Ana səhifə »  Müəlliflər »  Milli maraqlara xidmət etməyən siyasət iflasa məhkumdur
A+   Yenilə  A-
Milli maraqlara xidmət etməyən siyasət iflasa məhkumdur
Yazdı: Nurlan Qələndərli

Yaxud anti-Azərbaycan dairələrin direktivlərini yerinə yetirən “Milli şura” niyə fiaskoya uğradı?
Müxtəlif dönəmlərdə ayrı-ayrı qondarma qurumlar daxilində “birləşdikləri”ni iddia edən, lakin daim qarşıdurma halında olan radikal müxalifət düşərgəsi bu gün də ənənəvi acı taleyini yaşayır. Bu, səbəbsiz deyil. Belə ki, əsasən seçkilər dönəmində “fəallıq” görüntüsü yaradan, ictimai-siyasi proseslərdə “aktiv” təmsil olunmağa çalışan radikallar anti-Azərbaycan dairələrin tapşırıq və direktivlərini icra etməklə yanaşı, hər zaman öz aralarında korporativ mənafe savaşı aparıblar. Bu isə “müttəfiq” olduqlarını və ortaq məxrəcdə “birləşdikləri”ni iddia edən dağıdıcı düşərgə təmsilçilərinin, əslində, “mehriban düşmən” mövqeyində durduqlarını göstərib.
“Milli şura” oyunu radikal müxalifətin kimliyini növbəti dəfə aşkar etdi
Ümumiyyətlə, dağıdıcı düşərgədəki bütün tərəflər hər zaman yaratdıqları qondarma qurumlar daxilində öz dominantlıqlarını nümayiş etdirməyə çalışıblar. Öncə “İctimai palata”da başlayan ziddiyyətlər “Ziyalılar forumu” çərçivəsində kəskin xarakter aldı və qondarma “Milli şura” daxilində daha da güclənərək xaos mənbəyinə çevrildi.
Hazırda da radikal müxalifət cəbhəsində ənənəvi surətdə mövcud olan fikir ayrılıqları, ziddiyyətlər davam edir. Belə ki, sonuncu dəfə “Milli şura”da “birləşdiklərini” iddia edən dağıdıcılar, əslində, ötən ilin oktyabr ayında keçirilən prezident seçkilərindən sonra bu qondarma qurum daxilində növbəti parçalanma mövsümünə qədəm qoydular. Bütün bunlar isə radikal müxalifətin nəyə “qadir olduğunu” və necə “fəaliyyət” göstərdiyini növbəti dəfə nümayiş etdirdi.
Radikal düşərgənin “birlik” şousu iflasa uğradı
Beləliklə, növbəti mövsümdə də radikal düşərgənin “birlik” şousu iflasa uğradı. Tarixin arxivinə yollanan qondarma qurum “Milli şura”nın fəaliyyətinə gəldikdə isə konkret olaraq belə bir nəticəyə varmaq olur ki, bu təşkilatın Azərbaycan cəmiyyətinə heç bir aidiyyəti yoxdur. Bu qondarma qurum, əslində, müəyyən anti-Azərbaycan dairələrin mənafeyinə və burada təmsil olunan ermənipərəst şəxslərin siyasi ambisiyalarına xidmət etdikdən sonra siyasi səhnədən silindi.
Dağıdıcılar “Milli şura”dan “lider” çıxara bilmədilər
Digər bir məqam ondan ibarətdir ki, radikal müxalifət “Milli şura”dan “lider” çıxara bilmədi. Öncə ermənipərəst kinorejissor Rüstəm İbrahimbəyov “vahid namizəd” elan edilməklə “lider” imici yaradıldı. Amma ayrı-ayrı dairələr qarşısında müəyyən öhdəlikləri olan, kifayət qədər qanun pozuntusuna yol vermiş bu şəxs nəinki “lider” ola bilmədi, hətta düşərgə daxilində ziddiyyətlərin böyüməsinə səbəb oldu. Bundan sonra isə “ziyalı” pərdəsi arxasına sığınmış Cəmil Həsənov gündəmə gətirildi. Amma hadisələr göstərdi ki, dublyorluq missiyası verilmiş bu şəxsdən siyasətçi imici formalaşdırmaq mümkün olmadı. Ötən ilin oktyabr ayında keçirilmiş prezident seçkilərinin nəticələri Azərbaycan ictimaiyyətinin C.Həsənovu qəbul etmədiyini birmənalı olaraq göstərdi.
Dublyorun missiyası başa çatdı
Seçkilər öncəsi radikal müxalifət kluarlarında xüsusi “nüfuza mindirilən” Cəmil Həsənov hazırda siyasi autsayderə çevrilib. Bu, olduqca təbiidir. Çünki seçkilər dönəmində bəzi xarici dairələrdən qrant almaq naminə səfərbər olunmuş radikal düşərgəyə qondarma qurum və dublyor namizəd lazım idi ki, bu məsələ də qərəzli dairələrin sifarişi ilə həll olundu: siyasi autsayderlər “Milli şura” adlanan yararsızlar klubunda “birləşərək” Rüstəm İbrahimbəyovdan sonra Cəmil Həsənovun timsalında özlərinə yeni dublyor “lider” (namizəd) tapa bildilər. Amma dublyorluq missiyası verilmiş Cəmil Həsənovdan siyasətçi obrazı yaratmaq cəhdləri elə ilk gündən iflasa uğradı. “Tarixçi-alim” “ehtiyat vahid namizəd” statusunda ilk dəqiqələrdə verdiyi açıqlamalarla siyasətçi olmadığını, siyasi yetkinlikdən yoxsul olduğunu nümayiş etdirdi. Bir sözlə, C.Həsənov öz missiyası çərçivəsində yaxşı dublyor da ola bilmədi və anti-Azərbaycan dairələrin “Milli şura”nın timsalında həyata keçirdiyi dublyor taktikasının, bütövlükdə, tamaşa ssenarisinin iflası gerçəkləşdi. Bu isə radikal düşərgə və anti-Azərbaycan dairələr üçün əsl soyuq duş və bumeranq effekti oldu.
Beləliklə, seçki bitdi və “Milli şura”nın missiyası sona çatdı. Belə olan təqdirdə, daha dublyora da ehtiyac qalmaması gerçəkliyi üzə çıxdı.
Radikal düşərgə Cəmil Həsənovu “persona non-qrata” elan edib
Hazırda görünən odur ki, bir müddət öncə öz mətbuat orqanında Cəmil Həsənovu xüsusi təbliğ edən AXCP sədri Əli Kərimli daha bu şəxsdən imtina edib və onun siyasi autsayderə çevrilməsi tərəfdarı kimi çıxış edir. Bu, bir tərəfdən, Əli Kərimlinin radikal düşərgədə monopoliya yaratmaq niyyəti ilə bağlıdırsa, digər tərəfdən, həm qondarma “Milli şura”nın, həm də dublyor C.Həsənovun düşərgədən ixrac olunması məqsədinə xidmət edir. Zatən AXCP ilə yanaşı, radikal düşərgənin digər nümayəndələri də C.Həsənovdan çoxdan imtina ediblər. Bir sözlə, radikal düşərgə Cəmil Həsənovu “persona non-qrata” elan edib. Dublyor hazırda AXCP sədri Əli Kərimlinin kölgəsində iflası gerçəkləşmiş qondarma quruma “sədr”lik etməkdədir...
“Milli şura”nın iflas səbəbləri...
Bütün bu sadalananların nəticəsi kimi, “Milli şura”nın timsalında radikal müxalifət son hadisələrin fonunda iflasa düçar oldu. Əslində, dağıdıcı qüvvələrin mütləq şəkildə iflasa uğraması labüd və qaçılmaz proses idi. Bu fiaskonu şərtləndirən çoxsaylı faktorlardan bəhs etmək olar. Əsas etibarilə, aşağıdakı faktorlar radikal müxalifətin siyasi palitranın autsayderinə çevrilməsinin səbəbləri qismində göstərilə bilər:
- Birincisi, radikal müxalifət düşərgəsində siyasi liderin olmaması həmin qüvvələrin fiaskosuna səbəb olan əsas amillərdəndir;
- İkincisi, dağıdıcı düşərgənin intellektual kadr potensialı mövcud deyil. Kadr potensialı siyasi idarəetmədə mühüm rol oynayır və düzgün strateji, taktiki istiqamətlərin müəyyənləşdirilməsində həlledici xarakter daşıyır. Radikal müxalifətin strateji və taktiki məğlubiyyətini şərtləndirən əsas amillərdən biri də intellektual kadr potensialına sahib olmamalarıdır;
- Üçüncüsü, cəmiyyətin ictimai-siyasi maraqlarına zidd mövqe sərgiləmək və beynəlxalq təzyiq qruplarının himayəsinə sığınmaq radikal müxalifətin davamlı fiaskosunu şərtləndirən növbəti faktorlardandır.
Nəticə etibarilə, radikal müxalifət son proseslərdən nə umurdu, nə alındı? Nəticə ortadadır: fiasko və növbəti rəzalət. Radikal müxalifətin “fəallıq” görüntüsü və antimilli fəaliyyəti fiaskoya uğradı. Növbəti dəfə bəlli oldu ki, milli maraqlara xidmət etməyən siyasət iflasa məhkumdur.

 
  • Oxunub:  27570  |  
  • Tarix:  23-07-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

13 Noyabr 21:31
Azərbaycan ilə Özbəkistan arasında dini-mənəvi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
13 Noyabr 21:28
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib
13 Noyabr 20:09
Azərbaycanın kosmik proqramı: Zəngin ənənələr və müasir çağırışlar
13 Noyabr 20:00
Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yollarına dair müzakirələr aparılıb
13 Noyabr 19:56
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dağıstanlı deputatlarla görüş keçirilib
13 Noyabr 19:50
Yeni TV-də canlı yayımda Hikmət Babaoğlunun qonağı Milli Məclisin deputatı Aydın Hüseynov olmuşdur (VİDEO)
13 Noyabr 19:45
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər
13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
13 Noyabr 17:31
ABŞ-ın nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
13 Noyabr 17:26
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13 Noyabr 17:24
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
13 Noyabr 17:21
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
13 Noyabr 17:20
Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib
13 Noyabr 17:11
Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
13 Noyabr 17:08
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13 Noyabr 17:06
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 17:00
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 16:49
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
13 Noyabr 16:45
Təhsil nazirinin Fransaya səfəri davam edir
13 Noyabr 16:38
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13 Noyabr 16:36
Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13 Noyabr 16:34
Hadi Rəcəbli: Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir
13 Noyabr 16:33
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
13 Noyabr 16:28
Naqif Həmzəyev: 2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
13 Noyabr 16:26
Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb
13 Noyabr 16:13
Sahibə Qafarova: Bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır
13 Noyabr 16:10
Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir
13 Noyabr 16:07
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13 Noyabr 16:02
Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13 Noyabr 15:55
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13 Noyabr 15:53
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
13 Noyabr 15:46
Ticarət obyektlərinin sahibləri ilə görüşdə istehlakçı hüquqlarının qorunmasından bəhs olunub
13 Noyabr 15:43
“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində
13 Noyabr 15:38
İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş
13 Noyabr 15:24
Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır
13 Noyabr 15:14
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Şəhidlər xiyabanını ziyarət edib
13 Noyabr 14:51
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
13 Noyabr 14:28
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb
13 Noyabr 14:17
Hərbi Hava Qüvvələri əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir
13 Noyabr 14:13
Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır
13 Noyabr 14:08
Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
13 Noyabr 14:00
AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir
13 Noyabr 13:57
Hikmət Babaoğlu: “Azərbaycanda son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”
13 Noyabr 13:56
Nazir: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirilə bilər
13 Noyabr 13:52
Təhsil nazirinin müavini Ucar rayonunda
13 Noyabr 13:50
Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq
13 Noyabr 13:05
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
13 Noyabr 13:02
Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13 Noyabr 12:51
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb
13 Noyabr 12:21
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir
13 Noyabr 12:13
BŞBPİ: Bakıda yolu bağlayaraq avtomobillərə və vətəndaşlara hücum edən şəxslər saxlanılıblar
13 Noyabr 12:09
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
13 Noyabr 12:04
Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır
13 Noyabr 12:01
Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub
13 Noyabr 12:00
Getaçyu Engida: Azərbaycan regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verir
13 Noyabr 11:54
Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb
13 Noyabr 11:42
Sabunçuda sakinlərin problemləri dinlənilib
13 Noyabr 11:24
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
13 Noyabr 11:17
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13 Noyabr 11:16
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür
13 Noyabr 10:47
Bakı Ekspo Mərkəzində “Caspian Ecology” X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb
13 Noyabr 10:46
Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər
13 Noyabr 10:37
Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
13 Noyabr 10:36
Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir
13 Noyabr 10:31
Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar
13 Noyabr 10:25
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
13 Noyabr 10:16
Şimal rayonlarından olan yüzə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
13 Noyabr 10:04
Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!
13 Noyabr 10:00
Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır
13 Noyabr 09:51
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA