Ana səhifə »  Müəlliflər »  Fransadakı ermənipərəst, islamofob qüvvələr Leyla Yunusova-Barseqyanın qisasını almağa çalışırlar
A+   Yenilə  A-
Fransadakı ermənipərəst, islamofob qüvvələr Leyla Yunusova-Barseqyanın qisasını almağa çalışırlar
Yazdı: Mübariz Abdullayev

Xaricdəki məlum dairələr vaxtilə ermənilərin dəyirmanına su tökmüş “hüquq müdafiəçisi”nin ətrafında “müdafiə çəpəri” hörmək üçün dəridən-qabıqdan çıxırlar
Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycanın qədim mədəniyyət beşiyi sayılan, Ermənistan tərəfindən işğal olunmuş Şuşadakı separatçı rejimin rəhbəri Artsvik Sərkisyanla Fransanın Burq-Le-Valansa şəhərinin Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfər edən meri Marlen Murye arasında görüş olub. Azərbaycanın işğal altında olan ərazisində baş tutan görüşdə bu şəhərlər arasında dostluq “bəyannamə”si imzalanıb. “Bəyannamə”yə əsasən “qardaşlaşan” şəhərlər arasında təhsil, mədəniyyət, idman, ticarət və yerli özünüidarə sahələrində əlaqələrin inkişafı üzrə xüsusi proqramın həyata keçirilməsi nəzərdə tutulur.
Əlbəttə, Fransanın Burq-Le-Valansa şəhərinin merinin məlum səbəblərdən ölkəmizin nəzarət edə bilmədiyi Dağlıq Qarabağa Azərbaycanla razılaşdırılmayan səfəri qeyri-qanuni mahiyyət daşıdığı kimi, bu səfər çərçivəsində imzalanan hər hansı “sənəd” də qanuni qüvvəyə malik deyil, o cümlədən, ermənilərin Şuşa ilə Burq-Le-Valansa şəhərlərini “qardaşlaşdırmaları” da dəryada balıq sevdasına bənzəyir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biri olan Fransanın sözügedən şəhərinin merinin bölgəyə qeyri-qanuni səfəri və bu səfər çərçivəsində hər cür əndazəni, beynəlxalq hüquqla təsbit olunan dövlətlərarası norma və prinsipləri pozaraq separatçı rejimin təmsilçisi ilə “qardaşlıq bəyənnaməsi” imzalaması isə diqqətdən kənarda qala bilməz. Sual yaranır: Uzaq Burq-Le-Valansa şəhərini, onun merini Dağlıq Qarabağdakı işğalçı rejimə bağlayan nədir? Doğrudanmı, sözügedən şəhərin meri Marlen Muryenin işğaldan əziyyət çəkən, ermənilərin vandalıqları ucbatından tarixi simasını itirən, mədəniyyət abidələri yerlə yeksan edilən Şuşa ilə “qardaşlaşmaqdan” özgə daha vacib işləri yoxdur? Qısası, Marlen Muryeni atəş səsləri eşidilən Dağlıq Qarabağa gətirən və Artsvik Sərkisyanla “qardaşıq” “sənəd”i imzalamağa təhrik edən səbəblər barədə.
Fransa şəhərinin meri Marlen Muryeni və onun kimi digərlərini Dağlıq Qarabağdakı separatçı rejimə “simpatiya” nümayiş etdirməyə sövq edən bir neçə səbəb sadalamaq mümkündür ki, onların arasında da Leyla Yunusova-Barseqyan amilini xüsusi vurğulamaq lazım gəlir. Nə gizlədək, ermənipərəst “hüquq müdafiəçisi” LeylaYunusovanın-Barseqyanın həbsi ayrı-ayrı Avropa ölkələrindəki, o cümlədən də Fransadakı ermənipərəst, islamofob dairələri razı salmayıb. Həmin dairələr beynəlxalq norma və hüquq qaydalarına məhəl qoymayaraq istintaq altında olan Leyla Yunusovanın-Barseqyanın ətrafında “toxunulmazlıq çəpəri” hörməyə çalışırlar.
Qeyd edək ki, Leyla Yunusova-Barseqyan ermənilərin xeyrinə casusluq fəaliyyətində təqsirli bilinərək saxlanılıb. Bundan başqa, “hüquq müdafiəçisi” qanunsuz sahibkarlıq fəaliyyəti göstərməkdə, vergidən yayınmaqda və digər hüquqpozma əməllərində ittiham olunur.
Bu məqamda ermənipərəst “hüquq müdafiəçisi”nin tərcümeyi-halının bəzi məqamlarını da xatırlatmaq yerinə düşərdi. Leyla Yunusova-Barseqyan o Leyla Yunusovadır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqları işğala məruz qalanda, soydaşlarımız amansızlıqla yurd-yuvalarından didərgin salınanda xarici ölkələrdə respublikamızın əks-təbliğatını aparır, faktları təhrif edərək azərbaycanlıların ermənilərə “aman vermədikləri” barədə həqiqətdən uzaq yalanlar yayırdı.
Sonrakı mərhələdə - AXC-”Müsavat” iqtidarı dövründə Azərbaycanın Müdafiə Nazirliyində analitik-informasiya xidmətinin rəhbəri vəzifəsində çalışan ermənipərəst Leyla Yunusova-Barseqyan bu fürsətdən də məharətlə “bəhrələnib”. O, ordumuzun əməliyyat-hərəkət planları, dislokasiya yerləri barədə məxfi məlumatları “hərbçi” operativliyi ilə düşmən tərəfə - ermənilərə çatdırırdı.
Vəzifədən uzaqlaşdırılan erməni ailəsinin gəlini Leyla Yunusova-Barseqyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılanadək keçən müddətdə gen bağlılığı olan ermənilərə xidmət missiyasını QHT təmsilçisi adı altında yerinə yetirib.
Bir sözlə, LeylaYunusova-Barseqyanın düşmən ermənilərin xeyrinə zaman-zaman sərgilədiyi əməllərin siyahısı kifayət qədər uzundur. Təsadüfi deyil ki, bu “hüquq müdafiəçisi”nin həbsindən ilk növbədə məhz ermənilər narahat olmağa başlayıblar. Məsələn, ermənilərə məxsus elektron KİV-lərdə Leyla Yunusova-Barseqyanın mədhinə həsr olunan çoxlu yazılara rast gəlmək mümkündür. Həmin yazılarda tez-tez belə ifadələr işlədilir: “Bu qadın Arsaxın bütün şərəf medallarına layiqdir”, “O, bizim Arsaxın azadlığı uğrunda çox çalışıb”.
Son vaxtlarda xaricdəki ermənipərəst, islamofob dairələri Azərbaycana qarşı “fəallaşdıran” səbəblər də məhz “həyatını ermənilərə xidmətə həsr edən” Leyla Yunusova-Barseqyanın həbsindən qaynaqlanır. Onlar vaxtilə erməni dəyirmanına əməlli-başlı su tökmüş “hüquq müdafiəçisi”nin həbsinin qisasını almaq üçün dəridən-qabıqdan çıxırlar. Ancaq ermənipərəst dairələrin Leyla Yunusova-Barseqyanın ətrafında “müdafiə çəpəri” hörmək cəhdləri əbəsdir. Azərbaycan suveren, hüquqi dövlətdir. Bu kimi təyziq vasitələri, manipulyativ cəhdlərlə ölkəmizi tutduğu ədalətli yoldan döndərmək, eləcə də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində barəsində həbs qətimkan tədbiri seçilən Leyla Yunusova-Barseqyana “bəraət” qazandırmaq əsla mümkün olmayacaq.

 
  • Oxunub:  23820  |  
  • Tarix:  09-10-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13