasətini tənqid edən ən məşhur Azərbaycan jurnalistlərindən biri olan Mirqədirovun cəzalandırılmasında, eyni zamanda, müstəqil olan və heç kimə tabe olmayan Leyla və Arif Yunusovların həbs edilməsində maraqlıdır.
Fərqli siyasi ənənələri və maraqları olan iki güclü dövlətin bir jurnalistə görə anlaşıb üçüncü dövlətə sifariş verdiyini güman etmək belə, xəstə təxəyyülə xas düşüncə tərzidir. Üstəlik, L.Yunusova bu sıraya özünü də qatır, guya həm Rusiya, həm də Türkiyə “heç kimə tabe olmayan Leyla və Arif Yunusun həbs edilməsində maraqlıdır”.
Görəsən, indiyə qədər Yunusovların Türkiyə və ya Rusiya əleyhinə bircə cümlə nəsə yazdığını və ya dediyini kimsə xatırlayırmı? İkinci bir tərəfdən, sadə bir məntiqə görə, Türkiyədən özünə təhlükə hesab edən Yunusovlar bu ölkədə, özü də turizm cənnəti olan (təbii ki, xüsusi xidmət orqanlarının qaynaşdığı) Antalyada niyə daşınmaz əmlaklar almamalı idilər? Və ya Yunusovlara bu necə Rusiya “təhlükəsidir” ki, onların Doha vasitəsilə Parisə qaçış biletləri Bakıdan deyil, Moskvadan alınır?
O ki qaldı jurnalistin həbsinin sifariş olması haqda iddiaya, bu, özündən əvvəlki iddianı alt-üst edir. Əvvəlcə onun “xalq diplomatiyası”na nəzarətsiz qoşulmasının qəzəb doğurduğunu deyib, sonra Rusiyanın (“xalq diplomatiyasını” təşviq edən ölkəni), daha sonra isə həm də Türkiyənin (bu ölkədəki müəyyən çevrələrin “Sürix protokolları” ərəfəsində icmalararası dialoqu dəstəkləyən media orqanları və QHT-lərlə həvəslə işləmək meyilləri yəqin ki, unudulmayıb) bu həbsi sifariş etdiyini demək hansı sağlam təxəyyülə sığar?
Azərbaycanda Rusiyanı və ya Türkiyədəki siyasi hakimiyyəti tənqidə görə indiyədək bir nəfər də olsun jurnalistin və ya ictimai yükü olan hər hansı şəxsin nəinki həbsi, cəzalanması, heç ona xəbərdarlıq edilməsi faktı bəllidirmi? Məntiqlə, belə olsaydı, ilk növbədə, “Ayna” -”Zerkalo” qəzeti belə bir cəzaya məruz qalmalıydı. Yaxud bütün politoloji fəaliyyəti Rusiyanın haçan və necə dağılacağını hesablamağa yönəlmiş Vəfa Quluzadəyə və ya Zərdüşt Əlizadəyə kimsə irad tutardı.
Belə olsaydı, Azərbaycanda bəzi KİV-lər Ərdoğan hakimiyyətini bu qədər kəskin tənqid etməzdilər. KİV-lərimizin gözəyarı monitorinqi belə göstərir ki, Türkiyədə daxili siyasi proseslər barədə yazıların mütləq əksəriyyətində baş nazir Ərdoğanın müxaliflərinə rəğbət var.
Yunusovanın Laura Baqdasaryanla şərikli “çörəyi”...
Və ya Leyla Yunusovanın məntiqsizliyini ortaya çıxaran başqa misal. L.Yunusova deyir ki, guya “onun “gizli informasiya”nı ötürdüyü Laura Baqdasaryanın adını eşidincə, bildim ki, növbəti adam mən olacam. Çünki Laura Baqdasaryan mənim tərəfdaşımdır, biz onunla birgə vahid, unikal Ermənistan-Azərbaycan saytı yaratmışıq...
