Ana səhifə »  Müəlliflər »  Cəmil Həsənovun son çırpınışları da əbəsdir
A+   Yenilə  A-
Cəmil Həsənovun son çırpınışları da əbəsdir
Yazdı: Mübariz Abdullayev

Qondarma “Milli şura”nın sədri hazırda siyasi səhnənin autsayderinə çevrilməsinin səbəblərini öz əməllərində, rəhbərlik etdiyi qurumun antimilli mahiyyətində axtarmalıdır
Azərbaycanda çox işlənən bir zərb-məsəl var: “Utanmasan, oynamağa nə var”. Bütövlükdə radikal düşərgənin üzqarasına çevrilən qondarma “Milli şura”nın sədri Cəmil Həsənovun mətbuata verdiyi açıqlamalara, səsləndirdiyi cəfəng fikirlərə nəzər saldıqda istər-istəməz yada bu zərb-məsəl düşür. Ölkəmizdə ötən il oktyabrın 9-da keçirilən prezident seçkilərində qondarma “Milli şura”nın dublyor “vahid namizəd”i qismində iştirak edən və bu statusda seçicilərin cəmi 5 faizinin səsini toplayan C.Həsənov özünü heç nə olmayıbmış kimi aparır.
Bu gün radikalların nəzarətində olan KİV-ə yeri gəldi, gəlmədi açıqlamalar verən, hər mövzuda danışan, ancaq naşılığını elə ilk cümləsindəcə büruzə verən, son vaxtlarda isə hətta müqəddəs dinimizi təhqir edən “Milli şura” sədri C.Həsənovun seçkilər ərəfəsində radikal düşərgənin öndəgedəninə çevrilməsi kor nalbəndin axsaq ata nalbəndlik etməsinə bənzəyir. Bəli, seçkilərdəki acınacaqlı məğlubiyyətdən sonra sürətlə marginallaşan və hazırda özündən başqa bir kimsənin qalmadığı “Milli şura”ya sədrlik edən C.Həsənov hansısa üstün fərdi keyfiyyətlərinə görə qondarma qurumun rəhbərliyinə gətirilməmişdi. Təsadüfi deyil ki, radikallar seçkiöncəsi mərhələdə onu qondarma qurumun “vahid namizəd”i müəyyənləşdirəndə praqmatik düşünən analitiklər bunun çox uğursuz seçim olduğu qənaətini bölüşürdülər. Onlar öz qənaətlərini dublyorun xarizmadan, liderlik keyfiyyətlərindən uzaq olması ilə əsaslandırırdılar. Bildirilirdi ki, zəif xarakterli Cəmil Həsənov “ala qarğanın bala çıxara bilmədiyi” radikal düşərgədə marionet bir fiqura çevriləcək.
Proqnozlar özünü doğrultdu. C.Həsənovun siyasətdə naşı olması qondarma qurumun sədri statusunda özünü daha qabarıq şəkildə büruzə verdi. Belə ki, “Milli şura”nın sədri həftə səkkiz, mən doqquz qeyri-ardıcıl, məntiqsiz, populist, əksər hallarda isə Azərbaycan cəmiyyətinin maraqlarına zidd açıqlamaları ilə gündəmə gəlir. C.Həsənovun “siyasətçiliyi”nin, necə deyərlər, qara qəpiyə də dəymədiyinin təsdiqi üçün onun “Milli şura”nın sədri statusunda “fəaliyyəti”nin bəzi məqamlarına diqqət yetirmək kifayətdir.
Seçkilərin nəticələri haqlı olaraq cəmiyyətin əhval-ruhiyyəsinin, ictimai fikrin barometri kimi dəyərləndirilir. Birləşmiş radikal müxalifətin “vahid namizəd”i qismində çıxış edən Cəmil Həsənovun seçkilərdə cəmi 5 faiz civarında səs toplaması bir daha göstərdi ki, seçicilər nə onun özünə, nə də rəhbərlik etdiyi “Milli şura”ya əsla inam bəsləmirlər. Necə deyərlər, belə acınacaqlı məğlubiyyətdən sonra radikallar, o cümlədən də, “Milli şura”nın sabiq “vahid namizəd”i Cəmil Həsənov siyasi arenanı birdəfəlik tərk etməli idilər.
Lakin belə görünür ki, etiraf mədəniyyəti, həqiqətin üzünə dik baxmaq cəsarəti radikallarda yerli-dibli yoxdur. Hər halda, “Milli şura”nın keçmiş “vahid namizəd”i və indiki sədri Cəmil Həsənovun populist fikirlər səsləndirməklə “siyasətdə” qalmaq üçün nümayiş etdirdiyi çabalamalar belə qənaətə gəlməyə əsas verir.
Məsələn, C.Həsənov seçkilərdəki acınacaqlı məğlubiyyətinin səbəbləri barədə düşünmək əvəzinə, “Azərbaycan xalqı öz tarixi rolunu oynamalıdır”, “Azərbaycan xalqı məhz özü tarixin səhnəsində olmalıdır” kimi fikirlər səsləndirməklə xalqı özünə düşmən elan etdi. Görünən odur ki, “tarixçi alim” təcrübəsi dublyor namizədə “həqiqət acı olsa da, onu dilə gətirmək” vərdişi və cəsarəti aşılamayıb. Əks halda, C.Həsənov seçkilərdəki məğlubiyyətin və hazırda siyasi səhnənin autsayderinə çevrilməsinin səbəblərini öz əməllərində, rəhbərlik etdiyi “Milli şura”nın antimilli mahiyyətində, müxtəlif xarici dairələrin əlində alətə çevrilməsində axtarardı.
Qondarma “Milli şura”nın sədri C.Həsənovun xarici ölkələrə turneləri çərçivəsində, eləcə də beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan fondlarda keçirdiyi görüşlərdə səsləndirdiyi fikirlər də onu siyasət aləminin naşı bir piyadası kimi səciyyələndirmək baxımından diqqəti cəlb edir. Azərbaycan cəmiyyətinin maraqlarına arxa çevirən C.Həsənov ABŞ-ı, Avropa ölkələrini respublikamıza təzyiq göstərməyə, hətta sanksiyalar tətbiq etməyə çağırırdı.
Okeanın o tayında səsləndirdiyi “Qarabağ açıqlaması” da C.Həsənovun xəyanətkar fəaliyyətindən xəbər verir. Daxili auditoriyanın inamsızlığını xaricdəki məlum dairələrin daha çox xoşlarına gəlməklə kompensasiya etməyə çalışan C.Həsənov Qarabağı “mübahisəli ərazilər” adlandırmaqla əməlli-başlı düşmən dəyirmanının işinə yaradı.
“Milli şura” sədrinin “siyasətçi” obrazını tamamlamağa xidmət edən bu ştrixlərdən sonra C.Həsənovun revanş cəhdləri əbəsdir. Necə deyərlər, eybəcərliyi, naqisliyi qızıl libas altında uzun müddət gizlətmək mümkün deyil.

 
  • Oxunub:  24390  |  
  • Tarix:  04-06-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13