Ana səhifə »  Müəlliflər »  AXCP-dəki istefalar nəyi ifadə edir?
A+   Yenilə  A-
AXCP-dəki istefalar nəyi ifadə edir?
Yazdı: Nurlan Qələndərli

Daxili durumun mürəkkəbliyindən, silsilə uğursuzluqlardan, repressiya və mənəvi terrordan əziyyət çəkən, həmçinin, bu partiyanın antimilli əməllərinə etiraz edən AXCP üzvləri çarəni bəhs olunan radikal qurumdan uzaqlaşmaqda görürlər
Azərbaycan siyasi palitrasının autsayderlərindən ibarət olan radikal müxalifət qrupları daim bir-birləri ilə qarşıdurma şəraitində olublar. Başqa sözlə, əsasən seçkilər dönəmində “fəallıq” görüntüsü yaradan, ictimai-siyasi proseslərdə “aktiv” təmsil olunmağa çalışan radikallar anti-Azərbaycan dairələrin tapşırıq və direktivlərini icra etməklə yanaşı, hər zaman öz aralarında korporativ mənafe savaşı aparıblar. Bu isə “müttəfiq” olduqlarını və ortaq məxrəcdə “birləşdikləri”ni iddia edən dağıdıcı düşərgə təmsilçilərinin, əslində, “mehriban düşmən” mövqeyində olduqlarını göstərib. Ümumiyyətlə, dağıdıcı düşərgədəki bütün tərəflər hər zaman yaratdıqları qondarma qurumlar daxilində öz dominantlıqlarını nümayiş etdirməyə çalışıblar. Öncə “İctimai palata”da başlayan ziddiyyətlər “Ziyalılar forumu” çərçivəsində kəskin xarakter alıb və qondarma “Milli şura” daxilində daha da güclənərək xaos mənbəyi kimi çıxış edib.
Bununla yanaşı, dağıdıcı düşərgənın ayrı-ayrı qrupları, xüsusilə də siyasi partiyalar daxilində də ən müxtəlif ziddiyyətlər müşahidə edilib. Xüsusilə də AXCP və “Müsavat” daxilindəki gərgin situasiya sözgüdən qurumların nümayəndələri tərəfindən mənəvi terror və dözülməz hal kimi kimi səciyyələndirilib. Məhz bunun qanunauyğun nəticəsidir ki, bəhs olunan partiyalardan istefalar silsilə xarakter alıb.
Bu gün həmin situasiya Əli Kərimlinin diktaturası altında fəaliyyət göstərən, antimilli əməllərə sahib olan AXCP-də müşahidə olunur. Daxili durumun mürəkkəbliyindən, silsilə uğursuzluqlardan və mənəvi terrordan əziyyət çəkən, həmçinin, bu partiyanın antimilli əməllərinə etiraz edən AXCP üzvləri çarəni bu radikal qurumdan uzaqlaşmaqda görürlər.
Yeri gəlmişkən, bu yaxınlarda AXCP-dən daha bir istefa olub. Belə ki, AXCP sədrinin müşaviri Rəsul Mirhəşimli partiya sıralarını tərk edib. Bu barədə R.Mirhəşimli özünün “Facebook” profilində açıqlama yayıb. O bildirib ki, bu qərarını iyulun əvvəllərində verib. Partiyadan çıxma səbəbi ilə bağlı geniş danışmaq istəməyən keçmiş AXCP-çi bu barədə partiya rəhbərliyinə məlumat verdiyini söyləyib. Qeyd edək ki, R.Mirhəşimli 1989-cu ildən bu təşkilatın üzvü, həmçinin, AXCP sədr aparatının və Ali Məclisinin üzvü olub, 2000-ci ildə keçirilən parlament seçkilərində partiyadan deputatlığa namizədliyi irəli sürülüb.
Göründüyü kimi, radikal və ekstremist təfəkkürlü Əli Kərmlinin partiyaya rəhbərlik etməsindən sonra yaranmış diktatura mühiti AXCP-nin ciddi itkilərə məruz qalmasını şərtləndirib. Dolayısıyla, Əli Kərimlinin partiya daxilindəki repressiv siyasəti, üzvlərin rəylərinin heç bir halda nəzərə alınmaması, həmçinin, dövlətçilik əleyhinə davranışlar sərgiləməsi AXCP daxilindəki antaqonist ziddiyyətlər və qarşıdurma meyillərini daha da şiddətləndirib.
Bundan başqa, Əli Kərimlinin xarakteristikası onun hansı məqsəd və prinsiplər əsasında fəaliyyət göstərməsini, rəhbərlik etdiyi təşkilatın acınacaqlı durumunu aşkar etməyə imkan verir. Məhz partiya sıralarından ayrılanlar bu məqamı xüsusilə vurğulayırlar. Ümumilikdə, Əli Kərimlinin fəaliyyətini xarakterizə etsək, söyləyə bilərik ki, bu şəxsin korporativ maraqlar və antimilli mövqeyinin fonunda bu günədək etdiyi təşəbbüslərin əksəriyyəti xəyanətlərlə səciyyələnib. Bir zamanlar Əbülfəz Elçibəyin yanında “sədaqət nəğmələri” söyləyən Əli Kərimli sonradan ona qarşı pərdəarxası oyunların əsas fiquru və təşkilatçısı olub. AXC-nin parçalanmasında özünəməxsus cəhdlərlə çıxış edən Əli Kərimli xarici fondlardan aldığı qrantları, maliyyə vəsaitlərini öz ətrafına xəyanət etmək yolunda “məharət”lə xərcləyib. Qısa zaman kəsiyində müxtəlif qərəzli, dağıdıcı xarici qüvvələrlə təmasları sıxlaşdıran bu şəxs aldığı qrantlar və vədlər müqabilində Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən spontan qüvvələrlə sıx əməkdaşlıq münasibətləri qurdu. Hətta iş o yerə çatıb ki, sözügedən şəxs erməni lobbisini belə başlıca tərəfdaş kimi qəbul etdi.
Məhz bütün bunların nəticəsidir ki, hazırda onun rəhbərlik etdiyi partiya daxilində ciddi qütbləşmə və qruplaşma tendensiyası hökm sürməkdədir. Müşahidələr onu deməyə əsas verir ki, AXCP qarşıdakı müddətdə ciddi kataklizmlər, hətta parçalanma təhlükəsi ilə qarşı-qarşıya qalacaq. Hər halda, zaman bu radikal qurumun aqibətinin nə olacağını nümayiş etdirəcək. Öncədən proqnoz vermək isə heç də çətin deyil: siyasi iflas! Zatən görünən odur ki, “Milli şura” adlı qondarma qurum digər radikal ünsürlər kimi AXCP-nin də son dayanacağı idi. Və Ə. Kərimlinin rəhbərlik etdiyi bu antimilli partiyanı acı tale gözləyir.

 
  • Oxunub:  20490  |  
  • Tarix:  15-08-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir

17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
17:46
18 Sentyabr
Bakıda Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib
17:44
18 Sentyabr
Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim
17:19
18 Sentyabr
Vətənə xidmət şərəfdir
17:15
18 Sentyabr
Əli Həsənov: Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil
17:11
18 Sentyabr
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır
17:02
18 Sentyabr
Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək
17:01
18 Sentyabr
Prezident təqaüdçüsü: “UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır”
16:48
18 Sentyabr
43-cü Dünya Şahmat Olimpiadasının başlanmasına 5 gün qalır
16:36
18 Sentyabr
Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün “İcazə”ləri artıracaq
16:07
18 Sentyabr
Sona Əliyeva: Möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tərənnümüdür
15:58
18 Sentyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsinin təqdimatı olub
15:30
18 Sentyabr
Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək
15:22
18 Sentyabr
Aşura mərasimlərində heç bir halda xurafata yol vermək olmaz
15:05
18 Sentyabr
Milli Məclisdə Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri ilə görüş olub
14:45
18 Sentyabr
Biləsuvarda Gənclər Evi açılıb
14:38
18 Sentyabr
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
14:34
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
14:32
18 Sentyabr
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunub
14:31
18 Sentyabr
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub
14:28
18 Sentyabr
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
14:26
18 Sentyabr
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi daha təkmil hüquqi əsasda formalaşır
14:24
18 Sentyabr
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir
14:22
18 Sentyabr
Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır
14:16
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
14:15
18 Sentyabr
Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib
14:13
18 Sentyabr
AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
12:44
18 Sentyabr
Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasının qərarları açıqlanıb
12:43
18 Sentyabr
İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübəsi müzakirə olunub
12:38
18 Sentyabr
Hərbi rəhbərlərin növbəti təlim toplantısı başa çatıb
12:36
18 Sentyabr
Masallıda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolu istifadəyə verilib
12:34
18 Sentyabr
Təlimlər zamanı qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır
12:32
18 Sentyabr
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
12:31
18 Sentyabr
Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Fondunun baş direktoru Heydər Əliyev Fondunun layihələri barədə məlumatlandırılıb
12:28
18 Sentyabr
Aqrar Universitetdə akademik Cəlal Əliyevin adını daşıyan auditoriya açılıb
12:24
18 Sentyabr
“Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsi istifadəyə verilib
12:22
18 Sentyabr
Yaqub Mahmudov: Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb
12:21
18 Sentyabr
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
12:15
18 Sentyabr
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
12:11
18 Sentyabr
Milli Musiqi Günü münasibətilə ilk konsert Milli Konservatoriyada olub
12:10
18 Sentyabr
Azərbaycan nümayəndə heyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının sessiyasında iştirak edir
12:01
18 Sentyabr
Sinxua agentliyinin baş redaktoru Hi Pinqin Azərbaycana səfəri davam edir
11:59
18 Sentyabr
Cəlilabadda Torpaqların Elektron Kadastr Uçotu işləri yekunlaşıb
11:54
18 Sentyabr
Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
11:45
18 Sentyabr
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
11:41
18 Sentyabr
Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümü geniş konsert proqramı ilə qeyd edilib
11:36
18 Sentyabr
NAYORA MDB üzv dövlətlərinin Gənclər Forumunda təmsil olunub
11:05
18 Sentyabr
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
11:03
18 Sentyabr
Naxçıvan Dövlət Universiteti ilə Van Yüzüncü İl Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
11:00
18 Sentyabr
Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə İşçi qrupu yaradılıb
10:59
18 Sentyabr
Nyu-Yorkda ABŞ-Xəzər Biznes Forumu keçiriləcək
10:56
18 Sentyabr
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
10:50
18 Sentyabr
Mülazim Pahsa: Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
10:24
18 Sentyabr
Parisdə Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
10:11
18 Sentyabr
Bu gün Milli Musiqi Günüdür
10:09
18 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18:11
17 Sentyabr
Azərbaycan Prokurorluğu Beynəlxalq Prokurorlar Assosiasiyasının xüsusi mükafatı ilə - Fəxri Sertifikatla təltif edilib
17:56
17 Sentyabr
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
17:54
17 Sentyabr
Azərbaycan-Qətər əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
17:43
17 Sentyabr
“İrəli” İctimai Birliyinin Lənkəranda həyata keçirdiyi “SAY: Cümhuriyyət” layihəsinin icrası başa çatıb
17:42
17 Sentyabr
İçərişəhərlə tanışlıq Çinin Sinxua agentliyinin nümayəndələrində zəngin təəssürat yaradıb
17:28
17 Sentyabr
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının məzunlarının buraxılışı olub
17:27
17 Sentyabr
Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Qırğızıstanda iclasda iştirak edib
17:18
17 Sentyabr
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib
17:07
17 Sentyabr
İspaniya KİV-ləri: Prezident Ərdoğan Azərbaycanın ərazi bütövlüyünün bərpasına Türkiyənin dəstəyini bir daha vurğuladı
17:01
17 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının iclası keçirilib
16:49
17 Sentyabr
Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA