Ana səhifə »  Müəlliflər »  Vaxtilə özünə lider saydığı Elçibəyə xəyanət edən Əli Kərimli indi də çağırdığı qonağı fitə basdırdı
A+   Yenilə  A-
Vaxtilə özünə lider saydığı Elçibəyə xəyanət edən Əli Kərimli indi də çağırdığı qonağı fitə basdırdı
Yazdı: Pərviz Sadayoğlu

ADP sədri Sərdar Cəlaloğlu AXC-nin 25 illiyi ilə bağlı tədbirdə ona qarşı edilənlərin AXCP sədri tərəfindən hazırlandığını söyləyir
Məlum olduğu kimi, ötən günlərdə istər Müsavat Partiyasının, istərsə də AXCP-nin Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 25 illiyi ilə bağlı keçirdikləri tədbirlər qalmaqalsız ötüşməyib. Vurğulamaq lazımdır ki, AXC-nin parçalanmasından yaranan bu partiyaların hər biri özünü AXC-nin “varisi” sayır və bu baxımdan AXCP ilə “Müsavat” arasındakı münaqişə yenidən aktiv fazaya qədəm qoyub.
İlk olaraq qeyd edək ki, iyulun 15-də Müsavat Partiyasının keçirdiyi tədbirə dəvət edilən bir sıra radikal müxalifət partiyalarının, o cümlədən, AXCP-nin təmsilçiləri gəlməyib. Buna ciddi reaksiya verən “Müsavat” yetkililəri AXCP sədri Ə.Kərimlini günahlandırıblar.
Amma AXCP-nin keçirdiyi tədbirdə baş verənlər daha biabırçı olub. Belə ki, tədbirdə ADP sədri Sərdar Cəlaloğlu çıxış edərkən AXCP üzvləri onu fitə basıb, ayaqlarını yerə döyüblər. Tədbiri yarımçıq tərk edən S.Cəlaloğlu baş verənlərlə bağlı KİV-ə açıqlamasında bildirib ki, AXCP üzvləri elə başa düşürlər ki, Azərbaycan tarixi Əli Kərimlinin hərəkata gəldiyi dövrdən başlayır: “Mən çıxışımın əvvəlində qeyd etdim ki, vaxtilə Leyla Yunusu AXC-dən necə alqışlarla qovmuşdularsa, bu gün də həmin alqışlarla qarşılayırdılar. Amma görünür, tələsmişəm, AXCP heç dəyişməyib, əvvəlki qaragüruhdur. Mən orda Azərbaycan dövlətçilik tarixinin qədim köklərə malik olduğunu, Şah İsmayıl Xətai ilə, Nadir şahla bağlı olduğunu dedim. Amma bu insanlar elə başa düşürlər ki, Azərbaycan xalqı 20 ildir mövcuddur. Elə bil, bu tarix Əli Kərimlinin hərəkata gəldiyi dövrdən başlayır. İmkan vermədilər ki, mən sözümü axıra çatdırım”.
ADP sədri deyib ki, AXCP-nin tədbirində onu fitə basmağı əvvəlcədən planlaşdırıblarmış. Hətta S.Cəlaloğlu çıxış etməyə başlayanda tribunadan işarə belə verilib: “Orada bir qız çölə çıxıb dedi ki, Sərdar bəy, siz bilmirsiniz bu şey təşkil edilmişdi. Dedi ki, fikir vermədiniz, tribunadan işarə verdilər, uşaqlar da qışqırmağa başladılar. Həqiqətən, tədbirdə iştirak edənlərə baxırdım, Leyla Yunus çıxış edəndə qeyri-adi dərəcədə alqışladılar. Vaxtilə mən Leyla Yunusun AXC-dən qovulmasının da şahidi olmuşam, eyni qaydada qışqırırdılar, “Leyla Yunus ermənidir” şüarı səsləndirirdilər, onu danışmağa qoymurdular, fitə basırdılar. Mən də dedim ki, bu hadisələr göstərir ki, bu 20 ildə nəsə dəyişiklik yoxdur. Leylanı qovan adamlar, bu gün onu alqışlayır. Mən danışmaq üçün söz istəməmişdim. Onların özləri xahiş elədilər ki, gəl çıxış elə”.
Onun sözlərinə görə, ADP sədrinin fitə basdırılmasına birbaşa Ə.Kərimli rəhbərlik edib: “Sərdar Cəlaloğlunun danışmaq hüququnu pozurlar, Əli Kərimli əlini alnına qoyub qulaq asır, ona ləzzət edir axı. Əli Kərimli bilsin ki, belə şeylər mənə təsir etməz. Mən səndən xahiş etmədim ki, mənə söz ver. Mənə dəvətnamə göndərib, özün də xahiş edirsən ki, çıxış elə. Mən tədbirə getməsəydim, çıxış eləməsəydim, onda başqa cür düşünəcəkdilər. Mənim yaşım, ağlım, siyasi rolum imkan vermir ki, onların qəlbində tutduqları sözləri tribunada deyim. Çıxam deyəm ki, “cəbhəçilər” xalq qəhrəmanıdır, Azərbaycanı belə yaradıb. Olmayıb axı, mən bunların şahidiyəm. Kimin Azərbaycanda xidmətinin nədən ibarət olduğunu, kimlərin müxalifətin birliklərinin dağıtdığını, mandat aldığını yaxşı bilirəm. Maska taxıb yalandan danışa bilmərəm. Əli Kərimli nəinki arxamca gəldi, heç o qışqıran uşaqlara bir kəlmə demədi ki, ay balam ayıbdır. Ay Əli Kərimli, mən sənin qonağınam, orada məni təhqir etsələr, yenə də sən biabır olursan, məndən nə gedir?”.
Göründüyü kimi, hər zaman bir-birinə nifrətlə yanaşan, patoloji düşmənçilik daşıyan bu partiyalar səmimilikdən uzaqdadırlar. Vaxtilə öz lideri Elçibəyə xəyanət edən Ə.Kərimli bu gün çağırdığı qonağı fitə basdırır. Əslində, AXC-nin və daha sonra AXCP-nin dağılmasında fəal rol alan Ə.Kərimli və başının dəstəsi bu gün düşərgədə monopolist xəyallarını yenidən cövlan etdirmək üçün öz düşərgədaşlarına qarşı mümkün olan təhqirləri səsləndirirlər. Əslində, onlar hər zaman bu cür davranış tərzinə malik olublar. Onlar üçün fit, qışqırıq, yerə ayaq döymək guya “siyasi mübarizə üsulu” sayılır... Nə qədər absurd olsa da...
Baş verənlər bir daha sübut etdi ki, demokratiyadan, fərqli fikrə hörmətdən minlərlə kilometr uzaqlıqda olan Ə.Kərimli ən adi mental ənənələrə belə hörmət göstərmir. Dünənə qədər “müttəfiq” adlandırdıqlarını fitə basdıran, tədbirdən qovan radikal düşərgə təmsilçisi üçün ümumiyyətlə hansısa dəyərin mövcud olmadığı növbəti dəfə sübuta yetirildi. Ə.Kərimlinin “fit siyasəti” isə radikal düşərgədəki münasibətlərə yeni çalar gətirdi. Yəqin ki, bundan sonrakı mərhələdə daha fərqli “fitəbasmaların” şahidi olacağıq...

 
  • Oxunub:  22080  |  
  • Tarix:  18-07-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA