Ana səhifə »  Müəlliflər »  Müsavat Partiyası parçalanır
A+   Yenilə  A-
Müsavat Partiyası parçalanır
Yazdı: Nardar Bayramlı

Gənclərin ardınca “Müsavat”ın Tovuz rayon təşkilatı tam tərkibdə partiyadan istefa verib
Müsavat Partiyasının qurultayından sonra gözlənilən “yarpaq tökümü” artıq başlayıb. Xatırladaq ki, sentyabrın 27-də keçirilən qurultayda Arif Hacılının yeni sədr seçilməsi, o cümlədən, seçkidə böyük saxtakarlıqların baş verməsi bu posta digər iddialı Qubad İbadoğlunun tərəfdarlarını narazı salıb. Oktyabrın 6-da Q.İbadoğlunun tərəfdarları ilə keçirdiyi görüşdə isə baş verənlərin birbaşa keçmiş sədr İsa Qəmbər tərəfindən idarə olunması bəyan edilib. Təbii ki, bütün bunlar “Müsava”da uzun müddətdir davam edən narazılıqların pik həddə çatmasını, partiya üzvlərinin ard-arda istefa verməsini şərtləndirib.
Vurğulamaq yerinə düşər ki, seçkidən sonra iki qrupa bölünərək bir-biri ilə mübarizə aparan partiya üzvləri, hətta sosial şəbəkələrdə qarşılıqlı təhqirlərə belə yol verməkdən çəkinmirlər. Elə son istefalarda da bu səbəb xüsusi olaraq göstərilir. Digər tərəfdən, bu istefaların əsas özəlliyindən biri odur ki, partiyadan gedənlərin bir hissəsi gənclər təşkilatının üzvləridir. Belə ki, “Müsavat” gənclər təşkilatının təbliğat məsələləri üzrə sədr müavini vəzifəsini tutmuş Zaur Əkbər, o cümlədən, Müsavat Partiyasının Nəsimi rayon təşkilatının təşkilati məsələlər üzrə sədr müavini Rauf Məmmədli istefa ilə bağlı bəyanatlarında partiyada baş verən son prosesləri qınayıblar. Məsələn, R.Məmmədli sosial şəbəkədə “Müsavat”a üzv olduqdan sonra orada “əqidəsi olmayan, özünü “müsavatçı” hesab edən ikiüzlü insanlar”ın da təmsil olunduğunun şahidinə çevrildiyini yazıb. O bildirib ki, partiya sıralarından ayrılmasına səbəb olan başlıca amil, məhz ikinci kateqoriyaya aid olan insanlardır.
Bunun ardınca isə partiyadan kütləvi istefalar başlayıb. Və istefa verənlərin böyük əksəriyyəti “Müsavat”ın idarəçiliyindən narazı olan gənclərdir. Öz növbəsində “Müsavat” gənclər təşkilatının sədri Əhliman Abbas rəhbəri olduğu qurumdan gənclərin istefa verməsini təsdiqləyib. O bildirib ki, Arif Hacılının iştirakı ilə “Facebook”da qapalı qrupunun formalaşdırılması, həmin o “Facebook” qrupunda partiyanın kənarda qalan üzvlərinin ən ağır formada təhqir olunması bir qrup gənci partiya içində fəaliyyətini yenidən gözdən keçirməyə vadar edib. Onun sözlərinə görə, gənclər yeni başqana inanmırlar. Qeyd etmək lazımdır ki, Müsavat Partiyasının gənclər təşkilatının sədri Əhliman Abbasla birgə 9 gənc partiyadan istefa verərək ayrılıb. Ə.Abbas istefası ilə bağlı deyib ki, artıq “Müsavat”da hər hansı siyasi fəaliyyətin davam etdirilməsi mümkünsüzdür. O, sosial şəbəkədə “Müsavat”dan ayrılma səbəblərini belə izah edib: “Partiya içində siyasi səviyyəsiz, qaragüruh qanadın hegemonluq qazanması nəticəsində “Müsavat”da hər hansı normal siyasi fəaliyyətin davam etdirilməsi praktik olaraq mümkünsüz vəziyyətə düşüb. Bu qanadın böhtançı, mədəniyyətdən, insanlıqdan kənar, intriqaya, səmərəsiz gərginliklərə meyilli davranışlarının nəticəsi olaraq vaxtilə nəhəng bir partiya olan “Müsavat” bir xeyli ziyalı, nüfuzlu insanın partiyadan ayrılması ilə siyasi ömrünün qaranlıq vaxtlarını yaşayır. Və bu qanadın əxlaq və insani dəyərləri unutmasının pik nöqtəsi partiyanın 8-ci qurultayı ərəfəsində baş verdi. Mətbuatdan ictimaiyyətin xəbərdar olduğu kimi, açıq ya da gizli şəkildə sosial şəbəkələrdə rəhbərləri və ilham mənbələri olduğu şəxslər tərəfindən böhtanla, təhqirlərlə, hikkə ilə silahlandırılmış bu şəxslər özlərindən fərqli olan hər kəsə qarşı linç kampaniyası qurmağa çalışırlar. Qeyri-demokratik seçkilər (əslində təyinat) sonrası bu adamların partiya rəhbərliyini ələ keçirməsilə sıraladığım siyasi xəttin partiyanın rəsmi xətti olması mənim qərarıma təsir edən faktorlardan biridir”.
Gənclərin istefasının ardınca isə “Müsavat”ın Tovuz rayon təşkilatı tam tərkibdə partiyadan istefa verib. Təşkilat üzvləri partiyanın mərkəzi aparatından zaman-zaman etinasızlıqlar görmələrinə baxmayaq, fəal rayon təşkilatlarından biri olduqlarını qeyd ediblər: “Amma qurultay ərəfəsində və qurultay sonrası təşkilat daxilində baş verənlər, təşkilat rəhbərliyinin demokratik prinsipləri tapdalaması, həmin kəsimlərlə eyni çatı altında mübarizə aparmaq imkanlarını sıfıra endirir”.
Bölgə təşkilatı buna görə də, bütün “müsavat”çılardan üzr istəyərək, Tovuz rayon təşkilatının tam tərkibdə partiya üzvlüyündən istefa verdiyini bəyan edib.
Müsavat Partiyasının Tovuz rayon təşkilatının sədri Miryaqub Ağamirli də bu faktı təsdiqləyib. Onun sözlərinə görə, onları bu addımı atmağa Müsavat Partiyasının qurultayı ərəfəsində yaşananlar, qurultayda baş verənlər və qurultaydan sonrakı proseslər vadar edib: “Şura üzvləri ilə məsləhətləşdik və belə qərara gəldik ki, bu partiyada qalmağımız mümkün deyil. Mən artıq partiya üzvü deyiləm. Amma “Müsavat” ideyalarının daşıyıcısı kimi bu addımı təəssüflə atıram”.
Bu istefalara münasibət bildirən “Müsavat”daxili qruplardan birinə rəhbərlik edən Qubad İbadoğlu isə deyib ki, partiyanın gələcəyinə acıyır.
Beləliklə, görünən odur ki, şəxsi mülkiyyətə çevrilən Müsavat Partiyası artıq siyasi təşkilat funksiyasını itirməkdədir. İsa Qəmbərin və Arif Hacılının kooperativi kimi fəaliyyət göstərən bu qurumda baş verən saxtakarlıqların, antidemokratik addımların miqyası o həddə çatıb ki, bunu ört-basdır edə bilmirlər. A.Hacılını öz yerinə sədr “təyin” edən İ.Qəmbər bu yolla bütün “yeyintilərini” ört-basdır edə biləcəyini düşünürdüsə, artıq bu da mümkünsüz görünür. Çünki A.Hacılıya qarşı sərt müxalif mövqedə duran fraksiyanın üzvləri istər ondan, istərsə də keçmiş sədr İsa Qəmbərdən maliyyə hesabatı tələb edirlər. Məsələn, sədrliyə keçmiş namizəd Səxavət Əlisoy “Müsavat” rəhbərlərinin seçki dövründə xarici havadarlarından aldıqları pulları hara xərclədiyi ilə bağlı hesabat tələb edib. S.Əlisoy vurğulayıb ki, “2003-cü ildə keçirilən prezident, 2009-cu ildə keçirilən bələdiyyə və 2010-cu ildə keçirilən parlament seçkilərindəki maliyyə hesabatları nədən açıqlanmır? 2003-cü ildəki prezident seçkilərində Seçki Qərargahına nə qədər ianə daxil olub (biriləri 6 rəqəmli, digərləri 7 rəqəmli məbləğlərin olduğunu iddia edir), 2009-cu ildəki bələdiyyə seçkilərində MSK-nın partiyaya ayırdığı vəsait hansı işlərə sərf olunub? O seçkilərdə partiyanın Seçki Qərargahına kim rəhbərlik edib və maliyyə hesabatını kim verməlidir, Yaşar Türkazər, yoxsa Arif Hacılı?”.
Göründüyü kimi, qurultaydan sonra “Müsavat”ın parçalanacağı haqqında proqnozlar özünü doğruldur. Yəni, partiyadakı istefalar da artıq “Müsavat”ın parçalanmasına start verildiyini təsdiqləyir. Yaxın günlərdə istefa verənlərin sırasının genişlənəcəyi isə şübhəsizdir.

 
  • Oxunub:  20490  |  
  • Tarix:  17-10-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans keçirilib

12:51
26 Sentyabr
Prezident İlham Əliyev: Kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir
12:35
26 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürüb
12:27
26 Sentyabr
Azərbaycanla daha bir ölkə arasında diplomatik əlaqələr qurulub
12:24
26 Sentyabr
Baş nazir Novruz Məmmədov “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
12:13
26 Sentyabr
Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımızı təbrik edib
12:09
26 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının nümayəndələri ilə görüş keçirilib
12:06
26 Sentyabr
Əfsanəvi futbolçu Kafu və Xüsusi Olimpiya Hərəkatı Bakıda əməkdaşlıq sənədi imzalayıblar
12:05
26 Sentyabr
Dünya Turizm Günü Bakıda silsilə tədbirlərlə qeyd ediləcək
11:51
26 Sentyabr
Astanada ikinci media həftəsi keçirilir
11:40
26 Sentyabr
Həsən Abdullayevin akademiyaya rəhbərlik etdiyi dövr tarixə intellektual dirçəliş mərhələsi kimi daxil olub
11:28
26 Sentyabr
“Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib
11:23
26 Sentyabr
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
11:23
26 Sentyabr
Paytaxt məktəblərində valideynlərlə görüşlər davam edir
11:17
26 Sentyabr
Türkiyə KİV-ləri “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi barədə yazır
11:13
26 Sentyabr
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi davam edir
11:03
26 Sentyabr
Azərbaycan mədəniyyətinin Bolqarıstanda təbliği davam edir
10:43
26 Sentyabr
“KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim başlayıb
10:33
26 Sentyabr
Elman Nəsirov: “ADEX-2018” sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü nümayiş etdirmək baxımından mühüm tədbirdir
10:31
26 Sentyabr
Heydər Əliyev Sarayında bayram konserti təşkil ediləcək
10:25
26 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 91 dəfə pozub
10:01
26 Sentyabr
Bakıda keçirilən dünya çempionatında ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar
21:15
25 Sentyabr
Mingəçevirdə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
21:08
25 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdə olub
20:52
25 Sentyabr
Azərbaycanın müdafiə nazirinin “ADEX-2018” sərgisi çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşü olub
20:48
25 Sentyabr
Bakıda Çinin milli bayramı qeyd edilib
20:45
25 Sentyabr
Təhsil Nazirliyi ilə Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın perspektivləri araşdırılıb
20:41
25 Sentyabr
KİV nümayəndələri üçün "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim keçirilir
20:28
25 Sentyabr
Azərbaycanın nümayəndə heyəti Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir
20:19
25 Sentyabr
Bilik Fondu Xızıda “dəyirmi masa” keçirib
20:14
25 Sentyabr
Oktyabrda Avropa İnvestisiya Bankının işçi missiyası Azərbaycana gələcək
20:12
25 Sentyabr
Zaqatalada dini maarifləndirmə işinin təşkili məsələləri müzakirə olunub
20:11
25 Sentyabr
Azərbaycan Milli Elmlər Akademiyası ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq haqqında protokol imzalanıb
20:09
25 Sentyabr
XİN: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı ağır fəsadlara yol aça bilər
19:58
25 Sentyabr
Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında memorandum imzalanıb
19:54
25 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
19:49
25 Sentyabr
Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondunun əməkdaşlığının perspektivləri müzakirə edilib
19:45
25 Sentyabr
X Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədidə təqdim olunan konsert maraqla qarşılanıb
18:03
25 Sentyabr
YAP Yasamal rayon təşkilatının Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib
18:01
25 Sentyabr
Səhiyyə naziri Astarada vətəndaşları qəbul edib
17:59
25 Sentyabr
Rafael Hüseynov: Ermənistan yalnız Azərbaycan ərazilərini deyil, Göyçədəki mədəni mühitimizi də işğal edib
17:56
25 Sentyabr
Finlandiya səfiri: Naxçıvanda alternativ mənbələr hesabına enerji təminatı çox yüksəkdir və bu, böyük nailiyyətdir
17:42
25 Sentyabr
Elman Məmmədov: Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir
17:38
25 Sentyabr
Hadi Rəcəbli: Əmək və sosial siyasət komitəsi payız sessiyası ərzində bır sıra qanunların müzakirəsini nəzərdə tutur
17:37
25 Sentyabr
Bilik Fondu Ağdaşda və Bakıda Milli Musiqi Gününü qeyd edib
17:28
25 Sentyabr
Bolqarıstanın Gəncə ilə qardaşlaşmış Varna şəhərində Azərbaycan mədəniyyəti nümayiş edilib
17:26
25 Sentyabr
Sahibə Qafarova: Prezident İlham Əliyev parlamentdəki çıxışında çox mühüm mesajlar verdi
17:20
25 Sentyabr
Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib
17:20
25 Sentyabr
Akademik İsa Həbibbəyli: Məsud Əlioğlu universal təfəkkürə malik görkəmli alim olub
17:19
25 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Bakıda cüdo üzrə dünya çempionatını izləyib
17:10
25 Sentyabr
Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
17:04
25 Sentyabr
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
17:00
25 Sentyabr
Aleksandr Koçkin: “Texmaş” konserni “ADEX-2018” sərgisində dünyada analoqu olmayan döyüş sursatları nümayiş etdirir
16:57
25 Sentyabr
Misirli deputat: Azərbaycan demokratik inkişaf sahəsində böyük təcrübəsi olan ölkədir
16:56
25 Sentyabr
Milli Məclisin səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib
16:54
25 Sentyabr
Heydər Əliyev Mərkəzi ilə tanışlıq
16:53
25 Sentyabr
Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Venesuela və Baham Adalarından olan həmkarları ilə görüşüb
16:50
25 Sentyabr
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq ali qonaqda xoş təəssürat yaradıb
16:47
25 Sentyabr
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
16:46
25 Sentyabr
Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət prinsipi və beynəlxalq hüquq əsas götürülməlidir
16:44
25 Sentyabr
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
16:31
25 Sentyabr
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib
16:30
25 Sentyabr
İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycan onun əsas məqsəd və vəzifələrini həmişə dəstəkləyib
16:22
25 Sentyabr
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans keçirilib
16:21
25 Sentyabr
Aqrar Universitetində “Akademik Cəlal Əliyevin irsinin öyrənilməsi” mövzusunda gənc tədqiqatçıların konfransı keçiriləcək
16:17
25 Sentyabr
Səfir Viktor Szederkenyi: Naxçıvanla Macarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün böyük potensial var
15:16
25 Sentyabr
Müdafiə naziri Zakir Həsənov bolqarıstanlı həmkarı ilə görüşüb
15:04
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
14:35
25 Sentyabr
“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda konfrans təşkil olunub
14:29
25 Sentyabr
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin zəngin irsinə dair elmi məruzələr dinlənilib
14:24
25 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi reallaşdırılır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +21