Ana səhifə »  Müəlliflər »  “Müsavat”da sədrlik qovğası şiddətlənir
A+   Yenilə  A-
“Müsavat”da sədrlik qovğası şiddətlənir
Yazdı: Nardar Bayramlı

Arif Hacılının öz vəzifəsindən istefa vermək istəməməsi onun rəqiblərini hərəkətə gətirib
Müsavat Partiyasında daxili gərginlik səngimək bilmir. Əksinə, qalmaqallı qurultayın keçiriləcəyi tarix yaxınlaşdıqca partiya daxilindəki rəqib qruplar bir-birinə daha çox asi kəsilirlər. Məlum olduğu kimi, bir neçə gün öncə “Müsavat”da sədrliyə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Bu isə partiyadaxili gərginliyi daha da artırıb.
Belə ki, bir neçə gün öncə mətbuata açıqlama verən Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri, sədrliyə iddialı Arif Hacılı qurultayda kimin nə qədər səs toplayacağını, qurultay nümayəndələrinin hamısını şəxsən tanıdığını və onların kimə səs verəcəyini bildiyini demişdi. Bununla da, guya, özünün daha çox şanslı olmasına işarə edən A.Hacılı həmin sözləri ilə digər namizədləri hiddətləndirib. A.Hacılıya ilk cavab isə sədrliyə digər iddialı Səxavət Əlisoydan gəlib. S.Əlisoy “Müsavat” başqanının müşaviri olsa da, namizədliyi ilə əlaqədar bu postundan istefa verib. O, A.Hacılını da belə bir addım atmağa çağırıb. S.Əlisoyun fikrincə, namizədlər partiyada tutduqları postlardan istefa versələr, onda mübarizə daha ədalətli ola bilər. Çünki belə olan halda, heç kim səsvermədə iştirak edənlərə təsir göstərə bilməyəcək: “Müsavat Partiyasında ilk dəfə olaraq, mən bu addımı atdım. Təklif edirəm ki, qurultay öncəsi başqanlığa namizədlər vəzifənin verdiyi üstünlüklərdən imtina etsinlər. Mübarizəyə sıravi “müsavat”çı kimi qatılsınlar. Bu daha ədalətli və obyektiv olar. Partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılının müsahibəsi ilə tanış oldum. O deyir ki, uzun illərdir təşkilati işlərlə məşğuldur və bu kimi işlərə rəhbərlik edir. Məhz elə bu məqam ona üstünlük verir. Bu, tamamilə absurd fikirdir. Müsavat Partiyasında vəzifədə olan insanlar da mütləq belə addım atmalıdır. Bəzən başqanlığa iddialı şəxslər güclü olduğunu deyir. Belədirsə, istefa ver, yarışa qatıl, gücünü ortaya qoy, ədalətli mübarizə apar ki, sabah da dilin uzun olsun”.
S.Əlisoy onu da deyib ki, namizədliyi qeydə alındıqdan sonra seçki kampaniyasına start verəcək. O, həmçinin, təbliğat kampaniyası dövründə heç kimin hələ eşitmədiyi açıqlamalar verəcəyini də deyib. Həmin açıqlamaları indiyədək verməməsinin səbəbi isə başqanın müşaviri olması ilə əlaqədardır. “Namizədliyim qeydə alınandan sonra prosesə start verəcəyəm. Çoxlarının hələ eşitmədiyi fikirləri açıqlayacağam. Bəzi maskaları yırtacağıq. Onda görəcəksiniz ki, fikirlərimi söyləməyə bəzən başqanın müşaviri olmağım mane olub”, - deyən S.Əlisoyun hədəfində daha çox A.Hacılının olduğu hiss edilir.
Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı isə, deyəsən, seçki dövründə partiyadakı postunu tərk etmək niyyətində deyil. Düzdür, o, mətbuata açıqlamasında bu addımını hələ namizədliyini irəli sürməməsi ilə əsaslandırmağa çalışıb. Lakin ardınca da iddia edib ki, guya, vəzifəsindən istefa versə, qurultayın keçirilməsində problem yarana bilər (!). Çünki qurultayın keçirilməsinə aid məsələlərin bir çoxunu mərkəzi icra aparatı və bu quruma daxil olan strukturlar təşkil edirlər. Amma maraqlıdır ki, onun dediyi kimi, partiyada strukturlar varsa, onda həmin strukturlarda çalışanlar da olmalıdır. Deməli, belə aydın olur ki, mərkəzi icra aparatı təkcə A.Hacılıdan ibarətdir. Digər tərəfdən, o, belə bəhanələrlə öz vəzifəsindən istifadə edib qurultay nümayəndələrinə təzyiq göstərməklə başqanlığını təmin etmək iddiasındadır. Ona görə də, “Mən namizədliyimi irəli sürməkdə tərəddüd etmirəm. Namizədliyimi irəli sürəcəyim təqdirdə, “Müsavat” başqanı seçiləcəyimə heç bir şübhəm yoxdur”,- deməklə A.Hacılı indidən qurultay nümayəndələrinə mesajlar göndərir. Bu həm də digər namizədlərə bir növ acıq verməkdir.
Təbii ki, A.Hacılı partiyadakı statusundan istifadə edərək başqanlığını təmin edərsə, bu, “Müsavat”da ziddiyyətləri daha da artıracaq. Şübhə yoxdur ki, bu da partiyanın parçalanmasının yeni dalğasının başlamasına səbəb olacaq.

 
  • Oxunub:  20940  |  
  • Tarix:  02-09-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

22 Aprel 15:43
Reza Rəhmani: İranla Azərbaycanın münasibətləri qarşılıqlı etimada əsaslanır
22 Aprel 15:29
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar başa çatır
22 Aprel 15:27
AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu imzalanıb
22 Aprel 15:15
“Washington Times” erməni lobbisinin pozucu fəaliyyəti haqqında yazıb
22 Aprel 15:09
Fuad Muradov: Azərbaycan dövləti hər zaman xaricdə yaşayan soydaşlarımızın yanındadır
22 Aprel 14:49
Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər
22 Aprel 14:28
Hərbi pilotlarımız “Super Muşşak”, L-39 təyyarələri və “Mi” seriyalı helikopterlərdə uçuşlara başlayıblar
22 Aprel 14:18
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb
22 Aprel 14:17
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22 Aprel 14:11
Hanoyda AZƏRTAC və Yonhap informasiya agentlikləri rəhbərlərinin görüşü olub
22 Aprel 14:10
Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçiriləcək
22 Aprel 13:24
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib - Yenilənəcək
22 Aprel 13:08
Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib
22 Aprel 13:06
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
22 Aprel 12:48
Nazir: AÇG yataqlarından 156 milyard kubmetrdən çox təbii qaz hasil olunub
22 Aprel 12:38
Pərviz Şahbazov: Bu il təbii qaz ixracında 25 faiz artım gözlənilir
22 Aprel 12:34
“Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək
22 Aprel 12:24
“Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib
22 Aprel 12:00
Bu vaxtadək “Azəri-Çıraq-Günəşli”dən 482 milyon tonadək neft çıxarılıb
22 Aprel 11:39
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirildi
22 Aprel 11:38
Vyetnam KİV-ləri OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb
22 Aprel 11:36
Elman Nəsirov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmsasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz
22 Aprel 11:10
Şirvanda kütləvi tibbi müayinə aksiyası çərçivəsində 92 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb
22 Aprel 11:09
Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib
22 Aprel 11:03
“100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş
22 Aprel 11:02
“ASAN Akademiya 2019” layihəsinin açılış mərasimi keçirilib
22 Aprel 10:58
Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının fəaliyyəti açıqlanıb
22 Aprel 10:56
Los-Ancelesdə Azərbaycana həsr olunmuş fotosərgi keçirilib
22 Aprel 10:48
Azərbaycan İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
22 Aprel 10:30
Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək
22 Aprel 10:22
Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub
22 Aprel 09:30
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər
22 Aprel 09:21
Azərbaycan mətbəxi Pekində beynəlxalq qida sərgisində nümayiş olunub
22 Aprel 09:19
Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik
22 Aprel 09:16
Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub
21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+7 +11
gecə+4 +6