Ana səhifə »  Müəlliflər »  “Azadlıq” qəzeti “qara paltarda” təqdim etdiyi ermənipərəst Leyla Yunusovadan “milli qəhrəman” düzəltməyə çalışır
A+   Yenilə  A-
“Azadlıq” qəzeti “qara paltarda” təqdim etdiyi ermənipərəst Leyla Yunusovadan “milli qəhrəman” düzəltməyə çalışır
Yazdı: Pərviz Sadayoğlu

Yaxud, Barseqyan-Yunusova və radikal müxalifət düşərgəsi eyni antimilli mərkəzlərə xidmət edir
Hər zaman erməni təəssübkeşi kimi tanınan, xarici anti-azərbaycançı mərkəzlərin layihələrində canfəşanlıqları ilə seçilən “Yunusovlar” ailəsi Azərbaycana tanış simalardır. Bu ailənin üzvləri olan Arif Yunusovun, Leyla Yunusovanın, eləcə də, Ramiz Yunusovun ermənipərəst mövqeyi, Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd hərəkətləri heç kimə sirr deyil. Yəni, ermənilərə genetik bağlılığı olan bu kəslərin fəaliyyətində anti-azərbaycançılığın əsas xətt olması onların hansı arzu-istəkdə olduğunu açıq şəkildə deməyə əsas verir.
Məlum olduğu kimi, müxtəlif dövrlərdə istər KİV-lərdə, istərsə də siyasi kluarlarda Arif-Leyla Yunusovların ermənilərin mənafelərinə xidmət edən hərəkətləri, həmçinin, onların antimilli fəaliyyətləri ilə bağlı faktoloji yazılar dərc olunur, müzakirələr gedir. “Cidanı çuvalda gizlətməyin” mümkünsüzlüyü kimi bu şəxslərin də ermənilərə işləməsi faktını təkzib etmək mümkün deyil. Amma deyəsən, bəziləri erməni “casuslarından” milli qəhrəman düzəltmək niyyətinə düşüblər...
Xəyanətkar Leyla Yunusovanın “Azadlıq” qəzetindəki “məsum portreti” insanda yalnız ikrah hissi oyada bilər
Bu məqamda xatırlamaq yerinə düşər ki, bir müddət öncə ermənilərlə işbirliyində şübhəli bilinərək həbs edilən Rauf Mirqədirovun işi ilə bağlı istintaqa çağırılan Leyla Yunusova yenidən öz “kimliyinin” üstünə işıq saldı. Xarici ölkə səfirliklərinin əli ilə istintaqdan yayınaraq gizlincə Azərbaycanı tərk etməyə çalışan Leyla Yunusova və onun erməni əsilli həyat yoldaşı Arif Yunusov Hava limanında saxlanıldı və istintaqa ifadə vermək üçün geri qaytarıldı. Həmin vaxt öz ətrafında yalançı siyasi şou düzəltməyə çalışan L.Yunusovanın nələrə “qadir” olduğunu bütün Azərbaycan cəmiyyəti gördü. Bunun ardından isə Arif Yunusovun erməni əsilli olması ilə bağlı faktların yenidən üzə çıxması, o cümlədən bu cütlüyün AXC-”Müsavat” hakimiyyəti illərindəki “qəhrəmanlıqları” KİV-lərin əsas müzakirə obyektinə çevrildi.
Maraqlıdır ki, vaxtilə bu kəslərin erməni əsilli olduqlarını bildikləri halda onların hakimiyyət olimpində təmsil olunmasına yardım edən, onları öz komandalarının üzvünə çevirənlər bu gün də yunusovları “müdafiə” etməyə cəhd göstərirlər. O cümlədən də “Azadlıq” qəzeti hansısa “səbəbdən” erməni casuslarını xalqa “milli qəhrəman” qiyafəsində təqdim etməyə çalışır.
İlk olaraq qeyd edək ki, “Azadlıq” qəzetinin müdafiə etdiyi bu cütlüyün anti-Azərbaycan fəaliyyəti məşhuri-cahandır. Və hətta 1990-cı illərdə onların “Azərbaycan dövləti ermənilərə qarşı təmizləmə siyasəti həyata keçirir” tezisi altında apardıqları təbliğat işləri də ortadadır. Söhbət ondan gedir ki, 1992-ci ildə hakimiyyəti zəbt etmiş AXC-“Müsavat” cütlüyü bu erməni əsilli şəxslərə hakimiyyətin ən strateji vəzifələrini “etibar” etmişdi: Arif Yunusov Prezident Aparatının, Leyla Yunusova isə Müdafiə Nazirliyinin baş analitiki “təyin olunmuşdular”. Erməni ailəsində böyüyüb tərbiyə almış Seyfulla Yunusovla erməni Arşalyus Arsenovna Barseqyanın övladı olan Arif Yunusov hətta Prezident Aparatının baş analitiki kimi “qohumları”, yəni, ermənilərlə üçüncü dövlətin ərazilərində görüşürdü. Azərbaycanın milli maraqlarını heçə sayan, dövləti xaosa sürükləyən, müstəqilliyimizi təhlükə altına atan AXC-“Müsavat” hakimiyyətinin “irəli çəkdiyi” bu erməni əsilli analitikin erməni təəssübü çəkməsi onun həyatının bütün dövrlərində özünü aşkar şəkildə büruzə verib. Bu şəxsin Larisa Baqdasaryanla, Janna Krikorova ilə olan “isti münasibətləri”, Ermənistandakı, o cümlədən, Moskvadakı erməni mənbələrindən hesabına köçürülən on minlərlə pullar A.Yunusovun hansı “yuvanın quşu” olduğunu ortaya qoyur.
O ki qaldı, “Azadlıq” qəzetinin “qara çadraya” bürüdüyü Leyla Yunusovaya... Bu şəxsin bugünkü “fəaliyyətləri” onun haqqında fikir yürütməyə kifayət qədər əsas verir. Yəni, “Azadlıq” qəzetinin “hüquq müdafiəçisi” qismində təqdim etməyə çalışdığı L.Yunusovanın illər ərzində nəyi və kimi müdafiə etdiyi ortadadır. 1990-cı illərdə həyat yoldaşı Arif Yunusovla birlikdə Azərbaycanı “vəhşilikdə”, xalqımızı ermənilərə qarşı “təmizləmə” aparmaqda ittiham edən Barseqyan-Yunusova 1992-ci ildə Ə.Elçibəyin hakimiyyəti dövründə Azərbaycan Müdafiə Nazirliyinin analitik informasiya xidmətinin rəhbəri oldu. Faktlara istinad etsək görərik ki, L.Yunusovanın MN-dəki fəaliyyəti olduqca mühüm “məqamlarla” üst-üstə düşür. Məsələn, L.Yunusovanın Azərbaycan qoşunlarının Mardakertdə yerləşmə planını televiziya vasitəsilə elan etməsinin ardından cəmi bir neçə saat sonra Azərbaycan hərbi birləşmələrinin mövqeləri güclü atəşə tutuldu, xeyli itki oldu. L.Yunusovanın Müdafiə Nazirliyi analitik informasiya xidmətinin rəhbəri olmasından 5 gün sonra isə Şuşa xəyanəti baş verdi. 1994-cü ildə MN-dən qovulduqdan sonra isə L.Yunusova “vətəndaş cəmiyyətinin nümayəndəsi” kimi ermənilərə xidmət göstərməyə başladı. Yunusovların Bakıda yerləşən təşkilatının ofisi bir çox Qərb ölkələrinin xüsusi xidmət orqanları rezidentlərinin oylağına çevrildi. Xarici kəşfiyyat orqanlarının bütün rezidentləri burada müəyyən məbləğ ödəyərək Azərbaycandakı daxili siyasi vəziyyətə və Qarabağ cəbhəsində baş verənlərə dair müntəzəm informasiyalar, analitik material və arayışlar alırdılar. Verilən xəbərlər və arayışlar isə birmənalı şəkildə Barseqyan-Yunusovların qohumları olan ermənilərin maraqlarına xidmət göstərirdi.
Bəli, bütün bunları xatırlamaqla yanaşı, onu da vurğulayaq ki, istər müharibə, istərsə də atəşkəs dövründə ermənilərə qulluq göstərən L.Yunusovanın “Azadlıq” qəzetindəki “məsum portreti” insanda yalnız ikrah hissi oyada bilər. İllərdir ki, Azərbaycanın maraqlarına zidd, ermənilərin məskunlaşdığı səngərdə mövqe tutan Barseqyan-Yunusovları cəmiyyətə fərqli-”qara don”da təqdim etməyə çalışan “Azadlıq” qəzeti bəlkə bununla özünün və yiyəsi Əli Kərimlinin “pul mənbələrinə” xidmət göstərməyə çalışır?... Bu haqda bir az sonra...
1999-cu ildə Leyla Yunusovanı “qaralara” bürüyən Dağlıq Qarabağın ermənilərə verilməməsi idi: o, öz qohumlarının dərdinə şərik olurdu
Gələk “Azadlıq”ın “qara geyim” təbliğatına. 1999-cu ildə İstanbul sammitində “Qarabağın verilməsi” haqda nağıllar uyduran qəzet çönüb bir anlıq Leyla Yunusovanın əvvəlki illərdəki fəaliyyətinə nəzər salma “zəhmətinə qatlaşsaydı”, onun hansı səbəbdən qara geyindiyinin fərqinə varardı.
Birincisi, məhz Azərbaycan hakimiyyətinin səyi nəticəsində ölkəmizin ərazi bütövlüyü məsələsi hər zaman öz aktuallığını qoruyub. Radikal müxalifət düşərgəsinin, o cümlədən də “Azadlıq” qəzetinin və onun yiyəsinin qorxudan bir dəfə də olsun “müharibə” sözünü dilinə gətirmədiyi faktdır. Hələ bu azmış kimi radikal düşərgənin, AXCP-nin “sevimliləri” Rüstəm İbrahimbəyov və Cəmil Həsənov dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən, ermənilərə və ya onların himayədarlarına “xoş gəlmək” niyyətini güdən fikirlər səsləndiriblər. Amma Azərbaycan hakimiyyəti ən ali beynəlxalq kürsülərdən Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu bəyan edib və danışıqlarda ərazi bütövlüyü məsələsinin danışıq predmeti olmadığını qətiyyətlə bildirib. Bu mənada “qara paltarlı” Leyla Yunusovanı qorumaq üçün “Azadlıq” qəzetinin özünün uydurduğu nağıllara yalnız radikallar inana bilər.
İkincisi, erməni əsilli Barseqyan-Yunusovanın 1999-cu ildə “qara paltar” geyinməsinin əsas səbəbi məhz Dağlıq Qarabağın ermənilərə VERİLMƏMƏSİ idi. Yunusovanın illərlə çəkdiyi “əziyyət” bəhrə vermirdi. Azərbaycan dövləti bütün təzyiqlərə sinə gərərək öz mövqeyindən bir addım da olsa geri çəkilməmişdi, Qarabağ məsələsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli idi. Məhz bu səbəbdən də Barseqyan-Yunusova qəm dəryasına qərq olaraq, öz erməni qohumlarının dərdinə şərik çıxaraq qara geyinmişdi. Axı, həmin vaxt əri Arif Barseqyan-Yunusovun işğal edilən Qarabağda yaşayan dayısı Suren Barseqyan, onun övladları-Arif Yunusovun dayısı oğlanları Arsen, Erik, Armen və dayısı qızı, habelə “Surik dayı”nın arvadı Kamella, o cümlədən, iki xalası - Nadya Gevorkyan və Siran Barseqyan “qara paltara” bürünmüşdülər. Elə bu səbəbdən də qohumlarının “dərdinə şərik” olan Leyla Yunusova-Barseqyan da “qara paltar” geyindi...
“Azadlıq” qəzeti, Əli Kərimli və Leyla Yunusova eyni antimilli dairələr tərəfindən idarə olunur
Görəsən, “Azadlıq” qəzetinin bu cür uğursuz “müdafiəsinin” arxasında hansı səbəblər yatır? Təbii ki, səbəblər aydın və ortadadır. Artıq illərdir ki, L.Yunusova və “Azadlıq” qəzeti, o cümlədən bu qəzetin yiyəsi Əli Kərimli eyni mənbələrə, eyni anti-azərbaycançı mərkəzlərə xidmət göstərir. Bunu görmək üçün xüsusi bir fitri istedada malik olmağa ehtiyac yoxdur.
Hələ 2012-ci ildə Azərbaycanda keçirilən “Eurovision” mahnı yarışması zamanı Leyla Yunusova və Əli Kərimli, o cümlədən, ikincinin mətbu ruporu vəzifəsini yerinə yetirən “Azadlıq” qəzeti bu yarışmanın əleyhinə var gücləri ilə təbliğat aparmırdılarmı? Leyla Yunusovaya himayədarlıq edən xarici antimilli, erməni lobbisinin nəzarətində olan mərkəzlər radikal müxalifət düşərgəsinin əsas dayaq nöqtələri olub. Tək bir faktı qeyd etmək kifayətdir ki, bir müddət öncə Leyla Yunusovanı istintaqa ifadə verməkdən yayınaraq ölkədən qaçmaq cəhdinə dəstək verən, o cümlədən, xaricdə yaşaması üçün beşillik viza ilə təmin edən səfirliklər Əli Kərimli də daxil olmaqla radikal düşərgənin əsas istiqamətləndirici “ağaları” sayılır. Faktlar bununla da bitmir. Əli Kərimlinin ən yaxın silahdaşı sayılan qondarma “Milli şura” sədri Cəmil Həsənovun xarici turnelərdə görüşdüyü şəxslərin bağlı olduğu ünvanlar birbaşa Leyla Yunusovaya, onun ən yaxın partnyoru Laura Baqdasaryana tuşlanır. Bu da təsadüfi deyil. Çünki Azərbaycandakı inkişafa mane olmağa çalışanlar, siyasi sabitliyi pozmağa cəhd göstərənlər, beynəlxalq imicimizə zərbə vurmaq istəyində olanlar, ən əsası isə Dağlıq Qarabağın işğaldan azad edilməsinə mane olmaq üçün var gücünü sərf edənlər bir mənbədən “qidalanır”-erməni lobbisindən... Bu lobbinin bəzi nümayəndələri isə Arif Yunusovla, hətta qohumluq əlaqələrinə belə malikdirlər...
Görəsən, “Azadlıq” qəzetinin ermənipərəst Leyla Yunusovanı müdafiə etməsindən sonra Əli Kərimli hansı üzlə Azərbaycan seçicisindən səs istəyəcək?
Və nəhayət... İstər Leyla Yunusovanın ermənipərəst fəaliyyəti, istər Əli Kərimli də daxil olmaqla radikal müxalifətin anti-azərbaycançı mərkəzlərin qulluqçusu rolunda çıxış etməsi, istərsə də “Azadlıq” qəzetinin erməni təəssübkeşlərinə yer-yataqlıq etməsi Azərbaycan xalqına məlumdur və qeyd edilən şəxslərin bu istiqamətdəki fəaliyyətləri hər zaman Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə ifşa edilib, onlara layiq olduqları yer göstərilib.
Qəribə hal orasındadır ki, özünü radikal müxalifət düşərgəsinin “liderlərindən” sayan Ə.Kərimlinin mətbu ruporu olan “Azadlıq” qəzetinin ermənipərəst Leyla Yunusovanı “dəstəkləməsi”, ona haqq qazandırmağa çalışması özü AXCP sədrinin iç üzünün açılmasına şərait yaradır. Seçkilərdə iştirak edən, xalqdan səs istəyən Ə.Kərimlinin nəzarətində olan qəzetin ermənilərə xidmət göstərən bir şəxsə yarınmağa çalışması bir daha sübut edir ki, bu ünsürlərin yeganə amalı, məqsədi antimilli fəaliyyətdir.
İkinci bir tərəfdən, xalqımız radikal müxalifət düşərgəsindən fərqli olaraq ötən 20 ildən artıq bir müddətdə yüksək inkişaf yolu keçib. İstər intellektual səviyyəsinə görə, istərsə də düşüncə tərzinə görə hələ də 1990-cı illərin ab-havasından xilas ola bilməyən Əli Kərimli və onun “Azadlıq” qəzeti isə yenə də öz “işindədir”. Görəsən bu qəzet düşünmürmü ki, seçkilərdə xalqdan səs istəyən “liderinə” məhz bu cür yazılarla tərs bir şillə vurmuş olur. Axı, xalq görür ki, Ə.Kərimlinin nəzarətində olan qəzet ermənipərəstləri dəstəkləyir. Belə olan halda hansı seçici ermənipərəsti dəstəkləyən bir qəzetin yiyəsinə dəstək verər? Bunun bir adı var, ayı xidməti. Qəzet bu addımı ilə öz rəhbərinin olmayan imicinin daha da qaralanmasına yol açır...

 
  • Oxunub:  22200  |  
  • Tarix:  06-06-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir

25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
25 İyun 15:07
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
25 İyun 15:04
Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir
25 İyun 14:52
Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
25 İyun 14:49
Muxtar Babayev: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"
25 İyun 14:44
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
25 İyun 14:43
Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!
25 İyun 14:35
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur
25 İyun 14:33
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25 İyun 14:31
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25 İyun 14:19
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır
25 İyun 14:17
Berlində keçirilən beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub
25 İyun 14:03
Alia El Yassir: BMT-nin Bakı Forumu dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcək
25 İyun 14:01
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
25 İyun 13:55
Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya, bilik və amillər
25 İyun 13:53
UNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının fəaliyyəti barədə illik hesabat dərc olunub
25 İyun 13:46
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir
25 İyun 12:19
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25 İyun 12:16
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb
25 İyun 12:11
Azərbaycanlı şagirdlərin daha bir uğuru
25 İyun 12:07
Azərbaycan atletləri “Minsk 2019”un beşinci günündə idmanın 8 növü üzrə mübarizə aparacaqlar
25 İyun 12:05
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
25 İyun 12:02
Hikmət Şikarov: Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
25 İyun 11:29
BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA