Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifət düşərgəsi ermənipərəst Leyla Yunusovanı müdafiə etməklə erməni lobbisinə xidmət göstərdiyini sübuta yetirir

Radikal müxalifət düşərgəsi ermənipərəst Leyla Yunusovanı müdafiə etməklə erməni lobbisinə xidmət göstərdiyini sübuta yetirir

07.06.2014 [10:48]

Pərviz Sadayoğlu

Antimilli mərkəzlərdən maliyyələşən bu insanlar eyni “ideyanın” daşıyıcısı olduqları üçün onlara “müdafiə” əmri də pulu verən dairələrdən gəlib
Azərbaycanın radikal müxalifətinin, o cümlədən, “vətəndaş cəmiyyəti” pərdəsinə bürünən bəzi QHT-lərin anti-azərbaycançı dairələrin dövlətimizə qarşı yönələn, siyasi sabitliyimizə, o cümlədən, iqtisadi inkişafımıza xələl gətirməyə hesablanan layihələrində yer alması heç kimə sirr deyil. Bu mənada dağıdıcı düşərgə təmsilçilərinin və qeyd edilən QHT nümayəndələrinin fəaliyyəti birmənalı şəkildə Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı istiqamətlənib. Özünü radikal müxalifət düşərgəsinin “monopolisti” sayan AXCP, “Müsavat” kimi partiyalar isə bu işdə xüsusi canfəşanlıqları ilə seçilirlər. Onlar bu fəaliyyətləri ilə yanaşı, Azərbaycanın dövlət mənafeyini heçə sayaraq düşmənlərlə işbirliyində olanları, ölkəmizə qarşı müxtəlif təxribat xarakterli planları həyata keçirmək istəyənlərin maşasına çevrilənləri müdafiə etməyi də özlərinə “borc” bilirlər.
Məsələn, bir müddət öncə ermənilərlə işbirliyində şübhəli bilinərək həbs olunmuş Rauf Mirqədirovun işi ilə bağlı istintaqa ifadə verməkdən yayınmağa, hətta ifadə verməmək üçün Azərbaycandan qaçmağa çalışan, bəzi səfirliklərin yardımı ilə xaricdə yaşamaq üçün beşillik viza “düzəltdirən” Leyla Yunusova da radikal düşərgənin bu cür müdafiəsi ilə “əhatələnmişdi”. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, L.Yunusovanın və həyat yoldaşı Arif Yunusovun ermənilərlə işbirliyində olmaları, bu ölkənin bir sıra “QHT”ləri ilə yaxın əməkdaşlıq qurmaları cəmiyyətimizə bəllidir. Hətta Azərbaycan xalqının düşmənləriylə işbirliyində olması ilə öyünən bu ailənin üzvləri genetik bağlı olduqları ermənilərə hər mənada dəstək verməkdən belə çəkinmirlər. Antimilli xarici dairələrin, o cümlədən, erməni lobbisinin Azərbaycandakı “canişini” vəzifəsini yerinə yetirən radikal müxalifət partiyaları isə ianələr qarşılığında xalqımıza və dövlətimizə qarşı başdan-ayağa xəyanətlə “silahlanmış” bu ailəni ciddi-cəhdlə müdafiə etməyə, onları “milli qəhrəman” statusunda qələmə verməyə çalışırlar...
Öncə vurğulamaq lazımdır ki, istər Arif Yunusovun, istərsə də L.Yunusovanın Azərbaycan dövlətinə qarşı düşmən mövqedə olması haqqında faktlar kifayət qədərdir. A.Yunusovun anasının erməni olmasını (Arşalyus Barseqyan), qohumlarının Ermənistanda, işğal altında olan torpaqlarımızda yaşamalarını nəzərə alsaq, əlavə şərhə ehtiyac qalmır. Hələ 1990-cı illərin əvvəlində ermənilərin azərbaycanlılara qarşı təmizləmə siyasəti apardığı, soydaşlarımızı öz yurd-yuvalarından didərgin saldığı zamanlarda bu erməni əsilli ailə xarici ölkələrdə Azərbaycana qarşı kampaniya aparır, guya azərbaycanlıların ermənilərə qarşı “vəhşiliklər” törətdiyini iddia edirdilər. 1992-ci ildə AXC-“Müsavat” qruplaşmasının hakimiyyəti zəbt etməsindən sonra “hakimiyyət olimpində” təmsil olunmaq şansı əldə edən bu ailə öz xəyanətkar addımlarını davam etdirməyə, hətta bu xəyanətlərin miqyasını genişləndirməyə başladı. Arif Yunusov Prezident Aparatının, Leyla Yunusova isə Müdafiə Nazirliyinin baş analitiki vəzifəsində öz erməni qohumlarına xidmətlərini daha rahat şəkildə göstərmiş oldular.
1994-cü ildə öz vəzifələrindən qovulmalarının ardından isə bu cütlük xəyanətkar addımlarını “vətəndaş cəmiyyəti” pərdəsinin altında gizlətməyə çalışdılar. Yaratdıqları “Sülh və Demokratiya İnstitutu” adlı xəyanət yuvasını xarici ölkə kəşfiyyatının, erməni lobbisinə yaxın insanların əsas informasiya mərkəzinə çevirən bu şəxslər həmin dairələrin ayırdıqları maddi təminat qarşılığında ölkəmizdəki siyasi sabitliyə, iqtisadi inkişafımıza xələl gətirməyə çalışır, yazdıqları yalan donoslarla Azərbaycanın beynəlxalq imicinə kölgə salmağa cəhd göstərirdilər. Azərbaycan dövlətinin qazandığı uğurları həzm edə bilməyən bu şəxslər son dövrlərdə açıq-aşkar ermənipərəst mövqe sərgiləyərək açıq şəkildə antitəbliğatla məşğul olurdular. QHT adı altında Ermənistanın məkrli, terrora əsaslanan işğalçılıq siyasətini müdafiə edən David Şahnazaryan, Laura Baqdasaryan, Janna Krikorova və başqalarının əsas partnyoruna çevrilmiş Leyla-Arif Yunusov-Barseqyan cütlüyü bu fəaliyyətlərinin qarşılığında erməni lobbisindən külli-miqdarda pul alırdılar.
Amma deyəsən, L.Yunusovanın “xəyanət oxu” axır ki, daşa dəydi. R.Mirqədirovun işi ilə bağlı istintaqa ifadədən yayınmağa çalışan Yunusovlar ailəsi belə demək mümkündürsə, özlərini tam ifşa etdilər. Sual yaranır, əgər siz, bu xalqa, dövlətə xəyanətkar mövqe tutmamısınızsa (təbii ki, bütün faktlar bunun əksini ortaya qoyur), niyə 2 saat ərzində 5 illik viza düzəltdirib qaçmağa çalışırsınız? Demək ki, burada zərrə qədər şübhəyə yer yoxdur. Onlar özləri hansı “yuvanın quşları” olduqlarını yaxşı bilirlər. Bildikləri üçün də qaçmağa üstünlük verirlər.
Cəmiyyətimiz tərəfindən ən çox etirazla qarşılanan məsələ isə bu xəyanətkar ailə tandeminin özlərini ölkəmizin siyasi palitrasının təmsilçiləri adlandıran bəziləri tərəfindən müdafiə olunması cəhdidir. Əslində, burada da niyyətin nədən ibarət olduğu sirr deyil. Eyni mənbədən (erməni lobbisindən) maliyyələşən bu insanların eyni “ideyanın” daşıyıcısı olduqlarını nəzərə alsaq, yəqin ki, “müdafiə” əmri də pulu verən dairələrdən gəlib. Yəni, radikal müxalifətin başqa çıxış yolu yoxdur. Əli Kərimlinin, İsa Qəmbərin özlərinə yaxın mətbu orqanlarda zaman-zaman L.Yunusovanın müdafiəsinə yönəlik fikirlər səsləndirmələri, bu xarakterdə yazılar yazdırmaları isə onların da kimliyinin üstünə işıq salmağa kömək edir. Ermənilərlə işbirliyində olan radikal müxalifət bu addımları ilə analoji xəyanətkar planların tərkib hissəsi olduqlarını sübuta yetirir. Bunun bir adı var: özünüifşa...

Paylaş:
Baxılıb: 1051 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30