Ana səhifə »  Müəlliflər »  Radikalların növbəti manipulyasiya cəhdi
A+   Yenilə  A-
Radikalların növbəti manipulyasiya cəhdi
Yazdı: Mübariz Abdullayev

Xəstəhal radikal müxalifətin hələ yaradılması planlaşdırılan “Düşüncə mərkəzi”nin adından Qarabağ mövzusunda “tədbir” keçirməklə siyasi reabilitasiyaya can atması uğursuzluqla yekunlaşıb
Siyasi səhnədə funksionallığını itirən, büsbütün fiaskoya uğrayan radikallar, necə deyərlər, boşluğu doldurmaq və gündəmdə qalmaq üçün müxtəlif vasitələrə əl atırlar. Məsələn, əllərindən heç nə gəlməyən radikallar cəmiyyətin maraq dairəsində olan məsələləri, o cümlədən də Dağlıq Qarabağ problemini çox tez-tez manipulyasiya alətinə çevirirlər.
Bu günlərdə dağıdıcı düşərgə təmsilçiləri növbəti belə manipulyasiya cəhdində bulunublar. Belə ki, radikalların “Milli strateji düşüncə mərkəzi” kimi təqdim etdikləri qondarma qurum “Müsavat”ın qərargahında “Qarabağ böhran masası” adlı “tədbir” keçirib.
Radikalların yenə öz amplualarında olduqları, köhnə xəstəliklərindən yaxa qurtara bilmədikləri göz qabağındadır. Necə deyərlər, illər ötür, ancaq radikallar dəyişmirlər ki, dəyişmirlər. Əvvəla, “Milli strateji düşüncə mərkəzi” kim tərəfindən, nə vaxt yaradılıb ki, Azərbaycan cəmiyyətinin belə bir qurumun varlığından xəbəri yoxdur? Və yaxud, bu “mərkəz” hansı statusa, səlahiyyətə malikdir ki, Qarabağ probleminin həllinə kəllə vurmağa özündə cəsarət tapıb?
Yeri gəlmişkən, “tədbirdə” başda əyləşən və söz alan “Müsavat”ın başqanı İsa Qəmbər “Düşüncə mərkəzi” barədə özüsayağı qəliz danışıb. Belə ki, İ.,Qəmbər “Düşüncə mərkəzi”nin yaradılmasına ehtiyac olduğunu söyləyərək, həm də bildirib ki, sözügedən mərkəz təşkilat deyil, daimi bir prosesdir. Görəsən, İsa Qəmbər “yaradılmasına ehtiyac var” dediyi “Düşüncə mərkəzi”nin “tədbir”inə qatıldığının hansı anlama gəldiyinin fərqindədirmi? Bu, hələ ana bətnində olan uşağın dil açmasına və iməkləməsinə bənzəmirmi? Və yaxud, “Düşüncə mərkəzi” “təşkilat yox, bir prosesdirsə” “hərəkətdə olan” anlamını verən bu “proses” vasitəsilə hansısa bir tədbiri necə düzənləmək mümkündür?
Beləliklə, İsa Qəmbər ya danışdıqlarının fərqində deyil, sadəcə, baş qatır, ya da ki, özü qəsdən belə qəliz danışır ki, “tədbir” iştirakçılarında onun barəsində “hamıdan çox bilir” qənaəti formalaşsın. Bir də ki, “Düşüncə mərkəzi” kimi bir qurumu ancaq düşünən, hadisələrin, ictimai-siyasi proseslərin gedişindən baş çıxara bilənlər yarada bilərlər. Dağıdıcı düşərgədə baş verənlər isə radikalların belə bir intellektual potensiala malik olmadıqlarını təsdiqləyir.
İndiyədək radikal düşərgədə yağışdan sonra göbələk kimi çoxlu sayda “birliklər”, “mərkəzlər” yaradılıb. Bununla belə, çox az vaxtdan sonra onların əksəriyyəti öz yerlərini tarixin toz basmış arxivində tapıb. Şübhə yoxdur ki, İsa Qəmbərin, Pənah Hüseynin, Mehriban Vəzirin yaratmaq istədikləri “Düşüncə mərkəzi” SİDSUH-ların, “YES”lərin, müxtəlif demkonqreslərin, məşvərət məclislərinin və nəhayət, qondarma “Milli şura”nın oxşar aqibətini yaşayacaq.
“Tədbir”də Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin səsləndirdiyi “Qarabağ məsələsinin daxili siyasi məsələlərdə istifadəsi yolverilməzdir” açıqlaması diqqəti daha çox cəlb edir. P.Hüseyn bu açıqlamanı kimə, hansı siyasi qüvvəyə üz tutaraq dilə gətirib? Müxalifət düşərgəsinin “ünlü” personasına xatırlatmaq yerinə düşər ki, Qarabağ mövzusunu siyasi manipulyasiya alətinə çevirənlər, Azərbaycan xalqı üçün çox həssas olan bu mövzudan siyasi xal qazanmaq istəyənlər, məhz radikal düşərgə təmsilçiləridir.
Bunun təsdiqi kimi çox da uzağa getmək lazım deyil. Hazırda bütövlükdə dağıdıcı düşərgənin üzqarasına çevrilən qondarma “Milli şura”nın keçmiş və indiki sədrlərinin bu mövzuda xarici informasiya agentliklərinə verdikləri müsahibələr hələ yaddaşlardan silinməyib. Əvvəlcə, qondarma qurumun ilk qiyabi sədri və ilk qiyabi “vahid namizəd”i Rüstəm İbrahimbəyov, sonradan isə “Milli şura”da onu əvəzləyən dublyor Cəmil Həsənov xarici havadarlarının daha çox xoşlarına gəlmək və onlardan daha çox “yaşıl” qopartmaq üçün daxili auditoriyanı aşağılayaraq, xalqın milli maraqlarına məhəl qoymayaraq əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağın “mübahisəli ərazilər” olduğunu dilə gətirdilər. Pənah Hüseynə sual vermək istərdik: Dağlıq Qarabağ məsələsinin siyasi məqsədlər naminə manipulyasiya alətinə çevirməyin bundan tipik nümunəsini tapmaq mümkündürmü? Elə isə “milli təəssübkeş” obrazında çıxış edən P.Hüseyn nədən konkret ünvan göstərmir, R.İbrahimbəyovu, C.Həsənovu və digər belələrini qınağa çəkmir?
Beləliklə, aydın görünür ki, xəstəhal radikal müxalifət öz siyasi reabilitasiyasını yenə də Qarabağ mövzusu üzərində qurmağa çalışır. Ancaq radikallar bu kimi cəhdlərlə heç nəyə nail ola bilməyəcəklər. Çünki onların hansı mövzuda danışmalarından asılı olmayaraq, çirkin məqsədləri aydın görünür...

 
  • Oxunub:  20190  |  
  • Tarix:  28-05-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müasir infrastrukturun yaradılması Azərbaycan hökumətinin əsas məqsədlərindən biridir

10:23
24 Yanvar
“SOCAR karbamid” zavodu bu ilin mart ayından tam gücü ilə işləyəcək
10:18
24 Yanvar
24 yanvar – Beynəlxalq Təhsil Günüdür
10:12
24 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:08
24 Yanvar
Sahibə Qafarova: Azərbaycanda sağlamlıq imkanları məhdud insanların sosial problemlərinin həllinə ciddi diqqət göstərilir
21:23
23 Yanvar
AŞPA-nın qış sessiyasında süni intellektin yaratdığı risk və təhdidlərdən danışılıb
21:22
23 Yanvar
Azərbaycanlı deputat AŞPA-nın sessiyasında internet idarəçiliyinin əhəmiyyətindən danışıb
20:51
23 Yanvar
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb
20:43
23 Yanvar
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
20:40
23 Yanvar
Dini radikalizmlə mübarizədə maarifləndirmə böyük rol oynayır
19:16
23 Yanvar
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları treninqlərə cəlb edilib
19:08
23 Yanvar
Azərbaycan Dillər Universiteti və İstanbul Okan Universiteti arasında əməkdaşlığa dair müzakirələr aparılıb
18:58
23 Yanvar
Hikmət Hacıyev: Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Davosdakı görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər
17:59
23 Yanvar
“Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda!
17:49
23 Yanvar
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq
17:44
23 Yanvar
UNEC 24/7 kitabxanasını gündəlik 500-ə qədər tələbə ziyarət edir
17:36
23 Yanvar
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
17:26
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
17:22
23 Yanvar
Nejdet Erkan: Bütün köhnə reaktorlar kimi, “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır
17:20
23 Yanvar
Sahibə Qafarova: Azərbaycan öz parlaq mədəniyyəti, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib
17:16
23 Yanvar
Sədaqət Vəliyeva: Böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır
17:14
23 Yanvar
Eldəniz Səlimov: Ölkəmizdə sənayeləşmə siyasəti uğurla həyata keçirilir
17:12
23 Yanvar
Qoşqar Təhməzli: Ölkəmizdə həyata keçirilən islahatlar ərzaq və qida təhlükəsizliyi sektorundan da yan keçməyib
17:09
23 Yanvar
Sona Əliyeva: 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi milli-mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir
17:07
23 Yanvar
Məmməd Musayev: ASK ölkəyə xarici investorların cəlbi üçün danışıqlar aparır
16:57
23 Yanvar
Ölkəmizin mədəniyyəti və turizm imkanları Küveytdə təqdim olunub
16:50
23 Yanvar
Ukrayna və Belarus mətbuatı Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakına geniş yer ayırıb
16:43
23 Yanvar
Milli Məclisin deputatı Avropada Azərbaycan əleyhinə dezinformasiya yayan siyasətçiləri və KİV-ləri tənqid edib
16:38
23 Yanvar
Politoloq: Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır
16:32
23 Yanvar
Vüqar Rəhimzadə: Azərbaycana beynəlxalq səviyyədə verilən dəyər uğurlu daxili və xarici siyasətin nəticəsidir
16:02
23 Yanvar
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
16:01
23 Yanvar
Rafael Hüseynov: Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə informasiya təcavüzü aparılır
15:54
23 Yanvar
Bakı Ali Neft Məktəbi “Huawei” şirkətilə əməkdaşlığa başladı
15:52
23 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
15:13
23 Yanvar
Səməd Seyidov: Ölkələrlə qarşıdurma deyil, dialoq yaratmaq lazımdır
15:11
23 Yanvar
Bakıda “Mediada gender bərabərliyi” mövzusunda təlimlər başlayıb
15:09
23 Yanvar
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
14:44
23 Yanvar
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
14:38
23 Yanvar
Georgi Logvinski: AŞPA-nın bir çox üzvləri Azərbaycanın sürətli inkişafını düzgün qiymətləndirə bilmirlər
14:36
23 Yanvar
Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşma memorandumu imzalayıb
14:28
23 Yanvar
Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
14:15
23 Yanvar
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
14:13
23 Yanvar
İdris İsayev: Ötən il peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil edilib
13:00
23 Yanvar
Prezident İlham Əliyevin “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü
12:57
23 Yanvar
Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub
12:56
23 Yanvar
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
12:54
23 Yanvar
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
12:51
23 Yanvar
Uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları müzakirə edilib
12:48
23 Yanvar
Akademik: Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir
12:35
23 Yanvar
Deputat: Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı xarici investorların Azərbaycana marağını daha da artırır
12:31
23 Yanvar
Azərbaycanın sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur
12:10
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub
11:58
23 Yanvar
Azərbaycandakı mövcud infrastruktur investorlar, biznes dairələri üçün böyük potensial və vətəndaşlar üçün rahatlıq yaradacaq
11:56
23 Yanvar
AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib
11:27
23 Yanvar
Ankarada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının toplantısı keçirilir
11:20
23 Yanvar
Bakıda “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və prespektivlər” mövzusunda konfrans işə başlayıb
11:03
23 Yanvar
Son 15 ildə Azərbaycan 250 milyard dollar sərmayə cəlb edib
11:02
23 Yanvar
İlham Əliyev: Prezident kimi mənim üçün ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir
10:55
23 Yanvar
Prezident İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
10:29
23 Yanvar
Prezident İlham Əliyev: Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq
10:21
23 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir
10:14
23 Yanvar
Şahin Mustafayev: Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb
10:04
23 Yanvar
Azərbaycanlı deputat: Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
10:02
23 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
09:43
23 Yanvar
Sadə ermənilər Paşinyandan üz döndərir
09:42
23 Yanvar
Əli Kərimli və qondarma “Milli şura” üzvləri Ümumxalq hüzn günündə də təxribat törədiblər
21:37
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziyasına müsahibəsi
21:17
22 Yanvar
Avropa Şurasının baş katibi təxribatçı deputatları Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməməyə çağırıb
20:40
22 Yanvar
Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
20:37
22 Yanvar
Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb
19:45
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+3 +6