Ana səhifə »  Müəlliflər »  Ermənistan heç kimə lazım olmayan dövlətə çevrilib
A+   Yenilə  A-
Ermənistan heç kimə lazım olmayan dövlətə çevrilib
Yazdı: Nurlan Qələndərli

Regional miqyasda baş verən son hadisələr bir müddət öncə Avropa ilə Rusiya arasında manevr etdiyi söylənilən Ermənistanın nəinki müstəqil dövlət olmadığını, hətta hazırkı dönəmdə, sadəcə, hərbi baza, yaxud quberniya səciyyəsi daşıdığını bir daha təsdiqlədi
Bu, bir həqiqətdir ki, işğalçı siyasət yeridən Ermənistan beynəlxalq münasibətlər sistemində “forpost” kimi tanınır, müstəqil daxili və xarici siyasət kursu həyata keçirmir. Belə olan halda, öz xarici siyasət strategiyasında beynəlxalq hüquq normalarını əsas götürən milli dövlətlər Ermənistanı beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi qəbul etmirlər. Digər tərəfdən, kimsəyə sirr deyil ki, Ermənistanın xarici siyasəti müəyyən hegemon güclərə güvənərək yalnız işğal, təcavüz və təxribat üzərindən fəaliyyət göstərməkdən ibarətdir.
Məhz regional miqyasda baş verən son hadisələr bir müddət öncə Avropa ilə Rusiya arasında manevr etdiyi söylənilən Ermənistanın nəinki müstəqil dövlət olmadığını, hətta hazırkı dönəmdə, sadəcə, hərbi baza, yaxud quberniya səciyyəsi daşıdığını bir daha təsdiqlədi. Vurğulamaq lazımdır ki, son vaxtlar erməni ekspertləri, həmçinin işğalçı ölkənin mediası da Ermənistanın “forpost” kimi çıxış etdiyini xüsusi olaraq bəyan edirlər. Məsələn, “Tert.am” saytında yerləşdirilmiş və ekspert münasibətlərinin də yer aldığı məqalədə bildirilib ki, Ermənistanın xarici siyasətinin mənasız ambisiyalar üzərində qurulması rəsmi Yerevanı beynəlxalq dəstəkdən məhrum edib: “Serj Sarkisyanın yürütdüyü xarici siyasət heç bir real strateji məqsədə söykənmir. Bu siyasət nəticəsində Ermənistan faktiki olaraq uçuruma sürüklənir. Ölkə nəinki regional layihələr çərçivəsində, eləcə də, beynəlxalq aləmdə təcrid vəziyyətinə düşüb. Sarkisyan isə hələ də absurd fikirlər səsləndirməyə davam edir”.
Mənbə qeyd edir ki, bütün bunlar Avropa dövlətlərində Serj Sarkisyanın dövlətə deyil, müəyyən qruplaşmaya rəhbərlik etməsi təəssüratını yaradıb ki, bu da obyektiv xarakter daşıyır. Bu cür siyasətin həyata keçirildiyi dövlətlə, əlbəttə ki, heç bir ölkə sıx əlaqə qurmaq istəməz.
Bundan başqa, erməni ekspert Arbak Xaçatryan mətbuata açıqlamasında qeyd edib ki, Ermənistanın beynəlxalq miqyasda mövqeyi olmadığından heç bir prosesə təsir imkanı yoxdur: “Son olaraq Astanada aparılan müzakirələr zamanı baş verənlər də bunu sübuta yetirdi. Öncə bəyan etdilər ki, Ermənistan da Avrasiya İttifaqının təsisçilərindən biri olacaq. Daha sonra Ermənistanın qarşısında konkret tələb qoydular. Bu, Ermənistanın beynəlxalq arenada növbəti dəfə iflas etməsi deməkdir”.
Ekspert diqqətə çatdırıb ki, Ermənistan hazırda elə bir situasiya qarşısındadır ki, nəinki hər hansı bir uğurdan, heç nisbi müstəqillikdən də danışmağa dəyməz: “Ölkə heç bir müstəqil dövlətçilik atributlarına malik deyil. Belə bir dövlətin hansısa birliyə müstəqil ölkə kimi üzv qəbul olunması, sadəcə olaraq, absurddur”, - deyən Arbak Xaçatryan diqqətə çatdırıb ki, Ermənistanın, ümumiyyətlə, məsələlərə hər hansı strateji yanaşması yoxdur. Onun sözlərinə görə, rəsmi İrəvan heç bir diplomatik addım atmır, siyasi gedişlər etmir. Ermənistan öz mövqelərini tamamilə itirib.
Ekspert əlavə edib ki, Nazarbayev Ermənistana iyulun 1-nə qədər vaxt versə də, həmin vaxta qədər Ermənistan nəyisə dəyişmək iqtidarında deyil: “Ermənistan dalana dirənib, heç bir çıxış yolu yoxdur. Ermənistana rəhbərlik edənlər öz maraqlarını düşündüklərindən ölkənin maraqlarını təhlükə altında qoyurlar. Ona görə də Ermənistan heç kimə lazım olmayan dövlətə çevrilib”.
Dolayısıyla, regional layihələrdə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb.
Əlbəttə, Ermənistanın regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın dərinləşməsini şərtləndirir. Sirr deyil ki, işğalçı siyasət həyata keçirən, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistan ciddi siyasi, iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər işğalçı ölkədə sosial inqilab çağırışlarının aktuallaşdığını bildirirlər. Qeyd edək ki, iqtisadi vəziyyətin ağır olmasının fonunda cari ildə işğalçı ölkədə vətəndaşların miqrasiyası daha da sürətlənib, ölkə yeni demoqrafik problemlərlə qarşı-qarşıya qalıb. Başlıcası isə budur ki, miqrantların əsas hissəsini gənclər və əmək qabiliyyətli əhali təşkil edir. Beləliklə, mövcud miqrasiya tendensiyası Ermənistanı total demoqrafik böhrana sürükləyir.
Ermənistanın sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində yaranan demoqrafik problemlər hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır. Bütün bunları nəzərə alan bir çox ekspertlərin qənaətinə görə, müstəqil siyasət yeritməyən Ermənistanın gələcəyi sual altındadır. Yeri gəlmişkən, “Armenia Today” saytı yazır ki, iqtisadi tənəzzül ölkənin beynəlxalq aləmdə normal siyasi əlaqələrə malik olmamasından irəli gəlir. Ermənistan bu gün əməkdaşlıq yox, çox hallarda təzyiq obyektinə çevrilib.
Beləliklə, sadalananlar Ermənistanın yeni siyasi kataklizmlərə sürükləndiyini göstərir. İşğalçı siyasətini davam etdirən bu ölkədə qarşıdakı dövrdə iqtisadi böhranın dərinləşəcəyinə dair yekun qənaət ifadə etmək heç də çətin deyil. Bundan başqa, ölkəni beynəlxalq arenada qarşıdakı dövrdə ciddi problemlərin gözlədiyi proqnozlaşdırılır. Xüsusilə də Ermənistan rəhbərliyi və erməni ekspertlərini təşvişə salan məsələ İrəvanın Azərbaycan tərəfindən Ermənistana müqavilə ilə verilməsi müddətinin başa çatmasıdır. Artıq bu hadisədən 96 il ötür. Nəzərə almaq lazımdır ki, istənilən beynəlxalq müqavilənin müddəti 99 ildir.

 
  • Oxunub:  23310  |  
  • Tarix:  11-06-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

22 Aprel 21:14
Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyi qeyd olunub
22 Aprel 21:01
Azərbaycan BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq edir
22 Aprel 20:57
Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub
22 Aprel 20:42
Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər görülür
22 Aprel 20:38
BDU-nun rektoru tələbə müraciətlərini cari və perspektiv fəaliyyət proqramına daxil edib
22 Aprel 20:35
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22 Aprel 20:32
ADA Universitetində tanınmış meksikalı rəssama həsr olunmuş tamaşa təqdim edilib
22 Aprel 20:28
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi Azərbaycan Ordusunda silsilə tədbirlərlə qeyd edilir
22 Aprel 20:23
Nazirlərin Moskva görüşü: ehtimallar, ssenarilər və ümidlər
22 Aprel 20:21
Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskini təbrik edib
22 Aprel 20:18
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22 Aprel 17:50
AZAL-ın prezidenti ABŞ səfiri ilə görüşüb
22 Aprel 17:40
Şahin İsmayılov: Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib
22 Aprel 17:38
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
22 Aprel 17:33
Milli Məclisin deputatı Sahibə Qafarova Şəmkir rayonunda seçicilərlə görüş keçirib
22 Aprel 17:30
Balakəndə 10 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur
22 Aprel 17:28
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
22 Aprel 17:27
Tahir Süleymanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir
22 Aprel 17:17
Cavanşir Paşazadə: Qazanılan nailiyyətlərin başlıca səbəbi dövlət başçısının həyata keçirdiyi siyasətin milli maraqlarımıza xidmət etməsidir
22 Aprel 17:15
ADU-nun tələbələri Macarıstanın təqaüd proqramları barədə məlumatlandırılıb
22 Aprel 16:51
ADNSU, BP və “British Council” arasında müqavilə imzalanıb
22 Aprel 16:39
Toxuculuq sənayesində 61,4 faiz artım olub
22 Aprel 16:35
ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub
22 Aprel 16:22
Bakıda SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu keçirilir
22 Aprel 16:09
İsveçrə səfirinin diplomatik fəaliyyəti başa çatıb
22 Aprel 16:07
Prezident İlham Əliyev Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırıb
22 Aprel 15:43
Reza Rəhmani: İranla Azərbaycanın münasibətləri qarşılıqlı etimada əsaslanır
22 Aprel 15:29
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar başa çatır
22 Aprel 15:27
AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu imzalanıb
22 Aprel 15:15
“Washington Times” erməni lobbisinin pozucu fəaliyyəti haqqında yazıb
22 Aprel 15:09
Fuad Muradov: Azərbaycan dövləti hər zaman xaricdə yaşayan soydaşlarımızın yanındadır
22 Aprel 14:49
Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər
22 Aprel 14:28
Hərbi pilotlarımız “Super Muşşak”, L-39 təyyarələri və “Mi” seriyalı helikopterlərdə uçuşlara başlayıblar
22 Aprel 14:18
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb
22 Aprel 14:17
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22 Aprel 14:11
Hanoyda AZƏRTAC və Yonhap informasiya agentlikləri rəhbərlərinin görüşü olub
22 Aprel 14:10
Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçiriləcək
22 Aprel 13:24
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib - Yenilənəcək
22 Aprel 13:08
Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib
22 Aprel 13:06
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
22 Aprel 12:48
Nazir: AÇG yataqlarından 156 milyard kubmetrdən çox təbii qaz hasil olunub
22 Aprel 12:38
Pərviz Şahbazov: Bu il təbii qaz ixracında 25 faiz artım gözlənilir
22 Aprel 12:34
“Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək
22 Aprel 12:24
“Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib
22 Aprel 12:00
Bu vaxtadək “Azəri-Çıraq-Günəşli”dən 482 milyon tonadək neft çıxarılıb
22 Aprel 11:39
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirildi
22 Aprel 11:38
Vyetnam KİV-ləri OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb
22 Aprel 11:36
Elman Nəsirov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmsasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz
22 Aprel 11:10
Şirvanda kütləvi tibbi müayinə aksiyası çərçivəsində 92 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb
22 Aprel 11:09
Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib
22 Aprel 11:03
“100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş
22 Aprel 11:02
“ASAN Akademiya 2019” layihəsinin açılış mərasimi keçirilib
22 Aprel 10:58
Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının fəaliyyəti açıqlanıb
22 Aprel 10:56
Los-Ancelesdə Azərbaycana həsr olunmuş fotosərgi keçirilib
22 Aprel 10:48
Azərbaycan İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
22 Aprel 10:30
Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək
22 Aprel 10:22
Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub
22 Aprel 09:30
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər
22 Aprel 09:21
Azərbaycan mətbəxi Pekində beynəlxalq qida sərgisində nümayiş olunub
22 Aprel 09:19
Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik
22 Aprel 09:16
Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub
21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA