Ana səhifə »  Müəlliflər »  Qondarma “Milli şura”nın növbəti manipulyasiya cəhdi
A+   Yenilə  A-
Qondarma “Milli şura”nın növbəti manipulyasiya cəhdi
Yazdı: Mübariz Abdullayev

Rusiyadakı bəzi anti-azərbaycançı mərkəzlərin yaratdığı bu “qurum” qərbyönümlü çıxdı
İki cüt bir tək üzvü olan, mahiyyət etibarı ilə radikal düşərgənin autsayderinə çevrilən AXCP-nin başqa ad altında dublikatından özgə bir şey olmayan qondarma “Milli şura” yenə də özündən böyük ədalarda bulunub. Belə ki, Azərbaycan cəmiyyətində nüfuzu olmayan, heçə hesab edilən qondarma qurum bu yaxınlarda yenə də yuyulmamış çömçə kimi ortaya atılaraq özünü ictimai fikrin ifadəçisi qismində qələmə verməyə çalışıb və ölkəmizin Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamasının zəruriliyi barədə hansısa bir “bəyannamə”nin təqdimatını keçirib. Qondarma “Milli şura”nın yeni qərbyönümlü “bəyannamə” təşəbbüsündə bulunması təbii olaraq bəzi suallara yol açır.
Rusiyadakı anti-azərbaycançı dairələrin sifarişi əsasında yaradılan qondarma “Milli şura” niyə “Qərb sevgisi” nümayiş etdirir?
İlkin dönəmlərdə qondarma “Milli şura”nın konturlarının Rusiyadakı anti-azərbaycançı dairələrin mətbəxində cızıldığı heç kəsə sirr deyil. Azərbaycanda çirkin maraqlarını təmin etməyə çalışan həmin dairələr yol verdiyi vergi cinayətlərinin məsuliyyətindən yayınmağa çalışan qoca kinodramaturq Rüstəm İbrahimbəyovu özlərinə alət etdilər və onun dili ilə “Milli şura” məsələsini gündəmə gətirdilər. Ermənipərəst kinodramaturq sözügedən dairələrin təmsilçiləri ilə görüşlərə qatılır, onlardan aldığı sifarişlər əsasında xalqımızın, ölkəmizin milli maraqları ilə daban-dabana ziddiyyət təşkil edən fikirlər səsləndirirdi. Bunun təsdiqi kimi, R.İbrahimbəyovun Rusiyanın “Rosbalt” agentliyinə, digər KİV-lərə açıqlamalarında Dağlıq Qarabağın ərazi mənsubiyyəti ilə bağlı erməni təbliğat maşınının tezislərinə uyğun fikirlər səsləndirməsini, milli-mənəvi dəyərlərimizi aşağılamasını xatırlamaq kifayətdir.
Lakin çox keçmədi ki, Rusiyadakı anti-azərbaycançı dairələr cəmiyyətin sosial-siyasi sifarişi olmayan layihələrlə öz məqsədlərinə çatmağın mümkün olmadığını dərk etdilər və “Milli şura”nın arxasından çəkildilər. Belə olan halda qondarma quruma dağlanmış ət iyinə görə üz tutan radikallar konyunktur maraqlarını təmin etməkdən ötrü yeni dost axtarışına çıxdılar. Bu dəfə onlara qucaq açanlar isə Avropadakı əsasən erməni lobbi şəbəkəsinin təsir dairəsində olan antimilli mərkəzlər oldu. Qondarma “Milli şura”nın ilk qiyabi sədri və ilk qiyabi “vahid namizəd”i Rüstəm İbrahimbəyov başını Moskvada isladıb Vaşinqtonda, Londonda və yaxud Avropanın digər bir şəhərində qırxdırırdı. Sonradan onun “yolunu” qondarma qurumun ikinci “vahid namizəd”i və hazırkı sədri Cəmil Həsənov davam etdirdi.
Elə qondarma “Milli şura”nın bu günlərdə Avropa İttifaqı ilə ölkəmizin assosiasiya sazişi imzalamasının zəruriliyi ilə bağlı “bəyannamə”nin təqdimatını keçirməsi də qurumun əlinin Rusiyadakı anti-azərbaycançı dairələrin ətəyindən tamam üzüldüyündən xəbər verir. Qondarma qurum təmsilçiləri Azərbaycan cəmiyyətində sosial-siyasi baxımdan heç bir zərurət olmadığı halda “assosiasiya sazişi” müzakirələri açmaqla əslində Qərbdəki antimilli mərkəzlərə “bizə sahib durun” mesajını çatdırmaq məqsədi güdürlər.
Azərbaycan cəmiyyətinin hər hansı xaos cəhdinə qarşı güclü immuniteti yaranıb
Dayağını, maddi təminatını Qərbdəki anti-azərbaycançı mərkəzlərdə axtaran qondarma “Milli şura”nın qəfildən “assosiasiya sazişi” müzakirələri açmaqla cəmiyyəti xaosa, ikitirəliyə çəkmək və bulanıq suda balıq tutmaq niyyəti güddüyü ortadadır. Məlumdur ki, adına süni şəkildə “milli” sözü yamaq edilən qondarma qurum Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə inkar olunur. Təsadüfi deyil ki, ölkəmizdə ötən ilin oktyabrında keçirilən prezident seçkilərində qondarma qurumun “vahid namizəd”i Cəmil Həsənov seçicilərin cəmi 5 faizinin səsini qazanmağa müvəffəq oldu. Seçkilərdən sonra qondarma “Milli şura”nın mitinq çağırışları da cavabsız qaldı. Belə olan halda “Milli şura”çılar öz mövcudluqlarını təsdiqləməyin yeganə yolunun cəmiyyəti xaosa çəkməkdən keçdiyini düşünürlər.
Bu gün Azərbaycan cəmiyyəti monolitliyi, möhkəm vətəndaş həmrəyliyi ilə fərqlənir. Burada “Milli şura” kimi bir qurumun mövcudluğuna əsla ehtiyac yoxdur. İnsanlar ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasətə güclü dəstək nümayiş etdirirlər. Eyni zamanda Azərbaycan hakimiyyəti ölkəmizin milli maraqlarına cavab verən xarici siyasət həyata keçirir. Qərbə inteqrasiya da dövlətimizin xarici siyasət kursunun prioritet istiqamətlərindən birini təşkil edir. Belə olan halda qondarma “Milli şura” hansı səlahiyyətlə və hansı mənəvi haqla “assosiasiya sazişi” müzakirələri açmağa özündə cəsarət tapıb? Axı adama deyərlər, otur oturduğun yerdə, bu kol sən girən kol deyil!
Ötən illər ərzində Azərbaycan cəmiyyətinin radikalların xaos, ikitirəlik yaratmaq cəhdlərinə qarşı möhkəm immuniteti yaranıb. İnsanlar bir qayda olaraq radikalların xaos yaratmaq cəhdlərinə qarşı sərt təpki nümayiş etdirirlər. Şübhə yoxdur ki, qondarma “Milli şura” təmsilçilərinin Avropa İttifaqı ilə assosiasiya sazişi bağlanmasının “zəruriliyi” ilə bağlı təqdim etdikləri “bəyannamə”ni də özləri səsləndirib, özləri də eşidəcəklər.
Azərbaycan hakimiyyətinin xaos ssenarilərinə qarşı effektiv önləyici aşı vasitələri var
Müstəqil Azərbaycan sivil, demokratik cəmiyyət quruculuğu yolu ilə irəliləyir. Ölkəmizdə insanların fundamental hüquq azadlıqları, o cümlədən də fikir plüralizmi, sərbəst toplaşmaq azadlığı təmin edilib.
Bununla belə, ayrı-ayrı radikalyönümlü marginal qruplar əsassız siyasi ambisiyalarını reallaşdırmaq naminə ölkədəki demokratik mühitdən sui-istifadə etməyə cəhdlər göstərirlər. Bir baxın, ölkənin bütün şəhərlərində və paytaxt Bakıda mitinqlər və digər belə tədbirlər keçirilməsi üçün xüsusi yerlər ayrılıb. Bu zaman o prinsip əsas götürülüb ki, kütləvi tədbirlər zamanı insanların sərbəst gediş-gəlişinə xələl gəlməsin, digər azadlıqları məhdudlaşmasın. Ancaq heç bir sosial bazası olmayan radikalyönümlü marginal qruplar boşluğu küçələrdə iş dalınca gedən, parklarda asudə vaxt keçirən insanları zorla öz auditoriyalarına çevirməklə doldurmağa çalışırlar. Elə radikal düşərgənin üzqarasına çevrilən qondarma “Milli şura” da dəfələrlə belə qanunazidd cəhdlərdə bulunub.
Təbii ki, radikalların insanları, cəmiyyəti xaosa çəkmək cəhdləri bir nəticə vermir. Azərbaycan hakimiyyətinin əlində müxtəlif xaos ssenarilərinə qarşı effektiv aşı vasitələri var. Müvafiq dövlət qurumları qabaqlayıcı aşı vasitələrinin köməyi ilə ayrı-ayrı radikalyönümlü marginal qrupların cəmiyyətdə sabitliyi pozmaq, insanları özbaşınalığa, xaosa, ikitirəliyə təhrik etmək cəhdlərinin qarşısını qətiyyətlə alırlar.

 
  • Oxunub:  23310  |  
  • Tarix:  26-06-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13