Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Moody’s” Ermənistanla bağlı bədbin proqnozlar verir

“Moody’s” Ermənistanla bağlı bədbin proqnozlar verir

20.09.2014 [10:15]

Hülya Məmmədli

Hazırda işğalçı ölkə gündəminin əsas mövzuları içərisində Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Ermənistan əhalisinin rifahına təsiri və vəziyyətin gündən-günə pisləşdiyi bu ölkədə Sarkisyan rejimindən qurtulmaq üçün etirazların keçirilməsi dayanır
Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, bahalaşma, inhisarçılıq kimi problemlər səbəbindən ilboyu böhrandan çıxmayan erməni iqtisadiyyatı yeni ciddi hədə ilə üzləşib. Belə ki, Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyaları birbaşa olaraq Ermənistana təsir edir. Nəticədə, bir sıra erməni şirkətlərinin Rusiyadakı fəaliyyətində problemlər yaranıb, Rusiyadan bu ölkəyə maliyyə transferləri azalıb, rublun dəyərdən düşməsi isə Ermənistan ictimaiyyətində xaricdən pul köçürmələrinin daha da azalacağı qorxusunu yaradıb.
Artıq Ermənistan iqtisadiyyatına dəyən zərbələr beynəlxalq qurumların da diqqətindən yayınmır. Belə ki, “Moody’s” investorlar xidmətinin (Moody’s Investors Service) yaydığı bəyanatda bildirilir ki, Ermənistan iqtisadiyyatı Rusiyaya qarşı sanksiyaların mənfi təsirlərini hiss etməkdə davam edir. Qeyd olunur ki, bu ilin birinci yarısında Ermənistana fərdi pul köçürmələrinin həcmində gözləniləndən də artıq azalma müşahidə olunub. Bu isə Ermənistan iqtisadiyyatı ilə bağlı proqnozlarda dəyişikliyə səbəb olub. Belə ki, qurum Ermənistanda bu il ümumi daxili məhsulun həcminin artım proqnozunu 3,2 faizdən 2,1 faizə, 2015-ci il üçün hazırlanan 3,6 faizlik göstəricini isə 2,3 faizə endirib. Bu o deməkdir ki, “Moody’s” mütəxəssisləri cari prosesləri nəzərə alaraq Ermənistanda ÜDM artımının gözləniləndən də aşağı səviyyədə olacağı qənaətinə gəliblər.
“Moody’s”in bəyanatında o da qeyd olunur ki, sanksiyalarla bağlı yaranan vəziyyət Ermənistan iqtisadiyyatına həm birbaşa, həm də dolayı yolla təsir göstərir. Bu, onunla bağlıdır ki, Ermənistanın idxal-ixrac əlaqələrinin dörddə biri Rusiyanın payına düşür. 2008-2012-ci illərdə Ermənistana olan birbaşa xarici investisiyaların 45 faizi Rusiyadan daxil olub. Rusiyadan olan pul köçürmələri isə ümumi transferlərin 90 faizini təşkil edir. Ermənistanın ÜDM-nin 15 faizini təşkil edən bu köçürmələrin kəskin azalması işğalçı ölkənin iqtisadiyyatına böyük zərbə vura bilər.
Təsadüfi deyil ki, hazırda Ermənistan gündəminin əsas mövzuları içərisində sanksiyaların əhalinin rifahına təsiri və vəziyyətin gündən-günə pisləşdiyi bu ölkədə Sarkisyan rejimindən qurtulmaq üçün etirazların keçirilməsi dayanır. Məlum olduğu kimi, oktyabr ayında Ermənistanda etiraz aksiyalarının növbəti dalğasının başlanacağı gözlənilir. Müxalifətin keçirəcəyi aksiyalara qoşulmaq istəyənlər barədə Ermənistanın polis rəisi Vladimir Qasparyanın bir müddət öncəki çıxışı isə yerli ictimaiyyətdə hiddət doğurub. Belə ki, Qasparyan “isti payız üçün soyuq duş” təşkil edə biləcəyini deyib. Onun sözlərinə görə, əgər bunun faydası olmazsa, o, mitinqə toplaşanlar üçün daha effektli tədbirlər təşkil edəcək.
Ermənistanın beynəlxalq və müdafiə məsələləri institutunun rəhbəri Stepan Safaryan erməni mediasına bildirib ki, polis rəisi özünün siyasi proseslərə müdaxiləsini nümayiş etdirib, bu isə yolverilməzdir. Onun fikrincə, polis rəisi mitinq iştirakçılarını hədələmək əvəzinə, onlara özlərini qanunlara uyğun aparmaq barədə müraciət etməli idi. Safaryan hesab edir ki, sözügedən bəyanatı ilə Qasparyan özünün siyasi proseslərdə iştirakını normal hal hesab etdiyini göstərib.
Bununla belə, Ermənistanda gözlənilən aksiyalar və konstitusion islahatların qəbulu ərəfəsində vəziyyət getdikcə gərginləşməkdədir. Müxalifət liderlərindən olan “Milli müqəddəratı təyinetmə” birliyinin rəhbəri Paruyr Ayrikyan da bir daha bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan islahat prosesinə gələcəkdə özünə baş nazir postunu təmin etmək üçün təşəbbüskarlıq edir: “Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan - bunlar bir komandanın insanlarıdır. Onlar siyasətə biznes kimi yanaşırlar. Siyasi arenada da öz şəxsi maraqları üçün çıxış edirlər. Ermənistana isə ilk növbədə xalqın rifahını düşünən lider lazımdır”.
Görünən odur ki, Ermənistanda belə bir lider və siyasi elita hazırda yoxdur və bu da ölkənin siyasi, iqtisadi, demoqrafik böhranlar girdabında məhvə sürüklənməsinin təsadüfi olmadığını göstərir.

Paylaş:
Baxılıb: 985 dəfə

Müəllifin digər məqalələri:

İnflyasiya və monopoliya Ermənistanın boşalmasını sürətləndirir

İşğalçı ölkədə əsl...

22.10.2014 [09:28]

Ermənistanda yeni etiraz aksiyaları gözlənilir

Sosial, iqtisadi problemlərin...

18.09.2014 [09:53]

Qərb sanksiyaları Ermənistan iqtisadiyyatına zərbə vurur

Erməni diasporu nümayəndələri...

13.09.2014 [10:49]

Erməni diasporu Sarkisyan hakimiyyətindən qisas almağa çalışır

Ermənistan hakimiyyəti ilə erməni...

28.08.2014 [09:45]

Ermənistan hakimiyyəti diaspordakı dayaqlarını itirməkdədir

Sarkisyan rejimi Ermənistan...

20.08.2014 [09:38]

Ermənistan əhalisi təşviş içindədir

İşğalçı ölkədəki...

14.08.2014 [09:29]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31