Biz 2005-ci ildən etibarən Ermənistanda Laura Baqdasaryanın rəhbərlik etdiyi “Region” Araşdırmalar Mərkəzi ilə işləyirdik. Biz daim Ermənistan və Azərbaycanın müxtəlif ekspertlərinin müsahibələrini KİV-də dərc edir, kitablar nəşr edirdik, 2012-ci ildə isə nadir birgə sayt yaratdıq. Bu, dialoq üçün bir meydan idi - heç yerə getməyə ehtiyac yoxdur, oturub skayp vasitəsilə ünsiyyət qurursan. Hakimiyyət nümayəndələrinin guya birgə saytda belə açıq danışıldığı haqqında narazı ifadələrini eşitmişdim. Dindirmə zamanı prokurorluq müstəntiqləri belə bir fantastik ifadə işlətdilər ki, guya bu sayt Ermənistanın maraqları üçün yaradılıb”.
Həqiqətən də Ermənistandakı “Region” Araşdırmalar Mərkəzi və Sülh və Demokratiya İnstitutu tərəfindən “ictimai dialoqlar” (www.publicdialogues.info) saytı yaradılıb. Sayt fəaliyyətə başlayan kimi azərbaycanlı və erməni jurnalistlər “İrs” Partiyasının sədri Raffi Ovannisyandan müsahibə alıblar. O, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib. R.Ovannisyan Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasiyasından, mehriban qonşuluq münasibətlərindən dəm vurub. Nə qədər qəribə olsa da, müsahibədə iştirak edən azərbaycanlı jurnalistlər Raffi Ovannisyana münaqişə ilə bağlı yox, Ermənistandakı siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar veriblər. Bundan başqa, saytın İrəvanda və Bakıda təqdimatı keçirilib. Böyük Britaniya, Fransa, Almaniya və bir sıra digər ölkələrin səfirləri və səfirlik əməkdaşları keçirilən təqdimetmə mərasimində iştirak ediblər. Bu, həmin “səfirlik əməkdaşlarıdır” ki, Azərbaycanın daxili işlərinə kobud müdaxilə edərək və “Diplomatik xidmət haqqında” 1961-ci il Vyana Konvensiyasının müddəalarını kobud şəkildə pozaraq L.Yunusovanı aeroportacan müşayiət etməyi özlərinə borc bilmişdilər. Yeri gəlmişkən, dünənə qədər, bu müşayiətetməyə “mən belə istəmişəm”, deyə haqq qazandıran L.Yunusova müsahibəsinin sonrakı hissəsində diplomatik etiketi pozduğunu özü də etiraf edir. Bu barədə az sonra... Qayıdaq, Leyla Yunusova ilə L.Baqdasaryanın şərikli saytına. Yuxarıda qeyd edilən misalları əsas götürərək bir sualı L.Yunusovanın cavablandırması mütləqdir: İndi belə bir saytın kimin maraqlarına, Ermənistanın deyil də, başqa hər hansı bir ölkənin - məsələn Azərbaycanın maraqlarına xidmət etdiyini ehtimal etməyə əsas verən bircə normal material hazırlanıbmı. Nəhayət, istintaqda nə soruşulduğunu və hansı cavab verildiyini ictimailəşdirmək qanun pozuntusudur. Özünü “hüquq müdafiəçisi” adlandıran L.Yunusovanın bu hüquqi prosedurdan xəbəri yoxdurmu? 20 ildən çox “hüquq müdafiəsi” ilə məşğul olduğunu iddia edən şəxs heç olmasa istintaq sirri anlayışına əməl etməlidir. Əlbəttə ki, ona belə sual verilibsə və bu deyilənlər də növbəti iftira deyilsə..
Leyla Yunusova hər addımda “Sem” dayısına güvənir?
Müsahibənin növbəti hissəsində “Yəni, beləliklə, siz vəziyyətinizə diqqət çəkmək istəyirdiniz” sualına L.Yunusovanın cavabı da maraqlıdır: “Bəli, buraxsalar, sakitcə çıxıb gedirik, sonra isə qayıdırıq. Buraxmasalar, belə saxlanılmaq daha yaxşıdır”.
Beləliklə, L.Yunusova “aeroport şousu”nu özü qurduğunu tam etiraf edib. Belə ki, bu məsələdə “Fransa səfirinin iştirakı nə ilə bağlı idi” sualına cavabında o bildirib: “Belə yüksək səviyyəli şahid lazım idi”.
Yeri gəlmişkən, onun bu müsahibəsi ABŞ səfirliyində mayın 5-də keçirdiyi görüşdən sonra yayımlanıb. Qəribə təsadüfdür, deyilmi? Ya bu, L.Yunusovanın orada aldığı təlimatın və məsləhətlərin nəticəsidir, ya da L.Yunusova növbəti dəfə diplomatik korpusu öz məqsədləri naminə istifadə edir-qoy, elə fikirləşsinlər ki, bu mühüm personanın hər addımında “Sem dayı”nın və onun Azərbaycandakı təmsilçilərinin xeyir-duası var.
Bununla yanaşı, L.Yunusova qanunsuzluq etdiyini, ölkəni mümkün qədər diplomatik qalmaqala çəkmək istədiyini özü etiraf edir. Axı burda söhbət hakimiyyətin deyil, bilavasitə dövlətin imicindən gedir. Azərbaycan ictimaiyyətinin bu şəxsə münasibəti də məhz buradan qaynaqlanır, hər dəfə fürsət düşdükcə ölkəni, dövləti aşağılamaq cəhdlərinə nə qədər laqeyd qalına bilər?
L.Yunusova hüquq və qanun anlayışlarının onun üçün nə qədər mənasız ibarələr olduğunu müsahibəsinin növbəti hissəsində də etiraf edir: “Bizdən ölkəni tərk etməmək haqqında iltizam alınmamışdı, bizim istədiyimiz yerə getmək hüququmuz var idi”.
Bu, necə hüquq anlayışıdır? İctimaiyyətin xüsusi diqqət göstərdiyi, kifayət qədər ciddi bir istintaqda şahid qismində dindiriləcəyi barədə xəbərdarlıq edilən şəxsin ölkəni 5 illik viza ilə tərk etməsi, məhz ölkədən qaçmaq, istintaqdan yayınmaq cəhdidir. Özü də əvvəlcədən qaçışını əsaslandırmaq üçün mətbuat konfransı keçirir, əsas hədəfin özü olduğunu elan edir. Bu qaçışı asanlaşdırmaq, reallaşdırmaq mümkün olmadıqda isə məsələni beynəlxalq qalmaqala çevirmək üçün də işə diplomatik korpusu cəlb edir.
Özünü 20 ilin “hüquq müdafiəçisi” adlandıran Leyla Yunusovanın qanuna hörmətsizliyi onun əsl kimliyindən xəbər verir
Qanuna, hüquqa belə nihilist münasibət L.Yunusovanın müsahibəsinin davamında da sərgilənir: “Mən şərt qoydum: mütləq bizim tərəfimizdən hal şahidi olacaq, evə daxil olacaq insanların sayı məhdud olacaq. Mənzilimizdə axtarış aparılması üçün 15 nəfərə ehtiyac yoxdur, hər tərəfdən maksimum 4-5 nəfər kifayət edər”.
Görəsən, L.Yunusova gəzdiyi ölkələrdən hansında - Fransa, Almaniya, Türkiyə, Rusiya, Böyük Britaniyada və ya ona belə əziz olan Ermənistanda bu cür “yunusvari hüquqi özbaşınalıqla” rastlaşıb? L.Yunusova axtarış aparmağa gələn polisin qarşısına şərt qoymaq istəyərkən hansı ölkənin praktikasından çıxış edib? Uzun-uzadı çək-çevirdə, münaqişəyə girməkdə məqsəd, əslində polisi təhrik etməkdən başqa bir şey olmayıb. Polis bu təhrikə uyacağı halda ictimaiyyətə və L.Yunusovanın əməkdaşlıq etdiyi beynəlxalq qurumlara “Baxın, biz Yunusovlar xəstəyik, yaşlıyıq, amma polis bizə rəhm etmir” mesajı ötürüləcəkdi.
