Ana səhifə »  Müəlliflər »  Ermənimənşəli Leyla Yunusovanın növbəti riyakarlığı...
A+   Yenilə  A-
Ermənimənşəli Leyla Yunusovanın növbəti riyakarlığı...
Yazdı: Mübariz Abdullayev

“Hüquq müdafiəçisi” radikalların nəzarətində olan KİV-lərə verdiyi son müsahibəsində həyatı boyu ermənilərə xidmət etməsini, “qrant alverçiliyini” “dissidentlik fəaliyyəti” ilə pərdələməyə çalışıb
Sülh və Demokratiya İnstitutunun rəhbəri, ermənipərəst “hüquq müdafiəçisi” Leyla Yunusova radikal müxalifət düşərgəsinin nəzarətində olan mətbuat orqanlarının “parlaq ulduzu” olaraq qalmaqdadır. Radikalların nəzarət etdikləri ayrı-ayrı KİV-lər öz səhifələrində mənbə kimi Leyla Yunusovanın sitatlarına istinad edir, onun müxtəlif pozalarda şəkillərini dərc edir, müsahibələrini yerləşdirirlər. Bu günlərdə haqqında bəhs olunan KİV-lərdə “hüquq müdafiəçisi”nin növbəti müsahibəsinə yer ayrılıb...
Leyla Yunusova yeni müsahibəsində yenə də köhnə ampluasındadır
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusovanı Azərbaycan cəmiyyətinə xüsusi təqdim etməyə ehtiyac yoxdur. Leyla Yunusova deyəndə bir qayda olaraq göz önündə ermənilərdən artıq ermənilik etməyə çalışan birisi canlanır. Onun adı ermənilərə xidmət etməyin sinoniminə çevrilib. O, əksər hallarda özünü cəmiyyət tərəfindən birmənalı qarşılanmayan, Azərbaycan mentalitetinə uyğun gəlməyən tərzdə aparır. Məsələn, Leyla Yunusova “yalnız söyüş söyəndə Azərbaycan dilində danışdığını” etiraf edib. “Hüquq müdafiəçisi”nin özü və yaxın ailə çevrəsi Azərbaycanın çörəyini yeyib, havasını udsalar da, xalqımızın, Vətənimizin düşmənlərinin işinə yaramaq üçün dəridən-qabıqdan çıxırlar. Onun dili Azərbaycan haqqında xoş söz deməyə heç vaxt çevrilməyib. Bunun əksinə olaraq Leyla Yunusovanın təqdimatlarında, daha dəqiq desək, xaricdəki anti-azərbaycançı dairələrə göndərdiyi donos xarakterli hesabatlarda cəmiyyətimiz mütəmadi qaydada qaralanır, ölkəmizin həqiqətləri təhrif edilir, düşmən ermənilərin təbliğat maşınının üyütdüyü yalanlarla üst-üstə düşən fikirlərə geniş yer verilir.
Bu baxımdan Leyla Yunusovanın sözügedən son müsahibəsi də fərqli heç nə ilə diqqəti cəlb etmir. Burada da Leyla Yunusova köhnə ampluasındadır. “Hüquq müdafiəçisi” yenə də gözünü yumub, ağzını açaraq reallıqdan uzaq cəfəng fikirlərə meydan verib. Məsələn, Leyla Yunusova həmişə olduğu kimi, bu dəfə də Azərbaycanda demokratik dövlət, sivil cəmiyyət quruculuğu istiqamətində həyata keçirilən islahatları məqsədli şəkildə “unudub”. Adını “hüquq müdafiəçisi” qoyan Leyla Yunusovaya və onun məlum müsahibəsinə səhifələrində səxavətlə yer ayıran KİV-lərə sual edirik: Əgər Azərbaycanda demokratiya yoxdursa, bəs onda cəmiyyətimizə qarşı davamlı olaraq açıq-aşkar aqresiya nümayiş etdirən Leyla Yunusova necə həftə səkkiz, mən doqquz mətbuat səhifələrinə çıxaraq ağlına gələni danışır? Əgər ölkəmizdə represiyalar varsa, fikir plüralizmi boğulursa, onda Leyla Yunusova izah etsin, görək, onun son və əvvəlki müsahibələri KİV-lərdə necə işıq üzü görüb?
Suallar çoxdur. Ancaq Leyla Yunusovanın riyakarlığı, Azərbaycan cəmiyyətinə ögey münasibəti, ermənilərdən artıq erməniliyi göz önündədir.
Yalançı “dissident”, yoxsa həqiqi qrant alverçisi?
Leyla Yunusovanın son müsahibəsinin əsas leytmotivini onun özündən “qəhrəman” obrazı yaratmağa cəhd göstərməsi təşkil edir. “Hüquq müdafiəçisi” ermənipərəstliyini, Azərbaycanın düşmənləri ilə eyni cəbhədə yer almasını yalançı “dissidentliyi” ilə pərdələməyə çalışır. Görəsən, milli-mənəvi dəyərlərə xor baxmağın, xaricdəki məlum dairələrin sifarişləri əsasında öz ölkəsini qaralamağın gerçək dissidentliklə nə əlaqəsi var?
Leyla Yunusovanın son müsahibəsində vurğuladığı “dissidentliyi” ermənilərin işinə yaramaqdan uzağa getməyib. O, ötən əsrin 90-cı illərinin əvvəllərində AXC-“Müsavat” iqtidarı dövründə Müdafiə Nazirliyində tutduğu vəzifənin səlahiyyətlərindən sui-istifadə edərək ölkəmizin mənafeyinə zidd açıqlamalarla çıxış edib, Azərbaycanın guya münaqişə bölgəsində ermənilərə qarşı təmizləmə əməliyyatı apardığı barədə bütün dünyaya car çəkib, ordumuzun durumu, hərəkət planları barədə düşmən tərəfə məlumatlar sızdırıb.
1994-cü ildən etibarən Leyla Yunusova ermənilərə xidmət missiyasını vətəndaş cəmiyyətinin təmsilçisi qismində davam etdirir. Xalqımızın, Vətənimizin bədxahları ölkədəki demokratik mühitdən sui-istifadə edərək vaxtaşırı L.Yunusovanın rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunda toplaşır və Azərbaycana qarşı yeni fəaliyyət planları qururlar. Leyla Yunusova Ermənistanın terrorçuluq və işğalçılıq siyasətini müdafiə edən David Şahnazaryanın, Laura Baqdasaryanın, Janna Krikorovanın və digər belələrinin partnyoruna çevrilib. “Hüquq müdafiəçisi”nin Ermənistandakı “Region” araşdırmalar mərkəzi ilə Azərbaycan həqiqətlərini təhrif etməyə yönələn “əməkdaşlığını” yada salaq. Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi zamanı qonaqların gediş-gəlişinin gur olduğu məkanlarda vay-şivən qoparması da onun qəlbindəki erməni sevgisinin təzahürü idi.
Leyla Yunusova son müsahibəsində həyatı boyu ermənilərə göstərdiyi bütün bu kimi xidmətlərinə “dissidentlik” “fəaliyyəti” ilə haqq qazandırmağa çalışıb. Ancaq cidanı çuvalda gizlətmək mümkün deyil. Son vaxtlarda Leyla Yunusovanın xaricdəki mal-mülkünün, banklardakı manat, dollar, avro hesablarının siyahısı üzə çıxıb. Leyla Yunusova hansı göz yaşları, yalvarışlarla inandıra bilər ki, o, bu qədər böyük sərvəti “dissident” olaraq qazanıb? Yox, “hüquq müdafiəçisi”nin söylədiyi yalanların arxasından həqiqət aydın görünür. Bəli, o başqa məsələdir ki, beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan mərkəzlər “hüquq müdafiəçisi”nin gənc dövlətimizə qarşı fəaliyyətinə külli miqdarda qonorarlar-qrantlar ödəyiblər. Qrant alverçiliyi Leyla Yunusovanın əlini böyük paralara çatdırıb. İndi əməllərinin üstü açılan Leyla Yunusovanın kürkünə birə düşüb. Məsuliyyətdən yayınmaq üçün indiyədək əl atdığı vasitələrin bir işə yaramadığının fərqində olan “hüquq müdafiəçisi” çarəni bu cür yalanlar danışmaqda görüb.
Vətəndaş cəmiyyətinin “kor xəlifəsi”-Leyla Yunusova
Leyla Yunusova son müsahibəsində vətəndaş cəmiyyətinin digər təmsilçilərinə münasibətdə sözün əsl mənasında “burada mənəm, Bağdada kor xəlifə” mövqeyi tutub. O, müsahibəsində vətəndaş cəmiyyətinin digər nümayəndələrinin kölgəsini qılınclayır və belə bir iddia ortaya qoyur ki, hamı onun dediyi ilə oturub durmalıdır.
Leyla Yunusovanın vətəndaş cəmiyyətinin digər təmsilçiləri ilə, necə deyərlər, kəllə-kəlləyə gəldiyi mövzulardan biri də “siyasi məhbus” siyahısı ilə bağlıdır. Məlumdur ki, Azərbaycanda bir nəfər də olsun siyasi məhbus yoxdur. Lakin vətəndaş cəmiyyətini bütünlüklə monopoliyaya almaq istəyən Leyla Yunusovanın “sehrli” qələmi “siyasi məhbus”ların siyahısını 130 nəfərədək şişirdib.
Aydın məsələdir ki, burada Leyla Yunusovanın “ürəyiyumşaqlığına” “gör məni, görüm səni” prinsipi səbəb olub. Əks halda necə olur ki, cinayət əməlləri məhkəmə qaydasında təsdiqlənənlərin adları “hamı öz əməlinə görə cavab verməlidir” deyən “hüquq müdafiəçisi”nin “siyasi məhbus” siyahısında yer alıb?

