Ana səhifə »  Müəlliflər »  Radikal müxalifətin xəyanət azarı...
A+   Yenilə  A-
Radikal müxalifətin xəyanət azarı...
Yazdı: Pərviz Sadayoğlu

Artıq düşərgə partiyalarının üzvləri belə öz “liderlərini” ifşa edirlər
Azərbaycanın ənənəvi radikal müxalifət partiyaları, bu partiyaların sədrləri, həmin sədrlərin ətrafındakı üç-beş adam sözün həqiqi mənasında hər kəsi bezdirib. O mənada ki, öz sədrinə xoş gəlmək üçün olan-olmaz yalanı danışan, heç kimə gərək olmayan, qohum-əqrəbası tərəfindən belə qəbul edilməyən bu “sədrin” dahi olduğunu elan edən, onun “məsləhətlərini” az qala Dədə Qorqud nəsihətləri ilə eyniləşdirən, nəhayət, xalqın içində heç bir dayağı olmayan bu şəxsləri “mühüm siyasətçi” kimi cəmiyyətə sırımaq istəyənlər nəinki xalq arasında, hətta öz düşərgələrində belə ikrah hissi oyadırlar.
Məsələn, bir neçə gün öncə ölkə KİV-ində tanınmış “Müsavat”çılardan birinin öz düşərgədaşları, partiyası və müttəfiqləri haqda söylədiklərini oxuyanda istər-istəməz insanda bir sual yaranır; Əcəba sizlər bu fikrə indimi gəldiniz? Yeri gəlmişkən, həmin “Müsavat”çı sözügedən müsahibəsində bildirib ki, bəzi radikal düşərgə təmsilçilərinin düşüncəsi adamı heyrətə salır: “Onlar özlərini sabahkı iqtidar kimi təqdim edirlər. Və mən düşünürəm: özlərini demokrat kimi təqdim edib, əslində mətbuatla, demokratiya ilə düşmənçilik edən bu şəxslər sabah, Allah eləməmiş, iqtidara gəlsələr, bu ölkənin aqibəti necə olacaq? Fərqli fikrə, tənqidə, alternativ mövqeyə düşmən kəsilən, səni söylədiyin sözə, yazdığın məqaləyə görə mənəvi-psixoloji terrora məruz qoyan, özünə, davranışlarına, hətta düşüncənə belə nəzarət etməyə çalışan bu dəstənin hakimiyyətə gəlişi Azərbaycan üçün hansı faciələrlə sonuclana bilər?! Bu insanlara görə, hətta erməniylə belə dostluq etmək, iş, biznes ortaqlığına getmək olar, bunda heç bir problem görmürlər, amma tutaq ki, öz ölkəmizin Prezidenti ilə görüşmək, Onunla mətbuatın problemlərinə dair danışmaq bu qrup adamların nəzərində və təqdimatında Vətənə xəyanətdir...”
Bəli, göründüyü kimi, illərdir radikal müxalifətin özü haqda yaratdığı avtoportret bundan ibarətdir. Özünə yalandan “demokrat” deyib partiyasında ən sərt diktaturanı formalaşdıran, boğazını yırta-yırta yalandan ölkədə söz azadlığının pozulduğunu iddia edən, amma partiyasının içində bütün azadlıqların üstündən xətt çəkən, qəzetlərə (hətta düşərgə qəzetlərinə belə) morotorium tətbiq edərək danışmayan radikal müxalifətin başbilənləri artıq öz düşərgədaşlarının açıq tənqidi ilə qarşı-qarşıyadırlar. Axı, bu “sədr-siyasətçilər” niyə dərk etmirlər ki, onların yalanlarına inanan qalmayıb. Hətta öz ətrafları, düşərgədaşları tərəfindən belə ifşa olunublar. Məsələn, artıq düşərgənin elə bir “lideri”, tanınmışı qalmayıb ki, onun ermənilərlə işbirliyi sübuta yetirilməsin. Biri adam göndərib ermənilərdən pul alırdı, ikincisi düşmənlərimizlə “dostluq-qardaşlıq” memorandumu imzalayırdı, ta üçüncüsü maliyyə təminatı qarşılığında erməniləri “qardaş” adlandırırdı, dördüncüsü ermənilər üçün qəribsədiyini deyib kövrəlib ağlayırdı, beşincisi Dağlıq Qarabağı “mübahisəli” ərazi adlandırırdı... Və ilaxir, və sair...
Beləliklə, xəyanətlərini öz arxalarında gizlətməyin mümkün olmadığını görən radikallar özləri xəyanətlərinin arxasında gizlənməyə çalışırlar. Səbəbi isə sadədir. Azərbaycan xalqı bu xəyanətkar zümrəyə daxil olanları, erməni qazanının çömçəsinə çevrilənləri, xarici maraqların nökəri kimi qapı dalında boynu bükük dayananları yaxşı tanıyır. Bu xəyanətkar qrup dərk edir ki, Azərbaycan xalqı onlardan birmənalı şəkildə imtina edib. Məhz bu üzdən özləri xəyanətlərinin arxasına keçiblər və ümidləri əlbir olduqları xarici antimilli qüvvələrə qalıb...
Bir sözlə, “demokrat” cildinə girmiş xəyanətkarlar bu xalqı, dövləti satmağı, millətdən qisas almağı qarşılarına məqsəd qoyublar. Hər addımda, hər bir hərəkətdə də bu arzularını büruzə verirlər. İsa Qəmbərindən Əli Kərimlisinə, Rüstəm İbrahimbəyovundan Cəmil Həsənovuna, Leyla Yunusovasından Arif Yunusovuna kimi hamısı bir amala xidmət göstərir-Azərbaycana qarşı olanlarla əlbirlik...
Necə deyərlər, bunların “yolu” bəlli, izi bəlli. Kimin hansı yolda olduğu da 20 ildən artıqdır ki, Azərbaycan xalqına bəllidir. Getdikləri yolda da gündə iki dəfə “azırlar”. Qaranlıqda kim pul uzadırsa sevinə-sevinə o yola rəvan olurlar. Həmin yolun düz yol olmadığını isə özləri hər dəfə görürlər. Ən maraqlısı isə, budur ki, onlar pulun işartısını görən kimi birinci zərbəni elə özlərininkilərə vururlar. Və yola birgə başladıqları yoldaşlarını yarı yolda qoyub qaçırlar. Təəccüblüdür ki, həmin yoldaşları sonradan yenə də onlara qoşulub yol gedir. Amma bir fakt faktlığında yenə də qalır və bu faktı elə radikal düşərgə təmsilçiləri də təsdiqləyirlər: özünü “siyasətçi lider” sayan bu zümrədən yol yoldaşı olmaz... Onlar olsalar, olsalar bu dövlətin yolundakı qara daş ola bilərlər...

 
  • Oxunub:  21870  |  
  • Tarix:  10-06-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

16 Sentyabr 21:50
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16 Sentyabr 20:56
Türkiyənin Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub
16 Sentyabr 20:46
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib
16 Sentyabr 20:45
Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16 Sentyabr 20:35
Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib
16 Sentyabr 20:12
Şərq İqtisadi Forumu: Asiyada geosiyasi dinamika yeniləşir
16 Sentyabr 20:04
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində Bilik Günü qeyd edilib
16 Sentyabr 19:40
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir
16 Sentyabr 19:08
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
16 Sentyabr 18:05
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 17:54
Şirvanda yeni məktəb binası açılıb
16 Sentyabr 17:50
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16 Sentyabr 17:46
Sona Əliyeva: Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır
16 Sentyabr 17:44
Rauf Əliyev: Beynəlxalq yarış Azərbaycanın təbliği üçün də böyük önəm kəsb edir
16 Sentyabr 17:41
Ötən illərlə müqayisədə BSU-ya qəbul olunanların sayı artıb
16 Sentyabr 17:38
Nazir: Bu ilin 7 ayında Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 33 faiz artıb
16 Sentyabr 17:35
TAP-ın 89,3 faizi tamanlanıb
16 Sentyabr 17:12
İlahiyyat İnstitutunda yuxarı kurs tələbələri ilə görüş keçirilib
16 Sentyabr 17:09
BŞTİ-nin müdiri Rəşad Tağıyev “Bilik günü” münasibətilə 261 nömrəli məktəb-liseydə olub
16 Sentyabr 17:03
Muxtar respublikada Bilik Günü qeyd olunub
16 Sentyabr 17:00
Türkiyədən gəlmiş qazilər Bakının qurtuluşu gününə həsr olunmuş mərasimdə “Yallı” halayına qoşulublar
16 Sentyabr 16:51
Bilik Günü Masallıda üç yeni məktəb binası istifadəyə verilib
16 Sentyabr 16:43
Azərbaycanda əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb
16 Sentyabr 16:41
Seymur Orucov: Gənclərimiz tariximizi dərindən öyrənməli və onu qorumalıdırlar
16 Sentyabr 16:40
İmişlinin Qızılkənd və Aranlı kəndlərinin şagirdlərinə Bilik Günü hədiyyəsi
16 Sentyabr 16:30
Lənkəranda yeni məktəb binası, Lənkəran Dövlət Universitetinin yeni tədris korpusları və tələbə yataqxanası açılıb
16 Sentyabr 16:25
“Qarabağ” – “Sevilya” oyununun idarə edilməsi ukraynalı hakimlər briqadasına tapşırılıb
16 Sentyabr 16:00
İctimai-iaşə və heyvan mənşəli məhsullara nəzarət tədbirlərinin gücləndirilməsi ilə əlaqədar iclas keçirilib
16 Sentyabr 15:49
Fuat Oktay: Türkiyə və Azərbaycan ortaq tarixə malik, hər zaman sevincləri və kədərləri birgə bölüşən qardaş ölkələrdir
16 Sentyabr 15:46
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb
16 Sentyabr 15:28
Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 15:23
Naqif Həmzəyev: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb
16 Sentyabr 15:19
Musa Qasımlı: Bakının erməni işğalından azad edilməsi, əhəmiyyətinə görə Xalq Cümhuriyyətinin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu
16 Sentyabr 15:17
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
16 Sentyabr 15:15
Türkiyənin Vitse-prezidenti Fuat Oktayin şərəfinə rəsmi nahar verilib
16 Sentyabr 14:50
Novruz Məmmədov: Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir
16 Sentyabr 14:25
Bakıda Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir
16 Sentyabr 14:20
Rektor Gülçöhrə Məmmədova: Universitetə qəbul olan abituriyentlərin orta keçid balları ilbəil yüksəlir
16 Sentyabr 14:15
ADPU: Yeni tədris ilində tələbə qəbulunda uğurlu nəticələr əldə edilib
16 Sentyabr 14:14
Azərbaycan XİN Özbəkistanın Türk Şurasına üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb
16 Sentyabr 14:12
Parisdə keçirilən beynəlxalq konfransda Azərbaycanda məhkəmə islahatları zamanı toplanmış müsbət təcrübədən danışılıb
16 Sentyabr 14:06
Akademik Akif Əlizadə: Bu il AMEA-nın magistraturasına 120 tələbə qəbul olunub
16 Sentyabr 14:02
Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında
16 Sentyabr 14:01
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
16 Sentyabr 13:22
Xaçmazda 432 yerlik müasir məktəb binası qapılarını şagirdlərin üzünə açıb
16 Sentyabr 13:17
Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində
16 Sentyabr 12:59
Bu il hər bir ölkə sakini 575,7 manatlıq ödənişli xidmətlərdən istifadə edib
16 Sentyabr 12:57
Bu gün Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Sammiti keçiriləcək
16 Sentyabr 12:55
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
16 Sentyabr 12:53
Bilal Dündar: Bakının xilası Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədiliyinə əyani sübutdur
16 Sentyabr 12:51
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16 Sentyabr 12:49
Emin Ağalarovun Almaniya qastrolları başa çatıb
16 Sentyabr 12:39
Elçin Babayev: Əminəm ki, tələbələrimiz Azərbaycanı siyasi, mədəni, elmi arenalarda layiqincə təmsil edəcəklər
16 Sentyabr 12:35
AAK Avropa ölkələrindəki bəzi soydaşlarımızın destruktiv fəaliyyətini pisləyən bəyanat yayıb
16 Sentyabr 12:34
Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
16 Sentyabr 12:27
Bakı məktəblərində “Bilik günü” qeyd olunub
16 Sentyabr 12:18
Bərdənin dörd kəndində yeni modul tipli məktəb binaları istifadəyə verilib
16 Sentyabr 12:00
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir
16 Sentyabr 11:47
Marneulidə Azərbaycan dilli məktəbin açılışı olub
16 Sentyabr 11:38
Əli Əhmədov: Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb
16 Sentyabr 11:36
Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub
16 Sentyabr 11:24
Azərbaycan Tibb Universitetində Bilik günü qeyd olunub
16 Sentyabr 11:12
Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib
16 Sentyabr 11:10
Şəhidlərin xatirəsinə ehtiram
16 Sentyabr 10:53
Dövlət İdarəçilik Akademiyasında “Bilik günü” təntənə ilə qeyd olunub
16 Sentyabr 10:51
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
16 Sentyabr 10:44
Türkiyənin Vitse-prezidenti Fuat Oktay ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
16 Sentyabr 10:43
Yardımlı rayonunda Tunc İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
16 Sentyabr 10:39
Bu gündən Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır
16 Sentyabr 10:24
Qubada yeni inşa olunan 960 şagird yerlik məktəb binası Bilik Günündə istifadəyə verilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA