Ana səhifə »  Müəlliflər »  Müsavat Partiyasındakı istefalar partiyadaxili gərginliyin pik həddə çatmasının göstəricisidir
A+   Yenilə  A-
Müsavat Partiyasındakı istefalar partiyadaxili gərginliyin pik həddə çatmasının göstəricisidir
Yazdı: Pərviz Sadayoğlu

Partiyada qrup savaşlarının güclənməsi “Müsavat”ı sentyabrdakı qurultaydan öncə dağılma perspektivi ilə üz-üzə qoyub
Müsavat Partiyasındakı qurultay dilemması, partiyadaxili qrupların illərdir davam edən savaşı yeni prosesləri meydana çıxarıb. Artıq partiyada yeni istefalar baş verməkdədir. Belə ki, “Müsavat” başqanının müşaviri Hüseyn Məlik partiyadakı fəaliyyətini dayandırdığını bəyan edib. O, “Facebook” səhifəsində yazıb: “Bu andan etibarən partiyada fəaliyyətimi dayandırdığımı bəyan edirəm. Partiya ilə əlaqələrimin yenidən qurulmasının mümkünlüyünün qurultayın qərarından asılı olacağını bildirirəm”.
Yeri gəlmişkən, H.Məlikin istefasının ardından belə bir xəbər yayılıb ki, “Müsavat” sədri İsa Qəmbər müşaviri Hüseyn Məliki vəzifəsindən qovub. Ona qarşı irəli sürülən əsas ittiham isə partiyanın “imicinə” xələl gətirməsi və AXCP ilə əməkdaşlığıdır. Bildirilib ki, H.Məlik “Müsavat” rəhbərliyinin etirazlarına baxmayaraq, AXCP ilə əməkdaşlığını davam etdirirmiş.
Vurğulamaq yerinə düşər ki, baş verənlər iki partiya arasında hər zamankı “casus qalmaqalı” məsələsinin yenidən meydana gəlməsi ilə yanaşı, Müsavat Partiyasının artıq parçalanmanın bir addımında olduğunun göstəricisidir. Digər tərəfdən, bu, AXCP ilə münasibətlərdə radikal mövqe tutan, bu partiya ilə birmənalı şəkildə əlaqələri rədd edən Arif Hacılı və onun rəhbərlik etdiyi qruplaşmanın qurultayqabağı daha “öndə” olmasının təsdiqidir. Məlum olduğu kimi, qarşıdan gələn seçkilərdə Qubad İbadoğlunu dəstəkləyəcəyini bildirən H.Məlik AXCP ilə münasibətləri də bu kontekstdə “inkişaf” etdirirmiş. Q.İbadoğlunun komandasını yarı yolda qoymaq üçünsə, H.Məlikin AXCP ilə apardığı separat danışıqlar və görüşlər əsl “fürsətə” çevrilib.
Ümumiyyətlə, qarşıdan gələn qurultayın Müsavat Partiyası üçün nəticələri indidən göz qabağındadır. Belə ki, qurultayda parçalanacağı proqnozlaşdırılan partiya artıq bu prosesə daxil olmaqdadır. A.Hacılı qurultayda özünü “varis” elan etdirmək üçün digər namizədləri dəstəkləyən partiya funksionerlərindən yaxa qurtarmaqdadır. Məsələn, Yeganə Hacıyevanın, o cümlədən də H.Məlikin və digərlərinin istefası buna misal ola bilər. Əslində, bu gün baş verənlər hələ 2010-cu ildə A.Hacılının partiyada yaratdığı ab-havaya etiraz əlaməti olaraq verilən istefaların davamı sayılır. Belə ki, o dövrdə də analoji səbəblə Qabil Hüseynli, Sülhəddin Əkbər, Adil Qeybulla və digərləri partiyadan istefa vermişdilər.
Baş verən son istefalar isə “Müsavat”da vəziyyətin düşünüləndən daha acınacaqlı olduğunu ortaya çıxarır. İ.Qəmbərin və onun “varisinə” çevrilmiş A.Hacılının partiyada apardıqları şəxsi maraqlar çərçivəsindən kənara çıxmayan siyasət artıq sadə üzvləri də bezdirib və onlar açıq savaşa başlayıblar. Təbii ki, mübarizə aparanların da məqsədləri bəllidir. Onlar da qalib gəlib öz şəxsi maraqlarını təmin etmək niyyətindədirlər. Sadəcə, bu şəxslər partiyada üstünlüyü itirdikləri üçün “Müsavat”ı tərk edirlər.
Bu arada sabiq Divan üzvü Əsgər Əhməd də deyib ki, başqan Arif Hacılı olarsa, “Müsavat”dan qopmalar sürətlənəcək. Amma proses artıq sürətlənib. Belə ki, H.Məliklə yanaşı partiyanın 1992-ci ildən üzvü olan Niyazi Mehdi də “Müsavat”ı tərk edib. O bildirib ki, xeyli vaxtdır “Müsavat”la əlaqələrini kəsib: “Deməli, onun üzvü də deyiləm. Sadəcə, bunu elan etməyi lazım bilməmişdim. Ancaq son zamanlar, xüsusi ilə siyasi gərginliklər vaxtı görürəm ki, siyasi kimliyimlə bağlı qeyri-müəyyənlik var və bu, bəzən mənə problem yaradır. Bir də mənə sualla “Müsavat”ın siyasətini daxildən bilən adam kimi müraciət edilməsin. Çünki “Müsavat”ın üzvü deyiləm ki, onun içində gedən müzakirələrdən də xəbərim olsun”.
Qeyd edək ki, H.Məliyin istefası partiya daxilində həm də yeni müzakirələrin başlamasına və bu mənada böyük gərginliyə səbəb olub. Məsələn, Divan üzvü Tural Abbaslı H.Məliyi istefadan daşındırmaq niyyətindədir. Üstüörtülü şəkildə belə istefaların rəqib qruplaşmanın əlini gücləndirdiyini önə çəkən T.Abbaslı ilə yanaşı başqanlığa başqa bir namizəd-Səxavət Əlisoyun da partiyadan istefa verib gedəcəyi bildirilir. Artıq bu yöndə informasiyalar həm sosial şəbəkələrdə, həm də mediada yayılmaqdadır. Bu isə onu göstərir ki, İ.Qəmbərin “sentyabr qurultayı” sentyabr gəlməmiş öz “işini” görə bilər. Yəni, partiya indidən parçalansa qurultaya ehtiyac qalmayacaq...

 
  • Oxunub:  21120  |  
  • Tarix:  15-08-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA