Ana səhifə »  Müəlliflər »  Qurultayqabağı gərginliyin pik həddədək artması “Müsavat”da parçalanmanı labüd edib
A+   Yenilə  A-
Qurultayqabağı gərginliyin pik həddədək artması “Müsavat”da parçalanmanı labüd edib
Yazdı: Mübariz Abdullayev

Artıq heç kəsdə şübhə yoxdur ki, sözügedən partiyanın sentyabrın 27-nə təyin olunan qurultayı radikal müxalifət düşərgəsində parçalanma ənənəsinin davamı olacaq
Qurultay yaxınlaşdıqca “Müsavat”da bir tərəfdən funksionerlərlə başqan İsa Qəmbər, digər tərəfdən isə partiyadaxili qruplaşmalar arasında münasibətlər daha da gərginləşib. Buna səbəb isə İsa Qəmbərin yenə də partiyanın nizamnaməsini pozaraq başqan statusunu qorumağa çalışması, eyni zamanda, bir neçə funksionerin “Müsavat”a rəhbərliyi ələ keçirməklə bağlı xəyallar qurmasıdır. Partiyada ara qarışıb, məzhəb itib desək, əsl həqiqəti ifadə etmiş olarıq. Funksionerlər İsa Qəmbərə münasibətdə daha “böyük-kiçik yeri” gözləmirlər, sosial şəbəkələrdə, özlərinə yaxın olan mətbuat orqanlarında bir-birlərinə qarşı qara piar aparırlar.
Ayının min oyunu bir armudun başında olduğu kimi, “Müsavat”dakı bitib-tükənməyən dedi-qodular da ilk növbədə çoxlu sayda partiya təmsilçisinin başqan olmaq sevdasından qaynaqlanır. Son vaxtlaradək “Müsavat”da başqanlıq uğrunda savaşda əsas fiqur rolunda Arif Hacılı çıxış edirdi. Başqanlığa digər iddialı funksionerlərin bildirdikləri kimi, o, qurultayqabağı dövrdə özünü “əlahiddə”, “seçilmiş” namizəd kimi təbliğ edirdi. Arif Hacılının özündənmüştəbehliyi o həddə çatıb ki, o, hətta seçki marafonunda “rəqib tanımadığını” açıq mətnlə dilə gətirməkdən çəkinməyib. Mərkəzi icra aparatının rəhbəri “üstün durumda olduğunu”, “başqan olmağa hamıdan artıq haqqının çatdığını” partiyada “digərlərindən çox külüng vurması” ilə əsaslandırır.
Lakin, yaxşı deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Yeni başqan seçkilərinin əsas müzakirə mövzusu olacaq qurultaya az qalmış digər funksionerlərin də seçki marafonunda “öldü var, döndü yoxdur” mövqeyi sərgiləmələri mərkəzi icra aparatının rəhbərinə xatırladıb ki, onu başqanlığa daşıyan yol heç də düşündüyü qədər hamar deyil və o, bu yolda hələ çox tər tökməlidir.
Həqiqətən də, qurultayqabağı mərhələdə mərkəzi icra aparatının rəhbərinin ovqatını təlx edəcək çoxlu olaylar baş verib. A.Hacılıya daha böyük zərbə isə indiyədək suyun lal axanı təsiri bağışlayan sabiq divan üzvü Qubad İbadoğludan gəlib. İş ondadır ki, sonuncu A.Hacılının çılğınlığına, “başqan seçilməsəm, partiyanı dağıdacağam” deməsinə rəğmən, özünü zamanın tələblərinə cavab verən “intellektual namizəd” kimi təbliğ etdirir. O hətta bütün təvazökarlıq hədlərini aşaraq radikalların nəzarətində olan KİV-lərdə “ingilis dilini bilməsi”ni də özünün üstün məziyyətlərindən biri kimi gündəmə gətirməkdən çəkinmir. Hazırda partiyada Q.İbadoğlunun açıq və yaxud gizli dəstəyi ilə “A.Hacılı “Müsavat”ı idarə etmək iqtidarında deyil” kampaniyası aparılır. “Hesab edirəm ki, o, (A.Hacılı nəzərdə tutulur-M.A.) “Müsavat”ı idarə edə bilməyəcək. Artıq buna etiraz olaraq partiyada qopmaları müşahidə edirik və o, başqan seçilərsə, partiya bir neçə yerə parçalanacaq və vəziyyət nəzarətdən çıxacaq”. Bu sözləri mətbuata açıqlamasında “Müsavat”ın sabiq divan üzvü Əsgər Əhməd ifadə edib.
Bu günlərdə A.Hacılının bostanına daha bir iri daş İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər tərəfindən atılıb. Sonuncu radikallara ünvanladığı “müraciət”ində A.Hacılının başının altına yumşaq yastıq qoymaq məqsədilə onun ünvanına bir-iki ötəri tərif söyləsə də, əsl niyyətini də gizlətməyib. “Lakin Qubad İbadoğlu çox istedadlı, ədalətsevər, ləyaqətli, ingiliscə yaxşı danışan, dünyada ən çox tanınmış, qlobal beynəlxalq təşkilatların işində iştirak etmiş, enerjili gənc vətəndaşlarımızdandır. Ona görə də hesab edirəm, başqan Qubad bəy olmalıdır”, - deyə Rövşən Qəmbər “müraciət”inə nöqtə qoyub.
Q.İbadoğlu tərəfdarlarının təşəbbüsə yiyələnmək cəhdləri “A.Hacılı düşərgəsi”ndə, necə deyərlər, bomba həyəcanı yaradıb. Artıq onun tərəfdarları “yerini bilməyən” Q.İbadoğluya “dərs vermək” üçün hərəkətə keçiblər və onun barəsində bildiklərini nəzarətlərində olan KİV-lərə ötürməyə başlayıblar. A.Hacılının qardaşı Mustafa Hacıbəyli sosial şəbəkələrdə Q.İbadoğlunun QHT sektorundan pul qazandığını onun başına qaxınc edən status paylaşıb. A.Hacılı tərəfdarlarının paylaşdıqları digər bir statusda diqqət ironiya ilə “Q.İbadoğlunun ingilis dilini bilməsinin təzə mövzu olmadığına” yönəldilib. Vəziyyətin gərginləşdiyini görən A.Hacılı tərəfdarları “kabinet namizədi” Q.İbadoğlunun mövqeyini zəiflədəcək “əsas silahları”nı da işə salıblar. Onlar açıqlamalarında vurğulayırlar: “Müsavat”ı xarici dili bilən deyil, mitinqləri təşkil edən, son 20 ildə irəlidə gedən şəxs inkişaf etdirə bilər”.
Adətən, bu və ya digər partiyanın qurultayı həmin qurumun daha da təşkilatlanması, siyasi güc olaraq öz qüvvələrini səfərbər etməsi, gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirməsi baxımından diqqəti cəlb edir. “Müsavat”ın nümunəsində isə bunun tamam əksinin şahidi oluruq. Artıq heç kəsdə şübhə yoxdur ki, sözügedən partiyanın sentyabrın 27-nə təyin olunan qurultayı radikal müxalifət düşərgəsində parçalanma ənənəsinin davamı olacaq.

