Ana səhifə »  Müəlliflər »  Jurnalist yoxsa “PRESS”li iğtişaşçı?
A+   Yenilə  A-
Jurnalist yoxsa “PRESS”li iğtişaşçı?
Yazdı: Nadir Azəri

Və ya martın 10-dakı icazəsiz aksiya zamanı üzərində “PRESS” yazılmış xüsusi gödəkçə geyinmiş bir sıra şəxslərin heç də peşə fəaliyyəti ilə məşğul olmadıqları, digər iştirakçılarla birgə aksiyanın içərisində yer aldıqları məlum olub
Məlum olduğu kimi, hazırda Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda bütün sahələr inkişaf edir. Eyni zamanda, beynəlxalq əməkdaşlıq məsələlərində, o cümlədən, nüfuzlu beynəlxalq qurumlarla münasibətlərdə dövlətimizin və xalqımızın maraqları rəhbər tutulur. Təbii ki, beynəlxalq təşkilatların, müxtəlif xarici qurumların təklif və təşəbbüsləri də məhz Azərbaycan xalqının maraqları prizmasından qiymətləndirilir. Yəni, bu əlaqələr zamanı xalqımızın mənafeyinə zidd olan hər hansı bir addım atılmır.
Heç şübhəsiz, ölkəmizin əldə etdiyi inkişaf, bütün sahələrdə qazanılan nailiyyətlər dostlarımızı sevindirməklə yanaşı, düşmənlərimizi, yəni, erməniləri, həmçinin, onlara xaricdə havadarlıq edən və Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilməyən bəzi dairələri ciddi şəkildə narahat edir. Məhz buna görə də, anti-azərbaycançı dairələr Azərbaycanı öz müstəqil dövlətçilik xəttindən yayındırmaq, ölkəmizin inkişafını əngəlləmək üçün müxtəlif təzyiq vasitələrinə əl atırlar. Bu zaman isə onlar daxilimizdəki antimilli ünsürlərdən, daha dəqiq desək, xarici dairələrin sifarişlərini yerinə yetirən “beşinci kalon” adlandırdığımız qüvvələrdən istifadə edirlər.
Yeri gəlmişkən, adətən, Azərbaycanda hansısa önəmli bir hadisə gözlənildikdə, o zaman ölkəmizin inkişafını istəməyən müəyyən qüvvələr, yəni, yuxarıda bəhs etdiyimiz “beşinci kalon” rolunu oynayanlar dərhal hərəkətə keçirlər və müxtəlif qanunsuz aksiyalarla, qeyri-qanuni hərəkətlərlə inkişafımıza mane olmağa çalışırlar. Elə martın 10-da keçirilməsinə cəhd edilən icazəsiz aksiya da bu istiqamətdə atılan növbəti addım idi. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın əleyhinə olan hər bir məsələdən istifadə edən bu qruplar yenə də insanların faciəsindən öz məqsədləri naminə yararlanmağa cəhd göstərdilər. Və nə yazıq ki, kiçik sayda olsa belə bəzi gənclər də ermənilərin, ermənipərəst xarici dairələrin hazırladıqları, daxildəki “beşinci kalon”un isə həyata keçirdiyi növbəti anti-Azərbaycan aksiyasının icraçıları rolunda çıxış etdilər.
Lakin hər zaman olduğu kimi, bu dəfə də anti-azərbaycançı dairələrin cəhdləri fiaskoya uğradı. Çünki Azərbaycan gəncliyinin mütləq əksəriyyəti dövlətçiliyi və Prezident İlham Əliyevi dəstəkləyir. Çünki Azərbaycan gəncliyi yaxşı bilir ki, əslində, ölkəmizə qarşı yönələn daxili və xarici hücumların əsas məqsədi Azərbaycanı xaosun girdabına atmaqdır. Çünki Azərbaycan gəncliyi anlayır ki, dünyanın nəhəng dövlətlərində belə müxtəlif gərginlik, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, siyasi qeyri-stabillik olduğu halda, Azərbaycanın bu okeanda bir stabillik adasına dönməsi anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir. Və onlar daxilimizdəki “beşinci kalon”dan istifadə edərək Azərbaycanı öz müstəqil yolundan, öz müstəqil siyasət xəttindən yayındırmaq istəyirlər.
“Beşinci kalon”dan söz düşmüşkən, 10 martda keçirilməsinə cəhd göstərilən növbəti icazəsiz aksiya zamanı müşahidə edilən daha bir maraqlı, əslində, təhlükəli məqam isə üzərində “PRESS” yazılmış xüsusi gödəkçə geyinmiş bəzilərinin özlərini heç də KİV təmsilçisi kimi aparmamaları ilə bağlı olub. Həmçinin, 10 martda bu cür gödəkçədə olanların sayının həddindən artıq çox olması, onların bir qisminin sanki bu aksiyaya hansısa reportaj hazırlamaq üçün deyil, sadəcə meydanda daha çox adamın görünməsi fonun yaratmaq, yaxud da hansısa sifarişi yerinə yetirmək üçün gəldikləri təsirini bağışlamaları düşünməyə əsas verir. Belə ki, üzərində “PRESS” yazılmış xüsusi gödəkçə geyinmiş bəzilərinin sanki ilk gündür jurnalistika ilə məşğul olduğu təsirini bağışlaması, bəzilərinin əllərində nə diktafon, nə də fotoaparat olmadan şübhəli şəkildə sağa-sola qaçmaları (əldə etdiyimiz bəzi məlumatlara görə, belələri, əslində, iğtişaşçılar, yəni, icazəsiz aksiyaya çıxanlar arasında xəbər daşıyıcısı funksiyasını yerinə yetiriblər), bəzilərinin isə polislərə mane olmağa cəhd göstərmələri heç də sıradan bir hal kimi qarşılana bilməz.
Hər halda, Azərbaycan Mətbuat Şurasının yaydığı son məlumat da narahatlığın əsassız olmadığına işarə edir. Həmin məlumatda deyilir ki, Mətbuat Şurası (MŞ) martın 10-dakı icazəsiz aksiyada jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələri sahəsindəki vəziyyətin monitorinqini aparıb. Və bu zaman maraqlı proseslər müşahidə edilib. Belə ki, “MŞ-nin Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu üzərində “PRESS” yazılmış xüsusi gödəkçə geyinmiş bir sıra şəxslərin heç də peşə fəaliyyəti ilə məşğul olmadıqlarını, digər iştirakçılarla birgə aksiyanın içərisində yer aldıqlarını müşahidə edib. Monitorinq qrupunun üzvləri bu adamlara hərəkətlərinin jurnalistika prinsiplərinə zidd olduğunu bildiriblər. Həmin şəxslərin bəzisi hansı media orqanında çalışdıqları ilə bağlı sualı cavablandırmaqdan yayınaraq aksiya yerindən uzaqlaşıb”.
MŞ-nin bəhs edilən məlumatında o da qeyd olunur ki, “jurnalist cəmiyyəti baş verən hadisə barədə dəqiq, qərəzsiz və ədalətli informasiya ilə təmin etməyə məsuldur. Buna görə, də aksiya iştirakçısı təsiri bağışlayan hərəkətlərin şəxsi təhlükəsizliyə, informasiya çatdırmaq missiyasının yerinə yetirilməsinə mənfi təsir göstərə biləcəyi nəzərə alınmalıdır”.
Bir sözlə, istər icazəsiz aksiya zamanı müşahidə edilənlər, istərsə də MŞ-nin son məlumatı düşünməyə kifayət qədər əsas verir. O mənada ki, sadalananlar bəzi kəslərin jurnalist adı altında meydana daxil olduqlarını, əslində, isə jurnalistikanın prinsiplərinə zidd olaraq aksiya iştirakçısı kimi davrandıqlarını deməyə əsas verir. Əslində, bunu anti-azərbaycançı dairələrin sifarişini yerinə yetirən “beşinci kalon”un yeni bir çirkin oyunu kimi də dəyərləndirmək olar. Yəni, böyük ehtimalla, “beşinci kalon”un bəzi təmsilçiləri indi də KİV nümayəndəsi kimi kamuflyaj olunaraq, ictimai-siyasi sabitliyin pozulmasına cəhd edirlər.

 
  • Oxunub:  20850  |  
  • Tarix:  16-03-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır

22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb
22 Fevral 13:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
22 Fevral 12:58
Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edib
22 Fevral 12:57
Mirzəcan Xəlilov: Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır
22 Fevral 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
22 Fevral 12:26
Tahir Budaqov: Hesablamalara görə, qarşıdakı 2 ayda Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq
22 Fevral 12:21
Fransanın Overny-Ron-Alp regionu ölkəmizlə aqrar sahədə əməkdaşlıqda maraqlıdır
22 Fevral 12:18
Avtomobil yolları işçiləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
22 Fevral 12:15
Türkmənistan rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
22 Fevral 12:14
Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
22 Fevral 12:10
Azərbaycanın kənd təsərrüfatı naziri Fransada işgüzar səfərdədir
22 Fevral 12:07
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili üçün ev tikilməsi barədə tapşırıq verib
22 Fevral 11:43
Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib
22 Fevral 11:23
Teruyuki Katori: Naxçıvan iqtisadi baxımdan azad və öz inkişafını təmin edən bir diyardır
22 Fevral 11:14
Yaponiya səfiri Naxçıvanın tarixi abidələri, sənaye, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
22 Fevral 10:59
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Madriddə anım mərasimi təşkil edilib
22 Fevral 10:38
İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb
22 Fevral 10:13
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
22 Fevral 10:09
ATƏT PA-nın iclasında korrupsiya ilə mübarizədə “ASAN xidmət” modelinin üstünlüklərindən bəhs edilib
22 Fevral 10:08
Bahar Muradova: Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır
22 Fevral 10:01
Tahir Mirkişili: Xarici müdaxilələr, qonşu ölkəyə qarşı işğalçılıq siyasəti insanların yaşamaq hüququnu məhdudlaşdırır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA