Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimlinin satqınlığının yeni nümunəsi

Əli Kərimlinin satqınlığının yeni nümunəsi

27.09.2014 [10:29]

Pərviz Sadayoğlu

Mülkünü AXCP-yə vermiş şəxs Əli Kərimlini ittiham edir
“Siyasi fəaliyyəti” xəyanətlərlə, satqınlıqlarla, ikiüzlülüklərlə və başqa-başqa “məziyyətlər”lə bol olan AXCP sədrinin kimliyi Azərbaycan cəmiyyətinə yaxşı bəllidir. Sadəcə, artıq ona inanan, etibar edən tək-tük insanlar da yavaş-yavaş Ə.Kərimlinin əsl simasını görür və tanıyır.
Mətləbə keçməzdən öncə, vurğulamaq yerinə düşər ki, Ə.Kərimlinin “xəyanət arealı” olduqca genişdir. Hər zaman Azərbaycan xalqının və dövlətinin maraqlarını masa arxasında alver predmetinə çevirən Ə.Kərimli xarici anti-azərbaycançı dairələrdən qrant almaq üçün hansı yollara baş vurmur? Əli Kərimli pul, maddi təminatı üçün kimlərlə eyni masanı paylaşmır? Yəni, bu haqda danışmaq özü təkrarçılıqdır...
Hələ siyasi fəaliyyətinin ilk illərində öz lideri Əbülfəz Elçibəyə xəyanəti ilə məhşurlaşan Ə.Kərimli ötən illər ərzində nə qədər çalışsa da “cidanı çuvalda gizlədə” bilmir. Sonrakı dövrlərdə isə onun ətrafındakılar, yaxınları, ona etibar edən insanlar da analoji münasibətlə üz-üzə qalıb. Bu gün xaricdə yaşayan və Ə.Kərimlini dəstəkləmədiyini açıq-aşkar büruzə verən Mirzə Sakitin AXCP sədri haqqında dedikləri hər kəsin yaddaşındadır. “Azadlıq” qəzetinə xaricdən göndərilən pulları mənimsəyən Ə.Kərimli olmamışdımı? Həbsdə olan Mirzə Sakitin evinə çatmalı olan 10 min dolları öz cibinə qoyub və şəxsi malı kimi xərcləyən də elə AXCP sədri olmuşdu. Və ya vaxtilə Ə.Kərimli ilə yaxın dost olmuş Sakit Allahverdiyevin, məhz “Azadlıq” qəzeti üçün verdiyi 5 min dollar Ə.Kərimli tərəfindən gizlədilmişdi. Bu faktların hər biri elə AXCP üzvləri və ya Ə.Kərimliyə yaxın insanlar tərəfindən səsləndirilib. Partiyasının dağılması, yanında olan şəxslərin onu tərk etməsi faktının da arxasında elə Ə.Kərimlinin xəyanətkarlığı dayanırdı. Bunu həmin şəxslərin KİV-ə açıqlamalarından da görmək mümkündür.
Ə.Kərimlinin “macəraları” isə davam etməkdədir. Və budəfəki “qurban” vaxtilə öz mülkünü AXCP-yə qərargah olaraq verən Azər Əsgərov adlı şəxsdir. Vurğulayaq ki, həmin mülk sonradan partlayış nəticəsində dağılmışdı və bina sökülmüşdü. A.Əsgərov isə mətbuata açıqlamasında AXCP sədrinin bir dəfə də olsun onunla maraqlanmadığını deyib. Bir sözlə, öz mülkünü Ə.Kərimliyə verən şəxs də artıq onun hansı simaya malik olduğunu görür. Yeri gəlmişkən, A.Əsgərov bildirib ki, Əli Kərimli 7 aydır susur, “Azadlıq” qəzetinə də imkan vermir ki, bu barədə yazsın: “Əli Kərimlinin ayaqqabısının biri götürülsəydi, indi dünyanı dağıtmışdı. Əmanətimi Əli Kərimliyə vermişəm. Mülk dağılan vaxt orada olardı. Niyə Əli Kərimli ora gəlmədi?”.
Ən maraqlısı isə odur ki, Ə.Kərimli onu tənqid edən keçmiş dostunu “satqınlıqda” günahlandırıb. Daha doğrusu, ona mülkünü etibar etmiş şəxsin üzünə çıxa bilməyən Ə.Kərimli öz “sözünü” A.Əsgərova sosial şəbəkə vasitəsilə “çatdırıb”. A.Əsgərov isə cavabında bildirib ki, AXCP üzvləri onu düşmən, satqın adlandırmağa başlayıblar: “Qoy etsinlər. Onlarla işim yoxdur. Əli Kərimli, martın 4-dən bu yana sən nə etmisən? Deyirsən ki, “cəbhəçilər” hər zaman yanımda olub. Kim mənim yanımda olub ki, xəbərim yoxdur? AXCP fəalları məni tənqid edirlər. Əli bəyi tənqid etdiyimə görə indi satqınam?”.
A.Əsgərov onu satqın adlandıran başqa bir AXCP üzvünə-xaricdə yaşayan Qənimət Zahidə də cavab verib: “Qəniməd Zahid kimdir? Qaçıb gedib xarici ölkəyə. Mirzə Sakitin onlar barədə dedikləri doğrudur... Onları qızışdırırlar, ağıllarına gələni yazırlar. Onları əvvəllər tanımamışam. İlk dəfə mülkümü Rəsul Quliyevin partiyasına vermişdim, sonra da bunlara. Kirayə vermişdim. Şükür etsinlər ki, yaxalarından tutub mülkümü tələb etmirəm”.
Beləliklə, bu fakt bir daha sübut edir ki, radikal düşərgədə ümumi şəkildə heç bir dəyər və ya düz söz yoxdur. Çünki bu insanlar ona mülkünü etibar edən şəxsi də satqın çıxarmaqdan sadəcə utanmırlar. Bu nöqteyi-nəzərdən, ümumiyyətlə, radikal düşərgə üçün “xəyanət” məsələsinin kompleks məna daşıdığı artıq ortaya çıxır. Çünki fərqli yolların yolçusu olanların, fərqli dairələrin əlaltısı rolunda çıxış edənlərin bu cür davranışlarını görəndə, yalnız bir şeyi düşünmək olur-bunlar şəxsi mənafelərinə görə dünən dost dediklərini də satqın adlandırmağa qadirdirlər. Heç uzağa getməyək, Əli Kərimlinin timsalında bu fakt daha açıq şəkildə özünü büruzə verir...

Paylaş:
Baxılıb: 1102 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31