Ana səhifə »  Müəlliflər »  Radikal düşərgə Salyanda “reketlik”lə məşğul olan QHT rəhbərini müdafiə edir
A+   Yenilə  A-
Radikal düşərgə Salyanda “reketlik”lə məşğul olan QHT rəhbərini müdafiə edir
Yazdı: Pərviz Sadayoğlu

Müxalifətin qoruduğu Emil Məmmədov “vətəndaş cəmiyyəti” adı altında rayonda şantaj yolu ilə pul yığırmış
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs ölkəmizdə hüquqi dövlət quruculuğunun inkişafına, vətəndaş cəmiyyətinin formalaşmasına zəmin yaradıb. Məhz bu siyasi kurs Azərbaycanda insan hüquq və azadlıqlarının ən yüksək şəkildə qorunmasına imkan verir. Bu gün Azərbaycan, hətta ən yüksək inkişafa malik ölkələrə belə nümunə olacaq demokratik ənənələrə sadiqlik nümayiş etdirir, insan hüquqlarına hörmətlə yanaşır.
Amma təəssüf ki, bəzi məqamlarda insanlara qanunla tanınan bu azadlıqlardan sui-istifadə hallarına yol verilir. Daha doğrusu, bir sıra şəxslər ölkəmizdə bərqərar olan söz azadlığından və başqa azadlıqlardan öz şəxsi mənfəətləri üçün yararlanmağa çalışır, bir sıra qanun pozuntularına yol verirlər.
Yeri gəlmişkən, son dövrlərdə radikal düşərgə qəzetlərində “müzakirə obyekti”nə çevrilən bir məsələ də bu kimi halların analogiyasıdır. Yəni, Salyan rayonunda “fəaliyyət göstərən”, əslində isə bir sıra qaranlıq işlərdə adı hallanan “Demokratiyaya yardım” adlı QHT-də baş verənlər buna misaldır. Qeyd edək ki, bir müddət əvvəl bu qurumun rəhbəri Emil Məmmədovun və həmin qurumun üzvü Tofiq Qasımovun qeyri-qanuni əməlləri ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, aprelin 17-də Tofiq Qasımov zorla pul tələb etmək ittihamı ilə 2 ay müddətinə həbs edilib. Bundan sonra E.Məmmədov özünün həbs ediləcəyini “anons” etməyə başlayıb. Salyan rayon Məhkəməsi Emil Məmmədovu Cinayət Məcəlləsinin 182 - Hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham edərək barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Onun məmurlardan zorla pul aldığı bildirilir. Qeyd edilir ki, hadisə ilə bağlı hal şahidi də var. Həbs edilən şəxs Cinayət Məcəlləsinin 182.2 maddəsi ilə şübhəli bilinir. Tofiq Qasımov istintaqda Emil Məmmədovun sifarişi ilə idarə, müəssisə rəhbərlərini müxtəlif yollarla şantaj etdiklərinə dair ifadə verib. Həmin izahata əsasən konkret idarə və müəssisə rəhbərləri və aidiyyəti üzrə şəxslər də dindirilib. Eyni zamanda, Emil Məmmədovla Tofiq Qasımov da üzləşdirilib. Paralel olaraq idarə rəhbərləri istintaq zamanı açıq etiraf ediblər ki, Emil Məmmədov onlardan ayrı-ayrı dövrlərdə müxtəlif hədə-qorxu yolu ilə pul alıb. Məsələn, Salyan rayon Maliyyə İdarəsinin müdiri Mahir Kərimov istintaqda üzləşmə zamanı Emil Məmmədovun ondan müxtəlif dövrlərdə hədə-qorxu yolu ilə pul tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, təşkilatın əməkdaşı Tofiq Qasımov barəsində aprelin 16-da eyni maddə üzrə cinayət işi açılıb və o, ifadəsində Emil Məmmədovun tapşırığı ilə hərəkət etdiyini deyib. Belə ki, rayonun bəzi dövlət qurumlarının məsul nümayəndələri polisə müraciət edərək Tofiq Qasımov adlı şəxsin barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə dəfələrlə onlardan pul aldığını, sonuncu şəxs haqqında müvafiq ölçü götürülməsini xahiş ediblər. Həmin müraciətlər əsasında araşdırma aparılıb, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb. Radikal müxalifət mətbuatında Tofiq Qasımovun guya istintaqa təzyiq altında və azad olunacağı şərti ilə ifadə verməsi haqqında həqiqətdən uzaq fikirlərə gəlincə, DİN mətbuat xidməti məsələnin siyasiləşdirilməsinin heç bir hüquqi əsası olmadığını və söhbətin konkret şəxslərin cinayət xarakterli əməllərindən getdiyini bəyan edib.
Bir sözlə, radikal müxalifət düşərgəsinin nəzarətində olan mətbuat hər zaman olduğu kimi, bu dəfə də məsələyə öz “prizmasından” yanaşıb. Belə ki, radikal müxalifət və onun nəzarətində olan mətbuat bu həbsi qərəzli, qeyri-obyektiv şəkildə şərh edir, baş verən hadisəni guya hakimiyyətin vətəndaş cəmiyyəti institutlarına təzyiqi kimi qələmə verməyə çalışır.
Görəsən, hansısa qanun pozuntusunu törətməkdə şübhəli bilinən insan haqqında araşdırma aparmaq nə üçün radikal müxalifətin təpkisi, etirazı ilə qarşılanır? Təbii ki, indi bu cür hallara “etirazla” yanaşan radikal düşərgənin vaxtilə iqtidar olduğu zamanı göz önünə gətirdikdə təəccüblənməyə yer qalmır. Çünki cinayət qarşılığında cinayətkarların cəzasız qalması 1992-ci ilin Azərbaycanı üçün spesifik bir hal olub. Yəni, özbaşnalıq, qanunlara hörmətlə yanaşmamaq prinsipi bu insanların “idarəçilik üsulu” sayıla bilər. Məhz bu baxımdan radikal düşərgə və onların qəzetləri bu məsələlərə qeyd olunan münasibəti sərgiləyirlər.
Qısası, hər zaman olduğu kimi, məsələləri özlərinə sərf edən tərzdə təqdim etməyə çalışan radikal düşərgə bu dəfə də “fürsəti qaçırmaq” niyyətində deyil. Məsələn, hər zaman Azərbaycan dövlətinin uğurlarına qısqanclıq nümayiş etdirərək “sensasiya” axtarışında olan “Turan” informasiya agentliyi “Demokratiyaya yardım”ı cənub regionunda “ən fəal vətəndaş cəmiyyəti institutlarından biri” kimi təqdim etməklə yanaşı, E.Məmmədovun da “tanınmış hüquq müdafiəşisi” və “yüksək mənəviyyatlı ziyalı” olması haqda şərhlər yayıb.
Vurğulamaq yerinə düşər ki, E.Məmmədov ayrı-ayrı mətbuat orqanlarında Salyan rayonunda çalışan rəhbər işçilər haqqında dezinformasiya xarakterli məlumatlar yerləşdirməklə “məşhurdur”. Məsələn, ayrı-ayrı mətbuat orqanlarında Salyan rayonunun İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun metlax sexi olması barədə məlumatın yerləşdirilməsinin üstü sonradan açılıb. Belə ki, “Yeni Müsavat” qəzetinin əməkdaşları Salyanda araşdırma apararkən həqiqətən də metlax sexinin rəhbəri olan Tahir Kərimovu tapıblar. Amma bu Tahir Kərimov icra başçısı deyil, adi iş adamlarından biri imiş, sadəcə ad-soyad uyğunluğu var.
Bundan başqa, E.Məmmədov Salyan və ətraf rayonda yaşayan şəxslərdən 1200 manat alaraq, onlara saxta sənədlər düzəltmək yolu ilə Avropaya mühacirətə “göndərməklə” məşğul olub. Xaricdə yaşamaq üçün verilən həmin “sənəd”lərdə adları məlum olan şəxslərin guya, təzyiqlərə məruz qaldıqları, müxalifətçi olduqları üçün incidildikləri və sairə vurğulanıb. Halbuki həmin adamların nəinki hansısa partiyaya, təşkilata, ümumiyyətlə heç siyasətə belə aidiyyətləri olmayıb.
Vurğulamaq lazımdır ki, E.Məmmədov “Turan” İA rəhbəri Mehman Əliyevin və Oqtay Güləliyevin əsas fiqur olduqları və 2010-cu il Salyan rayonunda baş vermiş daşqınlardan ziyan çəkənlərə kömək vəd edən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəallarından biri olub. Həmin qərargahın real vətəndaş cəmiyyəti fəaliyyəti ilə deyil, əslində “reket” jurnalistika ənənəsinə uyğun olaraq “reket QHT” fəaliyyəti göstərdiyi, hazırladığı hesabatların isə yerli və mərkəzi məmurları şantaj etmək məqsədi güddüyü barədə hələ 2012-ci ilin sonlarında elə QHT sektorunun fəal nümayəndələri tərəfindən ifşaedici materiallar dərc edilmişdi. Axı, belə bir qurumun üzvündən başqa nə gözləmək olardı ki? Bundan başqa, yəqin həmin təşkilatın rəhbəri Oqtay Güləliyevin məşhur “reket” qəzetdə baş redaktor işlədiyi dövrdə əxz etdiyi unikal keyfiyyətlər qərargahın digər üzvlərinə də sirayət edib.
Görünür, özləri də artıq dalana dirəndiklərinin fərqindədirlər. Çabaladıqca çirkaba daha çox batan bu insanlar artıq yalançı “xalq diplomatiyası”, “siyasi məhbus” mövzularını Almaniya və Türkiyədə villalar almağa yetəcək qədər böyük biznesə çevirə bilmirlər, çünki ifşa olunublar. Əlbəttə vaxtilə jurnalist ictimaiyyəti öz sıralarından “reketləri” təmizləmək üçün təşəbbüs göstərdiyi kimi, analoji addımın QHT sektoru tərəfindən də atılmasına ehtiyac yaranıb. Hər halda, radikal düşərgənin QHT-lərinin ard-arda ifşa olunan “fəaliyyətləri” bunu deməyə əsas verir...

 
  • Oxunub:  20190  |  
  • Tarix:  17-05-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir

21:23
23 Yanvar
AŞPA-nın qış sessiyasında süni intellektin yaratdığı risk və təhdidlərdən danışılıb
21:22
23 Yanvar
Azərbaycanlı deputat AŞPA-nın sessiyasında internet idarəçiliyinin əhəmiyyətindən danışıb
20:51
23 Yanvar
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb
20:43
23 Yanvar
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
20:40
23 Yanvar
Dini radikalizmlə mübarizədə maarifləndirmə böyük rol oynayır
19:16
23 Yanvar
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları treninqlərə cəlb edilib
19:08
23 Yanvar
Azərbaycan Dillər Universiteti və İstanbul Okan Universiteti arasında əməkdaşlığa dair müzakirələr aparılıb
18:58
23 Yanvar
Hikmət Hacıyev: Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Davosdakı görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər
17:59
23 Yanvar
“Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda!
17:49
23 Yanvar
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq
17:44
23 Yanvar
UNEC 24/7 kitabxanasını gündəlik 500-ə qədər tələbə ziyarət edir
17:36
23 Yanvar
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
17:26
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
17:22
23 Yanvar
Nejdet Erkan: Bütün köhnə reaktorlar kimi, “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır
17:20
23 Yanvar
Sahibə Qafarova: Azərbaycan öz parlaq mədəniyyəti, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib
17:16
23 Yanvar
Sədaqət Vəliyeva: Böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır
17:14
23 Yanvar
Eldəniz Səlimov: Ölkəmizdə sənayeləşmə siyasəti uğurla həyata keçirilir
17:12
23 Yanvar
Qoşqar Təhməzli: Ölkəmizdə həyata keçirilən islahatlar ərzaq və qida təhlükəsizliyi sektorundan da yan keçməyib
17:09
23 Yanvar
Sona Əliyeva: 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi milli-mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir
17:07
23 Yanvar
Məmməd Musayev: ASK ölkəyə xarici investorların cəlbi üçün danışıqlar aparır
16:57
23 Yanvar
Ölkəmizin mədəniyyəti və turizm imkanları Küveytdə təqdim olunub
16:50
23 Yanvar
Ukrayna və Belarus mətbuatı Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakına geniş yer ayırıb
16:43
23 Yanvar
Milli Məclisin deputatı Avropada Azərbaycan əleyhinə dezinformasiya yayan siyasətçiləri və KİV-ləri tənqid edib
16:38
23 Yanvar
Politoloq: Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır
16:32
23 Yanvar
Vüqar Rəhimzadə: Azərbaycana beynəlxalq səviyyədə verilən dəyər uğurlu daxili və xarici siyasətin nəticəsidir
16:02
23 Yanvar
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
16:01
23 Yanvar
Rafael Hüseynov: Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə informasiya təcavüzü aparılır
15:54
23 Yanvar
Bakı Ali Neft Məktəbi “Huawei” şirkətilə əməkdaşlığa başladı
15:52
23 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
15:13
23 Yanvar
Səməd Seyidov: Ölkələrlə qarşıdurma deyil, dialoq yaratmaq lazımdır
15:11
23 Yanvar
Bakıda “Mediada gender bərabərliyi” mövzusunda təlimlər başlayıb
15:09
23 Yanvar
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
14:44
23 Yanvar
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
14:38
23 Yanvar
Georgi Logvinski: AŞPA-nın bir çox üzvləri Azərbaycanın sürətli inkişafını düzgün qiymətləndirə bilmirlər
14:36
23 Yanvar
Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşma memorandumu imzalayıb
14:28
23 Yanvar
Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
14:15
23 Yanvar
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
14:13
23 Yanvar
İdris İsayev: Ötən il peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil edilib
13:00
23 Yanvar
Prezident İlham Əliyevin “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü
12:57
23 Yanvar
Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub
12:56
23 Yanvar
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
12:54
23 Yanvar
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
12:51
23 Yanvar
Uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları müzakirə edilib
12:48
23 Yanvar
Akademik: Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir
12:35
23 Yanvar
Deputat: Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı xarici investorların Azərbaycana marağını daha da artırır
12:31
23 Yanvar
Azərbaycanın sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur
12:10
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub
11:58
23 Yanvar
Azərbaycandakı mövcud infrastruktur investorlar, biznes dairələri üçün böyük potensial və vətəndaşlar üçün rahatlıq yaradacaq
11:56
23 Yanvar
AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib
11:27
23 Yanvar
Ankarada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının toplantısı keçirilir
11:20
23 Yanvar
Bakıda “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və prespektivlər” mövzusunda konfrans işə başlayıb
11:03
23 Yanvar
Son 15 ildə Azərbaycan 250 milyard dollar sərmayə cəlb edib
11:02
23 Yanvar
İlham Əliyev: Prezident kimi mənim üçün ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir
10:55
23 Yanvar
Prezident İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
10:29
23 Yanvar
Prezident İlham Əliyev: Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq
10:21
23 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir
10:14
23 Yanvar
Şahin Mustafayev: Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb
10:04
23 Yanvar
Azərbaycanlı deputat: Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
10:02
23 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
09:43
23 Yanvar
Sadə ermənilər Paşinyandan üz döndərir
09:42
23 Yanvar
Əli Kərimli və qondarma “Milli şura” üzvləri Ümumxalq hüzn günündə də təxribat törədiblər
21:37
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziyasına müsahibəsi
21:17
22 Yanvar
Avropa Şurasının baş katibi təxribatçı deputatları Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməməyə çağırıb
20:40
22 Yanvar
Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
20:37
22 Yanvar
Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb
19:45
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub
19:23
22 Yanvar
Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib
19:15
22 Yanvar
Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti ilə görüşüb
19:11
22 Yanvar
Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib
19:00
22 Yanvar
Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA