Ana səhifə »  Müəlliflər »  Əli Kərimli-Leyla Yunusova tandemi eyni mərkəzdən idarə olunur
A+   Yenilə  A-
Əli Kərimli-Leyla Yunusova tandemi eyni mərkəzdən idarə olunur
Yazdı: Mübariz Abdullayev

Ermənipərəst dairələr Azərbaycanda təxribatlar, terror əməlləri törədə bilmədiklərinə görə sapı özümüzdən olan baltaları - “beşinci kolon”un təmsilçilərini qabağa verirlər
Bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövlətinə çevrilən, müstəqillik yolunda inamlı addımlar atan Azərbaycanın beynəlxalq nüfuzu da getdikcə artır. Azərbaycan qlobal əməkdaşlığa layiqli töhfələr verir. Qısa müstəqillik tarixində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən, quruma iki dəfə uğurla sədrlik edən respublikamız son günlərdə yenidən beynəlxalq birliyin diqqət mərkəzindədir. Belə ki, AŞ PA-nın Nazirlər Komitəsinə sədrlik Azərbaycana keçib. Bir qədər bundan əvvəl Bakıda NATO PA-nın “Rouz-Rout” seminarı keçirilib. ATƏT Parlament Assambleyasının ölkəmizin paytaxtında keçirilən 23-cü illik sessiyası öz işini bu günlərdə yekunlaşdırıb. Bütün bunlar Azərbaycanın konstruktiv, bərabərhüquqlu tərəfdaşlıq siyasətinin beynəlxalq birlik tərəfindən dəstəklənməsinin, dünyada ölkəmizə inamın artmasının real ifadəsidir.
Əslində, ölkəmizin beynəlxalq dialoq məkanına çevrilməsi azərbaycanlı soyadı daşıyan, Vətənimizin çörəyini yeyib, havasını udan hər kəsi sevindirməlidir. Lakin Azərbaycanla bağlı xoş hadisələrin baş verdiyi, ölkəmizi, xalqımızı tanıtmaq, həqiqətlərimizi dünya birliyinin nəzər-diqqətinə çatdırmaq üçün yaxşı imkan yarandığı bir vaxtda adlarını “müxalifət”, “hüquq müdafiəçisi” qoyan bəziləri, sözün əsl mənasında, bərk narahatlıq içindədirlər. Belələrinin sırasında AXCP sədri Əli Kərimli-Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusova tandemi daha çox fərqlənir. Bu günlərdə istər “hüquq müdafiəçisi” Leyla Yunusova, istərsə də AXCP sədri Əli Kərimli özlərini bir növ cığal uşaqlarsayağı apararaq hər addımda hüquqazidd əməllərə cəhd göstərir, sosial şəbəkələrdə, radikalların nəzarətində olan mətbuat orqanlarında ölkəmizin imicinə xələl gətirməyə hesablanan açıqlamalarla çıxış edirlər.
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusovanın “Rouz-Rout” seminarında özünü necə etikadankənar apardığı yaddaşlardan silinməyib. Hiss olunur ki, ermənilərin xeyrinə casusluq fəaliyyətində ittiham edilən jurnalist Rauf Mirqədirovun işi ilə bağlı istintaqa çağırılması indiyədək ermənilərə “ayı xidməti” göstərdiyini bu və ya digər vasitələrlə pərdələməyi bacaran Leyla Yunusovanın kürkünə birə salıb. O, əvvəlcə buyruq qulu olduğu dairələrin havadarlığı ilə dabanına tüpürüb ölkədən qaçmağa cəhd göstərdi. Bu cəhdinin qarşısı alındıqdan sonra isə ermənilərdən artıq erməniliyini bütün cəhətləri ilə açıq-aydın nümayiş etdirir. Yuxarıda xatırlatdığımız “Rouz-Rout” seminarında Leyla Yunusova Ermənistandan gələn nümayəndə heyətinin bir növ ştatdankənar üzvü olduğunu təsdiqlədi. “Hüquq müdafiəçisi”nin seminarın keçirildiyi hotelin foyesində beynəlxalq tədbir iştirakçılarının qabağını kəsərək onlara “şikayət” ünvanlamağa cəhd göstərməsini, ermənilərlə eyni cərgədə əyləşməsini, onları Azərbaycandakı “problemlərlə” bağlı siyahı ilə təchiz etməsini başqa cür necə qiymətləndirmək mümkündür?
Ermənipərəst Leyla Yunusovanın “sərgüzəştləri”nin səs-sorağı səngiməmiş AXCP sədri Əli Kərimli də eyni ssenari əsasında təkrarlanan növbəti “hotel qalmaqalı” ilə gündəmə gəldi. Xatırladaq ki, AXCP sədri erməni təbliğat maşınının işinə yarayacaq utancverici əməlini ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının keçirildiyi hoteldə sərgiləyib. Təbii ki, sessiyanın keçirilməsinin prosedur qaydaları ciddi şəkildə gözlənilib və onun qlobal miqyaslı tədbirdə “özbaşınalıq” etməsinin qarşısı alınıb. Bu olaydan sonra Əli Kərimli ayıbına kor olmaq əvəzinə, özünü ermənipərəst Leyla Yunusovasayağı aparır, yaxa cırır ki, guya, haqqı tapdanıb, demokratiyanın “burnu qanayıb”.
Əli Kərimli-Leyla Yunusova tandeminin bu günlərdə “fəallıq” nümayiş etdirmələri heç bir halda təsadüf sayıla bilməz. Radikal düşərgə təmsilçilərinin Azərbaycanın dünyaya təqdim olunması üçün hər imkan yarananda bu qəbildən əməllər sərgiləmələri, aranı qarışdırmağa cəhd göstərmələri ilə real müxalifətçilik qətiyyən bir araya sığmır. Bu cür davranmağın yeganə adı anti-azərbaycançı, ermənipərəst dairələrin sifarişlərinə qol götürüb oynamaqdır. Daha ermənipərəst dairələr qanunçuluğun getdikcə möhkəmləndiyi Azərbaycanda təxribatlar, terror əməlləri törədə bilmədiklərinə görə sapı özümüzdən olan baltaları-”beşinci kolon”un təmsilçilərini qabağa verirlər. Hər şeydən göründüyü kimi, əli kərimlilər, leyla yunusovalar məlum mərkəzlərdən gələn ölkəmizə qarşı təxribat törətmək sifarişlərini yerinə yetirməyə çox həvəslidirlər.

 
  • Oxunub:  22470  |  
  • Tarix:  05-07-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13