Ana səhifə »  Müəlliflər »  “Hüquq müdafiəçisi”nin əsassız çırpıntıları
A+   Yenilə  A-
“Hüquq müdafiəçisi”nin əsassız çırpıntıları
Yazdı: Mübariz Abdullayev

Və ya Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova nədən özündən “qəhrəman” düzəltmək istəyir?
Xəbər verildiyi kimi, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova Ermənistanın xüsusi xidmət orqanlarına cəsusluqda ittiham olunaraq saxlanılan jurnalist Rauf Mirqədirovun işi ilə bağlı şahid qismində istintaqa çağrılıb və ondan ifadə alınıb. Bundan sonra M.Əzizova sərbəst buraxılıb.
Əslində, bu, hüquqi prosedurdur və bütün dünyada qəbul edilən bir praktikadır. Lakin adını “hüquq müdafiəçisi” qoyan M.Əzizovanın timsalında sözügedən məsələ ilə bağlı hadisələrin məqsədli şəkildə hüquqi müstəvidən kənara çıxarılmasına cəhdlər göstərildiyinin şahidi oluruq. Belə ki, “hüquq müdafiəçisi” istintaq orqanlarında dindirilməyə çağırılması ətrafında süni ajiotaj yaratmağa çalışır. Eyni zamanda, bu işdə yaxın çevrəsi, ələlxüsus da, Sülh və Demokratiya İnstitutunun rəhbəri, ermənipərəst Leyla Yunusova canfəşanlıqla ona dəstək nümayiş etdirir. Qeyd edək ki, istintaqda şahid qismində ifadəsi alındıqdan sonra sərbəst buraxılan M. Əzizova ölkəni tərk edib və o, xaricə üz tutmasının guya həbs olunmaq təhlükəsi ilə bağlı olduğunu iddia edib.
Lakin istər bu “hüquq müdafiəçisinə”, istərsə də onun havadarlarına bəzi məqamları xatırlatmaq yerinə düşər. Belə ki, Azərbaycan hüquqi dövlətdir və burada insanların sərbəst yaşamalarına, həmçinin, fəaliyyət göstərmələrinə güclü, beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan qanunvericilik bazası ilə təminat verilir. Azərbaycanda müxtəliffikirliliyə tolerant yanaşma bütün dünya ölkələrinə nümunə ola bilər. Respublikamızda müvafiq əsaslar olmadan kiminsə həbsə alınması reallıqdan çox uzaqdır. Belə olan halda görəsən Qadın Krizis Mərkəzinin rəhbəri nədən narahatdır və yaxud o nə üçün özündən “qəhrəman” düzəltməyə çalışır?
Yeri gəlmişkən, bununla bağlı respublika Baş Prokurorluğu da məlumat yayıb. Həmin məlumatda bildirilir ki, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın respublikaya qayıdacağı təqdirdə həbs ediləcəyi ilə bağlı yayılan informasiyalar həqiqətə uyğun deyil. Baş Prokurorluqdan, həmçinin, M.Əzizovanın mənzilində axtarış aparıldığı ilə bağlı yayılan şaiələr də təkzib olunub.
Bir sözlə, göründüyü kimi, qəfildən ölkədən gedən M.Əzizovanın “həbs təhlükəsi” ilə bağlı xaricdə qaldırdığı vay-şivənin heç bir əsası yoxdur. Həmçinin, onu da xatırlatmaq yerinə düşər ki, bir qədər bundan əvvəl eyni iş üzrə istintaq orqanlarına ifadə verməyə çağrılan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusova bundan yayınaraq, ailəsi ilə birlikdə ölkədən getməyə cəhd göstərmişdi. Belə ki, Leyla Yunusovaya və onun həyat yoldaşı Arif Yunusova Fransanın Azərbaycandakı səfirliyi vasitəsilə cəmi iki saat ərzində bu ölkədə 5 il yaşamağa hüquq verən viza rəsmiləşdirilmişdi. Bundan sonra Yunusovlar ailəsi bəzi ölkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşlarının müşayiəti ilə ölkədən çıxarılmaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirilmişdi. Lakin bütün bunlara baxmayaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Leyla Yunusovanın və onun həyat yodaşının ölkədən çıxmalarının qarşısı alındı.
Yəni, göründüyü kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları hüquqi əsas olduqda hətta xarici ölkə səfirliklərinin çətiri altında gizlənərək ölkədən qaçmağa çalışan Yunusovlar ailəsinə qarşı zəruri addımlar atmaqdan çəkinmədilər. Belə olan təqdirdə, ölkədən gedən M.Əzizovanın “məni həbs təhlükəsi gözləyir, ona görə Azərbaycana gəlmirəm” tipli bəhanəsi absurddur.
Bu məqamda onu da vurğulayaq ki, M.Əzizovanın ölkədən getməsində Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusova xüsusi səy göstərib. Məsələn, Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir: “M.Əzizova Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində jurnalist Rauf Mirqədirov barəsində başlanmış cinayət işi üzrə şahid qismində dindirilib və sərbəst buraxılıb. Lakin bundan sonra o, Leyla Yunusun bilavasitə təhriki ilə respublikanı tərk edib. Burada L.Yunusun əsas məqsədi istintaqın normal gedişatına mane olmaq və istintaqı tamamilə başqa istiqamətə yönəltməkdir”.
Beləliklə, görünən odur ki, ermənipərəst Leyla Yunusovanın canfəşanlıqla cızdığı ssenariyə uyğun olaraq əsassız açıqlamalar verən Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova sadəcə bu yolla özündən “qəhrəman” düzəltmək istəyir.

 
  • Oxunub:  23160  |  
  • Tarix:  03-06-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13