Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Erməni “Agos” qəzetinin Leyla Yunus balladası...

Erməni “Agos” qəzetinin Leyla Yunus balladası...

02.10.2014 [09:46]

Aqşin Şahinoğlu

Bu qəzetin bədnam “hüquq müdafiəçisi”nə olan dərin sevgisi və onun müdafiəsinə qalxması L.Yunusun xəyanətkar, milli dövlətçiliyimizə qarşı yönəlmiş fəaliyyətinə növbəti dəfə işıq salır
Dünya ermənilərinin bu toplumu bir arada saxlayan, onların tarix səhnəsində var olmasını təmin edən bir prinsipi var: harada yaşamasından, peşəsindən, daşıdığı vəzifədən, əxlaq, dünyagörüşü, siyasi, dini, ideoloji baxışlarından asılı olmayaraq, hamısı erməni kimi qəbul olunur və bir-birlərinə münasibətdə də bu sahiblənmə duyğusu ilə hərəkət edirlər. Buna görədir ki, ermənilər məskən saldıqları bütün bölgələrdə kompakt halında yaşayır, bir hədəfə - türklərə qarşı düşmənçiliyə köklənir, bir sıra dövlətlərin siyasi qərarlarına təsir etmək gücünə sahib olurlar. Ermənilər onların mənafeyinə xidmət göstərənləri də heç vaxt unutmur, məqamı gələndə öz dəstəklərini əsirgəmirlər. Bunun daha bir örnəyini ölkəmizdə baş verən son hadisələr zamanı da müşahidə etməkdəyik. Belə ki, “hüquq müdafiəçisi”, ermənipərəst Leyla Yunus xalqımıza, dövlətimizə xəyanət etməkdə, dövlət sirrini düşmən tərəfə ötürməkdə, vergidən yayınmada şübhəli bilinərək məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən sonra yaşananlar ermənilərin və onların təsiri altında fəaliyyət göstərən anti-Azərbaycan dairələrin bu bədnam qadının ermənilər üçün nə qədər böyük xidmətlər göstərdiyini bir daha ortaya qoyur. Buna görədir ki, ermənilərin təsiri altında fəaliyyət göstərən siyasətçilər L.Yunusu müdafiə xarakterli bəyanatlar səsləndirir, erməni diasporu mətbuatında onunla bağlı yazılar dərc olunur, təzyiq qrupu xarakterli bəzi təşkilatlar isə ona mükafat vermək üçün sıraya düzülüblər. Son olaraq isə Türkiyə ermənilərinin nüfuzlu qəzetlərindən hesab olunan və İstanbulda nəşr edilən “Agos” qəzeti Avropa erməniləri ilə həmrəylik nümayiş etdirərək, Leyla Yunusun müdafiəsi üçün səfərbər olub. Həftəlik nəşr olunan qəzet Leyla Yunus haqqında geniş bir məqalə ilə çıxış edərək, öz fəaliyyət prinsiplərinə sadiq qaldığını bir daha sübut edib.
“Agos”: 2007-ci ildən öncə və sonra...
Xatırlatmaq yerinə düşər ki, 2007-ci ilə qədər Türkiyə və Azərbaycan cəmiyyətləri “Agos” qəzeti haqqında çox az məlumatlı idilər. Amma 2007-ci il yanvarın 19-da bu qəzetin erməni baş redaktoru Hrant Dinkin öldürülməsi ilə qəzetin Türkiyədə nüfuzu xeyli yüksəldi. Bu isə erməni məsələsindən istifadə etməyə çalışanların yeni bir subyekt əldə etməsinə yol açdı. Hətta Dinkin dəfn mərasimində bəzi təxribatçıların “Hamımız erməniyik, hamımız Dinkik” kimi şüarlar səsləndirməsi, haradan təlimatlandırıldıqları bəlli olan bəzi KİV-lərin ermənilərin lehinə geniş təbliğat aparmaları, Türkiyə ictimai fikrində çaşqınlıq və parçalanma yaratmaq cəhdləri yaddaşlardan silinməyib.
Beləliklə, aparılan bu ideoloji iş qısa müddətdə öz “bəhrəsini” verdi və Dinkin ölümü Türkiyədə erməni diasporunun yenidən dirçəlməsinə gətirib çıxardı. Xaricdəki erməni diasporunun və onların havadarlarının da dəstəyi ilə “Agos” qəzeti Ermənistan sərhədlərindən kənarda yayımlanan əsas diaspor qəzetlərindən birinə çevrildi. Daha sonra isə bu qəzetin də daxil olduğu yayım şəbəkəsi formalaşdırıldı və bunlar “Hrant Dink” Vəqfinin çətiri altında bir yerə toplandılar. Ötən dövr ərzində bu vəqfin təşkilatçılığı və vəqfi maliyyələşdirən erməni diasporunun maliyyə dəstəyi ilə qondarma “erməni soyqırımı”, saxtalaşdırılmış erməni tarixi və digər bu kimi mövzularda onlarla kitablar “Səssizliyin səsi III-ankaralı ermənilər danışır”, “Qılınc artıqları: Türkiyənin gizli və müsəlmanlaşdırılmış erməniləri”, “Mardin təbliğləri”, “Diyarbəkir təbliğləri” və s. nəşr olundu. Bu gün etibarilə, bu qəzetin də daxil olduğu media qrupu erməni təbliğat maşınının əsas vasitələrindən biri kimi fəaliyyətini davam etdirir.
