Ana səhifə »  Müəlliflər »  “Nida”, yaxud sual dolu fəaliyyətin arxasında kimlərin kölgəsi görünür?
A+   Yenilə  A-
“Nida”, yaxud sual dolu fəaliyyətin arxasında kimlərin kölgəsi görünür?
Yazdı: Pərviz Sadayoğlu

Pul qarşılığında bəzi gəncləri aldadaraq öz mənfur əməllərinin icraçısına çevirən “siyasətçilər” konkret cinayət motivini siyasiləşdirməyə çalışırlar...
Xəbər verildiyi kimi, mart ayının 10-da keçirilməsi nəzərdə tutulan razılaşdırılmamış aksiyada insanları zorakılığa və vətəndaş qarşıdurmasına təhrik edən 3 şəxs barəsində hüquq-mühafizə orqanlarına daxil olmuş əməliyyat məlumatları cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə qərarları əsasında araşdırılıb. Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan “Molotov kokteyli” adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb. Eyni zamanda, 1995-ci il təvəllüdlü, “Odlar Yurdu” Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd “Molotov kokteyli”, 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb. Bundan başqa, 1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində “təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan” sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb.
Aşkar olunan faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. İlkin istintaqla müəyyən edilib ki, hər üç şəxs 2012-ci ilin ortalarından etibarən internet vasitəsi ilə “NİDA” Vətəndaş Hərəkatının üzvləri və narkotika aludəçisi olmaqla, təşkilatın bir sıra qanunsuz tədbirlərində fəal iştirak ediblər.
Təbii ki, yuxarıda adı çəkilən “Nida” adı altında fəaliyyət göstərən təşkilat, əslində, birmənalı şəkildə sual işarəsidir. Çünki bəzi “siyasətbazların” təsiri altına düşərək bu kimi qeyri-qanuni fəaliyyətlə məşğul olan gənclərin aqibəti ortadadır. Bu, birmənalıdır ki, anti-azərbaycançı qüvvələrin ölkəmizdəki “canişinliyini” həyata keçirən bəzi radikal müxalifət partiyaları məhz bu yollarla öz maddi “rifahlarını” təmin edirlər. Həmin pulların müəyyən hissəsi qarşılığında isə “NİDA”nın cinayət əməli ilə bağlı həbs edilən həmin üzvlərini və onların qismindəkiləri özlərinin bəd işlərinin tərkib hissəsinə çevirirlər. Bu gün ənənəvi radikal düşərgə partiyalarının rəhbərləri özlərinə yaxın insanların vasitəsilə belə “təşkilatlar” yaradaraq ondan yararlandığı hər kəsə bəllidir. Yəni, həmin “gənclərə” ayrılan vəsaitlər də qıraq-bucağa yox, elə həmin partiya rəhbərlərinin ətrafındakı yaxın adamlarına çatır. Sadəcə, həmin insanlar hər zaman olduğu kimi ortada yeyib, qıraqda gəzənlər statusuna daxildir.
Maraqlıdır ki, həmin qeyri-qanuni fəaliyyətin üstü açıldıqda isə bu məsələni cinayət müstəvisindən siyasi müstəviyə transfer etməklə yenə də həmin insanlar öz maraqlarını təmin etməyə çalışırlar. “NİDA” adlı təşkilatın həbs olunan üzvlərinin motivi hər kəsə bəllidir, bu gənclər özləri də etiraf ediblər ki, partlayıcı maddələr hazırlayıblar və onun istifadə istiqamətini də söyləyiblər. Təəssüf ki, bu gün bəzi partiya rəhbərləri tapılır ki, konkret cinayət motivi ilə həbs olunan bu insanları siyasi müstəviyə keçirərək “müdafiə” etməyə çalışırlar. Təbii ki, onların məqsədlərinin pərdə arxasında yatan əsas səbəb özlərindən qorxularıdır. Çünki gec-tez bu əməllərin arxasından onların adının çıxacağını bilirlər. Öz əməllərini ört-basdır etmək üçünsə indidən “siyasi zəmin” hazırlamaqla məşğuldurlar. Azərbaycan xalqı belə “fəaliyyətlərin” zaman-zaman şahidi olub.
Hər zaman xəyanətkar mövqe tutan belə insanların fəaliyyətləri birmənalı olaraq cəmiyyətə bəllidir. Pul üçün dövlətini, millətini satmağa müntəzir olan belələri ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün bütün yollara əl atır, ölkəmizdəki siyasi sabitliyə xələl gətirmək üçün bütün şouları nümayiş etdirirlər. Hətta icazəsiz aksiya cəhdləri zaman tamaşalar göstərən, özlərinin guya “siyasətlə” məşğul olmalarını yerlə sürünməklə “sübut etməyə” çalışan, amma bunun müqabilində anti-azərbaycançı dairələrdən pul alan həmin “siyasətçilər” üçün dəyər yalnız maddi təminatdan ibarətdir. Mətbuatdan da bəlli olduğu kimi, bir sıra xarici dairələrin təsiri altında olan, onlara nökər psixologiyası ilə qulluq göstərən həmin partiya sədrləri yuxarıda adıçəkilən gəncləri də məhz pulun qarşılığında aldadaraq belə əməllərə istiqamətləndirirlər.
Bəli, bir daha sübut olunur ki, Azərbaycan cəmiyyəti dövlətin maraqlarını satan, xəyanət zolağından “xilas” ola bilməyən belələrini tanıyır və onlara layiq olduqları münasibəti göstərir. Necə deyərlər, əli eldən üzülənlər “xarici üzəngiləri” tutmaqla gününü keçirir. Həm də başlarını torpağa salsalar da, hamı onların hansı əməllərlə məşğul olduqlarını görürlər...

 
  • Oxunub:  24240  |  
  • Tarix:  03-04-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA