Ana səhifə »  Müəlliflər »  Qondarma “Milli şura”nın sessiyası niyə keçirilmir?
A+   Yenilə  A-
Qondarma “Milli şura”nın sessiyası niyə keçirilmir?
Yazdı: Mübariz Abdullayev

Sədr Cəmil Həsənov “yer yoxdur” bəhanəsi ilə baş qatmaq istəyir, onun çiyindaşları isə əsl həqiqəti etiraf edirlər...
Yarandığı vaxtdan bəri üzvlər arasında sonu görünməyən intriqalar mərkəzinə çevrilən, mövcudluğunu yalnız dedi-qodu söhbətləri ilə nümayiş etdirən və hazırda iki cüt, bir tək üzvü qalan qondarma “Milli şura”nın təmsilçiləri növbəti dəfə odu qoyub közlə oynayırlar. Belə ki, bu qondarma qurumun üzvlərinin başı yeni bir çəkişməyə qarışıb.
Daha doğrusu, türklər demiş “şunu apar, şunu gətir”lə baş qatmağı “siyasətçilik” sayan “Milli şura”çılar yenə də öz amplualarında qalaraq bu dəfə də “yerimiz yoxdur, ona görə də sessiyamızı keçirə bilmirik” bəhanəsi ilə özlərinə yeni gündəm düzəltmək cəhdində bulunurlar. Məsələn, qondarma “Milli şura”nın sədri Cəmil Həsənov mətbuata açıqlamasında iddia edib ki, guya sessiya keçirmək üçün özəl müəssisələrə müraciət ediblər, lakin hələlik razılıq alınmayıb. Elə qondarma qurumun bəzi digər təmsilçiləri də radikalların nəzarətində olan KİV-lərdə sessiya keçirmək üçün gündüzün günorta vaxtı əli çıraqlı yer axtardıqları barədə açıqlamalar dilə gətiriblər.
Lakin yalançının şahidi yanında olar, deyiblər. Belə ki, Cəmil Həsənovun və onun ağzına baxaraq dediklərini olduğu kimi təkrarlayan bəzi “Milli şura”çıların “sessiya keçirmək üçün yerimiz yoxdur” bəhanələrinə elə qondarma qurumun özündən təkzib gəlib. Məlumdur ki, indiyədək “Milli şura”çılar sessiya keçirmək adı ilə KXCP-nin qərərgahında toplaşıblar. Elə Cəmil Həsənovun məlum açıqlaması KXCP sədri Mirmahmud Mirəlioğlunun qulağına çatar-çatmaz sonuncu bildirib ki, ayrı-ayrı fərdlər üçün yer problemi ola bilər, ancaq ümumilikdə “Milli şura”nın sessiyası ilə bağlı yer problemi yoxdur: “Bizim qərargahımız var, sessiya istənilən vaxt burda keçirilə bilər. KXCP-nin qərargahı “Milli şura”nın sessiyası üçün hazırdır”.
Bundan başqa, KXCP-nin sədr müavini Xəzər Teyyublu da “yerimiz yoxdur” deyən Cəmil Həsənovun yalanını faş edib. Belə ki, KXCP funksioneri “Bizim qərargahımızda müxtəlif siyasi tədbirlər keçirilir, heç kəsə də bu günə qədər “yox” deməmişik. “Milli şura”nın sessiyasının bizim qərargahımızda keçirilməsi problem deyil. Amma özləri istəmirlər. Əgər istəmirlərsə, biz daha nə edə bilərik?” deyib.
Bu arada “Milli şura”nın digər üzvü Vaqif Mahmudov mətbuata açıqlama verərək qondarma qurumdakı acınacaqlı durumun mənzərəsini göz önündə canlandırıb. Vaqif Mahmudov qondarma “Milli şura”nın tədbirlərində iştirak etməməsinə belə aydınlıq gətirib: “Milli şura” artıq öz əhəmiyyətini itirib və orada iştirak etməyə dəyməz. Elə indi də “Milli şura”nın üzvləri toplantılara gəlib iştirak etmirlər. Təsəvvür edin ki, sonuncu dəfə 129 “Milli şura” üzvünün 49-u toplantıda iştirak edib. Bu, əslində, o deməkdir ki, “Milli şura” bitib”.
“Milli şura” üzvü daha sonra təmsil olunduğu qondarma qurumu radikal düşərgədə ötən əsrin 90-cı illərindən bəri bəh-bəhlə yaradılan, ancaq az vaxtdan sonra fiaskoya uğrayaraq tarixin arxivinə qovuşan “birliklərlə” müqayisə edərək onun perspektivinə hər hansı bir ümid bəsləmədiyini bildirib: “Mən artıq bu qurumda perspektiv görmürəm. Bu, müxalifətin yaratdığı və acı tale yaşayan birliklərdən biri idi. Hazırda da fiaskoya uğradı. Məncə, onu nə qədər çalışsalar da, reabilitasiya edə bilməyəcəklər”.
Yeri gəlmişkən, V.Mahmudov etiraflarında başqa bir məqama da toxunub. Qondarma “Milli şura”nın üzvü gec də olsa, həqiqəti dilinə gətirərək bildirib ki, radikal düşərgənin indiki təmsilçilərinin gələcək siyasətdə, ümumiyyətlə, yerləri olmayacaq: “Müxalifət anlamalıdır ki, bu düşərgənin güclənməsi indiki müxalifətdən yan keçəcək... İndiki müxalifət “liderlər”inin gücü ictimaiyyətdə qəbul olunmur”.
Beləliklə, “Milli şura” təmsilçisinin bu etiraflarından sonra qondarma qurumun sessiyalarının hansı real səbəblər üzündən keçirilmədiyinə bir daha aydınlıq gəlir. Burada deyiblər ki, hayla gələn vayla gedər. Yəni, qondarma “Milli şura” necə hay-küylə yaranmışdısa, az vaxtdan sonra ömrünü onu yaradanlara bağışladı. Artıq başlanğıcda siyasi şərhçilərin obrazlı şəkildə ölü doğulan uşağa bənzətdikləri qondarma qurum de-fakto mövcud deyil. Cəmil Həsənov isə “yer yoxdur” kimi bəhanələrlə, sadəcə, baş qatmaq cəhdlərində bulunur. Görəsən, qondarma “Milli şura”nın sədri belə mənasız cəhdlərlə hara qədər gedəcək?

 
  • Oxunub:  20400  |  
  • Tarix:  24-07-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə imkanları əsaslı şəkildə artıb

24 İyun 15:44
Çingiz Hüseynzadə Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi ilə görüşüb
24 İyun 15:41
“Organic Food Festival 2019”a 3 gündə 10 mindən çox ziyarətçi qatılıb
24 İyun 15:36
Azər Badamov: Dövlət başçısının imzaladığı sərəncamlarda sosial ədalət və inkluzivlik təmin edilir
24 İyun 15:33
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Avstriya prezidentlərinə minnətdarlıq məktubu ünvanlayıb
24 İyun 15:27
BMT baş katibinin müavini: “ASAN xidmət” modeli digər ölkələr üçün gözəl nümunədir
24 İyun 15:26
Pekində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 17-ci ali səviyyəli toplantısı işə başlayıb
24 İyun 15:22
Dini radikalizmlə mübarizədə maarifləndirmənin böyük rolu var
24 İyun 15:16
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb
24 İyun 15:04
Nicat Hacızadə: Minimum əməkhaqqının artımı ölkədə iqtisadi aktivliyə müsbət təsir göstərəcək
24 İyun 14:32
"Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransın Vyana Bəyannaməsi
24 İyun 14:27
DİN-də naziryanı əməliyyat müşavirəsi keçirilib
24 İyun 14:23
Azərbaycanda bu günədək 595,2 hektaradək sahədə taxıl biçini aparılıb
24 İyun 14:19
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub
24 İyun 14:12
“Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib
24 İyun 13:57
Bolqarıstan Baş Nazirinin müavini ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 13:54
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə, Göygöl və Daşkəsəndə vətəndaşları qəbul edib
24 İyun 13:48
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
24 İyun 13:47
Cüdoçularımız “Minsk 2019”un dördüncü gününə qələbələrlə başlayıblar
24 İyun 13:15
Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib
24 İyun 12:22
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24 İyun 12:18
“Azərbaycan Hava Yolları” QSC ilə “Bakı 2019”un Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb
24 İyun 12:16
Moskvada Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalara dair müzakirələr aparılıb
24 İyun 12:06
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmirdə
24 İyun 11:52
Şamaxıda Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib
24 İyun 11:42
Qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən məzunlarla görüş olub
24 İyun 11:38
Monteneqronun Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 11:31
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində təlimlər davam edir
24 İyun 11:25
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
24 İyun 11:19
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb
24 İyun 11:06
Rəhman Mustafayev: Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin ləğvi ilə mühüm məhkəmə presedenti yaranıb
24 İyun 10:58
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
24 İyun 10:52
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb
24 İyun 10:50
Müdafiə Nazirliyi: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
24 İyun 09:47
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub
23 İyun 21:11
Sabah Bakıda Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayacaq
23 İyun 21:04
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23 İyun 20:10
Akrobatika gimnastlarımız "Minsk 2019"da üçüncü medalı qazanıblar
23 İyun 19:17
Rüstəm Orucov Avropa Oyunlarında Azərbaycana altıncı medalı qazandırıb
23 İyun 19:06
Hidayət Heydərov ikinci Avropa Oyunlarında bürünc medal qazanıb
23 İyun 17:40
BMT-nin Dövlət Xidmətləri Forumu "ASAN xidmət"in intellektual məhsul kimi digər ölkələrə ixrac edilməsinə ciddi töhfə verəcək
23 İyun 17:12
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək
23 İyun 14:27
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
23 İyun 13:44
BMT Baş katibinin müavini “ASAN xidmət” mərkəzində olub
23 İyun 12:45
İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb
23 İyun 11:05
Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası təşkil olunub
23 İyun 10:28
“Huawei” şirkəti Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 İyun 10:25
Azərbaycan idmançıları “Minsk 2019”un ikinci günündə 1 gümüş və 3 bürünc medal qazanıblar
23 İyun 10:23
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
23 İyun 10:19
“Minsk 2019”un üçüncü günündə atletlərimiz idmanın altı növü üzrə mübarizə aparacaqlar
23 İyun 10:16
Prezident İlham Əliyev: Azərbaycan özünün tarixi ilə qürur duyur
22 İyun 17:58
Azərbaycan millisinin ikinci Avropa Oyunlarında ilk medalını akrobatika gimnastlarımız qazanıblar
22 İyun 17:53
Daxili İşlər naziri Qubada vətəndaşların qəbulunu keçirib
22 İyun 17:50
İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüş olub
22 İyun 17:46
FAO ilə Azərbaycanda kiçik və orta biznesin inkişafının dəstəklənməsi üzrə əməkdaşlıq genişlənir
22 İyun 17:42
“Minsk 2019”: Azərbaycan boksçusu ermənistanlı rəqibi üzərində inamlı qələbə qazanıb
22 İyun 17:37
Azərbaycanda bu günədək 522,7 min hektar sahədə taxıl biçini aparılıb
22 İyun 15:58
Sahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir
22 İyun 15:55
Azər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyır
22 İyun 15:54
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı
22 İyun 15:45
İsa Həbibbəyli: Dövlət başçısının sərəncamları elm və təhsil sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur
22 İyun 15:41
Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə müzakirələr aparılıb
22 İyun 15:38
Vüqar Bayramov: Sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir
22 İyun 15:33
Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərir
22 İyun 11:36
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 20 dəfə pozub
22 İyun 11:17
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi olub
22 İyun 11:11
Respublikada 412,7 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb
22 İyun 11:07
Bərdədə kənd yolları təmir olunur
22 İyun 11:05
Astarada turizmin inkişafı üçün lazımi şərait yaradılıb
22 İyun 10:50
Pərvin Kərimzadə: 2019-cu il sosial inkişaf ili kimi öz təsdiqini tapdı
22 İyun 10:44
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Minskdə ikinci Avropa Oyunlarının açılış mərasiminə baxıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+32 +36
gecə+21 +25