Ana səhifə »  Müəlliflər »  Radikal düşərgədə növbəti gərginlik
A+   Yenilə  A-
Radikal düşərgədə növbəti gərginlik
Yazdı: Mübariz Abdullayev

AXCP və “Müsavat”ın öz köhnə mərəzlərindən əl çəkməmələri düşərgə daxilində onlara qarşı narazılığın artmasına gətirib çıxarıb
AXCP və Müsavat Partiyasının özündənmüştəbehlik edərək “radikal düşərgənin əsas güc mərkəzləri bizik” demələrinə rəğmən, istər bütövlükdə cəmiyyətdə, istərsə də radikallar arasında bu iki partiyaya qarşı etinasızlıq, bütün mənalarda mənfi münasibət ortadadır. Belə ki, müxalifət partiyalarının təmsilçiləri zaman-zaman “cəbhəçilər”ə və “Müsavat”çılara yönəlik ittihamları dilə gətirirlər. Məsələn, bir qədər bundan əvvəl Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı AXCP və “Müsavat” barəsində çox sərt danışaraq belə demişdi: “Hazırda Azərbaycan müxalifətinin iki problemi var. Biri “Müsavat”dır, biri də AXCP-dir”.
Bu günlərdə isə AXCP və “Müsavat”ın “bostanına daş atan”ların cərgəsinə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da qoşulub. ADP sədri hər iki partiyanın ünvanına sərt sözlər işlədib. O bildirib ki, “Müsavat”la AXCP-nin tutduğu mövqe Azərbaycan müxalifətini məhv edib: “Nə qədər ki, bu iki partiya var, ölkədə müxalifətin gücü, potensialı ilə nəsə etmək mümkün olmayacaq”.
ADP sədri bu sözləri deyərkən alimlik etmədiyini, sadəcə, təcrübəyə və nəticəyə əsaslanıb həqiqəti dilə gətirdiyini bildirib. Belə olan halda sual yaranır: Eyni düşərgənin təmsilçilərində AXCP-yə və “Müsavat”a qarşı kin-küdurətin bu dərəcədə artmasının səbəbi nədir? Nə üçün radikallar “həftə səkkiz, mən doqquz” bu iki partiyadan narazılıqlarını dilə gətirirlər?
Əslində, radikal düşərgədə cərəyan edən hadisələrə, o cümlədən də başda Əli Kərimli olmaqla AXCP-nin və başda İsa Qəmbər olmaqla “Müsavat”ın sərgilədikləri əməllərə nəzər saldıqda yuxarıdakı sualların cavabına da aydınlıq gəlir. Əvvəla, onu deyək ki, AXCP və Müsavat Partiyasının “mənəmlik” iddiaları radikal düşərgədə cəm olan partiyaların və marginal qrupların səbr kasasını daşırıb. Məlumdur ki, “cəbhəçilər” və “Müsavat”çılar radikal düşərgənin digər təmsilçilərinə çox tez-tez “böyük qardaş, kiçik qardaş” məsəlini xatırladırlar. Onlar öz mənafelərindən çıxış edərək dağıdıcı düşərgəni “əsas” və “yedək” partiyalar deyə iki qismə ayırıblar. AXCP-nin və “Müsavat”ın rəhbərliyi xaricdəki antimilli mərkəzlərdən müxalifət düşərgəsinə ünvanlanan ianələri, qrantları da məhz bu prinsipdən çıxış edərək mənimsəməyə çalışırlar. Yəni, əksər hallarda “yedək” partiyalar pay bölgüsündən kənarda qalırlar ki, bu da onlarda ciddi narazılıq yaradır.
Digər tərəfdən, radikallar arasında AXCP və “Müsavat”a qarşı ikrah hissinin artmasında, bu iki partiya arasında gedən nüfuz savaşı da az rol oynamır. Bütövlükdə, radikal düşərgə bu iki partiya arasında illərdir ki, səngimək bilməyən hegemonluq davasının girovuna çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. AXCP və “Müsavat” dağıdıcı düşərgənin digər təmsilçilərinə qarşı ayrı-seçkilik nümayiş etdirməklə yanaşı, həm də öz aralarında ciddi düşmənçilik aparırlar. Bir-birlərini əbədi rəqiblər gözündə görən AXCP və “Müsavat” təmsilçiləri qarşı tərəfin kürəyinə bıçaq sancmaq, “mövqe üstünlüyünə” yiyələnmək üçün kiçik bir fürsəti də əldən vermək istəmirlər. İki partiyanın düşmənçiliyi qondarma “Milli şura” daxilində bütün cəhətləri ilə özünü büruzə verdi. Əvvəlcə qondarma qurum daxilində “Müsavat”ın başqanı İsa Qəmbər iki ayağını bir başmağa dirəyərək namizədlik məsələsində müqavimət nümayiş etdirdi. Bunun ardından AXCP Əli Kərimlinin diktəsi ilə “Müsavat”a qarşı gözdənsalma kampaniyasına start verdi. Qondarma “Milli şura” daxilində “cəbhəçilər”lə “Müsavat”çılar arasında münasibətlər o səviyyəyədək gərginləşdi ki, axırda sonuncular nəzarətlərində olan KİV-lərdə “Daha biz Əli Kərimli ilə yol gedə bilmərik” açıqlaması ilə çıxış etmək məcburiyyətində qaldılar.
Beləliklə, AXCP ilə “Müsavat”ın bir tərəfdən radikal düşərgədə ayrı-seçkilik salmaları, digər partiyalara yuxarıdan aşağı baxmaları, digər tərəfdən də öz aralarında hegemonluq iddiaları sərgiləmələri, açıq-aşkar rəqabət aparmaları radikallarda onlara qarşı ikrah hissinin artmasına gətirib çıxarıb. Artıq bu iki partiyanın radikal düşərgədə təkləndiklərini və müttəfiqlərsiz qaldıqlarını söyləmək mümkündür. Burada deyiblər ki, nə əkərsən, onu da biçərsən...

 
  • Oxunub:  23640  |  
  • Tarix:  10-07-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13