Amma polisin təmkinli davranışı, hətta anormal tələblər qarşısında dözümlülük nümayiş etdirib güzəştə getməsi L.Yunusovanı özündən çıxarır. Təhrik üçün söyüşə, ekran qarşısında tualet pozası nümayiş etdirməyə, ən sonda isə polisə qarşı fiziki təzyiqə keçir: “Mən Ləmbəranskini boğardım. ... Yox, mən onu vurmadım, sadəcə papağını çıxardım, ona görə ki, papağı kişi taxar, o isə kişi deyil, o, insan deyil”.
Bu sözlər Azərbaycan tarixinə Əliş Ləmbəranski kimi vətənpərvər ziyalı bəxş etmiş nəslin nümayəndəsinə deyilir. Azərbaycanlılara patoloji nifrət bu “xalq diplomat”ını belə ifadələr söylərkən hansı cinayəti işlədiyini unutdurub. Bəlkə də axtarış zamanı nail ola bilmədiyi təhriklərini indi də mətbuat vasitəsilə davam etdirir ki, əks tərəfin adekvat reaksiya verməsinə nail olsun və beləliklə, beynəlxalq qurumlara ötürülmüş “butulka ilə hədələndik” iftirasını əsaslandırmaq mümkün olsun. Axı, papağı başından çıxarılıb atılan, “sən kişi deyilsən” təhqirinə məruz qalan azərbaycanlıların adekvat reaksiyası, adətən çox sərt olur. Sadəcə L.Yunusova unudur ki, söhbət peşəkar hüquq-mühafizə orqanı əməkdaşlarından gedirsə, onlar belə təhriklərin hədəfini anlayırlar və reaksiyaları da adət-ənənəyə deyil, Azərbaycan qanunvericiliyinə adekvat olur. Həm də bu, sadəcə papaq deyil, güc strukturu əməkdaşının mundiridir. Burda polisə hörmətsizlik faktı var. Burada Azərbaycanın dövlət atributuna hörmətsizlik var.
Gör kimlər “mentalitetdən” danışır...
90-cı illərin dəbdə olan epiteti ilə desək, “cazibədar sosial-demokrat qadının” (Ayaz Mütəllibov telemüsahibələrinin birində onu “sipmatiçnaya sotsial-demokratka” adlandırmışdı) mentalitet ətrafında gəzişmələrinə müsahibənin başqa yerində də rastlayırıq: “Özbəkistandan fərqli olaraq, bizdə qadınları çağırmırdılar, əziyyət vermirdilər, döymürdülər. Özbəkistanda bu, adi haldır. Azərbaycanda belə bir şey yox idi, hətta bir dəfə beynəlxalq konfransda məndən soruşdular, cavab verdim ki, bizdə belə şey yoxdur, mentalitetimizə xas deyil. Görünür, artıq var. Bu günlər ərzində dörd qadını çağırıblar”.
Əvvələn, istər özbəklər, istər azərbaycanlılar şərqlidirlər, müsəlmandırlar və türkdillidirlər. Mentalitetlərində də oxşarlıq mövcuddur. Üstəlik, Özbəkistanda çoxsaylı azərbaycanlı icması, eləcə də yerli dilləri Azərbaycan dili ilə demək olar eyni olan axıskalı və xivəli icması yaşayır. Hər dəfə bizim ifrat rusofil və ya guya qərbçilər tərəfindən Orta Asiyanın bizimlə qohum xalqlarının adlarının aşağılanmaq üçün çəkilməsi, əslində türkofobiya və islamofobiyanın bariz nümunəsidir. İkincisi, L.Yunusova özünü haçandan mentalitetin hamisi və ümumən azərbaycanlı kimi aparıb?
Ekran qarşısında tualet şousu göstərəndəmi, kişilərin papağını yerə atandamı, Azərbaycan dilindən yalnız söyüş söymək üçün istifadə edəndəmi?
Leyla Yunusovanın növbəti oyunu: Qızım nənəsinin erməni olduğunu deməyə qorxur...
Buyurun, bu da onun erməni mətbuatına açıqlaması: “Mənim nənəm almandır. Bütün ömrü boyu öz mənşəyini gizlədib. Ərimin anası ermənidir, o sağ olanda bütün ailəlikcə onun mənşəyini gizlətməyə çalışırdıq. Anam anasının alman olduğunu deməyə qorxur, qızım isə nənəsinin erməni olduğunu deməyə qorxur” (Armtoday).
Mənşəyini gizlətmək qorxulu haldır, xüsusən ona görə ki, belələrinin mənşəyini gizlədib, özünü müsəlmandan artıq müsəlman, türkdən artıq türk, Roma papasından artıq katolik kimi göstərənlərin ölkə daxilində əvvəl AXC və ASDP sıralarında, sonra Müdafiə Nazirliyinin “simpatiçnı qadın zabiti” olanda, sonra “hüquq müdafiəçisi” olub əsasən vətənə xəyanətdə ittiham olunanları “müdafiə edəndə”, indi də bizim xalqın adından “xalq diplomatı” rolu oynayanda hansı fəsadlar törətdiyinin şahidi ola-ola gəlirik. Təəssüf ki, onlara qahmar çıxan, müdafiə edənlər də tapılır. Leyla Yunusova bilir ki, Azərbaycanda (Dağlıq Qarabağ istisna olmaqla) 30 min erməni yaşayır. Onların hansını erməni olduqlarına görə incidiblər? Bəs onun sevimli Ermənistanında nə qədər azərbaycanlı yaşayır? Heç nə qədər. Əgər Leyla Yunusovanın anası alman mənşəli olduğunu gizlədibsə, bu, dövlətin və ya cəmiyyətin problemi deyil, onun psixoloji problemidir. Amma onun anası alman mənşəlidirmi? Yox. Yunusova yenə yalan danışır. Onun mövqeyi də, fəaliyyəti də göstərir ki, Yunusova yarıermənidir.
Əslində, bütün bu “cəbhəçi”, “sosial demokrat”, zabit, “hüquq-müdafiə”, “xalq diplomatiyası” və oyunlarının və indi də ölkəmizdəki tolerantlıq haqqında yanlış rəy formalaşdırmaq cəhdlərinin mənbəyi Yunusovanın Azərbaycana və xalqımıza nifrətidir, dövlətimiz və xalqımız haqqında mənfi beynəlxalq ictimayi rəy formalaşdırmaq arzusudur. Onun məqsədi isə bu yolla növbəti layihələrə çıxış almaq və sərvət əldə etməkdir. Almaniya və Türkiyədəki daşınmaz əmlaklar, bank hesabları barədə kifayət qədər yazılıb. Və ortada ciddi bir təkzib də yoxdur.
L.Yunusova deyir: “Mənzilimdə Qadın Krizis Mərkəzi yerləşirdi və mərkəzin hazırladığı layihə, Rauf Mirqədirovun şəxsiyyət vəsiqəsinin surəti, Hamburqda müvəqqəti yaşadığım zaman istifadə etdiyim Hamburq bankının köhnə kartı və 90-cı illərin əvvəllərinə aid Xaçmaz nəqliyyat şirkətinin möhürü ilə kağız vərəqlər, qısacası, yararsız kağız-kuğuz”.
Amma açıqlanan sənədlər, bank çekləri, daşınmaz əmlak haqda rəsmi sənədlər, ortaya çıxan pullar, nəhayət, maliyyə girdabının necə fırlanmasını- L.Yunusova-Rəna Səfərilyeva-Mətanət Əzizova və s. əlaqələrini izah edən faktlar heç də yararsız kağız-kuğuz deyil.
Müsahibənin sonu isə açıq şəkildə göstərir ki, L.Yunusova artıq təkcə türkofob, islamofob, anti-Azərbaycan mövqeli bir adam deyil, həm də şəxsən Köçaryan və Sarkisyanın quyruqbulayanı rolunda çıxış edən şərəfsiz, namussuz, vicdansız bir məxluqdur. Təkcə yarı erməni deyil, tam erməni, ən qatı daşnakdır. Sən nə qədər vicdanını itirəsən ki, əli Azərbaycan xalqının qanına bulaşmış erməni cəlladlarının günahını Azərbaycan hakimiyyətinin, dövlətinin adına çıxasan. Anlamaq olmur ki, bu torpaq Yunusova kimilərinin varlığına necə dözür?

 
  • Oxunub:  22860  |  
  • Tarix:  07-05-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir

14 Noyabr 22:19
Azərbaycanın Xarici İşlər naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb
14 Noyabr 22:14
Ali Erbaş: Terror təşkilatlarına yardım edənlərə Bakı Sammiti vasitəsilə mesaj göndərməyə çalışacağıq
14 Noyabr 22:12
Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub
14 Noyabr 22:10
Azərbaycan və Kolumbiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 21:20
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
14 Noyabr 21:13
Martin Pammer: Azərbaycan dinlər arasında dialoqun təmin olunmasında mühüm rol oynayır
14 Noyabr 21:11
Dünya dini liderlərinin II Sammiti işini plenar iclasla davam etdirib
14 Noyabr 21:01
İsrailin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
14 Noyabr 20:57
AQTİ “Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi” mövzusunda təlimlərə başlayıb
14 Noyabr 20:53
Prezident İlham Əliyevin təşəbbüsü xalqlar və dövlətlər arasında əməkdaşlığa böyük töhfədir
14 Noyabr 20:51
Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 20:49
Azərbaycan ilə Sinqapur arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 20:46
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətin Vyanada görüşləri davam etdirir
14 Noyabr 20:43
Milli Məclisin deputatları Belarusda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
14 Noyabr 20:37
Mirzəcan Xəlilov: Gələn ilin dövlət büdcəsində qeyri-neft sektoruna verilən üstünlük xüsusi olaraq nəzərə çarpır
14 Noyabr 20:33
Tahir Süleymanov: Ölkəmizin müsbət reallıqları, inkişaf meylləri gələn ilin büdcə proqnozlarının müəyyənləşdirilməsinə də öz müsbət təsirini göstərib
14 Noyabr 20:31
Azərbaycan Dillər Universitetində Əhməd bəy Ağaoğluya həsr edilən dəyirmi masa keçirilib
14 Noyabr 20:30
Elman Nəsirov: Müsavat Partiyasının rəhbərliyi Azərbaycanın adına ləkə gətirəcək addımlarla bağlı öz mövqeyini bildirməlidir
14 Noyabr 17:55
Bakıda “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi çərçivəsində sərgi təşkil olunub
14 Noyabr 17:44
Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 17:33
İtalyan mətbəxində Azərbaycan kənd təsərrüfatı məhsullarından istifadə olunacaq
14 Noyabr 17:31
Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14 Noyabr 17:27
Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14 Noyabr 17:06
Əli Hüseynli: Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatları yeni mərhələyə qədəm qoyub
14 Noyabr 17:02
Rusiya Federasiyasının nümayəndə heyəti yeni Peşə Təhsil Mərkəzində
14 Noyabr 16:45
“Türkün dastanı” kitabının təqdimatı olub
14 Noyabr 16:44
Goranboyun Xasadarlı kəndində 54 fərdi yaşayış evinə təbii qaz verilib
14 Noyabr 16:37
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14 Noyabr 16:27
Parisdə Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 16:24
Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlim çərçivəsində tapşırıqları icra edir
14 Noyabr 16:20
Tur-aksiya: Məktəblilər Azərbaycanın şimal qapısı sayılan Qusarın və qədim Qubanın görməli yerlərini gəziblər
14 Noyabr 15:38
Qlobal neft tələbatı 2040-cı ildə 106,4 milyon barrelə çatacaq
14 Noyabr 15:38
Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilir
14 Noyabr 15:32
II Azərbaycan Diabet Konqresi keçirilib
14 Noyabr 15:15
“Caspian Ecology” – X yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin rəsmi açılışı olub
14 Noyabr 15:02
İstanbulda "Azərbaycan Respublikasının xarici siyasəti" mövzusunda konfrans keçirilib
14 Noyabr 14:56
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
14 Noyabr 14:40
Zülfiyyə Veysova: Bir gündə 650 min ağacın əkilməsi ekoloji tarazlığın bərpası baxımından əvəzolunmazdır
14 Noyabr 14:24
Azərbaycan ilə Türkiyə, Rusiya və Malayziya arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
14 Noyabr 14:19
İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək
14 Noyabr 14:12
Multikulturalizm Mərkəzində ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə komissarı ilə görüş olub
14 Noyabr 14:09
UNEC İsrail ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır
14 Noyabr 14:07
Əməliyyat təlimində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib
14 Noyabr 14:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
14 Noyabr 13:57
Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir
14 Noyabr 13:56
İlham Mirzəliyev: 2005-2019-cu illərdə 2700-dən artıq istilik təhcizatı sistemi ilə bağlı layihələr icra olunub
14 Noyabr 13:52
Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
14 Noyabr 13:49
YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
14 Noyabr 13:46
YAP İcra Katibliyində “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev mətbuat konfransı keçirib
14 Noyabr 12:46
Stefania Ciannini: Azərbaycanla əməkdaşlıqda maraqlıyıq
14 Noyabr 12:45
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
14 Noyabr 12:42
Abdullahi Godah Barre : Azərbaycanla münasibətlərimiz uğurla inkişaf edir
14 Noyabr 12:34
Muxtar respublikada gənclərin sağlamlığının qorunması və fiziki inkişafına xüsusi diqqət yetirilir
14 Noyabr 12:28
Doqquz ayda bank sektorunun aktivləri 6,3 faiz artıb
14 Noyabr 12:19
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün də bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin etdi
14 Noyabr 12:04
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Gəncədə
14 Noyabr 11:59
“Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirilib
14 Noyabr 11:57
FAO Azərbaycanda meşəçilik sahəsində yeni layihələr həyata keçirəcək
14 Noyabr 11:39
Əli Həsənov: “Radikal müxalifətə başçılıq edənlərin təfəkkürü dünyada baş verən prosesləri yamsılamaqdan o yana keçmir”
14 Noyabr 11:29
Bakı Nəqliyyat Agentliyi tərəfindən gətirilən 280 yeni avtobus artıq paytaxtdadır
14 Noyabr 11:24
Azərbaycanla İsveçrə Əməkdaşlıq Ofisinin əməkdaşlığının perspektiv imkanları müzakirə olunub
14 Noyabr 11:13
Ölkəmiz “Dünya Robot Olimpiadası”nda təmsil edilib
14 Noyabr 11:10
Noyabrın 14-ü Dünya Diabetlə Mübarizə Günüdür
14 Noyabr 11:07
Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə İiş üzrə Şurasının iclası keçirilir
14 Noyabr 10:57
Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək
14 Noyabr 10:40
AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb
14 Noyabr 10:32
Bu gün “Avro-2020” seçmə mərhələsində 11-ci tura start veriləcək
14 Noyabr 10:22
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti öz işinə başlayır
14 Noyabr 10:13
Avstriyanın Zaltsburq şəhərində Azərbaycanın fəxri konsulluğunun açılışı olub
14 Noyabr 10:10
Ankarada geniş bir ərazidə Xocalı parkı salınır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA