Ana səhifə »  Müəlliflər »  “Müsavat” yol ayrıcında – partiyada parçalanma labüddür
A+   Yenilə  A-
“Müsavat” yol ayrıcında – partiyada parçalanma labüddür
Yazdı: Mübariz Abdullayev

Ayrı-ayrı qrupların və funksionerlərin başqanlıq uğrunda bir-birilərinə açıq savaş açmaları belə qənaətə gəlməyə əsas verir
Sentyabrın 27-si - “Müsavat”ın təşkilati məsələnin müzakirəyə çıxarılacağı və yeni başqan seçiləcəyi bildirilən növbəti qurultayının keçiriləcəyi gün yaxınlaşdıqca partiyada gərginlik daha da artır. Partiyanın parçalanması həddinədək şiddətlənən gərginliyin qaynaqlandığı əsas məqam isə ondan ibarətdir ki, uzun illər ərzində “Müsavat”a başqanlıq edən və bu gün də daşıdığı statusu əldən vermək istəməyən, yalnız sərt təpkilər qarşısında geri çəkilmək məcburiyyətində qalan İsa Qəmbər özündən sonrakı dönəm üçün siyasi varis hazırlanması qayğısına qalmayıb. Buna görə də, qurultayqabağı mərhələdə partiya daxilində bir neçə qrup arasında öz namizədini “Müsavat”ın yeni başqanı etmək uğrunda çəkişmələr gedir, ayrı-ayrı funksionerlər İsa Qəmbəri əvəzləyəcək ən layiqli namizəd qismində, məhz öz personalarını gördüklərini, “rəqib tanımadıqlarını” açıq mətnlə dilə gətirirlər.
Bu günlərdə isə yeni başqan seçkiləri ərəfəsində olan “Müsavat”da sözün əsl mənasında “bomba” həyəcanı yaşanıb. Belə ki, partiyanın 40-dək funksionerinin Qubad İbadoğlunu dəstəkləyən “bəyanat”la çıxış etmələri bir növ yanan odun üstünə yağ töküb. Tofiq Yaqublu, Mehman Cavadoğlu, Məryəm Oruclu, Vurğun Əyyub, Hökümə İbrahimli, İbrahim İbrahimli, Hikmət Hacızadə, Fəxrəddin Bağırlı, Cəlal Allahverdiyev, Adil Qeybulla kimi “stajlı” “müsavat”çıların imzaladıqları “bəyanat”da Qubad İbadoğlunun ünvanına, necə deyərlər, bəy tərifi söylənilib. “Bəyanat”da “Müsavat”ın keçdiyi yolda “intellektual” Qubad İbadoğlunun “əvəzsiz” xidmətləri sadalanır, o, İsa Qəmbərdən sonra partiyaya rəhbərlik etməyə “uğurlu” namizəd kimi təqdim olunur. “Bəyanat”da oxuyuruq: “Hesab edirik ki, Qubad bəy partiya başqanı seçildikdən sonra istər partiya daxilində olan, istərsə də bitərəf, siyasi proseslərdən uzaq durmağa çalışan mütəxəssisləri yeni proqram və konsepsiyaların hazırlanması işinə daha yaxından cəlb edəcək...Yeni perspektivli və intellektual gənclərin təşkilata axınını təmin etməklə təcrübəli, illər ərzində siyasi meydanda yetkinləşmiş partiya üzvlərinin gənc nəsillə birgə, koordinasiya olunmuş mübarizəsini təşkil edə biləcək”.
Burada deyiblər ki, suyun lal axanı, insanın yerə baxanı. Məlum olduğu kimi, son dönəmlərədək Qubad İbadoğlu iddiasız təsiri bağışlayırdı. İsa Qəmbər təpkilər qarşısında tab gətirməyərək başqanlıqdan gedəcəyini bəyan etdikdən sonra isə bəlli oldu ki, illərlə başqan olmaqla bağlı xəyallar quran funksionerlərə əsas “başağrısı” elə indiyədək hamıya təbəssüm nümayiş etdirməyə çalışan, özünü heç kimin işinə qarışmayan birisi kimi göstərən Qubad İbadoğlu olacaq. Partiya daxilindəki ayrıca bir qrup yeni mərhələdə “Müsavat”ın rəhbərliyinə daha loyal, daha “sözəbaxan” birisini gətirməkdə maraqlıdır. Görünən odur ki, bu qrup “asaram-kəsərəm”, “başqan seçilməsəm, partiyanı dağıdaram” mövqeyindən çıxış edən və öz limitlərini vaxtından qabaq xərcləyən Arif Hacılı kimi “çılğın” funksionerlərdən fərqli olaraq, öz planlarını daha təmkinlə, daha çox tərəfdarlar qazanmağa hesablanan metodlarla reallaşdırmaq məqsədilə partiya daxilində “lazımi” iş aparıb. Nəticə göz qabağındadır. Qurultaya sayılı günlər qaldığı bir vaxtda Qubad İbadoğlu və onu dəstəkləyən qrup digərlərindən bir baş üstün durumda görünürlər.
Bununla belə, başqanlığa iddialı digər funksionerlərin sərgilədikləri əks-reaksiyalardan bəlli olur ki, Qubad İbadoğlunu dəstəkləyən qrupun əl altından gizli şəkildə hazırladığı planlar qurultayda, necə deyərlər, daşlara dəyib çilik-çilik ola bilər. Heç nə yoğurub yapmadan hazır kökəyə sahiblənmək istəyən Qubad İbadoğluya qarşı ən sərt təpkilər isə “Müsavat”da başqanlığa hamıdan çox haqqının çatdığını düşünən Arif Hacılı tərəfdarlarından gəlir. Bir qədər bundan əvvəl sonuncunun qardaşı Mustafa Hacıbəyli sosial şəbəkələrdə Qubad İbadoğluya barmaq uzadaraq ironiya ilə “bəzilərinin QHT sektorundan babat pul qazandıqları” barədə status paylaşmışdı. Qubad İbadoğlunun mitinqlərdə iştirak etməməsinin gündəmə gətirilməsi də Arif Hacılı tərəfdarlarının sonuncunun “əsas rəqibi”nə qarşı başladıqları qara piar kampaniyasının tərkib hissəsi kimi dəyərləndirilə bilər. Arif Hacılının özü də radikalların nəzarətində olan KİV-lərə verdiyi son müsahibəsində Qubad İbadoğlunun gözdən salınması istiqamətində “təbliğata” yeni rəng qatmağa çalışıb. Arif Hacılı Qubad İbadoğlunun “kabinet namizədi” olduğuna xüsusi diqqət çəkərək deyib: “Bircə onu qeyd etmək istəyirəm ki, mən otağa, kabinetə, yəni siyasətçilərə aid olan bir sıra bu tipli atributlara xüsusi meyil göstərən adam deyiləm”.
Bundan başqa, Arif Hacılının seçki qərargahı yuxarıda haqqında bəhs olunan Qubad İbadoğluya dəstək “bəyanat”ına qarşı cavab “gedişi” edib. Belə ki, radikalların nəzarətində olan və Arif Hacılıya simpatiya nümayiş etdirən KİV-lərdə sonuncunun namizədliyini dəstəkləyən “Müsavat” funksionerlərinin siyahısı dərc olunub. Özü də Arif Hacılının seçki qərargahının adından dərc olunan siyahı Qubad İbadoğluya dəstək nümayiş etdirənlərin siyahısından xeyli uzundur...
Funksionerlər arasında yaşanan bu gərginlik belə qənaətə gəlməyə əsas verir ki, “Müsavat” yol ayrıcındadır-qurultaydan sonra partiyada parçalanma labüd olacaq.

 
  • Oxunub:  23190  |  
  • Tarix:  27-09-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13