 
  • Oxunub:  21990  |  
  • Tarix:  01-07-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır

18 İyul 12:14
DSX: Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb
18 İyul 12:03
Zaqatalada daha bir yem emalı müəssisəsi fəaliyyətə başlayıb
18 İyul 11:48
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni elektron xidmətləri ən yaxşı şəffaflıq nümunəsidir
18 İyul 11:40
ADNSU-da Milli Mətbuat Günü qeyd olunub
18 İyul 11:31
Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb
18 İyul 11:16
YAP Kəngərli Rayon Təşkilatının yaranmasının 15-ci ildönümü qeyd olunub
18 İyul 11:12
BMT-nin gənclərin sülhün və təhlükəsizliyin təmin olunmasında rolu mövzusunda iclası keçirilib
18 İyul 11:09
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
18 İyul 10:56
Yarım ildə Zaqatalada ümumi məhsul istehsalı 24,2 faiz artıb
18 İyul 10:55
Siyəzəndə 200 hektar sahədə badam bağları salınıb
18 İyul 10:49
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub
18 İyul 10:45
Vergilər Nazirliyi “Qüdrətli dövlət naminə” adlı sosial reklam çarxı hazırlayıb
18 İyul 10:29
BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur
18 İyul 09:54
Almaniyanın “Diplomatisches Magazin” jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
18 İyul 09:31
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18 İyul 09:19
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır
18 İyul 09:16
Aysel Məmmədova: Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik
18 İyul 09:14
“Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib
18 İyul 09:14
Dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
18 İyul 09:09
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi növbəti layihəsini uğurla həyata keçirib
18 İyul 09:07
Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq
17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25