Ana səhifə »  Müəlliflər »  Azərbaycana qarşı şər üçbucağı yenidən fəallaşıb
A+   Yenilə  A-
Azərbaycana qarşı şər üçbucağı yenidən fəallaşıb
Yazdı: Mübariz Abdullayev

İstər düşmən Ermənistan ictimaiyyəti, istər xaricdəki antimilli mərkəzlər, istərsə də daxildəki radikal düşərgə təmsilçiləri eyni havanı çalır və uğurlarımıza xələl gətirmək üçün ən müxtəlif vasitələrə əl atırlar
Ölkəmizə qarşı ədalətsiz müharibə aparan, Xocalı soyqırımını törədən Ermənistan, beynəlxalq erməni lobbi şəbəkəsində birləşən antimilli mərkəzlər, eləcə də mahiyyət etibarı ilə yuxarıdakı qüvvələrdən heç nə ilə fərqlənməyən daxildəki radikal müxalifət düşərgəsi dövlətimizə, xalqımıza münasibətdə şər üçbucağının tərəflərini təşkil edirlər. Respublikamızın dinamik sosial-iqtisadi inkişafı, beynəlxalq nüfuzunun getdikcə artması, daxili sabitliyin ilbəil daha da möhkəmlənməsi şər üçbucağının tərəflərini bir qayda olaraq yasa qərq edir və onlar uğurlarımıza xələl gətirmək üçün ən müxtəlif vasitələrə əl atırlar.
AŞ PA-nın Nazirlər Komitəsinə sədrliyin rotasiya qaydasında Azərbaycana keçməsi, qurumun yay sessiyasında dövlət başçısı İlham Əliyevin ölkəmizin bütün sahələrdə qazandığı uğurları, gələcək inkişafla, o cümlədən cəmiyyətin daha da demokratikləşdirilməsi ilə bağlı qarşıya qoyulan hədəfləri milli maraqlarımızdan çıxış edərək dolğun şəkildə beynəlxalq birliyin nəzər-diqqətinə çatdırması, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının Azərbaycanda keçirilməsi son günlərdə şər üçbucağının tərəflərinin yuxusunu əməlli-başlı ərşə çəkib. Bu günlərdə istər düşmən Ermənistan ictimaiyyəti, istər xaricdəki antimilli mərkəzlər, istərsə də daxildəki radikal düşərgə təmsilçiləri bir-birləri ilə sözləşiblərmiş kimi eyni havanı çalmaqdadırlar.
AŞPA-nın yay sessiyasında Avropadakı erməni lobbisinin danışan dili rolunda çıxış edən bəzi parlamentarilərin Azərbaycan Prezidentinə ünvanladıqları qərəzli sualları yenidən xatırlamağa lüzum yoxdur. Açıq-aydın hiss olunurdu ki, qərəzli sualların məzmunu heç həmin sualları dilə gətirən deputatların özlərinə də bəlli deyil, onlar, sadəcə, bu sualları əzbərləyiblər və tutuquşu missiyasını yerinə yetirirlər. Qərəzli parlamentarilərin Azərbaycan nümayəndə heyətinin tərkibində qadınların olmaması ilə bağlı həqiqətdən uzaq “iradlar” səsləndirmələri və bununla da özlərini gülünc vəziyyətə salmaları deyilənlərə nümunədir.
Ermənistan cəmiyyəti də bu günlərdə isterika içindədir. Düşmən ölkənin mətbuatı bir növ yalan ruporuna çevrilib. Onlar faktları məqsədli şəkildə təhrif edir, ölkəmizlə bağlı daxili auditoriyaya hesablanan uydurma məlumatlar tirajlayırlar. Guya, Azərbaycanda iqtisadi tənəzzül hökm sürür, şəhərlərin, kəndlərin qazla təchizatında problemlər yaşanır, əhaliyə elektrik enerjisinin verilməsində tez-tez fasilələr yaranır və s.
Beynəlxalq miqyasda Azərbaycana böyük diqqət yetirildiyi bir vaxtda ermənilərin və xaricdəki antimilli mərkəzlərin narahatlığı, uğurlarımıza qısqanc münasibət bəsləmələri başadüşüləndir. Necə deyərlər, düşməndən bundan artıq nə gözləyəsən? Ancaq Azərbaycanın nüfuzuna xələl gətirilməsi istiqamətində aparılan təbliğat xorunda sapı özümüzdən olan baltaların-radikal müxalifət düşərgəsinin təmsilçilərinin də səslərinin gur gəlməsi ikiqat ikrah doğurur. İnsan mənəviyyatdan, milli-vətənpərvərlik hisslərindən nə qədər uzaq olmalıdır ki, Vətəninə və xalqına qarşı aparılan məqsədli təbliğatda yer almağı özünə rəva görsün? Bunun yeganə adı satqınlıqdır, xəyanətdir.
Bu günlərdə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusovanın, AXCP sədri Əli Kərimlinin məlum dairələr tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında səslərinin daha bərkdən eşidilməsi üçün dəridən-qabıqdan çıxmalarını, necə deyərlər, ermənilərdən artıq ermənilik etmələrini başqa cür qiymətləndirmək mümkün deyil. İndiyədək erməni təbliğat maşınının bir vinti olduğunu, mütəmadi qaydada məlum mərkəzlərə donos xarakterli “hesabatlar” ötürdüyünü (oxu: satdığını-M.A.) hər necə olsa da pərdələməyə çalışan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusova artıq bütün kartlarının açıldığının fərqinə vararaq daha ermənilərə işlədiyini heç gizlətmir də. Təsadüfi deyil ki, “hüquq müdafiəçisi” Avropa İttifaqının bu günlərdə Bakıda keçirilən “Rouz-Rout” seminarında məhz ermənilərlə eyni sırada yer aldı və onlara əlindən gələn dəstəyi nümayiş etdirdi.
AXCP sədri Əli Kərimli də dəstədən geridə qalmamaq üçün sağa-sola vurnuxur. Partiya sədri antimilli mərkəzlərlə eyni vaxtda “fəallıq” nümayiş etdirməyə çalışır. Açıq-aydın sezilir ki, AXCP sədrinin qulağı yeni sifariş və maddi təminat sorağı eşidib. Buna görə də, son günlərdə sosial şəbəkələrdə, digər internet resurslarında, nəzarətində olan KİV-lərdə tez-tez Azərbaycanın milli maraqları ilə üst-üstə düşməyən, düşmənin təbliğat maşınının işinə yarayan fikirlər səsləndirir. Bu cəhətdən Əli Kərimlinin “Obyektiv TV”yə verdiyi müsahibə daha “parlaqdır”. AXCP sədrinin Azərbaycan hakimiyyətinin ünvanına səsləndirdiyi yalanların, şantajın miqyasını təsəvvür etmək üçün məlum müsahibənin bəzi məqamlarına diqqət yetirmək kifayətdir. Müxbirin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını “cavablandıran” Əli Kərimli sanki hansı ölkəni təmsil etdiyini belə unudaraq “Avropada sərhədlərin elə də bir ciddi önəm kəsb etmədiyini” vurğulayır. Bununla AXCP sədri münaqişənin həllində Azərbaycanın haqlı və fundamental tələbini-dövlətin ərazi bütövlüyü prinsipinin əhəmiyyətini heçə endirməyə çalışıb.
Məlum müsahibəsində Əli Kərimlinin ölkəmizdə demokratiyanın, azad mətbuatın durumu, sərbəst toplaşmaq azadlığı, Avropa İttifaqı ilə yeni spesifik sazişinin hazırlanması, siyasi məhbus məsələsi ilə bağlı səsləndirdiyi cəfəng fikirlər də yalnız bir hədəfə-Azərbaycanın imicinə xələl gətirilməsinə hesablanıb. Bu isə onu deməyə əsas verir ki, erməni təbliğat xorunda Leyla Yunusova kimi özünəlayiq tərzdə yer və pay alan Əli Kərimli də xaricdəki “boss”larına “borcunu” qaytarmaq üçün “ağam mənə kor dedi, gəlib gedənə vur dedi” mövqeyindən çıxış edir.

 
  • Oxunub:  17250  |  
  • Tarix:  03-07-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA