Ana səhifə »  Müəlliflər »  Cəmil Həsənov qəza törədən qızını müdafiə etmək üçün yalan danışır
A+   Yenilə  A-
Cəmil Həsənov qəza törədən qızını müdafiə etmək üçün yalan danışır
Yazdı: Pərviz Sadayoğlu

Baş vermiş hadisəni bilərək, 10 gündən artıq müddətdə hüquq-mühafizə orqanlarından gizlədən, bununla da qızını məsuliyyətdən qaçıran qondarma “Milli şura”nın sədri hansı mənəvi haqla demokratiyadan və ya qanunçuluqdan dəm vurur?
İllərdir ki, yalnız şəxsi maraqlarını düşünərək hərəkət edən, bu yolda hətta dövlət və millət maraqlarını belə tapdamaqdan çəkinməyən radikal müxalifət düşərgəsi yeni siyasi oyunbazlığa qol qoyur. Belə ki, qondarma “Milli şura”nın sədri Cəmil Həsənovun qızı Günel Həsənlinin sentyabrın 19-da törətdiyi yol qəzası nəticəsində 86 yaşlı bir qadın xəsarət alıb. KİV-lərdə yayılan məlumatlarda bildirilir ki, həmin gün Günel Həsənli Yasamal rayonu ərazisində “KİA” markalı avtomobili idarə edərkən yolu keçən 86 yaşlı qadını vurub. O, vurduğu qadını xəstəxanaya aparıb. Günel Həsənli qadının yerə yıxıldığını iddia edib. Lakin Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisənin yol qəzası zamanı baş verməsi müəyyən edilib.
Bu məsələ ilə bağlı məlumat verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, Cəmil Həsənovun qızı yol-nəqliyyat hadisəsi törədib və bunu hüquq-mühafizə orqanlarından gizlədib. Onun sözlərinə görə, sentyabrın 19-da saat 14:30 radələrində sürücü Günel Həsənli idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1928-ci il təvəllüdlü Adilə Səlimovanı vurub: “Günel Həsənli xəsarət alan piyadanı götürərək xəstəxanaya aparıb. Sürücü məsuliyyətdən yayınmaqdan ötrü zərərçəkmiş şəxslə sövdələşib və həkimlərə yalan məlumat verib. Onlar bildiriblər ki, guya, Adilə Səlimova yıxılıb və Günel Həsənli yardım etmək məqsədi ilə onu xəstəxanaya aparıb. Lakin polis əməkdaşlarının apardığı araşdırmalar nəticəsində hadisənin əsl mahiyyəti üzə çıxıb və onların hər ikisi danılmaz faktlar qarşısında aciz qalaraq hadisəni etiraf edib”.
Maraqlıdır ki, baş vermiş hadisə artıq G.Həsənli tərəfindən etiraf edilsə də, Cəmil Həsənov yenidən öz ampluasındadır. Belə ki, baş verənlərə siyasi don geyindirməyə çalışan, bununla da özünü cəmiyyətə şişirdərək təqdim etmək istəyən C.Həsənovun bu niyyətinin arxasında bəzi məqamlar yatır.
Məlum olduğu kimi, qondarma “Milli şura” faktiki olaraq yoxdur və bu “olmayan qurum” bir neçə gündən sonra mitinq keçirməyə niyyətlənib. Mitinq qabağı, guya, özünüreklamla məşğul olmaq istəyən C.Həsənov bunun üçün baş vermiş hadisəni siyasiləşdirir. Digər tərəfdən, özünü, guya, “mühüm müxalifət rəhbəri” qismində cəmiyyətə sırımağa çalışan C.Həsənov yalanlarını ört-basdır etmək üçün ona qarşı “təxribatlar” törədildiyini iddia edir. Məsələn, C.Həsənov deyir ki, guya, ona və ailə üzvlərinə qarşı “təxribat” hazırlandığından öncədən məlumatlıymış. Çünki evlərinin yanında “Hunday” markalı maşınlar dayanırmış.
Təbii ki, bu, olduqca gülünc bir açıqlamadır. Çünki baş verən yol qəzasıdır və bu qəzanın günahkarı da birbaşa C.Həsənovun qızıdır. Bunu da çox gözəl dərk edən C.Həsənov baş vermiş yol qəzasını gizlətməyə çalışmaqla, həkimə yalan danışan, baş vermiş hadisəni gizlətmək istəyən, qanunları pozan qızını məsuliyyətdən “qurtarmaq” üçün yenidən siyasi manevrlərə əl atır, bu hadisəni “siyasi müstəviyə” daşımağa cəhd göstərir.
Adını alim qoymuş, özünü “müxalifət lideri” sayan, utanmadan demokratiyadan, qanunlara riayətin vacibliyindən dəm vuran C.Həsənov niyə indi əl-ayağa düşür, nəzarətində olan bəzi KİV-lərdə yalanlar danışmaqla qızını məsuliyyətdən qurtarmağa çalışır? Baş vermiş hadisəni bilərək, 10 gündən çox hüquq-mühafizə orqanlarından gizlədən, bununla da qızını məsuliyyətdən yayındıran qondarma “Milli şura”nın sədri hansı mənəvi haqla demokratiyadan və ya qanunpərəstlikdən dəm vurur? C.Həsənovun aləmində qanun və ya məsuliyyət onun yaxınlarına şamil edilməməlidirmi?
Görünür, C.Həsənovun qanuna riayət etməyi və ya vətəndaş məsuliyyəti anlayışı bura qədərmiş. Əslində baş verənlər cəmiyyətə növbəti dəfə bir faktı nümayiş etdirmiş oldu: gündə bir yalan danışan, pafosla çıxış edən bu şəxslər hər bir işdə “ocağı öz qarşılarına” çəkməyə çalışırlar. Amma C.Həsənov unudur ki, Azərbaycan onların 1992-ci ildə idarə etdiyi cəzasızlıq mühitinin baş alıb getdiyi ölkə deyil. Bu gün Azərbaycanda hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Elə qondarma “şura sədri”nin qızı da...

 
  • Oxunub:  23640  |  
  • Tarix:  10-10-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA