Ana səhifə »  Müəlliflər »  AXCP rəhbərliyinin növbəti saxtakarlığı faktlarla ifşa edildi
A+   Yenilə  A-
AXCP rəhbərliyinin növbəti saxtakarlığı faktlarla ifşa edildi
Yazdı: Pərviz Sadayoğlu

Təkzibedilməz ittihamlara tuş gələn Əli Kərimli isə keçmiş müşavirinə qarşı “qara piar” kampaniyası başladıb
Son vaxtlar radikal müxalifət partiyalarında baş verən proseslər növbəti dəfə bu “qüvvələrin” fəaliyyət sferalarının üzərinə sözün əsl mənasında işıq salır. Qruplaşma, korporativ maraqların toqquşması, o cümlədən, qarşılıqlı surətdə xəyanətlə, satqınlıqla bağlı səslənən fikirlər dağıdıcı ünsürlərin istər məramlarını, istərsə də düşüncə tərzlərini cəmiyyətə nümayiş etdirir. İstər Müsavat Partiyasında, istərsə də AXCP-də baş verən qarşıdurmalar buna misal ola bilər.
AXCP-dən söz düşmüşkən, məlum olduğu kimi, bu partiya ilə bağlı elə həmin qurumun üzvlərinin dilindən mütəmadi şəkildə narazılıqlar səsləndirilib, sədr Əli Kərimlinin orada yaratdığı daxili diktaturadan narazılıqlar edilib. Bu dəfə isə Ə.Kərimlinin qeyri-qanuni hərəkətlərinə, xarici anti-azərbaycançı mərkəzlərlə əlbir olaraq “pul yeməsinə” etiraz olaraq AXCP sədrinin müşaviri Şakir Abbasov istefa verib. İstefa ilə bağlı açıqlamasında Ş.Abbasov vurğulayıb ki, partiya pul düşkünlərinin, sui-istifadə edənlərin, şəxsi mənafe güdənlərin əlinə düşüb. O bildirib ki, partiya rəhbərliyi “yalnız pul qazanmaqla, xaricə adam keçirtməklə məşğuldur”. Bu işə etiraz edənlər isə Ə.Kərimlinin “qara piarı” ilə üz-üzə qalırlar. Hər zaman onu ifşa edən, xəyanətkar əməllərini ictimaiyyətə açıqlayanlar haqqında hücum kampaniyaları təşkil edən AXCP sədri bu dəfə də partiyadan istefa verən müşaviri Ş.Abbasovu hədəfə alıbmış. Ş.Abbasov bildirib ki, Ə.Kərimli onu “Müsavat” agenti kimi damğalamağa çalışıb. Və Ş.Abbasovun “Müsavat”ın qurultayında iştirak etməsi AXCP-də böyük “narazılığa” səbəb olub. Məhz bu amil bir daha göstərir ki, iki partiya arasındakı agent qalmaqalı səngimək bilmir. Vaxtilə müttəfiq olan bu partiyaların üzvləri indi bir-birlərinə salam verməkdən belə çəkinirlər. Çünki bu “salamın” arxası mütləq şəkildə “agent”liyə gedib çıxacaq.
Bundan başqa, Ş.Abbasov istefa verdikdən sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlı tələm-tələsik şəkildə onun müşavir olmadığını iddia edib. Bu isə AXCP rəhbərliyinin növbəti saxtakarlığı kimi qiymətləndirilə bilər. Çünki Ş.Abbasov Ə.Kərimli və onun əlaltılarının yalanlarını faş etmək üçün müəyyən faktlar açıb. Ş.Abbasov bildirib ki, ona müşavirlikdən çıxarılmağı haqda heç bir məlumat verilməyib. Belə bir qərar olsaydı ortada hansısa rəsmi sənəd olmalı idi. Bu fakt isə bir daha sübut edir ki, AXCP Əli Kərimli və əlaltıları tərəfindən özəlləşdirilmiş bir kooperativdir və orada hansısa demokratiyadan söhbət belə gedə bilməz.
Ş.Abbasov “Necə olur ki, mən müşavir təyin olunmağım barədə hər yerdə, qəzetlərdə məlumat gedir. Məni polis mitinqdə həbs edəndə, mətbuat xidməti “AXCP sədrinin müşaviri həbs olundu” deyə, xəbər yayır, ancaq mən istefa verən kimi, sıravi üzv olduğumu açıqlayırlar. Burda qəbahət bir şey yoxdur. Əgər müşavir olmasam, çağırıb normal şəkildə “sən müşavir deyilsən” deyə bilərdilər. Məgər onlar ordan bütün gedənləri bu cür yola salırlar? Hərəyə bir damğa vurmağa nə ehtiyac var? Necə olur ki, Fuad Qəhrəmanlı müavin ola bilir, ancaq mən istefa verən kimi müşavir sayılmıram. Bu insanlar niyə axı özlərinə bu qədər Allah kimi böyük baxırlar?! Mitinqlərdə mən həbs cəzası alanda, Fuad Qəhrəmanlı hansı “mükafat”ı aldı, ona baxın. Bu gün mən düz söz dediyim üçün iqtidarla əlaqələndirənlər mənim şəraitimə də baxsınlar, öz villalarına, maşınlarına da. Mən ədəbimlə istefa vermişəm. Əli Kərimlini bu gün oyuncağa çevirənlər açmasınlar ağzımı. Elə etməsinlər ki, mən açmaq istəmədiyim məqamlara toxunum”, - deyə əlavə edib.
Şakir Abbasov partiyanın təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin “Azadlıq” qəzetinə verdiyi açıqlamaya cavab olaraq bildirib ki, Rafiq Daşdəmirli üçün partiya ilə JEK arasında fərq yoxdur. O, orada maaşa işləyən adamdır. O ki qaldı Şakir Abbasovun iclaslara çağırılmamasına, AXCP rəsmilərinin bu iddiası da yalandır. Ş.Abbasov bu yalanı da faktlarla ifşa edib və ikincinin yazdığı mesajları açıqlayıb: “Rafiq Daşdəmirli mənim iclaslara çağırılmadığımı deyir. Əcəba, kim kimə cavab verməyib. Baxın, müraciət etmələrinə rəğmən cavab verməmişəm. Rafiq Daşdəmirli mənim bir neçə il öncə çıxarıldığımı iddia edir. Bir neçə il öncə çıxarılan şəxsin yalnız sədr, müavin və müşavirlərin olduğu qrupda nə işi var? Bütün bunlar bir daha göstərir ki, Əli Kərimli necə yalançılarla işləyir? Ayıbdır, mən istefamı verdim. Sizin buna dözümsüzlük göstərməyiniz tükəndiyinizdən xəbər verir”.
Bəli, yuxarıda sadalananlar da bir daha ondan xəbər verir ki, radikal düşərgədə ümumi şəkildə heç bir dəyər və ya düz söz yoxdur. Bu düşərgədə “xəyanət” məsələsinin kompleks məna daşıdığı artıq ortaya çıxır. Yəni, bu düşərgə təmsilçiləri şəxsi mənafelərinə görə dünən dost dediklərini də satmağa qadir insanlardırlar...

 
  • Oxunub:  18390  |  
  • Tarix:  23-10-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir
11:29
20 Sentyabr
Elçin Mirzəbəyli: Paşinyanın ziddiyyətli açıqlamaları onun siyasətdə tamamilə təsadüfi adam olduğunu sübut edir
11:09
20 Sentyabr
Pərviz Şahbazov OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək
11:06
20 Sentyabr
Ceyrançöl layihəsi üzrə ümumilikdə 6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib
11:03
20 Sentyabr
Vüsal Qasımlı: EnterpriseAzerbaijan.com portalı Azərbaycana sərmayə cəlbini daha da sürətləndirəcək
11:00
20 Sentyabr
Səyyar “ASAN xidmət” Çilov adasında
10:29
20 Sentyabr
Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi" Avropa İttifaqının bütün maraqlarına uyğun layihədir
10:17
20 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
10:05
20 Sentyabr
Bakıda VII “Caspian Energy Forum Baku-2018” işə başlayıb
09:54
20 Sentyabr
Azərbaycan nümayəndə heyəti GUAM-ın Şura iclasında iştirak edəcək
09:48
20 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
09:47
20 Sentyabr
Azərbaycanın neft strategiyası və doktrinasının əsası - “Əsrin müqaviləsi”
21:25
19 Sentyabr
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
20:58
19 Sentyabr
Almaniyada medal qazanan karateçilərlə görüş keçirilib
20:54
19 Sentyabr
“Abşeron” yatağından hasilat 2020-2021-ci illərdə nəzərdə tutulur
20:53
19 Sentyabr
Azərbaycan Dövlət Aqrar Universitetinə yüksək balla qəbul olunan 82 tələbəyə əlavə təqaüd veriləcək
20:51
19 Sentyabr
Üç azərbaycanlı cüdoçunun adı Beynəlxalq Cüdo Federasiyasının Şöhrət Zalına daxil edilib
20:49
19 Sentyabr
Azərbaycan Prezidenti neft sənayesi işçilərini təltif edib
20:47
19 Sentyabr
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
20:43
19 Sentyabr
20 sentyabr - Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır
20:40
19 Sentyabr
Həştərxanda IV Xəzər Mediaforumu keçirilir
20:36
19 Sentyabr
Aviqdor Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
20:33
19 Sentyabr
Küveyt Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20:29
19 Sentyabr
Hikmət Babaoğlu: Paşinyan Azərbaycan əleyhinə səsləndirdiyi cəfəng iddialarla küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilmir
18:06
19 Sentyabr
Misir nümayəndə heyəti Azərbaycandakı dini tolerantlığı yüksək qiymətləndirib
18:04
19 Sentyabr
Seymur Orucov: Sentyabrın 15-də Bakıda keçirilən hərbi parad öz möhtəşəmliyi ilə müasir tariximizə qızıl hərflərlə yazıldı
18:03
19 Sentyabr
Hadi Rəcəbli: Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir
18:02
19 Sentyabr
Musa Quliyev: Milli Məclisin payıs sessiyasında səhiyyə sahəsində bir sıra qanunların müzakirəsi nəzərdə tutulur
17:59
19 Sentyabr
Elmar Məmmədyarov: Azərbaycanda İKT-nin inkişafı hökumətin gündəliyində prioritet sahələrdən biridir
17:43
19 Sentyabr
Bakı Beynəlxalq Cüdo Federasiyasının gender bərabərliyinə həsr olunan ilk beynəlxalq konfransına ev sahibliyi edib
17:20
19 Sentyabr
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb
17:18
19 Sentyabr
BDU ilə Vyetnam universitetləri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb
17:17
19 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri Azərbaycana səfərə gəlib
17:08
19 Sentyabr
Mahmud Əhməd Şərif: Misir Azərbaycan ilə sıx münasibətlərin davam etməsində maraqlıdır
17:06
19 Sentyabr
YAP Xəzər rayon təşkilatının yaranmasının 25 illiyi qeyd olunub
16:58
19 Sentyabr
Rüstəm Orucov: Cüdo üzrə milli komandamız çox yaxşı formadadır
16:55
19 Sentyabr
SOCAR gələn il Türkiyədə yeni neft-kimya kompleksinin inşasına başlayacaq
16:50
19 Sentyabr
Azərbaycan-Cibuti parlamentlərarası əlaqələri müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+24 +28
gecə+17 +20