Ana səhifə »  Müəlliflər »  Erməni diasporundan Serj Sarkisyana tərs sillə
A+   Yenilə  A-
Erməni diasporundan Serj Sarkisyana tərs sillə
Yazdı: Mübariz Abdullayev

Latın Amerikasına “ianə turnesi” çərçivəsində Uruqvayda erməni icmasının təmsilçiləri ilə görüşdə Ermənistanın kütləvi şəkildə boşalması ilə bağlı suallara tuş gələn işğalçı ölkənin rəhbəri çıxılmaz vəziyyətə düşüb
Ermənistan rəhbərliyinin milli və dövlət maraqlarını işğalçılıq siyasətinə qurban verməsinin bu ölkəyə hər hansı bir siyasi, iqtisadi dividendlər gətirmədiyi heç kəsə sirr deyil. Yoxsulluq, səfalət içində yaşayan insanların sabaha ümidsizliyi, sosial problemlərin getdikcə artması Ermənistanın daxili mənzərəsini səciyyələndirən əsas cəhətlərdir. Ən yaxşı halda forpost, quberniya və yaxud hərbi baza statusu daşıyan bu ölkə əksər regional layihələrdən kənarda qaldığı kimi, qlobal miqyasda da ona qarşı inamsızlıq və etinasızlıq getdikcə artmaqdadır. İş o yerə çatıb ki, indiyədək, necə deyərlər, bir əli Ermənistanın boğazında olan xaricdəki erməni diasporu da artıq işğalçı ölkəyə ianələr, qrantlar göndərməkdən bezdiyini bu və ya digər şəkildə nümayiş etdirməyə başlayıb.
Eyni zamanda, forpost ölkənin prezidenti Serj Sarkisyanın bu günlərdə Latın Amerikasına səfəri erməni diasporu ilə bağlı yaradılan mifin sabun köpüyündən başqa bir şey olmadığını ortaya qoydu. Sən demə, Ermənistan rəhbərliyinin əlində dibsiz vedrə tutaraq “bu ölkə mənim, o ölkə sənin” prinsipi ilə turnelərə çıxaraq sədəqələr dilənməsi erməni diasporunu da əməlli-başlı dilxor edibmiş və onlar ələ düşən ilk fürsətdəcə öz narazılıqlarını forpost ölkənin rəhbərinin üzünə çırpıblar. Söhbət Serj Sarkisyanın Latın Amerikasına “ianə turnesi” çərçivəsində Uruqvayda erməni icmasının təmsilçiləri ilə görüşdə ona iradlar, narazılıq notları ilə dolu suallar ünvanlanmasından gedir.
Xatırladaq ki, qlobal və regional miqyasda təcridlə üzləşən, Azərbaycanın diplomatik təzyiqləri nəticəsində, hətta Gömrük İttifaqına qoşulmaq məsələsində də problemlərə tuş gələn Ermənistanın rəhbərliyi son günlərədək bu boşluğu erməni diasporunun qismən güclü olduğu Latın Amerikasına turne ilə dolduracağı qənaətində idi. Lakin hər şey Serj Sarkisyanın və onun komandasının arzusunun əleyhinə baş verdi. Onların xəyallar qurması acı sonluqla, daha doğrusu, xəcalətlə, rüsvayçılıqla nəticələndi. Serj Sarkisyan əvvəlcə Argentinada “sürprizlərlə” qarşılaşdı. Rəhbərlik etdiyi nümayəndə heyətinə Buenos-Ayres hava limanında adi sərnişinlərə olduğu kimi münasibət sərgilənməsi, bu azmış kimi “prezident heyəti”nin yoxlamadan keçirilməsi S.Sarkisyanın kefinə əməlli-başlı soğan doğradı. Bunun acısı keçməmiş “hotel biabırçılığı” baş verdi. Burada S.Sarkisyanı prezident statusuna qətiyyən uyğun gəlməyən bir səviyyədə qarşıladılar - o, hoteldə yerləşmək üçün dəhlizdə xeyli gözləmək məcburiyyətində qaldı.
Hələ bu da S.Sarkisyanın Argentina olaylarının hamısı deyil. Argentinanın prezidenti xanım Kristina Kirşner özünü sözün əsl mənasında Ermənistan rəhbərindən zəndi-zəhləsi gedən kimi aparıb və onunla görüşdən yayınmaq üçün “əhvalının yaxşı olmaması” bəhanələrini gətirib. Halbuki S.Sarkisyan görüş istəyən vaxtda Argentina prezidentinin futbol üzrə Dünya Çempionatının növbəti oyununu izlədiyi bildirilib. Prezidentlə görüşmək şərəfinə nail olmayan S.Sarkisyan isə aşağı ranqlı məmurlarla təsəlli görüşləri keçirərək Argentina səfərini tamamlayıb və hansısa ümidlərlə Uruqvaya yola düşüb.
Atalar məsəlidir: Sən saydığını say, gör fələk nə sayır. Argentinaya biabırçı səfəri ilə bağlı boşluğu Uruqvayda dolduracağına ümidli olan Ermənistan rəhbəri burada daha betər münasibətlə üz-üzə qalıb.
Beləliklə, Latın Amerikası turnesində acınacaqlı durumda qalan S.Sarkisyan Uruqvayda təsəlli görüşünü erməni icmasının nümayəndələri ilə keçirməyi qərara alıb. Yəqin ki, S.Sarkisyan həmin görüşdə nə baş verəcəyini əvvəlcədən bilsə idi, bu görüşün üstündən özü çalın-çarpaz xətt çəkərdi. Belə ki, sözügedən görüşdə S.Sarkisyan öz ənənəsinə sadiq qalaraq Uruqvay ermənilərindən Ermənistanın bu ölkənin paytaxtı Montevideoda səfirliyinin açılmasına kömək etmələrini istəyib. Ermənistan rəhbəri bildirib ki, ölkəsinin büdcəsi Uruqvayda səfirliyin açılmasına imkan vermədiyindən erməni diasporunun ianələrinə ümid bəsləyir. Görüşə qatılan Uruqvay erməniləri isə S.Sarkisyanın kefinə növbəti dəfə soğan doğrayıblar. Onlar S.Sarkisyana xoşlamadığı mövzularda suallar yağdırıblar. Uruqvay ermənilərinin ianələr vəd etmək əvəzinə, Ermənistanın boşalması və bu ölkədəki kütləvi mühacirət problemi ilə maraqlanmaları S.Sarkisyanı çıxılmaz vəziyyətə salıb. Onun verilən suallara özüsayağı izahlar tapmaq, erməni diasporunun təmsilçilərini təsəllilərlə ovundurmaq cəhdləri görüş iştirakçılarında əks reaksiya yaradıb və ara qarışıb...
Yeri gəlmişkən, Ermənistan rəhbərinin Latın Amerikası ölkələrində qarşılaşdığı rüsvayçılıqda, əslində təəccüblü heç nə yoxdur. Bu, bütün dünyada qəbul edilən norma və prinsiplərə, BMT, ATƏT, AŞ PA, İƏT kimi nüfuzlu təşkilatların çağırışlarına, qətnamələrinə məhəl qoymadan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən Ermənistana beynəlxalq birliyin adekvat münasibətinin ifadəsidir. Daha dəqiq desək, S.Sarkisyanın Latın Amerikası turnesi zamanı etinasızlıqla üzləşməsi, qapılar arxasında qalması, burada, hətta erməni diasporunun qınaqlarına tuş gəlməsi Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin dalana dirəndiyini, ümumiyyətlə bu forpost ölkənin gələcəyinin sual altında olduğunu bir daha təsdiqləyir. Necə deyərlər, nə əkərsən, onu da biçərsən...

 
  • Oxunub:  19620  |  
  • Tarix:  16-07-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir

23 Fevral 22:46
Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib
23 Fevral 19:16
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Vyanada kütləvi aksiya təşkil olunub
23 Fevral 19:12
Azərbaycanda sahibkarlığın inkişafı prioritet məsələlərdəndir
23 Fevral 18:50
“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq işləri aparılır
23 Fevral 18:06
Milli Məclisin deputatları BMT-nin baş qərargahında parlament dinləmələrində iştirak ediblər
23 Fevral 17:56
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Koreya Respublikasında silsilə tədbirlər keçirilib
23 Fevral 17:45
Vergilər Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
23 Fevral 17:38
ATƏT PA-nın sessiyası çərçivəsində Azərbaycanın bu təşkilatla münasibətləri müzakirə edilib
23 Fevral 17:15
Azərbaycan İlahiyyat İnstitutunda elmi-praktik konfrans: “Dilimiz milli-mənəvi sərvətimizdir”
23 Fevral 17:09
Daxili işlər naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
23 Fevral 16:18
“Srebrenitsa anaları” Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə olub
23 Fevral 16:09
Parisdə nazirlər seminarında ölkəmizdə kənd təsərrüfatının inkişafına verilən dövlət dəstəyindən danışılıb
23 Fevral 15:53
Qida Təhlükəsizliyi Agentliyində MÜSİAD Azərbaycan şöbəsi idarə heyətinin sədri ilə görüş olub
23 Fevral 15:37
Dövlət Komitəsində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
23 Fevral 15:00
Azərbaycan Parisdə 56-cı Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur
23 Fevral 14:58
Dövlət Gömrük Komitəsinin sədri Ağsu şəhərində vətəndaşları qəbul edib
23 Fevral 14:17
Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışlı təlimləri keçirilib
23 Fevral 13:55
Elman Məmmədov: ATƏT-in Minsk qrupunun fəaliyyətindən konkret nəticələr gözləyirik
23 Fevral 13:43
Sevinc Hüseynova: Atılan addımlar dövlətimizin qayğıya ehtiyacı olan təbəqəyə göstərdiyi diqqətin nümunəsidir
23 Fevral 12:58
Vüqar Bayramov: Dövlət başçısının Fərmanı əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində atılan daha bir önəmli addımdır
23 Fevral 12:56
Elman Nəsirov: Ortada yenə də Madrid prinsipləridir
23 Fevral 12:47
Özbəkistan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
23 Fevral 12:29
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi istiqamətində işlər aparılır
23 Fevral 12:17
İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
23 Fevral 12:04
Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirlir
23 Fevral 11:58
UNEC-də karyera günü: Vergi orqanlarına işə qəbul
23 Fevral 11:52
Xocalı soyqırımının 27-ci ildönümü Bişkekdə qeyd edilib
23 Fevral 10:55
Xocalı Soyqırımının qurbanlarının xatirəsi Brüsseldə anılıb
23 Fevral 10:55
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib
23 Fevral 10:50
Kaliforniyanın televiziya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir
23 Fevral 10:48
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
23 Fevral 10:36
Gədəbəy rayonu 2018-ci ili uğurla başa vurub
23 Fevral 10:27
Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit Ofisi arasındakı anlaşma memorandumu yenilənib
23 Fevral 10:25
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
23 Fevral 10:22
Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
23 Fevral 10:21
Regionların uğurlu inkişafı bütün sahələri əhatə edir
22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA