Ana səhifə »  Müəlliflər »  Radikal müxalifətin uğursuz “şura”sının ardınca “SİDSUH” nostaljisi...
A+   Yenilə  A-
Radikal müxalifətin uğursuz “şura”sının ardınca “SİDSUH” nostaljisi...
Yazdı: Pərviz Sadayoğlu

Düşərgə təmsilçiləri “ölü birliklər” seriyasından xilas ola bilmirlər
Siyasi fəaliyyətlərini yalnız şəxsi maraqlar və korporativ mənafelər üzərində quran, xarici antimilli dairələrin ayırdığı maliyyə qarşılığında Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı mövqe tutan radikal müxalifət yenidən birlik xülyasına düşüb. İllərdir ki, düşərgədə yalnız yerdəyişmələri ilə yadda qalan, ildə bir birlik yaradıb, sonradan bu birliyin fiaskosunun məsuliyyətini hansısa partiyanın və şəxsin üzərinə yıxmağa vərdiş edən radikal müxalifətin budəfəki addımı da özündən əvvəlkilərdən seçilmir. Belə ki, ötən il keçirilən prezident seçkilərində yaşadıqları fiaskodan sonra “İP” və “Milli şura” kimi qondarma birliklərin dağılması radikal düşərgəni yeni bir “oyuna” başlamağa sövq edir.
Xatırladaq ki, bir neçə gün öncə radikal müxalifət düşərgəsinin bəzi partiyalarının və təşkilatlarının iştirakı ilə “Milli Strateji Düşüncə Mərkəzi” (MSDM) adlı yeni qondarma birliyin təsis olunması ilə bağlı xəbər yayılıb. İllərdir ki, konsepsiyasızlıqdan əziyyət çəkən radikal düşərgə bu dəfə də yalançı hay-küy salmaqla guya “mühüm” bir qurum yaratdığını iddia etməkdədir. Bu “birliyin” təsisçilərinin kimliyinə nəzər salmaq kifayətdir ki, onların qeyri-ciddiliyi ortaya çıxsın. Belə ki, özünü radikal düşərgənin “strateqi” adlandıran, özündən başqa üzvü olmayan AXP-yə rəhbərlik edən Pənah Hüseynin bu qurumda “əsas rol” oynaması, o cümlədən, quruma digər “dəvətlilər”in də özündən və adından başqa heç nəyi olmayan partiyaların olması onu deməyə əsas verir ki, bu “mərkəz”in də gələcək taleyi əvvəlkilərdən fərqlənməyəcək.
Ən maraqlı təklifi isə bu “quruma” dəvət alan Azadlıq Partiyasının sədri Əhməd Oruc səsləndirib. O bildirib ki, 2015-ci ildə keçiriləcək növbəti parlament seçkiləri üçün radikal düşərgə “təqribən SİDSUH tipli bir təşkilat” yaratmalıdır.
Maraqlıdır ki, düşərgənin ara-sıra yada düşən “SİDSUH” nostaljisi radikal müxalifətin “yarımçıqlığının”, şəxsi maraqlara əsir düşməsinin ən bariz sübutudur. 1998-ci ildə keçirilən prezident seçkiləri öncəsi yaradılan bu birlikdə də radikal müxalifət ənənəvi “ilgəyə” ilişmişdi-vahid namizəd. O dövrün “SİDSUH”una radikal düşərgədə kifayət qədər alternativlər formalaşdırılmışdı. Belə ki, “Demkonqres” adlanan başqa bir birliyin “əsas” şəxsi sayılan Müsavat Partiyasının sədri İsa Qəmbər öz müəllimi və lideri hesab etdiyi Əbülfəz Elçibəyə vahid namizədlikdə güzəştə getmədi. Radikal düşərgənin ənənəvi mərəzi məhz 1998-ci ildə də ortaya çıxdı. Bu baxımdan “SİDSUH”u “uğurlu format” kimi dəyərləndirənlər unudur ki, söhbət bu qondarma “birliklərin” miqyasından və ya formatından getmir, orada təmsil olunan radikal düşərgə təmsilçilərinin “səmimiliyindən” gedir, bu da mümkünsüz bir haldır. Radikal düşərgənin “güzəşt” məsələsi illərdir ki, kəsişməyən xətlərə çevrilib.
Bu gün “SİDSUH”u özünə “örnək” götürənlər istər 2003-cü ildə, istərsə də 2013-cü ildə “müxalifətin vahid birlik modelini” yaratdığını iddia edirdi. 2003-cü ildə İ.Qəmbərin başına toplanmış 30-a qədər partiyanın ümumilikdə elə təxminən 30 nəfər üzvü vardı. “Cırtdan” partiyaları ətrafına toplayaraq “güclü” görüntüsünü yaratmağa çalışan Müsavat Partiyası sonda məğlub oldu və “Bizim Azərbaycan” bloku dağıldı, orada müttəfiq olan təşkilatlar isə bu gün də qanlı-bıçaq düşməndirlər.
2013-cü ildə isə xarici ermənipərəst mərkəzlərin yaratdıqları “Milli şura” formatı məhz vahid namizədliyin mübarizəsi meydanına çevrildi. Sonradan layihənin “müəllifi” olan ermənipərəst dairələrin təkidi ilə İsa Qəmbər və Əli Kərimli namizədlik “missiyasından” kənarda saxlanıldılar. Ermənipərəst Rüstəm İbrahimbəyovla uğursuz dublyor Cəmil Həsənovun “vahid namizədlik filmi” isə, yəqin ki, hər kəsin yaddaşındadır... Birmənalı şəkildə antimilli xarakterə malik, xaricdən idarə olunan və xarici maraqlı dairələrin təsir dairəsində olan, ermənipərəst Rüstəm İbrahimbəyovun erməni lobbisinin sifarişləri əsasında hazırlayıb irəli sürdüyü “Milli şura” layihəsi Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədi. Zorən müttəfiqliyə, başqa-başqa istiqamətə köklənmiş siyasətbazların zorla bir çardaq altına yığılmasına bənzəyən bu nəsnənin kökündə dayanan marağın isə korporativ, antimilli olması sonda onun dağılmasına gətirib çıxardı. Əlbəttə ki, satqınlar klubu statusu ilə yaradılan “Milli şura”ya daxil olan bəzi yaşı ötmüş radikal müxalifət qruplaşmalarının başçılarının bu antimilli layihədəki əsas marağı maliyyə durumlarını yüksəltmək idi. Bu gün isə artıq bu “şura”nın fəaliyyətsizliyi göz önündədir. Hətta bu quruma üzv olduğunu söyləyənlər açıq şəkildə “şura”nı maraqsız bir qurum kimi dəyərləndirirlər. Məsələn, vaxtilə bu qondarma qurumun təsisçilərindən sayılan Sülhəddin Əkbər KİV-ə açıqlamasında bildirib ki, “Milli şura” rəhbərliyində təmsil olunmaqdan imtina edib. O bildirib ki, “şura”nın iclaslarına qatılmır və yaradacağı partiyanın gələcəkdə bu qurumda fəaliyyət göstərəcəyi də sual altındadır. Göründüyü kimi, istər illər öncə yaradılan, istərsə də bir-iki il bundan öncə “sifariş” edilən “birliklər” xaraktercə eyni oyuna çevrilir. Bu baxımdan, həmin qurumlar, sadəcə, bir amala, bir məqsədə xidmət ediblər. Bu gün də eyni arzu və düşüncə ilə eyni planın arxasınca qaçmaqdadırlar...

 
  • Oxunub:  23220  |  
  • Tarix:  03-07-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA