Ana səhifə »  Müəlliflər »  Saatlı ictimaiyyəti Əli Kərimlinin “sabotajı”nı kəskin şəkildə pisləyir
A+   Yenilə  A-
Saatlı ictimaiyyəti Əli Kərimlinin “sabotajı”nı kəskin şəkildə pisləyir
Yazdı: Aqşin Şahinoğlu

Rayon sakinləri AXCP rəhbərliyinin təşkilatçılığı ilə Musalı kəndində qəbirlərin dağıdılmasını xəyanət və ictimai əxlaq dəyərlərinə zidd addım kimi qiymətləndirir
Xəbər verildiyi kimi, fevralın 23-dən 24-nə keçən gecə Saatlı rayonunda insanlığa sığmayan bir cinayət hadisəsi baş verib. Rayonun Musalı kəndində 60-a yaxın qəbrin başdaşılarının sındırılması faktı qeydə alınıb. Baş vermiş hadisə ilə bağlı Saatlı rayon Polis Şöbəsi tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində iki nəfər şübhəli şəxs qismində saxlanılıb. “Trend”-in məlumatına görə, onların Musalı kənd sakinləri, heç yerdə işləməyən 1987-ci il təvəllüdlü Əliyev Nəsimi Arif oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Ədalət Səxavət oğlu olduğu bildirilir. Əldə edilmiş ilkin məlumata görə, şübhəli şəxs kimi saxlanmış Nəsimi Əliyevin atası Arif Əliyev vaxtilə AXCP-nin Saatlı rayon təşkilatının üzvü olub. Onun daim mənfəət məqsədilə rayonda vəzifəli şəxsləri şantaj etdiyi, süni narazılıq yaratdığı bildirilir. 2010-cu ildə baş vermiş təbii fəlakət zamanı A.Əliyevin əmlakına hər hansı ziyan dəymədiyi halda, onun evinin tikilmədiyi və kompensasiya verilmədiyi haqqında müxtəlif mərkəzi orqanlara şikayət etdiyi və mətbuatda məlumatlar yaydığı məlum olub.
Araşdırma zamanı o da müəyyən edilib ki, törədilmiş hadisə AXCP rəhbərliyinin növbəti “sabotajı”dır və əvvəlcədən planlaşdırılan bu naqis addım rayon əhalisini ayağa qaldırmaq, süni narazılıq ocağı yaratmaq, insanların heysiyyətinə toxunmaqla onların kütləvi etirazını təşkil etmək və hakimiyyətə qarşı yönəltmək məqsədi güdüb. Planda rayonun dindarlarını və inanclı insanlarını da bu prosesə qoşmaq nəzərdə tutulubmuş. Dağıntının miqyası bu hadisənin digər iştirakçılarının olduğunu ehtimal etməyə əsas verir. Hazırda faktla bağlı cinayət işi açılıb və istintaq davam etdirilir.
Məlumatdan göründüyü kimi, bu əməl sadə bir cinayət faktı deyil, bunun arxasında ənənələrimizə, dinimizə qarşı hörmətsizlik durur. Təbii ki, burada bəzi siyasi qüvvələrin yer alması, baş verənlərdə onların əlinin olması da inandırıcı faktordur. O mənada ki, antimilli fəaliyyətlə məşğul olan Əli Kərimlinin zaman-zaman xarici dairələrin təhriki ilə bəzi təxribatlara qol qoyması cəmiyyətə bəlli bir məsələdir. Bəzi yerlərdə baş verənlərdə istəyinə nail ola bilməyən radikal düşərgə yəqin ki, özünün növbəti oyununu məhz bu cür çirkin əməllərlə davam etdirmək niyyətindədir. Hər zaman milli maraqlara əks mövqe tutan Əli Kərimli, onun havadarları və dostları bu dəfə fərqli “sabotaja” əl atır. Bir müddət öncə İsmayıllı rayonunda “sabotaj” yaratmağa cəhd göstərənlər öz istəklərinə nail ola bilmədi, məhz bu səbəbdəndir ki, Əli Kərimli növbəti dəfə bu yola əl atır.
Təbii ki, Azərbaycan ictimaiyyəti AXCP sədrinin bu planını və xəyanətkar mövqeyini kəskin şəkildə pisləyir. Eyni zamanda, Saatlı sakinləri də Əli Kərimlinin heç bir əxlaq normaları və milli dəyərlərimizlə bir araya sığmayan bu addımına etiraz edirlər. “Yeni Azərbaycan” qəzetinə müraciət edən Saatlı rayon sakinləri Əli Kərimlinin tapşırığı ilə Musalı kəndində qəbirlərin dağıdılmasını xəyanət və ictimai əxlaq dəyərlərinə zidd addım kimi qiymələndiriblər.
Rayon ağsaqqalı Tapdıq İsmayılov deyib ki, qəbirlərin dağıdılmasını heç bir sağlam ağılla izah etmək olmaz: “Bu canilikdir, vəhşilikdir. Bunun başqa bir adı ola bilməz. Ermənilər işğal altında olan torpaqlarımızda bir dənə məzarımızı ayaq üstə qoymayıblar. Hamısını dağıdıb, daşları satıblar. Burada isə içimizdəki ermənilər eyni hərəkəti edirlər. Deməli, onların ermənilərdən fərqi yoxdur. Belə məlumat var ki, bunu AXCP sədri Əli Kərimli təşkil edib. Belə həssas məsələləri siyasi oyunlarına alət etmək əxlaqsızlıqdır”.
Rayon sakini Babaş İbrahimov deyib ki, Əli Kərimlinin bu addımı atması heç kəsdə təəccüb doğurmur. Çünki onun tərcümeyi-halı belə təxribatçı hərəkətlərlə kifayət qədər zəngindir: “Siyasi mübarizədə heç bir dəyər və əxlaq normalarını tanımayan AXCP sədri bu addımı ilə bir daha sübut etdi ki, onun üçün ən müqəddəs şey puldur, maddiyyatdır. O, bunun üçün, hətta məzarları da dağıdar, insanların heysiyyəti ilə də oynaya bilər. Ona görə də, rayon camaatı olaraq, AXCP-nin fəaliyyətini pisləyir, qəbirlərimizi dağıdacaq qədər qəddarlaşan bu zehniyyəti lənətləyirik”.
Rayon sakini Mustafa Ağayev isə deyib ki, məzarlıqlar, qəbirlərimiz bizim üçün müqəddəsdir. Çünki orada əzizlərimiz, qohumlarımız, sevdiklərimiz uyuyur. Kimliyindən asılı olmayaraq, bu qəbirləri uçuran, məzarlıqlarımızı dağıdanlar hər şeydən əvvəl onların ruhunu təhqir edir. Ona görə də, bu qəbirləri uçuran hər kimdirsə, onları lənətləyirik: “Biz də eşitmişik ki, bunu təşkil edən Əli Kərimlidir. Açığı bunu ondan gözləmirik desək, yalan olar. Çünki bu adamlar həmişə ölkəmizdə hökm sürən siyasi sabitliyi pozmaq üçün artıq hər bir yola əl atır. Ənənələrimizə, dinə, millətə hörmətsizlik kimi xarakterizə olunan belə bir çirkin əmələ əl atılması, bir daha göstərir ki, bu qüvvələr ölkəmizin inkişafına ləkə salmaq üçün hər cür hərəkətlərə gedən insanlardır”.
Aqşin Əliyev isə deyib ki, Azərbaycan hakimiyyətinin xalqla vəhdəti və artıq radikal düşərgəyə birmənalı şəkildə inamın olmaması ortadadır. Əslində, radikal düşərgənin bu cür çirkin “sabotaj”lara əl atması, bir daha göstərir ki, onlar xalq arasında heç bir etimada malik olmadıqlarının fərqindədirlər. Bu baxımdan, Əli Kərimlinin belə çirkin oyunlarla məşğul olması təbii qarşılanmalıdır: “Radikal düşərgənin bütün addımları birmənalı şəkildə Azərbaycan xalqının və dövlətinin mənafeyinə zidd istiqamətdə köklənib. Bu, birmənalıdır ki, Azərbaycanın inkişafını gözü götürməyən, ermənipərəst qüvvələrin əlaltısı qismində çıxış edən radikal düşərgə üçün artıq müqəddəs sayılan din də arxa plana keçib. Əgər belə olmasaydı, Əli Kərimlinin budəfəki “sabotajı”nın qurbanı günahsız qəbirlər və cansız qəbir daşları olmazdı”.
Rafiq İsmayılov isə qeyd edib ki, Əli Kərimlinin bu addımı onun üçün gözlənilməz olub: “Çünki mən bir azərbaycanlının bu qədər ləyaqətsiz addım ata biləcəyini düşünməmişdim. Əslində, bu günə qədər onun çox xəyanətlərinin şahidi olmuşuq. İstər 1990-cı illərin əvvəllərində, hakimiyyətdə olduqları dövrlərdə, istərsə də müxalifətdə olduqları 20 il ərzində xalqın narazılığına səbəb olan addımlar atıblar. Amma qəbirlərin dağıdılmasına tapşırıq verən birinin azərbaycanlı olduğuna inanmıram. Öz əxlaqını nə qədər itirmiş olasan ki, insanların əsəbləri və heysiyyəti ilə belə oynayasan. Əli Kərimli bu rayonda böyüyüb başa çatıb. Ənənələrimizi, adətlərimizi çox gözəl bilir. Bu hərəkətin də nə məna verdiyini yaxşı bilir. Ona görə də, mən ondan sadəcə bunu soruşmaq istəyirəm: Əli Kərimli, bundan sonra bu rayona, bu insanların arasına hansı üzlə gələcəksən?”
Gülbala Məmmədov da AXCP sədrinin bu addımının rayon ictimaiyyəti tərəfindən heç vaxt bağışlanmayacağını deyib: “Bunu edənlərin ermənilərdən heç bir fərqi yoxdur. Hər ikisi eyni məqsədə xidmət edir. Müxalifətin bəzi liderlərinin ermənilərlə əməkdaşlıq etdiyi haqqında çox eşitmişdik. Hətta bu barədə müxalifət qəzetlərində də oxumuşuq. Amma bu son hadisə bütün deyilənlərin təsdiqi oldu”.
G.Məmmədov qeyd edib ki, Əli Kərimli bu rayonda böyüdüyündən yaxşı bilir ki, qəbirləri dağıtmaq bizim üçün nə deməkdir: “O, istəyirdi ki, camaat üçün bu həssas məsələdən istifadə edib insanlar arasında narazılıq yaratsın. Amma alınmadı, çünki biz, Saatlı camaatı hər şeyi yaxşı bilirik. Əli Kərimlini də, onun yanındakıların da nəyə qadir olduqlarını dəfələrlə görmüşük”.

 
  • Oxunub:  26760  |  
  • Tarix:  28-02-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib

24 Aprel 15:28
Vyetnamda Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib
24 Aprel 15:27
Akademik Zərifə Əliyeva nəinki Azərbaycan, dünya oftalmologiya elminə də böyük töhfələr verib
24 Aprel 15:26
Akademik Zərifə Əliyevanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq
24 Aprel 15:17
Azərbaycanla Səudiyyə Ərəbistanının investisiya sahəsində əlaqələrinin genişləndirilməsi müzakirə olunub
24 Aprel 15:05
İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam 9300-dən çox şəxsə şamil olunacaq
24 Aprel 15:03
Fuad Muradov: Nantda Azərbaycan məktəbinin açılması erməni lobbisinin ölkəmizə qarşı kampaniyalarını zərərsizləşdirmək üçün zəruri idi
24 Aprel 14:19
Yeni Azərbaycan Partiyasının qərargahında “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbir keçirilib
24 Aprel 14:14
Kərim Vəliyev: Azərbaycan Moskva beynəlxalq təhlükəsizlik konfransında iştirakına böyük önəm verir
24 Aprel 14:09
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Dağlıq Qarabağda dinc əhalinin qırğınını və buna göz yumanları unutmayacaq
24 Aprel 13:45
Pekində Azərbaycanla Çin şirkətləri 821 milyon dollarlıq sənədlər imzalayıb
24 Aprel 13:37
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Mine Mark” Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
24 Aprel 13:35
Ermənistan-Rusiya münasibətləri: daha iki erməni təxribatı
24 Aprel 13:25
AzTU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
24 Aprel 13:19
Bakı Dövlət Universitetində Himayəçilər Şurası yaradılıb
24 Aprel 13:09
Erkan Özaral: Azərbaycanda qətliam törədənlər Ermənistanda qəhrəman elan ediliblər
24 Aprel 12:55
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib
24 Aprel 12:53
Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti daha da artacaq
24 Aprel 12:44
Ölkəmizdə pensiya sisteminin inkişafına dair beş illik planın hazırlanmasına dair seminar keçirilir
24 Aprel 12:39
VII Muğam Televiziya Müsabiqəsi davam edir
24 Aprel 12:36
Əli Əhmədov: Türkiyə və Azərbaycanın qarşısında duran əsas vəzifə erməni yalanlarını dünyaya çatdırmaq üçün birgə işlər görməkdir
24 Aprel 12:21
"ASAN ödəniş" sistemi ödənişləri qısa müddət ərzində həyata keçirmək imkanı yaradır
24 Aprel 12:15
BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilir
24 Aprel 12:01
Bakı Limanı Avropanın aparıcı logistika qovşağı ilə əməkdaşlığa başlayıb
24 Aprel 11:46
TAP boru kəməri layihəsi üzrə işlərin 86,5 faizi tamamlanıb
24 Aprel 11:29
Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahlara, hərbi və xüsusi texnikaya baxış keçirilib
24 Aprel 11:21
Prezident İlham Əliyev Pekində “CETC International” Korporasiyasının baş direktoru ilə görüşüb
24 Aprel 11:08
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Aprel 10:59
Azərbaycanda istehsal olunan hərbi məhsullar Türkiyədə “IDEF-2019” sərgisində nümayişi etdiriləcək
24 Aprel 10:50
Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb
24 Aprel 10:46
Cəbhəçiləri portağal qabığı kimi soyan Əli Kərimli, yaxud özünü azərbaycanlı hesab etməyən Vətən xaini haqqında
24 Aprel 10:31
Türkiyə mətbuatı: Ermənilər PKK terrorçuları ilə fəal əməkdaşlıq edirlər
24 Aprel 10:28
ADU-da Çin dili günü
24 Aprel 09:55
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 27 dəfə pozub
24 Aprel 09:45
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
24 Aprel 09:36
Vaşinqtonda dördüncü Trans-Xəzər Forumu keçiriləcək
24 Aprel 09:26
Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfərə gəlib
24 Aprel 09:19
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib
24 Aprel 09:16
Yevlaxda “Oxu günü” keçirilib
24 Aprel 09:15
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
24 Aprel 09:13
Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək
24 Aprel 09:11
2019-cu ilin ilk 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub
24 Aprel 09:07
Ölkəmizdə pambıqçılığın inkişafı daim dövlətin diqqət mərkəzindədir
23 Aprel 21:19
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
23 Aprel 21:15
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
23 Aprel 21:13
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23 Aprel 21:11
Leyla Abdullayeva: Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır
23 Aprel 21:07
AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib
23 Aprel 21:05
Çinin Xinhua agentliyi Formula 1 Azərbaycan Qran-Prisindən yazıb
23 Aprel 21:03
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlər müzakirə olunub
23 Aprel 20:46
TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib
23 Aprel 20:45
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
23 Aprel 20:42
Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib
23 Aprel 20:40
Kamran İmanov: Azərbaycan innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoyub
23 Aprel 20:35
RF Əqli Mülkiyyət Akademiyasının rektoru: Azərbaycan postsovet məkanında öncül mövqedədir
23 Aprel 20:33
Azərbaycanın səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib
23 Aprel 20:27
Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub
23 Aprel 17:53
Azərbaycan Prezidenti: Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik
23 Aprel 17:50
Şarl Lekler: Ən sevdiyim traslardan biri Azərbaycandadır
23 Aprel 17:48
İsmayıllı ilə Özbəkistanın Riştan şəhəri arasında əməkdaşlıq haqqında saziş imzalanıb
23 Aprel 17:47
Azərbaycanda ekoloji monitorinq sisteminin təkmilləşdirilməsinə həsr olunan layihə yekunlaşıb
23 Aprel 17:40
FHN-in Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda konfrans keçirilib
23 Aprel 17:33
Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
23 Aprel 17:31
Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşların rəsmi açılış mərasimi baş tutub
23 Aprel 17:29
FHN Akademiyasında “Alyans” Xüsusi Xidmət Veteranlar Birliyinin nümayəndələri ilə görüş
23 Aprel 17:20
Prezident İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb
23 Aprel 17:19
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 Aprel 17:10
Mixael Kindsqrab: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib tərəfdaşıdır
23 Aprel 17:08
Azərbaycan Hökuməti ilə YUNESKO arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dair Saziş təsdiqlənib
23 Aprel 16:57
Sahibə Qafarova: Azərbaycan bundan sonra da öz müstəqil siyasətini və dinamik inkişafını davam etdirəcək
23 Aprel 16:51
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti beynəlxalq təhlükəsizlik konfransında iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+5 +7