Ana səhifə »  Müəlliflər »  “Azadlıq” radiosunun yalanlarını artıq Qərbdə də eşitmək istəmirlər
A+   Yenilə  A-
“Azadlıq” radiosunun yalanlarını artıq Qərbdə də eşitmək istəmirlər
Yazdı: Mübariz Abdullayev

Amerikalı jurnalist öz məqaləsində Xədicə İsmayılova kimi “beşinci kolon” təmsilçilərinin bu radionu şantaj tribunasına çevirdiklərini faktlarla ifşa edib
Məlum olduğu kimi, Azərbaycanın radikal müxalifət düşərgəsinin bəzi təmsilçiləri “beşinci kolon”da təmsil olunmağı özlərinə “şərəf” bilirlər. Dövlət və millət maraqlarını heçə sayan belələri maddi təminat müqabilində əsasən xaricdəki erməni lobbi şəbəkəsinə bağlı olan anti-azərbaycançı dairələrin ölkəmizlə bağlı xəbis niyyətli layihələrində məmnuniyyətlə iştirak edirlər.
Son illərdə Azərbaycandakı “beşinci kolon”un ən çox “fəallıq” göstərən simaları sırasında isə jurnalist Xədicə İsmayılovanın adını xüsusilə çəkmək mümkündür. Çünki X.İsmayılovanın “Azadlıq” radiosundakı fəaliyyəti onun üçün xarici antimilli dairələr tərəfindən cızılan məhdud çərçivədən - ölkəmizi, xalqımızı qaralamaq, insanlarda narazılıq, ümidsizlik ovqatı yaratmaq cəhdlərindən kənara çıxmayıb. Bütün bu illərdə biz X.İsmayılovanı erməni təbliğatının yedəyində gedən birisi kimi görmüşük. Onun dili Azərbaycan haqqında xoş söz deməyə heç vaxt çevrilməyib. Bu, o X.İsmayılovadır ki, “Eurovison-2012” mahnı müsabiqəsi ərəfəsində əyninə qara paltar geyinərək “beşinci kolon”un digər təmsilçiləri ilə birlikdə Avropa müsiqi bayramının ölkəmizin paytaxtında keçirilməsinə “etiraz” kampaniyasını qızışdırmağa çalışırdı...
Təbii ki, “beşinci kolon” təmsilçilərinin - xədicə ismayılovaların, leyla və arif yunusov-barseqyanların, bu qəbildən olan digərlərinin “canfəşanlıqları” monolitliyi ilə səciyyələnən Azərbaycan cəmiyyətinə hər hansı şəkildə təsir göstərmək gücündə deyil. Necə deyərlər, yel qayadan heç nə apara bilməz. Əksinə, “beşinci kolon” təmsilçilərinin əməlləri bumeranq effekti verərək onların özlərinə qarşı çevrilir.
İş ondadır ki, “beşinci kolon” təmsilçilərinin şantaj tribunasına çevirdikləri “Azadlıq” radiosunun yalanlarını artıq X.İsmayılovanın dilindən düşməyən Qərbdə də eşitmək istəmirlər. Məsələn, yəhudi əsilli amerikalı jurnalist, “The Jerusalem Post” qəzetinin keçmiş xəbər redaktoru, “Baltimore Jewish Times” qəzetinin keçmiş baş redaktoru, “Netsmart” portalının baş yazarı və redaktoru Maayan Yaffi (Maayan Jaffe) Konqresin nəşri olan “Roll Call”da vergi ödəyicilərinin pullarının Birləşmiş Ştatların müttəfiqlərinə hücum üçün istifadə edilməsini kəskin şəkildə pisləyən məqalə ilə çıxış edib. Müəllif xatırladır ki, “Azadlıq” və “Amerikanın səsi” radiolarının saxlanılması hər il ABŞ büdcəsinə 750 milyon dollara başa gəlir. “Buna baxmayaraq, onlar obyektiv xəbər və təhlillər vermək, daxili və regional məsələlər barədə müzakirələr təşkil etmək, demokratiya və azad bazar nailiyyətləri haqda bəhs etmək əvəzinə, bu dəyərləri bölüşən müttəfiq dövlətlərə hücum edirlər”, - deyə o yazır.
“Roll Call”dakı haqqında bəhs olunan məqalənin müəllifi bu fikrini əsaslandırmaq üçün “Azadlıq” radiosunun Azərbaycandakı fəaliyyətindən bəhs edir. Müəllif məqalədə Azərbaycanda tolerant cəmiyyət qurulduğuna, ölkənin beynəlxalq şəffaflıq təşəbbüsünə qoşulduğuna, Qərb dəyərlərinə üstünlük verən müsəlman ölkəsi kimi tanındığına, ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyinə, əhalinin 20 il əvvələ nisbətən daha yaxşı yaşadığına və bu kimi digər reallıqlara diqqət çəkib.
Bəs “Amerikanın səsi”, “Azadlıq” radiosu”nun reportajlarında dinləyici nəyin şahidi olur? Bu suala cavabında müəllif yazır: “Buna baxmayaraq, “Azadlıq” radiosunun layihələri bu ölkə haqda qərəzli və yanlış mövqe formalaşdırır. Təkcə iyulun 1-dən avqustun 5-dək “Azadlıq” radiosunda Azərbaycan haqda 30 məqalə və video yerləşdirilib. Onlardan heç biri Azərbaycanın nailiyyətlərindən bəhs etmir. Bunun əvəzində “Azərbaycanlılar “İran casusu” kimi ömürlük həbsə məhkum edildi” kimi başlıqlara rast gəlmək olar. Plüralizm, vətəndaş cəmiyyəti, milli və regional inkişaf, ABŞ və İsraillə müttəfiqlik barədə heç nə yoxdur”.
Amerikalı jurnalist “Azadlıq” radiosunun əsl simasını daha qabarıq şəkildə nəzərə çatdırmaq üçün müqayisə aparır. Müəllif yazır ki, Azərbaycandan fərqli olaraq, “Azadlıq” radiosunun erməni bölməsində “mənfi heç nə yoxdur”. Baxmayaraq ki, Ermənistan prezidenti Serj Sarkisyan Qərbdən üz çevirib və Putinin Gömrük İttifaqını seçib. M.Yaffi sual edir: “Bəs “Azadlıq” radiosunun Amerikanın düşmənləri ilə bir sırada yer alan Ermənistana təzyiqlərini niyə görmürük?”
Beləliklə, tamamilə yerində aparılan müqayisədir. Bu müqayisədə X.İsmayılovanın və Azərbaycandakı “beşinci kolon”un digər təmsilçilərinin ermənilərdən artıq ermənilik etdikləri aydın görünür. Haqqında bəhs olunan məqalədən o da bəlli olur ki, xədicə ismayılovaların əməlləri təkcə Azərbaycan cəmiyyətində deyil, artıq elə Avropanın, Amerikanın özündə də ikrah doğurur. “Beşinci kolon” təmsilçiləri bundan nəticə çıxaracaqlarmı? Və yaxud “Azadlıq” radiosunun, “Amerikanın səsi”nin Azərbaycan bölmələrini maliyyələşdirənlərə sual: “Həqiqətən də, vergi pullarını bu kimi mənasız, ikrah doğuran yalanlara xərcləməyinə dəyərmi?”

 
  • Oxunub:  20610  |  
  • Tarix:  29-08-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

26 İyun 14:06
Azərbaycan nümayəndə heyəti “ARMY-2019” Forumu çərçivəsində bir sıra görüşlər keçirib
26 İyun 14:04
AŞPA-nın yay sessiyasında Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışılıb
26 İyun 13:48
Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri AŞPA-nın yay sessiyasında qaldırılıb
26 İyun 13:45
Pakistan Prezidenti Azərbaycanın bu ölkədəki səfirini qəbul edib
26 İyun 13:42
Ağsaqqallar Şurasının sədri: Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26 İyun 13:39
AŞPA-da azərbaycanlı deputat psixi xəstələrin hüquqlarının müdafiəsindən danışıb
26 İyun 13:36
“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına yekun vurulub
26 İyun 11:52
Misir universitetlərinin tələbələri Azərbaycan dilinə böyük maraq göstərirlər
26 İyun 11:50
Azərbaycan atletləri “Minsk 2019”un altıncı günündə idmanın beş növü üzrə mübarizə aparacaqlar
26 İyun 11:48
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
26 İyun 11:38
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qəbələ və Oğuzda vətəndaşları qəbul edib
26 İyun 11:35
Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26 İyun 11:07
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır
25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
25 İyun 15:07
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
25 İyun 15:04
Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir
25 İyun 14:52
Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
25 İyun 14:49
Muxtar Babayev: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"
25 İyun 14:44
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
25 İyun 14:43
Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!
25 İyun 14:35
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur
25 İyun 14:33
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25 İyun 14:31
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25 İyun 14:19
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +26