Ana səhifə »  Müəlliflər »  Azərbaycanın radikal müxalifətini heç Şeyx Nəsrullah da dirildə bilməz...
A+   Yenilə  A-
Azərbaycanın radikal müxalifətini heç Şeyx Nəsrullah da dirildə bilməz...
Yazdı: Pərviz Sadayoğlu

Pah atonnan, nə ağır yatdı bu oğlan, ölüb əəə!
Nə də tərpənməyir üstündəki yorğan, ölüb əəə!
Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,
Ölülər yatmağıdır, yox buna payan, ölüb əəə!
M.Ə.Sabir

Peşmandır ki, bir nəfər xaricdən gələ, təyyarədən düşə, bu radikal müxalifətin bir-iki özündən başqa kimsəyə gərək olmayan zatı ilə görüşə, o dəqiqə haray-həşir başlayır ki, bəs bu gələn Sem qağa (məsələn yəni) bizə təzə nəfəs gətirir, bizi dirildəcək. Durub düzülürlər sıraya, ağız deyəni qulaq eşitmir. Biri pul istəyir, o birisi də pul istəyir, ta ötəsindəki də pul istəyir. Yəni, bunların qarınağrısının əsasını təşkil edən matah elə puldur ki var. Başqa bildikləri, istədikləri, arzuladıqları zad yoxdur. İP-i qırılmış, “şura”sı rüsvay olmuş, erməniyə çömçəlik etməyə başı qarışmışlar yığılırlar həmin Sem qağalarının başına. Amma Sem qağaları pul sözünün “p” hərfini demək istəyəndə aralarında müsibət-qırğın başlayır. Bəs necə, bu pulun bir adaxlısı olmalıdır axı. Elə hər gələn Semin dollarından, avrosundan, markasından, rublundan, frankından bir cibişdan doldurub aradan çıxsa, ortada nə qalacaq... Bir həsir, bir də Məmmədnəsir
Elə ötən həftə də baş verənlər bundan o tərəfə adlaya bilmədi. Fransa prezidentinin bu vay-şüvən yığını ilə görüşündən sonra bu sosial şəbəkə deyilən məkanda bir hoqqa başlandı ki, gəl görəsən. Bəs nə imiş, bu görüş radikal müxalifətin dirçəlməsinə, kökəlməsinə, yekəlməsinə səbəb olacaq, yerindən durmasına, səhər-səhər əl-üzünü yumasına, özünə təzə kostyum almasına yardım edəcək. Elə bu arzu ilə də erməniyə işləyən, üç öpüb bir dişləyən, qurultaydan sovuşan, puldan ötrü yanıb-alışan dəmir başmaq geyinib tez özünü yetirdi “hadisə yerinə”. Amma elə gəldikləri kimi də suları süzülə-süzülə geri döndülər.
Təbiətin qanununa görə qış yuxusuna gedən bəzi yaradılmışlar var ki, onlar da müəyyən bir zamandan sonra ayılırlar. Ayıla bilməyənlərə isə min rəhmət. Öz təbirlərincə desək, süni nəfəs aparatına qoşulan radikal müxalifət kəsimi isə qalıb iki can avarası. Bu ölkədə yaşayıb, başqa diyarlardan gələn havaya oynamaq üçün qulaqlarını şəkk tutan bu “siyasətbazlar” o qədər cığaldırlar ki, hətta öldüklərini də boyunlarına almaq istəmirlər (təbii ki, bu ölüm fiziki anlam daşımır). Şeyx Nəsrullah sorağına gah Şimala, gah Cənuba, gah Şərqə, gah da Qərbə boylanan radikallar ya anlamırlar (bu qədər anlaqsızlıq da yaxşı hal deyil əslində), ya da anlamaq istəmirlər ki, onların dirilməsi mümkünsüz bir şeydir. Arxasında xalq etimadı dayanmayan, xalqın, dövlətin maraqlarını qorumayan, düşmənin əlinin suyuna çevrilməyi özünə fəxr bilənlər bu millətdən ola bilməzlər. Beləsini isə kim gəlir gəlsin, diriltməsi mümkünsüzdür.
Ən şıdırğısı da odur ki, hələ ortada nə fal var, nə yumurta. Bunlar bir-birlərinin qırmağa başlayıblar. Hətta pul hərisliyi o dərəcəyə çatıb ki, görüşdə yan-yana oturanlar belə bir-birilərini danırlar. “Sən orada yox idin” deməyi bir azca ayıb-sayıb deyirlər ki, “sən orada yox kimi idin”. Daha anlamırlar ki, onlar bütövlükdə Azərbaycanın siyasi palitrasında “yox kimidirlər”...
Əslində, onların özlərinin də diriləcəklərinə zərrə qədər ümidləri yoxdur. Əgər belə bir ümid olsaydı, ötən il keçirilən prezident seçkilərində gah bivec bir rejissoru, gah da siyasətdən yüz min “..mil” uzaqda olan bir şəxsi qabağa verməzdilər. Çünki istər İsa Qəmbər, istərsə də Əli Kərimli əgər “qabaqda” bir addımlıq yer görsələr, oraya öz ayaqlarını dürtüşdürməkdən ötrü qardaş qırğını da törədərlər. Bunun da şahidi olmuşuq vaxtilə...
Əlqərəz, belə görünür ki, Semin pulu, Şimalın küləyi, Cənubun istisi, Qərbin “yaşılbaşı” belə bunları diriltməyə kar etmədi. Elə rəhmətlik Sabir düz deyib ki,
Hansı doktora ərz etdim onun illətini,
Dedi: çək, bundan əlin, boşla,
bu çoxdan ölüb əəə!
P.S. Dünən qəzetlərə göz gəzdirərkən radikal müxalifətin 1992-ci ilin may ayında gerçəkləşdirdiyi silahlı üsyanın ildönümü haqda bir yazıya rast gəldim. Bu gün demokratiyadan dəm vuranlar utanmırlarmı ki, onların bu silahlı üsyan tamaşası Azərbaycan xalqına Laçını itirmək bahasına başa gəldi... Utanmasan, danışmağa nə var ki...

 
  • Oxunub:  22470  |  
  • Tarix:  17-05-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA