Ana səhifə »  Müəlliflər »  USAİD-in Xədicə İsmayılova ilə birgə oynadığı 2,4 milyon dollarlıq “qrant tamaşası”nın üstündən sirr pərdəsi qalxır
A+   Yenilə  A-
USAİD-in Xədicə İsmayılova ilə birgə oynadığı 2,4 milyon dollarlıq “qrant tamaşası”nın üstündən sirr pərdəsi qalxır
Yazdı: Pərviz Sadayoğlu

Qurumun qeyri-şəffaf müsabiqəsində qalib elan etmək istədiyi X.İsmayılova tenderdəki rəqiblərinə qarşı qarayaxma kampaniyasına start verib
Xəbər verildiyi kimi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD), guya, Azərbaycanda “müstəqil” medianın inkişafı üçün elan etdiyi 2,4 milyon dollarlıq qrant müsabiqəsi ilə bağlı qalmaqal yenidən gündəmə gəlib. Belə ki, vəkil Elçin Sadıqov bu müsabiqəyə sənəd təqdim edənlərin adlarını açıqlayıb. Bu barədə E.Sadıqov “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O bildirib ki, USAİD-in elan etdiyi qrant müsabiqəsinə 3 iddiaçı var: “Bir neçə ay öncə USAİD 2,4 milyon dollar həcmində qrant müsabiqəsi elan edib. Bildiyimə görə, 3 iddiaçı var - İREX və “İnternyus” təşkilatları. Üçüncü iddiaçı isə öz çevrəsi ilə Xədicə İsmayılovadır. O, araşdırma jurnalistikasının inkişaf etdirilməsi ilə bağlı layihə təklifi verib”.
E.Sadıqov qeyd edib ki, ona və əməkdaşlıq etdiyi Media Hüququ İnstitutuna (MHİ) qarşı Xədicə İsmayılova tərəfindən aparılan kampaniya da məhz bu qrant müsabiqəsi ilə bağlıdır: “Əminəm ki, mənə və əməkdaşlıq etdiyim MHİ-yə qarşı qaralamalarının məqsədi şəxsi maraqdır”.
E.Sadıqov bildirib ki, sözügedən müsabiqəni İREX və “İnternyus” qazanacağı təqdirdə, onlar MHİ ilə əməkdaşlığı davam etdirəcəklərini bildiriblər: “Mən belə nəticə çıxarmaqda tamamilə haqlıyam ki, Xədicə İsmayılovanın mənim və əməkdaşlıq etdiyim MHİ-nin əleyhinə qaralama kampaniyasının məqsədi qrant müsabiqəsinin əsas iddialıları olan iki təşkilatın tərəfdaşsız qalması görüntüsünü yaratmaqla öz layihəsinə əlavə şans qazandırmaqdır. Məsələ bu qədər sadədir. Ancaq vicdanlı mübarizədə, rəqabətdə bu, ən son yollardandır...”
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi bir müddət öncə USAİD-in Azərbaycanda müstəqil medianın inkişafı üçün qrant proqramı elan etməsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bəyanatla çıxış etsə də, iddiaçıların adını açıqlamamışdı. Bəyanatda qeyd olunurdu ki, təkliflərlə müraciət prosesində, habelə təkliflərin toplanmasında heç bir nizamsızlıq və ya uyğunsuzluq yer almayıb. Müsabiqə ilə bağlı təkliflər isə 2014-cü il mayın 21-dən iyulun 7-dək qəbul olunub.
USAİD hansı səbəblə 2,4 milyonluq müsabiqə layihəsinin təbliğatını aparmırdı?
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, USAİD-in elan etdiyi bu müsabiqə elan olduğu gündən bəri qalmaqal yaradıb. Belə ki, layihədə iştirak üçün müraciətlərə faktiki olaraq, cəmi bir həftə vaxt ayrılmışdı və bu da məqsədli şəkildə edilmişdi. Bunun altında yatan məqsəd bir çox iştirakçıların layihədən kənarda qalmasını təmin etmək, əvvəlcədən razılaşdırılan “beşinci kolon” nümayəndələrinin maliyyələşdirilməsi idi.
Digər tərəfdən, bu müsabiqədə ayrılan maliyyə kifayət qədər böyük həcmli olsa da, müsabiqə ilə bağlı layihə yetərincə ictimailəşdirilməmişdi. Əlbəttə ki, bunun da öz səbəbləri var. Belə ki, həmin Agentlik bu yolla müsabiqədə iştirak etmək istəyənlərin qarşısını almaq, əvvəlcədən planlaşdırılan kimi, lazımi “şəxsi” müsabiqənin qalibi kimi təqdim etmək istəyirdi. USAİD-in Azərbaycanda medianın inkişafı layihəsinin elanının saytlardan birində diqqət çəkməyən bir şəkildə yerləşdirilməsi ictimaiyyəti məlumatlandırmaqdan çox, şəffaflığın, guya, təmin olunduğunu əsaslandırmaq üçün formal addım təsəvvürü yaradırdı. Hələ o zaman mətbuatda yayılan xəbərlərdə bildirilirdi ki, USAİD bu müsabiqədə qalib olmasını arzuladığı bir neçə QHT-ni əvvəlcədən məlumatlandırıbmış. Eyni zamanda, bu gün həmin qrantı əldə etmək üçün keçmiş müttəfiqlərini hədəfə alan X.İsmayılova bu layihədə iştirakla bağlı əvvəlcədən xəbərdar edilibmiş. Bu isə USAİD-in gizli qrant layihəsinin həqiqi məqsədlərini ortaya çıxarır.
ABŞ vətəndaşlarının ödədiyi vergi ilə maliyyələşən qurumlara qarşı etirazlar Vaşinqtondan səslənir
Xatırladaq ki, 51 milyard dollardan artıq maliyyə ehtiyatları olan USAİD ABŞ-ın federal büdcəsindən, yəni ABŞ vətəndaşlarının ödədikləri vergilər hesabına maliyyələşir. Rəsmi şüarı “Amerika xalqından” olan USAİD ölkələrdəki fəaliyyətini ABŞ əhalisinin adından icra edir. Amma bu gün real olaraq ABŞ vətəndaşlarının vergi şəklində ödədikləri bu pul ayrı-ayrı ölkələrdəki stabilliyin pozulmasına, “beşinci kolon”un maliyyələşdrilməsinə yönəldilir. Ümumiyyətlə, USAiD-in və digər qurumların başqa ölkələrdəki fəaliyyətinə ABŞ-ın özündə kifayət qədər tənqidi münasibət mövcuddur. Bu tənqidlər bir çox hallarda ABŞ vergi ödəyicilərinin vəsaitlərinin israf edilməsi ilə bağlıdır. Belə ki, 19 illik təcrübəyə malik yəhudi əsilli amerikalı jurnalist, “The Jerusalem Post” qəzetinin keçmiş xəbər redaktoru, “Baltimore Jewish Times” qəzetinin keçmiş baş redaktoru, “Netsmart” portalının baş yazarı və redaktoru Maayan Yaffi (Maayan Jaffe) Konqresin nəşri olan “Roll Call”dakı məqaləsində qeyd edib ki, ABŞ Konqresi vergi ödəyicilərinin pullarının Birləşmiş Ştatların müttəfiqlərinə hücum üçün istifadə edilməsini dayandırmalıdır. Müəllif xatırladır ki, “Azadlıq” və “Amerikanın səsi” radiolarının saxlanılması hər il ABŞ büdcəsinə 750 milyon dollara başa gəlir.
M.Yaffi bu fikrini əsaslandırmaq üçün “Azadlıq” radiosunun Azərbaycandakı fəaliyyətindən bəhs açıb.
Bu gün isə USAİD-in elan etdiyi bu qeyri-şəffaf müsabiqənin əsas iddiaçısı məhz ABŞ-ın aparıcı şəxslərinin etirazı ilə qarşılaşan X.İsmayılova və ətrafındakılardır. Yəqin ki, anti-azərbaycançı dairələr məhz X.İsmayılovanın əli ilə külli miqdarda vəsait hesabına ölkə daxilindəki “beşinci kolon” funksiyasını yerinə yetirən media orqanlarının və QHT-lərin səfərbər edilməsini, ictimai rəyi yanıltmağa xidmət edən antimilli təbliğatın, dezinformasiyanın genişləndirilməsini istəyir. Bu yolda isə birmənalı şəkildə Azərbaycan dövlətinin maraqlarını deyil, özünün şəxsi və qulluq etdiyi dairələrin maraqlarını əsas götürənlər “seçilir”...
Xədicə İsmayılova hər zamankı ampluasında - Azərbaycanın milli maraqlarına qarşılıq olaraq 2,4 milyon dollar
Azərbaycanın imicinə xələl yetirmək, şər atmaq, ləkə yaxmaq üçün sıra gözləyən X.İsmayılovanın ölkəmizə və xalqımıza qarşı olan münasibəti hər kəsə bəllidir. Azərbaycan dövlətinin maraqlarına zərbə vurmaq üçün hər zaman fürsət gözləyən X.İsmayılovanın bu gün USAİD-in qeyri-şəffaf layihəsində önə çıxarılması əsində onun kimliyini ifşa edən faktdır. Xarici maliyyənin qarşılığında bütün fəaliyyətini Azərbaycan hökumətinə qara yaxmağa həsr edən X.İsmayılova bu dəfə də əldə etdiyi 2,4 milyon dollarla analoji fəaliyyətlə məşğul olmaq niyyətindədir. Hər məqamda özünü “müstəqil” kimi qələmə verməyə çalışan X.İsmayılova və rəhbərlik etdiyi dəstə addımbaşı hansı maraqların əsiri olduğunu nümayiş etdirir. Maraqlıdır ki, hətta Qərbin bir sıra mühüm beynəlxalq qurumları belə hər zaman ölkəmizdə gedən inkişafı müsbət qiymətləndirdikləri halda X.İsmayılova ciddi-cəhdlə həmin qurumalara bunun əksini “sübut” etməyə çalışır. Əlbəttə ki, bu “dirənişin” arxasında dayanan marağın nədən ibarət olmasını deməyə belə hacət qalmır...
Vurğulamaq yerinə düşər ki, bir neçə ay öncə X.İsmayılovanın ABŞ-dan olan bir sıra şəxslərə hansısa “siyahı” ötürməsi ilə bağlı yaranan qalmaqal zamanı onun fəaliyyəti ilə bağlı bir sıra detallar elə radikal düşərgə təmsilçiləri tərəfindən ifşa edilmişdi. Belə ki, ADP sədri Sərdar Cəlaloğlu bildirmişdi ki, Xədicə İsmayılova faktiki olaraq, AXCP-nin, xüsusilə də Əli Kərimlinin maraqlarını müdafiə edir. O qeyd etmişdi ki, “Azadlıq” radiosunun əməkdaşlarının əksəriyyəti Əli Kərimlinin mövqeyindən çıxış edirlər, birbaşa AXCP ilə əlaqəli işləyirlər.
Burada maraq doğuran odur ki, bu gün yuxarıda qeyd edilən qrant layihəsini əldə etmək istəyən qrup X.İsmayılova və ətrafındakı şəxslərdir. Bu isə onu deməyə əsas verir ki, həmin anti-azərbaycançı dairələr X.İsmayılovanın əli ilə milli maraqları heçə sayan, xarici sifarişçilərin əmri ilə oturub-duran radikal düşərgə partiyalarını maliyyələşdirmək niyyətindədir.
USAİD-in fəaliyyətində korrupsiya və yeyinti halları sayagəlməzdir...
Vurğulamaq yerinə düşər ki, USAİD-in fəaliyyətindəki bir sıra qaranlıq məqamlar vaxtaşırı olaraq elə ABŞ mediası vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Məsələn, “Wall Street Journal”ın 2013-cü ildə apardığı araşdırma nəticəsində Afrika qitəsində malyariya xəstəliyinə qarşı mübarizə məqsədilə ayrılan yardımın bir qisminin təyinatı üzrə istifadə olunmadığı aşkara çıxmışdı. Belə ki, USAİD-in rəhbərlik etdiyi Malyariya Təşəbbüsü Proqramına 2006-2012-ci illərdə ABŞ büdcəsindən 2,5 milyon dollar xərclənsə də, vəsait hesabına alınan dərmanların heç də hamısının bölgə əhalisinə pulsuz çatdırılması təmin edilməyib. İl ərzində qitəyə göndərilən dərmanların 20 faizi cinayətkar şəbəkələrə ötürülərək qara bazarda 60 milyon dollar dəyərində satılıb.
Vəziyyətlə əlaqədar ABŞ-ın hökumətə bağlı “Judicial Watch” nəzarət qrupunun rəhbəri Tom Fitton yerli telekanallardan birinə müsahibəsində dövlət proqramı olan USAİD-in xarici yardımlarla bağlı fəaliyyətinin əsasən korrupsiyalaşdığını etiraf edib: “Yardımın 20 faizi yoxa çıxıb. Əgər bu, özəl sektorda baş versə idi, (proqram) çoxdan bağlanmış olardı”.
Həmçinin, araşdırmalar nəticəsində Haitidə 2010-cu ildə baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün üç il ərzində ayrılan vəsaitlərin necə xərclənməsi ilə bağlı da bir çox qaranlıq məqamlar üzə çıxıb. ABŞ Hökuməti Hesabatlılıq Ofisinin 2013-cü il yoxlamalarının nəticəsinə görə, ABŞ-dan Haitiyə yönəldilən 1,14 milyard dollarlıq vəsaitin yarısı israf olunub və ya uğursuz layihələrə xərclənib.
Ofisin 2006-cı il təftişinin nəticəsində isə məlum olub ki, USAİD-in Kubada demokratiyanın təşviq olunmasına xərclədiyi 74 milyon dollar vəsaitin, demək olar ki, hamısı rəqabətli tender və nəzarət olmadan bölüşdürülüb və nəticədə kütləvi fırıldaqçılığa və israfçılığa gətirib çıxarıb. Araşdırmalardan da göründüyü kimi, vəsaitlər hesabına kompüter oyun cihazlarının və proqramlarının, dəri kürklərin, dağ velosipedinin alınmasının Kubada demokratiya quruculuğuna hansı “töhfələri” verdiyi maraq doğurur.
Əfqanıstanda bərpa işlərinə nəzarət edən Əfqanıstanda Yenidənqurma üzrə Xüsusi Baş İnspektor Ofisi (SIGAR) ötən ilin sentyabrında yaydığı hesabatda bu ölkənin dövlət səhiyyə proqramına ayrılan milyonlarla dollar həcmində ABŞ vəsaitinin “israf olunma, fırıldaqçılıq və sui-istifadə” təhlükəsi altında olduğunu bəyan edib. Hesabatda deyilir ki, vəsaitlərin xərclənməsindəki çatışmazlıqlara baxmayaraq, USAİD bu ölkənin səhiyyə qurumlarına maliyyə ayırmaqda davam edir.
“İrs Fondu” (Heritage Foundation) isə bəyan edib ki, mövcud sui-istifadə halları davamlı iqtisadi artımın və inkişafın təmin edilməsində USAİD yardım modelinin ardıcıl şəkildə uğursuzluğa düçar olduğunu göstərir.

 
  • Oxunub:  19170  |  
  • Tarix:  29-08-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 24 ildə “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsas mənbəyi rolunda çıxış edib

12:18
21 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir
12:17
21 Sentyabr
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qaxda vətəndaşları qəbul edib
12:08
21 Sentyabr
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb
12:03
21 Sentyabr
Qubalı arıçı: “Təsərrüfatımızın saxlanılmasına çəkdiyimiz xərclərin böyük bir hissəsi dövlət tərəfindən ödəniləcək”
12:00
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan təntənəli iclas işini davam etdirir
11:52
21 Sentyabr
Astanada keçirilən Avrasiya Ədəbiyyat Forumunda Azərbaycan da təmsil olunub
11:41
21 Sentyabr
Daşkənddə beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı keçirilən konfransda Azərbaycan nümayəndələri də iştirak edib
11:19
21 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb
11:14
21 Sentyabr
Azərbaycanda “bir pəncərə” sistemi kifayət qədər rəğbət və populyarlıq qazanıb
11:08
21 Sentyabr
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
11:06
21 Sentyabr
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
11:01
21 Sentyabr
Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb
11:00
21 Sentyabr
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
10:58
21 Sentyabr
Dünya Həndbol Federasiyasının prezidenti: Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
10:56
21 Sentyabr
Tahir Rzayev: Hazırda Azərbaycan Cənubi Qafqazın lider dövləti statusunu inamla daşıyır
10:25
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir
10:16
21 Sentyabr
Azərbaycan 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək
10:14
21 Sentyabr
Almatıda Qazaxıstan-Azərbaycan turizm forumu keçirilib
10:12
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatı davam edir
09:27
21 Sentyabr
Növbəti tədbir “Əsrin müqaviləsi Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir" adlanıb
09:24
21 Sentyabr
Azərbaycan nümayəndə heyəti Qərbi Çin Beynəlxalq Sərgisində iştirak edib
20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +28
gecə+17 +20