 
  • Oxunub:  18990  |  
  • Tarix:  12-09-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir

23 Fevral 22:46
Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib
23 Fevral 19:16
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Vyanada kütləvi aksiya təşkil olunub
23 Fevral 19:12
Azərbaycanda sahibkarlığın inkişafı prioritet məsələlərdəndir
23 Fevral 18:50
“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq işləri aparılır
23 Fevral 18:06
Milli Məclisin deputatları BMT-nin baş qərargahında parlament dinləmələrində iştirak ediblər
23 Fevral 17:56
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Koreya Respublikasında silsilə tədbirlər keçirilib
23 Fevral 17:45
Vergilər Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
23 Fevral 17:38
ATƏT PA-nın sessiyası çərçivəsində Azərbaycanın bu təşkilatla münasibətləri müzakirə edilib
23 Fevral 17:15
Azərbaycan İlahiyyat İnstitutunda elmi-praktik konfrans: “Dilimiz milli-mənəvi sərvətimizdir”
23 Fevral 17:09
Daxili işlər naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
23 Fevral 16:18
“Srebrenitsa anaları” Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə olub
23 Fevral 16:09
Parisdə nazirlər seminarında ölkəmizdə kənd təsərrüfatının inkişafına verilən dövlət dəstəyindən danışılıb
23 Fevral 15:53
Qida Təhlükəsizliyi Agentliyində MÜSİAD Azərbaycan şöbəsi idarə heyətinin sədri ilə görüş olub
23 Fevral 15:37
Dövlət Komitəsində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
23 Fevral 15:00
Azərbaycan Parisdə 56-cı Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur
23 Fevral 14:58
Dövlət Gömrük Komitəsinin sədri Ağsu şəhərində vətəndaşları qəbul edib
23 Fevral 14:17
Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışlı təlimləri keçirilib
23 Fevral 13:55
Elman Məmmədov: ATƏT-in Minsk qrupunun fəaliyyətindən konkret nəticələr gözləyirik
23 Fevral 13:43
Sevinc Hüseynova: Atılan addımlar dövlətimizin qayğıya ehtiyacı olan təbəqəyə göstərdiyi diqqətin nümunəsidir
23 Fevral 12:58
Vüqar Bayramov: Dövlət başçısının Fərmanı əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində atılan daha bir önəmli addımdır
23 Fevral 12:56
Elman Nəsirov: Ortada yenə də Madrid prinsipləridir
23 Fevral 12:47
Özbəkistan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
23 Fevral 12:29
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilməsi istiqamətində işlər aparılır
23 Fevral 12:17
İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
23 Fevral 12:04
Azərbaycan Slavyan Gənclərinin Birinci Forumu keçirlir
23 Fevral 11:58
UNEC-də karyera günü: Vergi orqanlarına işə qəbul
23 Fevral 11:52
Xocalı soyqırımının 27-ci ildönümü Bişkekdə qeyd edilib
23 Fevral 10:55
Xocalı Soyqırımının qurbanlarının xatirəsi Brüsseldə anılıb
23 Fevral 10:55
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib
23 Fevral 10:50
Kaliforniyanın televiziya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir
23 Fevral 10:48
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
23 Fevral 10:36
Gədəbəy rayonu 2018-ci ili uğurla başa vurub
23 Fevral 10:27
Hesablama Palatası ilə Gürcüstan Dövlət Audit Ofisi arasındakı anlaşma memorandumu yenilənib
23 Fevral 10:25
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
23 Fevral 10:22
Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
23 Fevral 10:21
Regionların uğurlu inkişafı bütün sahələri əhatə edir
22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA