Ana səhifə »  Müəlliflər »  Ermənipərəst Leyla Yunusova növbəti dəfə Azərbaycan xalqı və dövlətini hədəfə alıb
A+   Yenilə  A-
Ermənipərəst Leyla Yunusova növbəti dəfə Azərbaycan xalqı və dövlətini hədəfə alıb
Yazdı: Nurlan Qələndərli

Azərbaycanın müsbət beynəlxalq imicinə qarşı yönəlmiş, ermənilərin və Ermənistanın maraqlarına xidmət edən fikirlərin səsləndirilməsi bu şəxsin ekstremist daşnaklardan da kəskin mövqedə durduğunu göstərir
Ölkəmizdə fəaliyyət göstərən bəzi qondarma təşkilatlar və “hüquq müdafiəçisi” adı arxasında pərdələnmiş şəxslər anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirir, Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləyirlər. Həmin qüvvələrin bəzi xarici maraq qruplarından aldıqları qrantların “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün istinad etdiyi vasitələrdən biri məhz anti-azərbaycançı çağırışlar səsləndirmək, ölkəmizin əleyhinə yönəlmiş pozucu fəaliyyətlərə dəstək vermək, həmçinin, ümummilli məsələlərdə dövlətimizin və xalqımızın ali mənafeyinə zidd mövqe tutmaqdır. Bu dağıdıcı ünsürlər sırasında özünü cəmiyyətə “hüquq müdafiəçisi” kimi tanıdan antimilli şəxs - Leyla Yunusova xüsusilə fərqlənir.
Şübhəsiz, Azərbaycan hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunduğu, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə edildiyi, eyni zamanda, qanunların aliliyinin təsbit olunduğu avanqard ölkələr sırasında yer alır. Ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində aidiyyatı strukturlar tərəfindən müvafiq tədbirlər görülür.
Bu baxımdan, Azərbaycan vətəndaşı kimi qanun qarşısında məsuliyyət daşıyan “Sülh və Demokratiya İnstitutu”nun direktoru Leyla Yunusovanın məlum əməlləri müqabilində müvafiq qanuni tədbir görülüb. Belə ki, bir müddət öncə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Leyla Yunusova öz antimilli əməllərini “hüquq müdafiəçisi” pərdəsi arxasında gizlənərək davam etdirib
Ümumiyyətlə sirr deyil ki, qərəzli xarici dairələrin sifariş və tapşırıqları əsasında fəaliyyət göstərən bu şəxs hər zaman xalqımızın, dövlətimizin əleyhinə mövqe tutub.
Şübhəsiz, “hüquq müdafiəçisi” pərdəsi arxasında gizlənmiş bəhs edilən şəxsin bu cür mövqe sərgiləməsi onun xalqımıza və dövlətimizə olan münasibətindən xəbər verir. Başqa sözlə, xarici maraq qruplarından maliyyələşən və konkret anti-azərbaycançı dairələrin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən Leyla Yunusovanın nümayiş etdirdiyi “fəaliyyət” bəhs olunan “hüquq müdafiəçi”sinin nəyə və kimlərə xidmət etdiyini növbəti dəfə aşkar surətdə əks etdirir. Daha dəqiq desək, bu şəxsin təkcə ermənilərlə işbirliyinə dair ortada olan çoxsaylı faktlar deyilənlərin bariz nümunəsi qismində çıxış edir. O, erməni lobbisini başlıca tərəfdaş kimi qəbul etməkdədir. Belə ki, Leyla Yunusova və həyat yoldaşı özünün korporativ maraqları naminə antimilli mövqedən çıxış edərək azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktı həyata keçirmiş, torpaqlarımızın 20 faizini işğal etmiş erməniləri dost kimi qəbul etməkdən çəkinmir, hətta bu dostluqdan məmnuniyyətlə söz açırlar.
Ermənipərəst “hüquq müdafiəçisi” Sarkisyanın vəkili kimi çıxış edir
Ümumiyyətlə, Leyla Yunusova erməniləri müdafiə etməklə və Azərbaycan xalqı, dövləti əleyhinə ermənipərəst fikirlər səsləndirməklə Ermənistan prezidenti Serj Sarkisyanın vəkili qismində çıxış etdiyini nümayiş etdirir. Təsadüfi deyil ki, bu günlərdə Fransa prezidenti Fransua Ollanda göndərdiyi məktubda Leyla Yunusova Azərbaycan dövləti əleyhinə reallığa uyğun olmayan, düşmən dairələrin təbliğatına xidmət edən fikirlər ifadə edib. Ən əsası, o, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan dövlətinin fəaliyyətini spekulyasiya vasitəsinə çevirərək ermənilərin maraqlarını əks etdirən ifadələrdən istifadə edib.
Əlbəttə, bütün bunlar mənşə etibarilə erməni olan, daim Azərbaycan xalqına qarşı təhqiramiz fikirlər səsləndirən bir şəxsdən gözləniləndir...
Leyla Yunusova ən ifrat və aktiv daşnakdan belə daha çox ermənilik nümayiş etdirir
Göründüyü kimi, Leyla Yunusova Azərbaycana qarşı fəaliyyətində ən ifrat və aktiv daşnakdan belə daha çox ermənilik nümayiş etdirir. Onun əsl məqsədi Azərbaycanda insan hüquqlarının müdafiəsi məsələlərinə yardım göstərmək deyil, əksinə, mövcud azadlıqlardan sui-istifadə edərək Azərbaycanın bugünkü uğurlarına, bu uğurların əldə edilməsində xidmətləri olan insanların əməyinə kölgə salmaqdır. Leyla Yunusova indiyədək Azərbaycanda olan söz, ifadə azadlığından antimilli təbliğat aparmaq, dezinformasiya həyata keçirmək, ictimai rəyin yanlış formalaşmasına cəhd göstərmək üçün istifadə edib. Xüsusilə də Azərbaycanın müsbət beynəlxalq imicinə qarşı yönəlmiş, ermənilər və Ermənistanın maraqlarına xidmət edən fikirlərin səsləndirilməsi - mövqeyin ortaya qoyulması bu şəxsin ekstremist daşnaklardan da kəskin mövqedə durduğunu göstərir...
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Leyla Yunusovanın bu cür antimilli əməlləri yeni deyil və bu şəxsin keçmişi çoxsaylı milli xəyanətlərlə doludur. Sirr deyil ki, AXC-”Müsavat” cütlüyünün hakimiyyətdə olduğu zaman Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olan L.Yunusova casusluq fəaliyyəti ilə məşğul olaraq ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış çoxsaylı foto və video materialları ermənilərə ötürərək Vətənə və millətə xəyanət yolunu tutub. Bunun qarşılığında isə kifayət qədər maliyyə vəsaiti əldə edib. Hazırda da Leyla Yunusovanın ermənilərlə işbirliyinə dair çoxsaylı faktlar mövcuddur. Və bu faktlar həmin şəxsin Azərbaycan xalqına qarşı hansı münasibəti bəslədiyini bir daha göstərir.
Vurğulayaq ki, Leyla Yunusova bəhs edilən məktubunda da milli maraqlara və xalqın rifahına xidmət edən dövlətə pataloji nifrətini ifadə edib. Leyla Yunusovanın Azərbaycan dövlətinə qarşı yönəltdiyi fikirlərin alt qatında, əslində, onun Azərbaycan xalqına, ölkəmizə qarşı dərin nifrəti dayanır.
Azərbaycan ictimaiyyəti milli maraqlara qarşı çıxan bu şəxsin qanun qarşısında adekvat cavab verməsini tələb edir
Azərbaycan qanunların aliliyinin təsbit olunduğu hüquqi dövlətdir, ona görə də müvafiq dövlət strukturları cinayət tərkibli, qeyri-qanuni əməllərə qarşı adekvat tədbirlər görür. Leyla Yunusova barəsində müvafiq qanuni tədbirlərin görülməsi məhz hüququn aliliyi prinsipinə söykənir. Müxtəlif məsələlərdən dövlətə qarşı şantaj vasitəsi kimi istifadə edən L.Yunusovanın milli maraqlar və dəyərlərdən, milli siyasi iradədən kənar əməlləri hüquq müstəvisində öz qarşılığını almalıdır. Bu, Azərbaycan ictimaiyyətinin birmənalı tələbidir. Başqa sözlə, çoxsaylı qanun pozuntularına yol vermiş bir şəxsin qanun qarşısında adekvat cavab verməsi həm qanuni, həm də ictimai tələbdən irəli gəlir.
Şübhəsiz ki, Leyla Yunusovanın Azərbaycan xalqına və dövlətinə qarşı çevrilmiş əməlləri Azərbaycan ictimaiyyətində dərin narazılıq və ikrah hissi yaradıb. Amma buna baxmayaraq, bu şəxs ictimaiyyətin haqlı tənqidi və qınağından dərs çıxarmayaraq anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirməyə davam edib və öz əməllərinə “haqq” qazandırmağa cəhd göstərib. Dolayısı ilə, Azərbaycan xalqına qarşı təhqiramiz fikirlər səsləndirən, ermənilərə dərin məhəbbətini ifadə edən bu “hüquq müdafiəçisi”nin ölkə ictimaiyyətinin haqlı narazılığından çəkinməməsi, əksinə, “özünümüdafiə” metoduna baş vurması onun timsalında milli maraqların, eləcə də, xalqımızın ali dəyərlərinin heçə sayılmasına dəlalət edir. Eyni zamanda, L.Yunusovanın öz qeyri-qanuni əməllərinə digər bir sıra şəxsləri də cəlb edərək cəmiyyətdə mənfi nümunə yaratması da Azərbaycan ictimaiyyəti tərəfindən yolverilməz hal hesab olunur.
Nəticə etibarilə, L.Yunusova kimiləri dərk etməlidirlər ki, Azərbaycan qanunlarını pozanlara, qanunun aliliyinə hörmət etməyənlərə qarşı mövcud hüquqi tələblər çərçivəsində tədbirlər indiyədək görülüb və bundan sonra da görüləcək. Çünki hüquqi dövlətin vəzifəsi fərdlərin, cəmiyyətin mənafelərini qanunlar əsasında, ədalətlə qorumaqdır.

 
  • Oxunub:  20100  |  
  • Tarix:  26-09-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA