Ana səhifə »  Müəlliflər »  “Müsavat”da qurultay-qurultay oyunu davam edir
A+   Yenilə  A-
“Müsavat”da qurultay-qurultay oyunu davam edir
Yazdı: Mübariz Abdullayev

Və yaxud bu partiyada hər dəfə qurultayın vaxtının ertələnməsi İsa Qəmbərin başqanlığının ömrünü uzatmağa xidmət edir
“Müsavat”ın qurultay məsələsi bir növ məzhəkəyə çevrilib. Radikal düşərgədə “Müsavat”a rəqib partiyaların təmsilçiləri dəhliz söhbətlərində, sosial şəbəkələrdə, həmçinin, mətbuat səhifələrində kinayə dolu ritorik suallar ünvanlayırlar: “Müsavat”ın qurultayı nədən acı bağırsaq kimi uzanır? Necə olur ki, partiyanın yaşı ilə öyünən “Müsavat”çılar bir qurultayı təşkil edib qurtara bilmirlər? Suallar çox olsa da, onlara verilən cavablardan, rəylərdən “torbada pişik var” qənaəti hasil olur. Yəni, “Müsavat” düşərgəsində baş verənləri izləyənlər diqqəti partiyanın qurultayının keçirilməməsinin “qarınağrısı” səbəblərinə yönəldirlər. Bildirilir ki, “Müsavat”ın qurultay planına hər dəfə bir pəl vuraraq pozan “sehrli çubuq” və yaxud tilsimin açarı partiyanın başqanı İsa Qəmbərin əlindədir.
Bu barədə bir qədər sonra. Əvvəlcə isə “Müsavat”da qurultay proseduruna diqqət yetirək. Belə ki, partiyanın 2000-ci ildə keçirilən qurultayında qəbul olunan nizamnaməyə görə, bir şəxs “Müsavat” başqanı postunda maksimum 10 il müddətində qala bilər. Partiyanın növbəti qurultayının “Qordi düyünü” də elə buradadır. Belə ki, nizamnaməyə görə, “Müsavat”ın başqanı İsa Qəmbərin səlahiyyət müddəti 2010-cu ildə bitib. Elə həmin vaxtdan da partiyada köhnə və yeni qvardiyalar arasında başlayan qurultay davası hələ də davam etməkdədir və belə görünür ki, bu xəmir hələ çox su aparacaq.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, 10 illik səlahiyyət müddəti bitən İsa Qəmbər özünü başqanlıqdan kənarda təsəvvür etmir. O, “baş “Müsavat”çı” statusunun bir başqasına keçməməsi uğrunda “öldü var, döndü yoxdur” mövqeyi nümayiş etdirir. Əlbəttə, İsa Qəmbər çiyindaşlarının da nə vaxtsa “nizamnaməni pozur” ittihamını elə onun üzünə deyəcəklərinin fərqindədir. Buna görə də, nizamnaməyə uyğun olaraq partiyaya yeni başqan seçkiləri keçiriləcək növbəti qurultayın baş tutmamasına “obyektivlik” donu geyindirməyə çalışır. .Təbii ki, İsa Qəmbər çiyinlərini bu yükün altına təkbaşına verməyib. Bu “çətin” missiyanı yerinə yetirməkdə ona partiyadakı “köhnə qvardiya” dəstək verir.
Beləcə, 4 ildir ki, partiyada “siyasi karyeralarını” aşağı ranqlı statusda başa vurmaq istəməyənlərin qurultay sevdası baş tutmur ki, tutmur. Qurultayın tarixi hər dəfə bir bəhanə ilə ertələnir. Başqanlığın özgə birisinin yox, məhz onun boyuna biçildiyini düşünən İsa Qəmbər və onun yaxın çevrəsinin ən çox güvəndikləri “daşdan keçən” bəhanə isə yerlə bağlıdır. Partiyadakı mövcud status-kvonun dəyişməsini istəməyən “köhnə qvardiya” təmsilçiləri “Müsavat”ın radikal düşərgədə ən “stajlı” partiya olduğunu iddia edərək “şənimizə uyğun salon verilməyəcəyi təqdirdə qurultayımızı keçirməyəcəyik” deyirlər. Onların “uyğun salon” kriteriyaları isə çox mücərrəddir. Belə ki, gah müvafiq dövlət qurumlarının ayırdığı yerin uzaqlığından gileylənir, gah ayrılan salonun tutumuna irad bildirir, gah da müraciətlərinə gec cavab verildiyindən gileyli düşürlər... Bir sözlə, cığal uşaqlar “oynamıram” dedikləri kimi, “Müsavat”dakı İsa Qəmbərin başqanlıqdan getməsini istəməyənlər də hər dəfə bu kimi bəhanələrlə partiyada birinci şəxs olmaqla bağlı xəyallar quranların arzularını gözlərində qoyurlar.
Budur, “Müsavat”ın cari il mayın 24-nə təyin edilən qurultayının vaxtı indi də iyun ayının 21-ədək geri çəkilib. Bu dəfə də “Müsavat”çılar Bakı Şəhər İcra Hakimiyyətinin qurultay üçün ayırdığı Əmircan qəsəbəsindəki S.Bəhlulzadə adına mədəniyyət sarayının binasını münasib saymayıblar.
Göründüyü kimi, “Müsavat”dakı İsa Qəmbər tərəfdarları “qurultay-qurultay” oyunu oynayırlar. Lakin partiyada, yuxarıda vurğuladığımız kimi, “köhnə qvardiya”nın oyun qaydalarını pozmaq istəyən qüvvələr də var. Onların sırasında başqanlığa iddialı olanlardan birinin-Səxavət Əlisoyun narazılığı daha aydın eşidilir. Belə ki, o, qurultayın keçirilməsini əngəlləyənlərə kəskin mesajlar ünvanlayaraq bildirib: “Qurultayı keçirməmək heç bir məntiqə sığmır. Yer verilmirsə, bizim öz qərargahımız var. Biz qurultayı burda da keçirə bilərik. Yer verilmirsə, qurultayı təxirə salmaq bəhanədir, normal siyasi gediş deyil. Müsavat Partiyası istəsə, qurultayını keçirə bilər”.
“Müsavat”ın qurultayının keçirilməməsini “yolverilməz” adlandıran S. Əlisoy fikirlərinə davam edərək deyib: “Artıq xeyli müddətdir ki, biz qurultayımızı keçirmirik. Bu, sonsuza qədər davam etməlidir? “Müsavat”ın qurultayının təxirə salınmasını səmərəsiz addım kimi dəyərləndirirəm. Qurultay keçirilməli, vəzifələr müəyyən olunmalı, Azərbaycanın siyasi səhnəsinə yenilənmiş bir “Müsavat” gəlməlidir”.
Əlavə şərhə ehtiyac yoxdur. “Müsavat” həqiqətən də, qurultay-qurultay oyununa son qoymalı və nəhayət, yenilənməlidir!

 
  • Oxunub:  20580  |  
  • Tarix:  17-05-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir

17:59
23 Yanvar
“Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda!
17:49
23 Yanvar
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq
17:44
23 Yanvar
UNEC 24/7 kitabxanasını gündəlik 500-ə qədər tələbə ziyarət edir
17:36
23 Yanvar
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
17:26
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
17:22
23 Yanvar
Nejdet Erkan: Bütün köhnə reaktorlar kimi, “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır
17:20
23 Yanvar
Sahibə Qafarova: Azərbaycan öz parlaq mədəniyyəti, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib
17:16
23 Yanvar
Sədaqət Vəliyeva: Böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır
17:14
23 Yanvar
Eldəniz Səlimov: Ölkəmizdə sənayeləşmə siyasəti uğurla həyata keçirilir
17:12
23 Yanvar
Qoşqar Təhməzli: Ölkəmizdə həyata keçirilən islahatlar ərzaq və qida təhlükəsizliyi sektorundan da yan keçməyib
17:09
23 Yanvar
Sona Əliyeva: 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi milli-mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir
17:07
23 Yanvar
Məmməd Musayev: ASK ölkəyə xarici investorların cəlbi üçün danışıqlar aparır
16:57
23 Yanvar
Ölkəmizin mədəniyyəti və turizm imkanları Küveytdə təqdim olunub
16:50
23 Yanvar
Ukrayna və Belarus mətbuatı Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakına geniş yer ayırıb
16:43
23 Yanvar
Milli Məclisin deputatı Avropada Azərbaycan əleyhinə dezinformasiya yayan siyasətçiləri və KİV-ləri tənqid edib
16:38
23 Yanvar
Politoloq: Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır
16:32
23 Yanvar
Vüqar Rəhimzadə: Azərbaycana beynəlxalq səviyyədə verilən dəyər uğurlu daxili və xarici siyasətin nəticəsidir
16:02
23 Yanvar
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
16:01
23 Yanvar
Rafael Hüseynov: Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə informasiya təcavüzü aparılır
15:54
23 Yanvar
Bakı Ali Neft Məktəbi “Huawei” şirkətilə əməkdaşlığa başladı
15:52
23 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
15:13
23 Yanvar
Səməd Seyidov: Ölkələrlə qarşıdurma deyil, dialoq yaratmaq lazımdır
15:11
23 Yanvar
Bakıda “Mediada gender bərabərliyi” mövzusunda təlimlər başlayıb
15:09
23 Yanvar
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
14:44
23 Yanvar
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
14:38
23 Yanvar
Georgi Logvinski: AŞPA-nın bir çox üzvləri Azərbaycanın sürətli inkişafını düzgün qiymətləndirə bilmirlər
14:36
23 Yanvar
Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşma memorandumu imzalayıb
14:28
23 Yanvar
Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
14:15
23 Yanvar
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
14:13
23 Yanvar
İdris İsayev: Ötən il peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil edilib
13:00
23 Yanvar
Prezident İlham Əliyevin “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü
12:57
23 Yanvar
Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub
12:56
23 Yanvar
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
12:54
23 Yanvar
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
12:51
23 Yanvar
Uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları müzakirə edilib
12:48
23 Yanvar
Akademik: Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir
12:35
23 Yanvar
Deputat: Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı xarici investorların Azərbaycana marağını daha da artırır
12:31
23 Yanvar
Azərbaycanın sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur
12:10
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub
11:58
23 Yanvar
Azərbaycandakı mövcud infrastruktur investorlar, biznes dairələri üçün böyük potensial və vətəndaşlar üçün rahatlıq yaradacaq
11:56
23 Yanvar
AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib
11:27
23 Yanvar
Ankarada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının toplantısı keçirilir
11:20
23 Yanvar
Bakıda “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və prespektivlər” mövzusunda konfrans işə başlayıb
11:03
23 Yanvar
Son 15 ildə Azərbaycan 250 milyard dollar sərmayə cəlb edib
11:02
23 Yanvar
İlham Əliyev: Prezident kimi mənim üçün ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir
10:55
23 Yanvar
Prezident İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
10:29
23 Yanvar
Prezident İlham Əliyev: Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq
10:21
23 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir
10:14
23 Yanvar
Şahin Mustafayev: Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb
10:04
23 Yanvar
Azərbaycanlı deputat: Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
10:02
23 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
09:43
23 Yanvar
Sadə ermənilər Paşinyandan üz döndərir
09:42
23 Yanvar
Əli Kərimli və qondarma “Milli şura” üzvləri Ümumxalq hüzn günündə də təxribat törədiblər
21:37
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziyasına müsahibəsi
21:17
22 Yanvar
Avropa Şurasının baş katibi təxribatçı deputatları Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməməyə çağırıb
20:40
22 Yanvar
Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
20:37
22 Yanvar
Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb
19:45
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub
19:23
22 Yanvar
Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib
19:15
22 Yanvar
Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti ilə görüşüb
19:11
22 Yanvar
Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib
19:00
22 Yanvar
Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib
18:54
22 Yanvar
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
18:41
22 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir
18:34
22 Yanvar
Pirallahı Sənaye Parkında şpris zavodu istifadəyə veriləcək
18:30
22 Yanvar
Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının inkişafından məmnunluq ifadə olunub
18:26
22 Yanvar
Bu il 10 aqropark açılacaq
18:24
22 Yanvar
İlin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq
18:18
22 Yanvar
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub
18:13
22 Yanvar
Misirli jurnalistin “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabının təqdimatı olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+1 +4