Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Leyla Yunusova terrorçuları dəstəkləyir

Leyla Yunusova terrorçuları dəstəkləyir

19.06.2014 [09:41]

Mübariz Abdullayev

NATO-nun növbəti “Rouz-Rout” seminarında “hüquq müdafiəçisi”nin erməni terrorçularının müdafiəsinə qalxması onun kimliyini, əsl simasını bir daha bütün cəhətləri ilə açıb ortaya qoydu
Terror bəşəriyyətə, insanlığa qarşı ən dəhşətli cinayətlərdən hesab olunur. Son 20 ildə xalqımız, ölkəmiz erməni terrorundan əziyyət çəkir. Azərbaycana qarşı elan olunmamış müharibə aparan Ermənistanda dövlət səviyyəsində dəstəklənən terrorçular ölkəmizdə bir sıra təxribatlar törətməyə müvəffəq olublar. Erməni terrorçularının cəbhə bölgəsində, eləcə də paytaxt Bakıda törətdikləri terror əməllərinin qurbanları isə ilk növbədə günahsız insanlardır. Ermənistan xüsusi xidmət orqanlarının Bakı metrosunda törətdikləri partlayışlar, düşmənin diversiya qruplarının cəbhəboyu ərazilərdə yaşayış evlərini atəşə tutmaları terrorçuların öz qanlı əməllərini həyata keçirmək üçün daim məqam gözlədiklərindən xəbər verir.
Düşmən Ermənistanın xüsusi xidmət orqanları Azərbaycana qarşı terror siyasətində bir qayda olaraq “beşinci kolon” metoduna əl atırlar. “Sapı özümüzdən olan baltalar” - ayrı-ayrı radikal yönümlü partiyaların və QHT-lərin təmsilçiləri beynəlxalq erməni lobbi şəbəkəsində birləşən mərkəzlərdən aldıqları ianələrin, qrantların müqabilində məmnuniyyətlə milli maraqlarımıza qarşı yönələn planların iştirakçılarına çevrilirlər.
“Beşinci kolon”un “ən işlək təkərlƏrindƏn” biri də Leyla Yunusovadır
Belə deməyə hər cür əsas var. Başı üstünə “hüquq müdafiəçisi” çətiri tutan Leyla Yunusova antimilli mərkəzlərin xorunda səsinin gur eşidilməsi naminə xüsusi canfəşanlıq edir, istənilən addımı atmağa hazır görünür. Onun özünün, eləcə də yaxın ailə çevrəsində təmsil olunanların tərcümeyi-halının ayrı-ayrı məqamlarına nəzər saldıqda heyrət doğuran mənzərə ortaya çıxır - Azərbaycanın çörəyini yeyən, havasını udan Yunusovlar həyatlarının bütün dönəmlərində təsvirəgəlməyəcək bir nankorluqla xalqımızın milli-mənəvi dəyərlərinə yuxarıdan aşağı baxıblar, cəmiyyətin ümumi maraqlarına qarşı çıxıblar, düşmən ermənilərin işinə yarayan fikirlər səsləndiriblər, əməllər sərgiləyiblər.
“Beşinci kolon”un “ən işlək təkərlərindən” biri olan Leyla Yunusovanın antimilli mərkəzlər qarşısında götürdüyü öhdəliyi can-başla yerinə yetirməsinə, yəni ermənilərdən artıq ermənilik etməsinə dair çoxlu faktlar sadalamaq mümkündür. Bu gün “hüquq müdafiəçisi” cildinə girən Leyla Yunusova ötən əsrin 90-cı illərinin əvvəllərində - AXC-”Müsavat” iqtidarı dövründə Müdafiə Nazirliyinin analitik-informasiya şöbəsinin rəhbəri postunadək irəliləməyə nail olmuşdu. Ermənilərlə genetik bağlılığı olan birisinin hansı qaçılmaz “zərurət” üzündən müharibəyə cəlb edilən, torpaq itkilərinə məruz qalan ölkənin Müdafiə Nazirliyində strateji posta irəli çəkilməsinin izahını o vaxtkı AXC-”Müsavat” iqtidarının səlahiyyətliləri olan Əli Kərimli, İsa Qəmbər və digərləri hələ də verməsələr də, bir məsələ təkzibolunmazdır: Tutduğu strateji vəzifə Leyla Yunusovanın ermənilərin xeyrinə xidmətlər göstərməsi, Azərbaycan xalqına, ölkəmizə qarşı mənəvi terror aparması üçün əsl məkan olub. Ordumuzun dislokasiya yerləri, hərəkət planları, kəşfiyyat məlumatları onun vasitəsilə mütəmadi qaydada düşmən tərəfə sızdırılırdı. Bir baxın, Azərbaycan ordusu işğala məruz qalan kəndlərimizi, şəhərlərimizi azad etmək üçün döyüşlər aparırdı. Leyla Yunusova isə bunu Dağlıq Qarabağdakı yaşayış məntəqələrinin ermənilərdən təmizlənməsi əməliyyatı kimi təqdim edirdi.
1994-cü ildən sonra Leyla Yunusovanın Azərbaycan xalqına qarşı açıq terror siyasəti aparan ermənilərin işinə yaramasının yeni mərhələsi başlayıb. Belə ki, nəhayət, vəzifədən kənarlaşdırılan Leyla Yunusova cildini dəyişərək “hüquq müdafiəçisi”nə çevrilib. Yeni statusda erməni ailəsinin gəlini olan Leyla Yunusovanın kimlərin dəyirmanına su tökdüyü daha qabarıq şəkildə nəzərə çarpır. Özünü Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçisi kimi təqdim edən “hüquq müdafiəçisi” nəyə görəsə həftə səkkiz, mən doqquz qatıldığı “beynəlxalq” konfranslarda azərbaycanlıların ermənilər tərəfindən doğma yurd-yuvalarından didərgin salınmalarından, Ermənistan xüsusi xidmət orqanlarının Bakıda və cəbhə bölgələrində törətdikləri terror əməllərindən söhbət açmır. Bunun əvəzində o, Azərbaycan cəmiyyətini, necə deyərlər, əyri güzgüdən təqdim etməyə, cəmiyyətimizi aşağılamağa çox həvəslidir. Azərbaycan haqqında həqiqətdən uzaq, reallıqla səsləşməyən, ölkəmizin mənfi imicinin formalaşdırılması, erməni terrorçularının əməllərinə haqq qazandırılması niyyətinə xidmət edən məlumatların “beynəlxalq” təşkilatlara ötürülməsi, Azərbaycanla bağlı qərəzli hesabatların hazırlanmasında birbaşa iştirak etməsi Leyla Yunusovanın gündəlik fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Təkcə bir fakta nəzər salaq: Leyla Yunusovanın rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu Ermənistandakı “Region” araşdırmalar mərkəzi ilə birlikdə “ictimai dialoqlar” saytı yaradıblar. Saytın fəaliyyətə başladığı ilk günlərdəcə burada Ermənistandakı “İrs” partiyasının sədri Raffi Ovvanisyanın müsahibəsi yerləşdirilib. R.Ovvanisyanın müsahibəsində işğala məruz qalan ərazilərimiz “Dağlıq Qarabağ Respublikası” kimi təqdim olunur. Leyla Yunusova isə bunu ictimailəşdirərək təbliğ edir.
Azərbaycanın sevinci Leyla Yunusovanın, onun yaxın ailə çevrəsinin kədəridir desək, əsl həqiqəti ifadə etmiş olarıq. Ölkəmizin həyatında baş verən əlamətdar hadisələr Yunusovları qəm dəryasına qərq edir. Leyla Yunusovanın Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi zamanı qonaqların gediş-gəlişinin gur olduğu məkanlarda vay-şivən qoparması bunun təsdiqidir.
Gəlin müqayisələr aparaq: Terrorçuların ictimai nəqliyyatda, cəbhə bölgəsində törətdikləri terror əməllərindən xalqımız fiziki itkilərə məruz qalır. Terrorçuları təmizə çıxarmaq, Ermənistanın terror siyasətinə haqq qazandırmaq işinə xidmət edən Leyla Yunusova isə Azərbaycan xalqına qarşı mənəvi-psixoloji terror aparır.
NATO-nun Bakıda keçirilən növbəti “Rouz-Rout” seminarı, erməni terrorçusunun oğlu Tevan Poqosyan və ermənilərdən artıq ermənilik edən Leyla Yunusova...
NATO Parlament Assambleyasının bu günlərdə Bakıda keçirilən növbəti “Rouz-Rout” seminarı “hüquq müdafiəçisi” cildinə girən Leyla Yunusovanın əsl simasını, ermənilərdən artıq erməniliyini, terrorçuların yanında olmasını bir daha bütün cəhətləri ilə açıb ortaya qoydu.
Qısa xatırlatma verək. “Rouz-Rout” seminarında iştirak edən deputat Tevan Poqosyanın atası Jirayr Poqosyan terrorçudur, azərbaycanlılara qarşı qanlı cinayətlər törədib. Onun barəsində Azərbaycanın Hərbi Prokurorluğunda istintaq gedir. Şübhə yoxdur ki, hərbi cinayətlərdə ittiham olunan J.Poqosyan İnterpolun xətti ilə tapılaraq Azərbaycana təhvil veriləcək və o, layiqli cəzasını alacaq.
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusova bütün bu kimi faktlardan xəbərdar olsa da, NATO-nun Bakıda keçirilən seminarında özünü terrorçu Jirayr Poqosyanın oğlu Tevan Poqosyanın əqidə, məslək sirdaşı kimi aparıb və bununla da terrorçuların yanında olduğunu bir daha təsdiqləyib. NATO-nun sessiyasında, necə deyərlər, Ermənistan nümayəndə heyətinin siyahıdankənar təmsilçisi rolunda çıxış edən Leyla Yunusova Azərbaycan dövlətinin ünvanına heç bir əsası olmayan böhtanlar səsləndirib. Seminarda “hüquq müdafiəçisi”nin erməniliyi o dərəcədə aşıb-daşıb ki, hətta Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirən xarici nümayəndənin üstünə “hücum” çəkməkdən belə qalmayıb. NATO-nun tədbirində sözün əsl mənasında “erməni həyasızlığı” açan Leyla Yunusova ermənilərə casusluq fəaliyyəti ittihamı ilə saxlanılan jurnalist Rauf Mirqədirov məsələsindən siyasi şou düzəldib, heç bir reallığa söykənməyən siyasi məhbus siyahısından danışıb. Sən demə, Xocalı qətliamını törədən, 20 faiz torpaqlarımızı işğal edən, 1 milyondan artıq soydaşımızı yurd-yuvasından qovan ermənilərə qarşı Azərbaycanda təbliğat aparılması da erməni ailəsinin gəlini Leyla Yunusovanın xətrinə dəyibmiş.
Leyla Yunusovanın Azərbaycan cəmiyyətinə qarşı açıq qarşıdurmaya keçməsi, erməni terrorçularını dəstəkləməsi nə ilə bağlıdır?
Əvvəllər Leyla Yunusova çiyinlərində yekə bir erməni şələsi daşıdığını, hər necə də olsa, pərdələməyə çalışır, “fəaliyyətinin” guya hansısa “birgə layihə”, “icmaların dialoqu” ilə bağlı olduğunu izah etməyə çalışırdı. Son vaxtlarda isə Sülh və Demokratiya İnstitutunun rəhbəri və onun ailə çevrəsi ətrafında bir sıra olaylar baş verib. Belə ki, “hüquq müdafiəçisi” ermənilərə casusluq fəaliyyəti göstərməkdə ittiham edilərək saxlanılan jurnalist Rauf Mirqədirovun işi ilə bağlı istintaqa ifadə verməyə çağırılmasının ardından ölkədən qaçmağa cəhd göstərdi. Torbada qara pişik olduğu, Leyla Yunusovanın kürkünə birə düşdüyü, əməllərinin hansı məsuliyyəti yaratdığını dərk etdiyi ortada idi.
Lakin havadarlarının çətin vəziyyətdə qalan “hüquq müdafiəçisi”ni Azərbaycandan qaçırmaq planı iflasa uğradı. Fransada 5 il müddətində yaşamağa izin verən viza ilə təmin edilməsinə baxmayaraq, Leyla Yunusova həyat yoldaşı Arif Yunusovla birlikdə hava limanından geri qaytarıldı.
Kartlarının açıldığını başa düşən Leyla Yunusova çıxış yolunu cəmiyyəti açıq şantaj etməkdə görür. “Hüquq müdafiəçisi”nin xaricdəki məlum mərkəzlərdən aldığı yeni sifarişlər əsasında qondarma “müqavimət hərəkatı” bəyan etməsi, NATO-nun seminarında erməni terrorçularına açıq dəstək nümayiş etdirməsi bunun təsdiqidir. Necə deyərlər, Leyla Yunusovanın itirəcək heç nəyi yoxdur. Suda batan saman çöpündən yapışdığı kimi, ətrafındakı həlqənin daraldığını görən Leyla Yunusova da öz xilasını çırpıntılarda, erməni terrorçularına açıq dəstək nümayiş etdirməkdə görür. Bütün bu cəhdlər isə zamanında Azərbaycan xalqına qarşı mənəvi-psixoloji terrora qol qoymuş, düşmən tərəflə şübhəli əməkdaşlığa girmiş, indi isə erməni terrorçularına açıq dəstək nümayiş etdirən “hüquq müdafiəçisi”nin üzərindən məsuliyyət yükünü əsla götürmür.

Paylaş:
Baxılıb: 1149 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30