Ana səhifə »  Müəlliflər »  Əli Kərimli yenidən anti-azərbaycançı dairələrin vəkilliyini etməyə çalışır
A+   Yenilə  A-
Əli Kərimli yenidən anti-azərbaycançı dairələrin vəkilliyini etməyə çalışır
Yazdı: Pərviz Sadayoğlu

Radikallar Azərbaycanın dövlət maraqlarını satmağa hazır olduqlarını növbəti dəfə etiraf edirlər
Son illərdə Azərbaycan dövləti əldə etdiyi iqtisadi inkişaf nəticəsində Cənubi Qafqazın lider dövlətinə çevrilib. Stabil, güclü iqtisadiyyata malik Azərbaycan ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm uğurlar əldə edib, dövlət müstəqilliyi ildən-ilə gücləndirilir, imzalanmış bir sıra mühüm qlobal xarakterli enerji layihələri ölkəmizin dünyanın enerji təhlükəsizliyindəki rolunu möhkəmləndirib. Digər tərəfdən, bu amil Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət kursu yeritməsində mühüm rola malikdir.
Bundan başqa, Azərbaycan dövləti özünün inkişaf siyasətində hər zaman demokratik ənənələrə sadiqlik nümayiş etdirib. İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə tanındığı və qorunduğu ölkəmizdə vətəndaşların iradəsi dövlətin inkişaf istiqamətini müəyyənləşdirir.
Əlbəttə ki, əldə olunan bu uğurları qəbul edə bilməyən, Azərbaycanın müstəqil xarici siyasət kursuna qarşı qısqanclıq nümayiş etdirən bir sıra anti-azərbaycançı mərkəzlər ölkəmizdə fəaliyyət göstərən “beşinci kolon”unun əli ilə bu görülən işlərə qara yaxmağa çalışır. Radikal müxalifətin də bir sıra nümayəndələri var ki, onların “siyasi karyeraları” birmənalı şəkildə xəyanət ilə müşayiət olunur. Belə radikal düşərgə təmsilçilərinə ən əsas “örnək” hazırki AXCP sədri Əli Kərimlidir. Qeyd etmək lazımdır ki, ümumilikdə radikal düşərgənin “fəaliyyəti” birmənalı şəkildə bu düşərgənin müxalifətçilikdən çox uzaq olduğunu ortaya qoyur. Əli Kərimlinin timsalında radikal düşərgə təmsilçiləri hələ 1992-ci ildə hakimiyyətdə olduqları dövrdən bəri birmənalı şəkildə anti-azərbaycançı, ermənipərəst dairələrlə işbirliyinə gedir, onların sifarişlərini yerinə yetirirlər. Azərbaycan hakimiyyətinin dövlətin inkişafı istiqamətində apardığı fəaliyyəti, beynəlxalq arenada uğurlarını qiymətləndirməyən radikal düşərgə Azərbaycana qara yaxmaq, böhtan atmaq və ölkə reallıqlarını təhrif etməkdən çəkinmir, ölkəmizin imicinə hər cəhddə xələl gətirməyə çalışır.
Ə.Kərimlinin son günlərdə öz nəzarətində olan KİV-ə verdiyi müsahibədə səsləndirdiyi fikirlər də məhz bu qəbildəndir. Belə ki, bir müddət öncə xarici ölkə səfirlərindən birinin diplomatik etiketdən kənar fikirlərinin Azərbaycan cəmiyyəti tərəfindən etirazla qarşılanması, deyəsən, Ə.Kərimlinin də kürkünə birə salıb. Hər zaman boynu bükük dayandıqları qapının “nümayəndəsini” qorumaq istəyinə düşən Ə.Kərimli yenə də özünün əsl simasını cəmiyyətə nümayiş etdirir.
Azərbaycanın Ermənistan istisna olmaqla bütün dövlətlərlə müsbət əlaqələrinin qurulmasına yönəlik xarici siyasət kursunu özünəməxsus şəkildə “dəyərləndirməyə” çalışan Ə.Kərimli yenə də öz xislətini ortaya qoyur. Hər zaman ağalarına “ayı xidməti” göstərən, çörək aldığı ünvanları “yaxşı tanıyan” Ə.Kərimli üçün əsas şərt özünün şəxsi maraqlarıdır. Amma bu gün Azərbaycan hakimiyyəti dövlətimizin və xalqımızın maraqlarını qoruyur. Bu maraqlar isə dövlətimizin bütün ölkələrlə eyni səviyyəli, yaxın iqtisadi-siyasi əlaqələr qurulmasını şərtləndirir. Təbii ki, korporativ maraqlarının əsirinə çevrilmiş və “siyasi karyerasını” Azərbaycanın dövlət mənafeyinə qarşı yönəldən Ə.Kərimli üçün bu mövhum bir az çətin anlaşılandır...
Azərbaycanın xarici siyasət kursuna gəldikdə isə, Ə.Kərimli burada da dövlətimizin əldə etdiyi uğurlara qarşı necə qısqanc münasibətdə olduğunu ortaya qoyur. Azərbaycanın uğurlu xarici siyasət kursu qısa zaman ərzində dünyanın əksər dövlətlərinin, o cümlədən, beynəlxalq təşkilatların erməni təcavüzünə həqiqi qiymət verməsinə şərait yaratdı. Bununla yanaşı, bir faktı səsləndirmək kifayətdir: Azərbaycan dövlətinin apardığı düzgün və milli maraqlarımıza xidmət edən xarici siyasi kurs gənc Azərbaycana BMT TŞ kimi mühüm bir quruma sədrlik etmək imkanı qazandırıb. Bu gün Ermənistanda belə Azərbaycanın uğurlu iqtisadi-siyasi inkişafı etiraf edilir. Amma hansısa gözəgörünməz səbəbdən düşmən ermənilərin də etiraf etdiklərini Əli Kərimli danmağa çalışır. Bundan başqa, Azərbaycanın düzgün qurulmuş xarici siyasət kursu ölkəmizin stabil inkişafının təminatıdır. Dünyada milli dövlətlərə qarşı həyata keçirilən məkrli planların ölkəmizdə reallaşmasının qarşısının alınmasının arxasında həm də bu amil dayanır. Azərbaycanın xarici siyasəti hər bir dövlət və ya qurumla milli maraqlar çərçivəsində əməkdaşlığı əhatə edir.
O ki qaldı ələbaxımlılığa... Bəli, Ə.Kərimli kimi insanlar hər zaman onun-bunun əlinə baxmağa, xarici planlarda iştirakçı olmağa “proqramlaşdırılmışlardır”. Bu cür xislətə malik olanlar xarici antimilli qüvvələrin əmrlərini qeyd-şərtsiz yerinə yetirir, onlara müti qulluq göstərirlər. Yuxarıda qeyd olunanlar isə siyasi dayağını tam itirən, illərdir Azərbaycan siyasətində heç bir uğuru ilə yadda qalmayan və korporativ maraqlarını təmin etməyə, xaricdən pul alıb ölkədə qarşıdurma yaratmağa cəhd göstərmək istəyən, öz kiçik dairələrində adlarını “siyasi lider” qoyan, amma “liderliyi” yalnız kabineti ilə məhdudlaşan Əli Kərimli kimi şəxslərin maddiyyat qarşılığında bütün yalanları danışmağa hazır olduğunu növbəti dəfə isbat etmiş olur.

 
  • Oxunub:  21510  |  
  • Tarix:  02-06-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb
16 Avqust 09:19
Azərbaycanda aqrar sektorun inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir
15 Avqust 20:48
Azərbaycan pambıq lifi və ipliyinin ixracını artırıb
15 Avqust 20:43
Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında liderdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23