Onları birləşdirən “dəyər”...
Əslində, bu gün “Agos” qəzetinin Leyla Yunusu müdafiə etməsində qeyri-adi heç nə yoxdur. Bu iki tərəfi bir-birinə bağlayan həm maddi, həm də mənəvi məsələlər kifayət qədər çoxdur. Birincisi, qeyd olunduğu kimi, “Agos” bir erməni qəzeti olduğundan bu mətbuat orqanının və orada çalışan muzdlu mirzələrin yeganə məqsədi uzaqda və yaxında yaşayan ermənilərin mənafeyini müdafiə edilməsi, erməni dilinin və mədəniyyətinin qorunması, dünya ermənilərinin həmrəyliyi, bütün dünyada yaşayan ermənilərin hüquqlarının müdafiəsi, Türkiyə cəmiyyətində erməni “əxlaq” və “mənəvi dəyərlərini” təbliğ edilməsindən ibarətdir. Elə Leyla Yunusun da bütün ömrü boyu yeganə amalı yaşadığı cəmiyyətdə bu missiyanı həyata keçirmək olub. İkincisi, “Agos” dünyadakı erməni diasporu təşkilatlarının maliyyə yardımı və direktivləri ilə çalışdığı kimi, Leyla Yunus da bu mənbələrdən kifayət qədər “məhsuldar” bəhrələnib. Hər halda onunla bağlı açıqlanan təkzibolunmaz dəlillər bu reallığı bir daha ortaya qoyur. Leyla Yunus daima Azərbaycanı hədəf götürüb və onun da “Agos” qəzeti kimi əsas mübarizə obyekti Azərbaycandır.
Leyla Yunusun müdafiəsini “Agos” özünə borc bilib
Leyla Yunusdan böyük iftixar hissi ilə söz açılan məqalədə onun guya illərdir insan haqları sahəsində fəal mübarizə apardığı, Azərbaycanda isə insan haqlarının kobud şəkildə tapdalandığı iddia olunur. Ermənistandakı antidemokratik şəraitə, oradakı vətəndaşların aclıq həddində yaşamasına, İrəvanda hər gün genişlənən etirazlara və ayaqlanmalara heç bir zaman qəti olaraq toxunmayan “Agos” qəzetinin, Leyla Yunus mövzusuna hərisliklə girişərək tirajlaması bu bədnam “hüquq müdafiəçisi”nin düşmən dəyirmanına necə su tökdüyünün bariz sübutudur. Məlum məsələdir ki, Leyla Yunusun ermənilərlə qohumluq əlaqələri bu “hüquq müdafiəçisi”nin fəaliyyətini yönləndirən əsas amildir. Ermənilərə xidmət etmək bu fəaliyyətdən qırmızı xətt kimi keçir. Onun istər hələ AXC-“Müsavat” hakimiyyəti dövründə casusluq fəaliyyəti ilə məşğul olması, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürməsi, bunun müqabilində külli miqdarda pul əldə etməsi, daha sonra nazirliyin qida təchizatı ilə məşğul olan L.Yunusun cəbhəyə göndəriləcək məhsulları bazara çıxararaq, bundan əldə etdiyi vəsaitləri Almaniyadakı bank hesabına köçürməsi, Müdafiə Nazirliyindəki vəzifəsini itirdikdən sonra isə erməni qohumları ilə əlaqələrindən də istifadə edərək erməni kəşfiyyat orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə, sonrakı dövrlərdə erməni kəşfiyyatının yetkili nümayəndələri ilə xüsusi münasibətləri olduğu, onlarla əməkdaşlığa girərək Azərbaycan dövlətinə xəyanət etdiyi yönündə kifayət qədər məlumatlar var.
“Agos”un bilməli olduğu həqiqətlər
“Agos” qəzeti sözügedən məqalədə Leyla Yunusun həbs olunma səbəblərindən biri kimi, onun erməni hökumətinin təmsilçisi Şahnazaryanla tez-tez görüşməsi və Erməni-Azərbaycan cəmiyyətləri arasında sülh arayışlarının olduğunu irəli sürüb. Burada erməni qəzetinin mirzəsinə xatırlatmaq yerinə düşər ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 213-cü (vergidən yayınma), 192-ci (qanunsuz sahibkarlıq), 320-ci (sənədlərin saxtalaşdırılması) və 178.3.2 (dələduzluq) maddələrilə təqsirləndirilir. Bu əməlləri törətmək isə dünyanın hər bir ölkəsində həbsə səbəbdir. İnandırıcı deyil ki, erməni qəzetinin mirzələri bundan xəbərsiz olsunlar. Bəlkə də, qanunların işləmədiyi, terrorçuların, cinayətkarların, oğruların azadlıqda gəzdiyi, hətta hakimiyyətdə təmsil olunduğu bir ölkənin diaspor nümayəndələri olmaq, onlarda L.Yunusun da günahsız olması təəssüratı yarada bilər. Amma hüquqi dövlət olan Azərbaycanda hər bir cinayətin, hər bir qanunsuz əməlin öz hüquqi cəzası var. Bu əməli törədənin erməni diasporunun, hansısa antimilli beynəlxalq maraq qrupunun təlimat və tapşırıqlarını yerinə yetirməsi onu cəzadan azad etmir.
Məqalənin müəllifi, Leyla Yunusun aşağıdakı sözlərini sitat gətirməklə fikrini qüvvətləndirməyə çalışıb - “Artıq müharibə istəmirəm. Ermənistanlı və azərbaycanlı uşaqların bir-birindən nifrət etməsini, nifrət və savaş üzərində yüksələn bir diplomatiyanı qəbul etmirəm”.
Dəhşətli burasıdır ki, Leyla Yunus bu kimi ifadələrində müharibənin baiskarı kimi Ermənistanı qınamaqdansa, Ermənistanı işğalçılıq siyasətindən vaz keçməyə səsləməkdənsə, ölkəsinin hərbi təcavüzkarlığını legitimləşdirməyə çalışan erməni diplomatiyasını ifşa etməkdənsə, sanki müharibə faktı üzərindən Azərbaycan diplomatiyasını, dolayısı ilə də xarici siyasətini tənqid etməyə, ən yaxşı halda Azərbaycan və Ermənistan diplomatiyasını eyni pilləyə qoymağa çalışıb. Hansı ki, Azərbaycan diplomatiyası ölkəmizin Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyünün bərpasına, bir milyon qaçqınımızın öz doğma yurd-yuvalarına geri dönmələrinə, erməni işğalının dinc yolla sonlandırılmasına çalışır. Erməni diplomatiyası isə fərqli bir yol izləyərək, işğalçılıq siyasətinə hüquqi don geydirməyə, Qarabağın əzələdən erməni torpağı olduğuna beynəlxalq ictimaiyyəti inandırmağa, hətta digər qonşu ölkələrə qarşı ərazi iddialarına cəhd etməyə səy göstərir. Görəsən nifrət və savaş üzərindən yüksələn diplomatiya hansıdır?
Azərbaycanlı uşaqların ermənilərə nifrət etməsindən narahat olan Leyla Yunus, bu nifrətin haradan qaynaqlandığını bilmirmi? Axı ermənilər tərəfindən o uşaqların nə qədər həmyaşıdı vəhşicəsinə öldürülüb, işgəncələrə məruz qalıb. Nə qədər azərbaycanlı körpənin, yeniyetmənin bir və ya hər iki valideyni ermənilər tərəfindən qətl edilib. Bütün bu erməni vəhşiliklərindən sonra azərbaycanlı uşaqlar, ümumiyyətlə azərbaycanlılar, ermənilərə qarşı ehtiram hissimi keçirməlidirlər?
Ermənilər Leyla Yunusu unutmurlar
Əlbəttə ki, bu həqiqətləri dilə gətirmək nə ermənilərə, nə Leyla Yunusa, nə də onların havadarlarına sərf etmir. Ona görə də, bu gün onlar məlum həqiqətləri pərdələmək, öz miflərini yaymaq üçün dəridən-qabıqdan çıxırlar.
Leyla Yunus barədə kifayət qədər məlumatlı olduğu hiss olunan qəzet onun həbsxanadan yazdığı “arabesk” məktublara və həbsxanada fiziki təzyiq gördüyü ilə bağlı absurd iddialara da geniş şəkildə yer verib. Sanki bu məqalə ilə “Agos” qəzeti Leyla Yunusa sahib çıxdıqlarını, onlara xidmət göstərənləri unutmadıqlarını sübut etmək istəyir. Buna görə də, məqalənin sonunda “Agos” qəzeti beynəlxalq təşkilatlara üz tutaraq, Leyla Yunusun Saxarov mükafatı ilə təltif edilməsinin zəruriliyini vurğulayır: “28 fevralda veriləcək Saxarov mükafatına əgər Leyla Yunus layiq görülsə, onun içində bizim onu unutmadığımıza dair ümid yaranacaq”.
Hər halda əlavə şəhrə ehtiyac qalmır. Nə deyək? Sevginiz bol olsun...

Paylaş:
Baxılıb: 1161 dəfə

Müəllifin digər məqalələri:

Qoca və ağılsız Peykkonun şarlatanlığı...

Yaxud Rüstəm İbrahimbəyov,...

09.01.2019 [09:47]

Siyasi autsayderlərin “facebook” rüsvayçılığı...

Yeni Azərbaycan Partiyası Gənclər...

27.11.2018 [10:48]

Mayası söyüşdən yoğrulanlara sözardı...

Yaxud hamının əlini daşın altına...

24.03.2018 [10:06]

“Türkoloq”un gülünc arqumentləri

Yaxud Xədicə İsmayıl gənc...

01.02.2018 [09:59]

Xədicə İsmayıl, sən kimsən?

Qrantyeyən jurnalist və hüquq...

13.05.2017 [11:21]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30