Ana səhifə »  Müəlliflər »  AXCP və “Müsavat” arasında “sülh” yenidən pozulub
A+   Yenilə  A-
AXCP və “Müsavat” arasında “sülh” yenidən pozulub
Yazdı: Mübariz Abdullayev

Bir qədər əvvəl ermənipərəst Leyla və Arif Yunusovların “müdafiəsi” adı altında “qrant davasına” çıxan “cəbhəçi”lərlə “Müsavat”çılar indi də bir-birlərinə “demokratiya dərsi” keçməyə başlayıblar
Radikal müxalifət düşərgəsi AXCP və “Müsavat” arasında illərdir ki, səngimək bilməyən hegemonluq davasının girovuna çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Çünki bir-birlərini əbədi rəqiblər gözündə görən “cəbhəçi”lər və “Müsavat”çılar qarşı tərəfin kürəyinə bıçaq sancmaq, “mövqe üstünlüyünə” yiyələnmək üçün kiçik bir fürsəti də əldən vermək istəmirlər. Məlum olduğu kimi, bu iki partiyanın düşmənçiliyi qondarma “Milli şura” daxilində bütün cəhətləri ilə özünü bir daha büruzə verdi. Əvvəlcə, qondarma qurum daxilində “Müsavat”ın başqanı İsa Qəmbər iki ayağını bir başmağa dirəyərək namizədlik məsələsində müqavimət nümayiş etdirdi və futbol dili ilə desək, AXCP sədri Əli Kərimlini “oyundankənar vəziyyət”ə salmağa çalışdı. Buna cavab olaraq isə radikal düşərgədə Əli Kərimlinin açıq və gizli təhriki ilə “Müsavat”a qarşı gözdənsalma kampaniyasına start verildi. İki partiya arasında münasibətlər o səviyyəyədək gərginləşdi ki, axırda sonuncular nəzarətlərində olan KİV-lərdə “Daha biz Əli Kərimli ilə yol gedə bilmərik” açıqlaması ilə çıxış etmək məcburiyyətində qaldılar.
Lakin bu da son olmadı. Belə ki, qondarma “Milli şura” daxilindəki məlum parçalanmadan sonra radikal düşərgənin əbədi düşmənləri arasında bir müddət davam edən “sülh” bu günlərdə yenidən pozulub. Bu dəfə də “cəbhəçi”lərlə “Müsavat”çılar əvvəlcə adları ermənilərə casusluq fəaliyyətinə görə həbs edilən ermənipərəst “hüquq müdafiəçisi” Leyla və Arif Yunusovların hüquqlarının “müdafiəsi”ni təşkil etmək üstündə qarşı-qarşıya gəliblər. Məlum səbəblərdən həbs edilən “hüquq müdafiəçiləri”ni himayə edən anti-azərbaycançı qurumlardan növbəti ianə, qrant tranşlarına ümid bəsləyən radikallar Leyla və Arif Yunusovlara “məhəbbətlərini” ifadə etmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırlar. Məsələn, Əli Kərimli və onun himayəsində olan qondarma “Milli şura” “Müsavat”ın geniş təsir imkanlarına malik olduğu “müdafiə komitəsi”ni “saxta” adlandırır, öz növbəsində, “Müsavat”çılar da nəzarətlərində olan KİV-lərdə Əli Kərimlinin Leyla və Arif Yunusovları müdafiə etməyə haqqının çatmadığı barədə məlumatlar tirajlayırlar.
Bu günlərdə “Müsavat”çılarla “cəbhəçi”lər arasında düşmənçiliyin yenidən baş qaldırmasına səbəb olan digər amil isə Əli Kərimlinin AXCP-sinin “Müsavat”da gözlənilən başqan dəyişikliyinə nüfuz etmək cəhdləri ilə bağlıdır. Məlumatlara görə, gələcəkdə “Müsavat”ı da öz təsir dairəsinə keçirməklə bağlı planlar quran Əli Kərimli hazırda rəqib partiyada yaşanan seçkiqabağı gərginlikdən maksimum bəhrələnməyə çalışır. Belə ki, radikal düşərgədə intriqalar yaratmağın mahir ustası kimi tanınan Əli Kərimli AXCP-yə loyal birisini “Müsavat”ın rəhbərliyinə gətirmək planını işə salıb. Bu isə, təbii ki, qarşı tərəfdə kəskin hiddətlə qarşılanıb. AXCP sədrinin planlarından duyuq düşən “Müsavat” yetkililəri cavab həmlələrini gecikdirməyiblər. Və bu dəfə də “cəbhəçi”lərə cavab İsa Qəmbərin müşaviri Mustafa Hacıbəylidən gəlib. KİV-də gedən məlumatlara görə, M.Hacıbəyli belə bir fikir ifadə edib: “İndi AXCP üzvləri “Müsavat”dakı kampaniyaya baxaraq, “kaş, bizim də partiyamızda belə demokratiya olaydı” deyirlər”.
Onu da qeyd edək ki, AXCP və “Müsavat”ın bir-biri ilə, yumşaq desək, yola getməmələri istər bütövlükdə cəmiyyətdə, istərsə də radikallar arasında bu iki partiyaya qarşı etinasızlıq, sözün bütün mənalarında mənfi münasibət formalaşdırıb. Belə ki, müxalifət partiyalarının təmsilçiləri zaman-zaman “cəbhəçilər”ə və “Müsavat”çılara yönəlik ittihamları dilə gətirirlər. Məsələn, bir qədər bundan əvvəl Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı AXCP və “Müsavat” barəsində çox sərt danışaraq belə demişdi: “Hazırda Azərbaycan müxalifətinin iki problemi var. Biri “Müsavat”dır, biri də AXCP-dir”.
AXCP və “Müsavat”ın “bostanına daş atan”ların cərgəsində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da yer alır. Hər iki partiyanın ünvanına sərt sözlər işlədən ADP sədri bildirib ki, “Müsavat”la AXCP-nin tutduğu mövqe Azərbaycan müxalifətini məhv edib: “Nə qədər ki, bu iki partiya var, ölkədə müxalifətin gücü, potensialı ilə nəsə etmək mümkün olmayacaq”.

 
  • Oxunub:  20310  |  
  • Tarix:  04-09-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

22 Aprel 12:38
Pərviz Şahbazov: Bu il təbii qaz ixracında 25 faiz artım gözlənilir
22 Aprel 12:34
“Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək
22 Aprel 12:24
“Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib
22 Aprel 12:00
Bu vaxtadək “Azəri-Çıraq-Günəşli”dən 482 milyon tonadək neft çıxarılıb
22 Aprel 11:39
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirildi
22 Aprel 11:38
Vyetnam KİV-ləri OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb
22 Aprel 11:36
Elman Nəsirov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmsasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz
22 Aprel 11:10
Şirvanda kütləvi tibbi müayinə aksiyası çərçivəsində 92 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb
22 Aprel 11:09
Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib
22 Aprel 11:03
“100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş
22 Aprel 11:02
“ASAN Akademiya 2019” layihəsinin açılış mərasimi keçirilib
22 Aprel 10:58
Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının fəaliyyəti açıqlanıb
22 Aprel 10:56
Los-Ancelesdə Azərbaycana həsr olunmuş fotosərgi keçirilib
22 Aprel 10:48
Azərbaycan İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
22 Aprel 10:30
Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək
22 Aprel 10:22
Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub
22 Aprel 09:30
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər
22 Aprel 09:21
Azərbaycan mətbəxi Pekində beynəlxalq qida sərgisində nümayiş olunub
22 Aprel 09:19
Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik
22 Aprel 09:16
Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub
21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+7 +11
gecə+4 +6