Ana səhifə »  Müəlliflər »  “Müsavat”da yeni “sədr”ə qarşı koalisiya yaranır...
A+   Yenilə  A-
“Müsavat”da yeni “sədr”ə qarşı koalisiya yaranır...
Yazdı: Pərviz Sadayoğlu

Partiyanın Qubadlı rayon təşkilatının üzvləri partiyadan çıxarıldı, Səbail rayon təşkilatının keçirdiyi konfransın nəticələri isə A.Hacılının göstərişi ilə ləğv edildi
Xeyli müddətdir ki, Müsavat Partiyasında davam edən gərginlik və qarşıdurma yenidən pik həddə çatmaqdadır. Partiyanın Tovuz rayon təşkilatından sonra artıq bir sıra digər rayon təşkilatları da “Müsavat”ın yeni rəhbərliyinə qarşı üsyan edir. Arif Hacılının “reforma” adı altında rəqibi Q.İbadoğlunun tərəfdarlarını bir-bir partiya rəhbərliyindən, o cümlədən, rayon təşkilatı sədrliyindən uzaqlaşdırması isə tərəflər arasındakı gərginliyi daha da şiddətləndirir. Bir sözlə, özünə sadiq şəxslərdən komanda formalaşdırmağa çalışan A.Hacılı bu addımı ilə “Müsavat”ın parçalanmasını qaçılmaz hala gətirib.
Onu da vurğulamaq lazımdır ki, sonuncu qurultaydan sonra yaranan mübahisə təkcə sədrlik qovğası ilə məhdudlaşmır. Qarşı tərəfə yaxın şəxslərin Məclisə seçilməməsi, ən əsası isə Q.İbadoğluna dəstək verən gənclərin Məclisdən kənarda saxlanılması A.Hacılıya qarşı açılan “cəbhə”nin daha da genişlənəcəyindən xəbər verir. Belə ki, bir neçə gün öncə Məclisin toplantısında sərbəst üzvlərin seçkisi keçirilib. Gənclər Məclis üzvlərinə müraciət edərək onların da qurumda təmsilçiliyinə səs verməyə çağırıblar. Amma onların bu çağırışı da etirazla qarşılanıb. Beləliklə də, gənclərlə bağlı qarşıdurma artıq çərçivələri aşıb. Qeyd edək ki, Məclisin toplantısında qurumun üzvü olan Q.İbadoğlunun tərəfdarları iştirak etməyiblər.
Bu arada, “Müsavat”ın bir sıra rayon təşkilatları da qurultaydakı saxtakarlığa öz etirazlarını bildiriblər. Açıq narazılığını bildirən funksionerlərdən olan partiyanın Qubadlı rayon təşkilatının təşkilat məsələləri üzrə keçmiş sədr müavini və qurultay nümayəndəsi Məhəbbət Muradov sonradan partiya sıralarından uzaqlaşdırılıb. KİV-ə açıqlamasında M.Muradov bildirib ki, qurultaydan qabaq rayon təşkilatlarında bir sıra özbaşınalıqlar baş verib, bu da istər-istəməz başqan seçiminə öz həlledici təsirini göstərib: “Bilirsiniz ki, Arif Hacılı məlum seçimdə, sadəcə, 28 artıq səs toplayaraq Qubaq İbadoğlunu keçib. Bir çox rayon təşkilatlarında İbadoğlunun tərəfdarlarının qurultaya nümayəndə seçilmək imkanının məhdudlaşdırılması bu nəticəni doğurub. Müxtəlif bəhanələrlə rəqib tərəfin adamlarının hüquqlarını məhdudlaşdırmaq tendensiyası bizim rayon təşkilatından da yan keçməyib. Məsələn, belə adamlardan biri Elman Elxanoğludur. 3 il əvvəl yerli “müsavatçı”lar tərəfindən qurultaya nümayəndə olaraq seçilən Elxan bəyi sosial şəbəkələrdə öz mövqeyini ifadə edən statuslarına və rayon partiya sədri ilə polemikalara girdiyinə görə “Müsavat”ın sıralarından uzaqlaşdırdılar. Halbuki, nə partiya nizamnaməsində, nə də qurultayla bağlı əsasnamədə bu hərəkət üçün cəza nəzərdə tutan bir müddəa yox idi. Dərdimizi İsa bəyə çatdırmaq istədik. Başqan kimi partiyada baş verənlərə adekvat reaksiya verəcəyinə ümid bəsləyirdik. İsa bəy isə bizi qəbul etmədi. İllərlə həyatımızı, rahatlığımızı fəda etdiyimiz bir liderin bu hərəkəti bizdə təəssüf hissi yaratmaqla yanaşı, həm də bütün xəyallarımızı alt-üst etdi. A.Hacılı “Müsavat”ı ailə müəssisəsi kimi görür”.
Lakin partiyada rayon təşkilatları ilə bağlı baş verənlər heç də bununla məhdudlaşmır. Belə ki, artıq partiyanın Səbail rayon təşkilatını da öz nəzarətinə keçirmək istəyən A.Hacılı yeni metoda əl atıb. Səbail rayon təşkilatının böyük əksəriyyətinin Q.İbadoğlunun tərəfində olduğunu bilən A.Hacılı orada keçirilən konfransın nəticələrini ləğv etdirib. Həmin konfransda seçilən sədr isə A.Hacılının adamı ilə əvəzlənəcək.
Göründüyü kimi, A.Hacılı birmənalı şəkildə partiyanı özünün nəzarətinə keçirmək üçün repressiv və qeyri-demokratik addımlara belə gedir. Maraqlıdır ki, onu bu işə “həvəsləndirən” isə keçmiş başqan və A.Hacılının əli ilə “Müsavat”ı yenidən öz nəzarətində saxlayan İ.Qəmbərdir. Bunu partiyanın rəhbər şəxsləri də təsdiqləyirlər. Belə ki, başqanlığa keçmiş namizəd Səxavət Əlisoy bildirib ki, Arif Hacılı sədr seçilməyib, təyinatla həmin kresloda otuzdurulub. S.Əlisoy yeni başqanı “İsa Qəmbərin projesi” adlandırıb. Onun sözlərinə görə, “İsa Qəmbərin dəstəyi sayəsində Hacılı çox çətinliklə qələbə çaldı. Bu gün “Müsavat”ın mətbəxinə az-çox bələd olanlar gözəl bilirlər ki, bütün zamanlarda, xüsusən 2003-cü ildən sonra Hacılını piyasada saxlayan məhz İsa Qəmbər olub. Hacılı İsa Qəmbərsiz siyasi arenada duruş gətirmək iqtidarında deyil. İsa bəy bu gün onun arxasından çəkilsə, Hacılı 2006-cı ildə olduğu kimi, partiyadan getmək barədə qərar qəbul edər”.
Bununla yanaşı, artıq partiya daxilində yeni sədr Arif Hacılıya qarşı koalisiya yaranır. Belə demək mümkündürsə, artıq bütün “müxalif güclər” fraksiya halına gətirilib. Bu barədə KİV-ə açıqlama verən A.Hacılının rəqiblərindən Tural Abbaslı partiyadaxili fraksiya yaratmaq məqsədilə Qubad İbadoğlu ilə görüşdüyünü bildirib. Onun sözlərinə görə, hazırda Müsavat Partiyasının fəaliyyəti bir şəxsin üzərində qurulub: “Mən istəmərəm ki, “Müsavat” bir şəxsin və onu dəstəkləyən insanların rəhbərliyi ilə idarə olunsun. Siyasi partiyada fikir azadlığı, demokratik mühit, alternativ mövqe olmalıdır. Bunun üçün də bir platforma düşünürük. Qubad İbadoğlunun tərəfdarları ilə aparılan danışıqlar da bu kontekstdə olub. Qubad bəyin rəyinə cavab veriləndən sonra bizim fraksiyanın konturları daha aydın şəkildə görünəcək”.

 
  • Oxunub:  23550  |  
  • Tarix:  31-10-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA